Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə13/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   39

 
47 
ekvivalenti  ilə  xarakterizə  edilir.  Trotil  ekvivalent-partlayış 
enerjisi  bu  nüvə  sursatının  partlaması  nəticəsində  alınan 
enerjiyə bərabər (ekvivalent) adi  partladıcı  maddənin  (trotilin) 
tonla  miqdarına  deyilir.  Müxtəlif  nüvə  sursatlarının  gücü  bir 
neçə milyon tona (meqatona) qədər olur. Nüvə  partlayışı həm 
zədələyici  təsirinin  gücünə,  həm  də  müxtəlif  amillərin  zərərli 
təsirinə  görə  adi  döyüş  sursatlarından  fərqlənir.  Nüvə  silahını 
hədəfə  çatdırmaq  üçün  müxtəlif  növlü  raketlərdən, 
təyyarələrdən, sualtı qayıqlardan, gəmilərdən, habelə artilleriya 
toplarından istifadə etmək mümkündür. Tətbiq məqsədindən və 
basqın  hədəfinin  xarakterindən  asılı  olaraq  nüvə  silahı 
kosmosda, havada,  yerdə,  yeraltında, suda və sualtında partla-
dıla bilər. 
Nüvə partlayışı nəticəsində müxtəlif zərərli təsirlər meyda-
na çıxır. Bunlara nüvə partlayışının zədələyici amilləri deyilir. 
Onlar aşağıdakılardır: 
- zərbə dalğası;  
- işıq şüalanması; 
- nüfuzedici radiasiya
- yerin radioaktiv zəhərlənməsi
- elektromaqnit impulsu. 
Nüvə partlayışı enerjisinin təqribən 50%-i zərbə dalğasının, 
35%-i işıq şüalanmasının, 4%-i nüfuzedici radiasiyanın, 10%-i 
yerin radioaktiv zəhərlənməsinin və 1%-i elektromaqnit impul-
sunun  yaranmasına sərf  olunur.  İndi  isə nüvə silahının zədələ-
yici amillərini nəzərdən keçirək. 
Zərbə dalğası- partlayış mərkəzindən hər tərəfə çox yüksək 
(səsdən iti) sürət lə yayılan çox güclü sıxılmış hava (torpaq və 
su)  qatından  ibarətdir.  Zərbə  dalğasının  zədələyici  təsirini  xa-
rakterizə edən əsas parametrlər dalğanın ön həddindəki (cəbhə-
sindəki)  izafi  təzyiq  (P
f
),  dalğanın  sürət  təzyiqi  (P
sür
)  və  izafi 
təzyiqin təsir müddətidir. 
İzafi təzyiq (P
f
) - yaranmış maksimal təzyiq (P
max
) ilə zərbə 
dalğasından  əvvəlki  normal  atmosfer  təzyiqinin  (R
A
)  fərqinə 


 
48 
bərabərdir (şək. 14): 
s=3401+0,008383 -P
f
, m/san.        
     (1) 
 
burada q - nüvə silahının gücü, kt (Mt); 
R - nüvə partlayışı mərkəzindən olan məsafədir, m. 
İzafi təzyiq hər kvadrat santimetrə düşən kiloqeam – qüvvə 
(kqq/sm
2
)  ilə  ifadə  edilir.  Izafi  təzyiq  həmçinin  (N/m
2
)  və  Pa 
ilə ölçülür. 
1 N/m
2
=1 Pa 
         1 kPa

0,01 kqq/sm
2

 
Zərbə  dalğasının  zədələyici  təsirini  xarakterizə  edən  əsas 
parametrlər aşağıdakı düsturlarla hesablanır: 
1)
 
yerüstü partlayış zamanı: 
  

, kPa             (2) 
 
 
2) havada partlayış zamanı  
                      (3) 
 
 
3) su altında partlayış zamanı: 
   (4) 
Zərbə dalğasının zədələyici təsiri sursatın gücündən, partla-
yışın  növündən  və  partlayış  mərkəzindən  (episentrədək)  olan 
məsafədən, yerin relyefindən və s. asılı olur. Məsələn, 20 kilo-
tonluq (kt) nüvə zərbə dalğası 1 km məsafəyə 2 saniyə, 2 km-ə 


 
49 
5 saniyə, 3 km məsafəyə 8 saniyə ərzində çatır; 3 meqatonluq 
partlayış zamanı isə bu müddətlər müvafiq surətdə 0,5; 2 və 3 
saniyə olur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ġək. 14. Nüvə partlayışı zamanı təzyiqin zamandan asılı olaraq 
dəyişmə qrafiki 
 
Mühafizə olunmayan adamlar 0,2-0,4 kqq/sm
2
 (20-40 kPa) 
izafı təzyiq zamanı  yüngül  zədələnməyə, 0,4-0,6  kqq/sm
2
  (40-
60  kPa)  nəticəsində  orta  dərəcəli  zədələnməyə,  0,6-1  kq/sm
2
 
(60-100 kPa) nəticəsində ağır dərəcəli zədələnməyə, 1 kqq/sm
2
 
(100  kPa)  artıq  olan  izafi  təzyiq  nəticəsində  çox  ağır  dərəcəli 
zədələnməyə məruz qalırlar. Belə zədələnmələr adətən ölümlə 
nəticələnir.  Nüvə  silahından  qorunmaq  üçün  düzəldilmiş  sığı-
nacaq  və  daldalanacaqlar  adamları  zərbə  dalğasının  təsirindən 
qoruyur.  Bu  məqsədlə  xəndəkdən,  yeraltı  binalardan,  habelə 
yerin relyefindən də (çala, dərə, meşə və s.) müəyyən dərəcədə 
istifadə etmək mümkündür. Zərbə dalğası özünün yayılması is-
tiqamətində rast gəldiyi binaları və başqa yerüstü tikililəri dağı-
dır və zədələyir. 
İşıq şüalanması- nüvə partlayışı zamanı meydana çıxan od 
kürəsinin saçdığı gözə görünən, ultrabənövşəyi və infraqırmızı 
güclü şüalanma selidir. Təsir müddəti nüvə yükünün gücündən 


 
50 
asılı  olaraq  10-20  saniyə  müddətində  olur.  İşıq  şüalanmasının 
zədələyici  təsiri işıq impulsundan,  yəni  işıq şüalarına nisbətən 
şaquli yerləşmiş səthin hər bir kvadrat santimetrinə bütün şüa-
lanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur. İşıq 
impulsunun  ölçü  vahidi  olaraq  kC/m

və  yaxud  kal/sm
2
  qəbul 
edilmişdir. Müxtəlif sahələrdə yaranan işıq impulsunun kəmiy-
yəti nüvə partlayışının gücündən, növündən, məsafədən və ha-
va şəraitindən asılı olur. Təsirinin qısa müddətinə baxmayaraq 
işıq şüalanması xeyli uzaq məsafələrdə bədənin açıq yerlərində 
yanmalara, gözlərin müvəqqəti və ya daimi korluğuna, müxtə-
lif materialların alovlanmasına, kömürləşməsinə və ya əriməsi-
nə,  yaşayış məntəqələrində, meşələrdə, mədənlərdə  yanğınlara 
səbəb ola bilər. Məsələn, havada gücü 1 mln. tonluq nüvə part-
layışı zamanı 4 kal/sm
2
 işıq impulsu 19 km; 10 kal/sm
2
- 15 km, 
16 kal/sm
2
- 10 km məsafədə mövcud olur ki, nəticədə müvafiq 
surətdə  bədənin  açıq  hissələrində  yüngül  (I  dərəcəli),  orta  (II 
dərəcəli) və ağır (III dərəcəli) yanıqlar baş verə bilər. İşıq şüa-
lanması  qeyri-şəffaf  materiallardan  (divar,  taxta,  bina  və  s.) 
keçə  bilmir.  İşıq  şüalanması  yaşayış  məntəqələrində,  meşələr-
də,  tarlalarda  güclü  yanğınlar  törədə  bilər.  İşıq  şüalanmasının 
təsiri meteoroloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və 
qar onun təsirini 10-20 dəfə zəiflədir. Sığınacaq və daldalana-
caq  işıq  şüalanmasının  təsirindən  qorunmaq  üçün  ən  etibarlı 
yerlərdir. 
Nüfuzedici radiasiya- nüvə partlayışı anında qəza partlayış 
yerindən ətrafa yayılan, gözə görünməyən 

- şüalar və neytron 
selindən ibarətdir. 
Nüfuzedici  radiasiyanın  təsiri  ondan  ibarətdir  ki,  qamma-
şüalar və neytronlar canlı toxumaların molekullarını ionlaşdırır. 
Bu isə insan və heyvan orqanizmində maddələr mübadiləsinin 
pozulmasına, hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyə-
tinin  dəyişməsinə,  yoluxucu xəstəliklərə qarşı orqanizmin mü-
barizə  qabiliyyətinin  zəifləməsinə  səbəb  olur.  Şüa  alan  adam 
bunu  hiss  etmir.  Xəstəliyin  əlamətləri  müəyyən  müddətdən 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə