Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə23/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   39

 
85 
 
 
ġək. 27. Süzücü əleyhqaz ГП-5: 
1-əleyhqaz qutusu; 2-tərləməyən plyonkalar olan qutu; 3-şlem-maska; 
4-çanta 
 
 
 
ġək. 28. Süzücü əleyhqaz ГП-5 əleyhqazlarının üzlük hissəsini 
seçmək üçün insanın üz hissəsinin ölçülməsi 
 
ГП-5 tipli əleyhqazların üzlük hissəsini seçərkən başı: ya-
naqlar-çənəaltı  hissədən  keçən  dairəvi  xətt  üzrə  ölçürlər.  Alı-
nan nəticəni 0,5 sm-ə qədər yuvarlaqlayırlar. 
Alınan kəmiyyət 63 sm-ə (membranlı şlemmaska üçün 61 
sm) qədər olarsa  - "0” ölçülü;  63,5-dən 65 sm-ə  (61.5-dən 64 
sm-ə) qədər olarsa - 1-ci; 65,5-dən 68 sm-ə (64,5-den 67 sm-ə) 
qədər olarsa – 2-ci, 68,5-dən 70.5 sm-ə (67,5-dən artıq) qədər  
olarsa  -  3-cü;  71  sm  –dən  artıq  olarsa  4-cü  ölçülü  şlemmaska 


 
86 
lazımdır (şək. 29). 
Şaquli çevrə- başı, kəllə-yanaqlar-çənəaltı hissə üzrə keçən 
dairəvi xətt ilə ölçməklə müəyyən edilir. 
Məsələn, əgər başın şaquli və üfüqi çevrələrini ölçmə nəti-
cələrinin cəmi 118,5-121 sm-ə bərabərdirsə, bu, maskanın 1-ci 
ölçüsünə,  121,5-126  sm-2-ci;  126,5  sm-dən  artıqdırsa  3-cü 
ölçüsünə müvafiq gəlir.  
 
 
 
ġək. 29. Süzücü əleyhqaz ГП-7-nin üzlük hissəsinin seçilməsi:
          
a) üfüqi; b) şaquli
 
 
Uşaq  əleyhqazları  quruluşca  müxtəlifdir:  ДП-6  sm  uşaq 
əleyhqazları  1.5  yaşdan  yuxarı  kiçikyaşlı  uşaqlar  üçündür.  Bu 
əleyhqaz  ДП-6M  tipli  yüngülləşdirilmiş  süzücü-qutudan  və 
üzlük hissə olaraq dörd (1; 2; 3; 4) ölçülü МД-1 maskasından 
(uşaq maskası, 1-ci tipli) ibarətdir süzücü-uducu qutu və üzlük 
hissə olaraq yalnız 5-ci ölçülü МД-1 marakası ilə komplektləş-
dirilmiş-dir. 
ПДФ-7  əlehqazları  kiçik  və  böyük  yaşlı  uşaqlar  üçündür; 
ГП-5 tipli süzücü-uducu qutudan və üzlük hissə olaraq dörd (1; 
2; 3; 4) ölçülü MД-3 maskalarından ibarətdir.  
ПДФ-Ш  əleyhqazı  7  yaşdan  17  yaşa  qədər  olan  uşaqlar 
üçündür; ГП- 5 tipli süzücü-uducu qutudan və üzlük hissə ola-
raq iki ölçülü (3; 4) МД- 3 maskaları və ya dörd (0; 1; 2; 3) öl-
çülü şlemmaskalardan ibarətdir. 
Uşaq  əleyhqazlarının  quruluşu  (yuxarıda  göstərilən  xüsu-


 
87 
siyyətlər  istisna  edilməklə)  və  iş  prinsipi  yaşlı  adamlar  üçün 
olan əleyhqazlarınkı kimidir. 
Təcridedici əleyhqazlar (ИП-4, ИП-46) (şək. 30). Təcridedi-
ci əleyhqazlar ИП-4, ИП-5 və ya təcridedici oksigen cihazları 
(КИП-5, КИП-7, КИП-8) adamın tənəffüs orqanlarını ətrafda-
kı havadan tamamilə təcrid edir; nəfəs almaq üçün regenerativ 
(bərpaedici) patrondan alınan, yaxud oksigen balondan verilən 
oksigendən istifadə olunur. 
 
 
 
ġək. 30. Təcridedici əleyhqazlar: ИП -4 
 
 
 
ġək. 31. Təcridedici əleyhqazlar: 
a) 1-Maska MİA–1; 2-regenerativ patron; 3-karkas; 4-nəfəsalma kisəsi;         
5-çanta; 6-danişiq vasitəsi; 7-işəsalma qurğusu;  b) 1-üzlük hissə; 2-nəfəs-
alma kisəsi; 3-regenerativ patron 


 
88 
Belə əleyhqazlar və cihazlar: havada ZМ-in konsentrasiya-
sı çox yüksək olduğu üçün ZМ süzücü qutudan "keçmək qor-
xusu  yaradan  və  süzücü  əleyhqaz  etibarlı  surətdə  mühafizəni 
təmin etməyən hallarda; havada karbon 2-oksidin konsentrasiya-
sı yüksək olduqda işlədilir. 
Oksigenlə  təchizetmə  prinsipinə  görə  təcridedici  əleyhqaz 
və  cihazlar iki qrupa ayrılır: kimyəvi  əlaqəli oksigenlə və sı-
xılmış  oksigenlə  təchiz  edən  cihazlar.  Birinci  qrupa  ИП  -  4, 
ИП - 46 M əleyhqazları, II
 
qrupa ИП - 5, КИП - 7, КИП - 8 ci-
hazları aiddir. 
Respiratorlar.  Tənəffüs  orqanlarını  radioaktiv  maddə  və 
bakterial  vasitə  aerozollarından  (tozlarından),  habelə  zəhərli 
tüstülərdən mühafizə üçün respiratorlardan istifadə olunur. ZМ 
buxarlarından  mühafizə  üçün  respiratorlar  yararlı  deyil.  Yaşlı 
əhali üçün R-2, uşaqlar üçün R-2D növlü respiratorlar mövcud-
dur. R-2 respiratoru süzücü yarımmaskadan ibarətdir ki, ondan 
dəfələrlə  istifadə  etmək  və  12  saatadək  mühafizə  olunmaq 
mümkündür. 
 
 
 
ġək. 32. Toz əleyhinə sənaye respiratorları: 
1-Rezin yarımmaska; 2-aerozol əleyhinə (sökülən) süzgəc; 
3-nəfəsvermə klapanı; 4-başlıq 
 
R-2D  respiratoru  uşaqlar  üçün  nəzərdə  tutulan  respirator 
növüdür, kiçik ölçülərə malikdir, fasiləsiz olaraq 4 saat ərzində  
mühafızəni təmin edir. 


 
89 
Tənəffüs  orqanlarını  mühafizə  edən  ən  sadə  vasitələr. 
Belə vasitələrdən əhali respirator kimi istifadə edə bilər. Bunlar 
quruluşca çox sadədir, ona görə də əhalinin özü tərəfindən ha-
zırlanan  kütləvi  mühafizə  vasitəsi  olaraq  işlədilməsi  tövsiyə 
edilir.  Tənəffüs  orqanlarının  ən  sadə  mühafizə  vasitələrinə 
tozdan qoruyan parça maska: PTM-1 və pambıqlı tənzif sarğı 
aiddir. Hə bir adamın iş və yaşayış yerində belə mühafızə vasi-
tələri olmalıdır. 
Tozdan qoruyan PTM-1 parça maskası  iki  əsas hissədən – 
maskanın  gövdəsindən və bərkidici  hissədən ibarətdir. Maska-
nın  gövdəsi  2-4 qat  parçadan hazırlanır, onun göz  yerləri olur 
ki,  buraya  şüşə  lövhəcikləri  (və  ya  hər  hansı  şəffaf  material, 
plyonka) salınır. Maska  başa onun  yan kənarları  boyu tikilmiş 
parça zolaq (bərkidici hissə) vasitəsilə geyilir. Bərkidici hissə-
nin  yuxarı tikiş  yerindəki rezin və aşağı tikiş  yerindəki bağlar 
vasitəsilə,  həmçinin  gövdənin  yuxarı  kənarı  boyu  eninə  bənd 
edilmiş rezin  vasitəsilə maskanın  üzə kip  yatması  təmin edilir 
ki, bu da maskanın altına zəhərli hava keçməsinin qarşısını alır. 
Nəfəsalma zamanı parçanın bütün qatlarından keçən hava mas-
kanın bütün səthində süzülüb təmizlənir. 
Pambıqlı tənzif sarğı ölçüləri 100x50 sm olan tənzif parça-
sından hazırlanır. Onun orta hissəsinin üzərinə 30x20 sm sahə-
də qalınlığı 2 sm olan pambıq qatı döşəyir, tənzifin artıq qalan 
hər  iki  kənarını  uzununa  pambıq  qatı  üstünə  qatlayır,  tənzifın 
uclarını  ortadan  uzunununa  kəsirlər,  bu  zaman  iki  cüt  bağ  alı-
nır. Sarğını taxarkən onun aşağı bağları kəllədə, yuxan bağları 
isə peysərdə bənd edilir. Pambıqlı tənzif sarğı ağızı və burunu 
əhatə edib örtməlidir. Belə sarğılar ancaq bir dəfə istifadə üçün 
yararlıdır. Parça maska və ya sarğı olmadıqda dəsmaldan, şərf-
dən, yaylıqdan və s. istifadə etmək lazımdır. Gözləri radioaktiv 
tozdan qorumaq üçün tozdan qoruyan eynək taxmaq olar. 
Dəri səthini mühafizə vasitələri - bədənin açıq sahələrini, 
paltarları, sursatı və ayaqqabıları onların səthinə ZM damcıları, 
yoluxucu  xəstəliktörədiciləri,  radioaktiv  toz  düşməsindən, 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə