Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə3/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   39

 

Yığma  komandalar  (qruplar),  xilasetmə  dəstələri  (koman-
daları, qrupları), yığma mexanikləşdirilmiş dəstələr (komanda-
lar)- ümumi məqsədli dəstələr sayılır. 
Mülki müdafiə xidmət dəstələrinə - xüsusi təyinatlı dəstə-
lər kəşfiyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik 
və kimyəvi nəzarət və s. xidmət dəstələri aiddir. 
Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən 
istifadə  edən  və  s.)  ixtisaslaşdırılmış  dəstələr  yaradılır.  Hazır-
lıq dərəcəsinə görə hərbiləşməmiş dəstələrin bir hissəsi yüksək 
hazırlıqla  saxlanılır  (6-8  saat),  qalan  dəstələr  isə  gündəlik  ha-
zırlıqda olur (24 saat). 
Rayonun mülki müdafiə qərargahı. Rayonun icra başçısı 
MM  dəstələrinin  işinə  qərargah  və  xidmət  rəisləri  vasitəsilə 
gündəlik  rəhbərlik  edir.  Qərargah  rayon  İcra  başçısı  və  onun 
şöbələrinin, idarələrinin və digər təşkilatların işçilərindən təşkil 
olunur. Qərargaha, adətən, ştatda olan işçi (qərargah rəisi) rəh-
bərlik  edir.  Qərargahın  digər  şəxsi  heyəti  öz  vəzifələrini  əsas 
işdən ayrılmadan yerinə yetirirlər. Rayonun icra başçısı həmin 
şəxslərin bilavasitə qərargahda, xidmətlərdə və obyektlərdə iş-
ləyəcəyi  günləri  (saatları)  müəyyən  edir.  Bu  qayda  tədbirlərin 
plan üzrə və məqsədəuyğun yerinə yetirilməsinə imkan yaradır. 
Qərargah  heyətinin  sayı  konkret  şəraitdən  asılı  olaraq 
müəyyən  edilir.  Qərargah  12-16  nəfərdən  ibarət  ola  bilər:  qə-
rargah rəisi, onun müavini, operativ kəşfiyyat şöbəsi (rəis və 2-
3 köməkçi); döyüş hazırlığı qrupu (rəis və 2-3 köməkçi); mü-
həndis-texniki və radiasiyadan mühafizə qrupu (rəis və 1-2 kö-
məkçi); maddi və texniki təminat qrupu (rəis və 1-2 köməkçi). 
Rayon  İcra  başçısı  rayon  tabeliyində  olan  şəhərdə  yerləşirsə, 
belə  hallarda  rayonun  və  şəhərin  birləşmiş  mülki  müdafiə  qə-
rargahı  yaradılır,  həmçinin  rayonun  başçısına  tabe  olan  vahid 
xidmətlər təşkil edilir. 
Rayon qərargahının əsas vəzifələri: rayonun mülki müda-
fiə planını işləyib hazırlamaq və onun yerinə yetirilməsini təş-
kil etmək; əhalini, xalq təsərrüfatı istehsalını qorumaq və zərər 


 
10 
çəkmiş şəhərlərə yardım göstərmək üçün mülki müdafiənin dö-
yüş  hazırlığını  daim  təmin  etmək;  əhaliyə  mülki  müdafiə  siq-
nalları vasitəsilə xəbər vermək və dəstələrin, xidmətlərin arası-
kəsilmədən idarə olunmasını təmin etmək; kəşfiyyatı təşkil et-
mək və ona müntəzəm rəhbərlik etmək; əhalinin və xalq təsər-
rüfatı istehsalı obyektlərinin nüvə, kimyəvi, bakterioloji və adi 
silahlardan, sülh mahiyyətli FH-dən mühafizəsinə dair tədbirlə-
ri  işləyib  hazırlamaq  və  həyata  keçirmək;  mülki  müdafiə  xid-
mətləri  və  dəstələri  şəxsi  heyətinin  hazırlığını  təşkil  etmək  və 
onun keçirilməsinə nəzarət etmək; rayonun ərazisində yerləşən 
obyektlərin mülki müdafiə hazırlığına nəzarət etməkdir. 
Rayonun  (Ģəhərin)  mülki  müdafiə  xidmətləri.  Mülki 
müdafiə  tədbirlərini,  dəstələrin  hazırlığını  və  zədələnmiş  (zə-
hərlənmiş)  yerlərdə  iş  görərkən  onların  düzgün  idarə  olunma-
sını təmin etmək üçün, yerli şəraiti və müvafiq bazanın olması-
nı nəzərə alaraq rayon (şəhər) İcra hakimiyyətinin qərarı ilə ra-
yon xidmətləri yaradılır. 
Rabitə  xidməti  -  rayon  (şəhər)  rabitə  təşkilatının  bazası 
əsasında təşkil olunur. Rabitə xidmətinin işçiləri: İcra Hakimiy-
yətinin nümayəndəsinə, idarələrin, müəssisələrin vəzifəli şəxs-
lərinə və rayonun bütün əhalisinə fövqəladə hadisələr təhlükəsi 
barədə vaxtında xəbər verir; MM siqnallarının verilməsini təş-
kil  edir,  rayonun  bütün  obyektləri  ilə  rabitə  yaradır  və  onu 
daim  fəaliyyətə  hazır  saxlayır;  rayonun  ərazisində  fəaliyyət 
göstərən mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması-
nı təmin edir. 
Tibb xidməti - tibb müəssisələrinin bazası əsasında yaradı-
lır  (xidmətin  rəisi  rayonun  baş  həkimidir).  Xidmət:  müalicə-
profilaktika,  epidemiya  əleyhinə  və  sanitariya-gigiyena  tədbir-
lərini  həyata  keçirir;  tibb  dəstələrinin  ixtisas  hazırlığını  təmin 
edir;  zərər  çəkmiş,  zədələnmə  ocağından  çıxarılan  adamların 
qəbul  edilməsi,  yerləşdirilməsi  və  müalicəsi  üçün  binaları  ha-
zırlayır.  
İctimai  asayişi  mühafizə  xidməti  -  rayon  polis  şöbəsinin 


 
11 
bazası əsasında təşkil olunur (xidmətin rəisi - rayon polis şöbə-
sinin rəisidir). Xidmətə: dövlət mülkiyyətini və ictimai mülkiy-
yəti,  habelə  vətəndaşların  şəxsi  əmlakını  qorumaq;  çaxnaşma-
nın qarşısını almaq; nəqliyyatın hərəkətini təmin etmək; əhali-
nin müəyyən edilmiş davranış qaydalarını yerinə yetirilməsinə 
nəzarət etmək həvalə olunur. Xidmət köçürülmə işlərinə, mülki 
müdafiə siqnalları üzrə əhalinin daldalanmasına yardım göstə-
rir, zədələnmə ocağına buraxılma rejiminin və bakterioloji yo-
luxma  ocağında  karantin  tədbirlərinin  yerinə  yetirilməsini  tə-
min edir. 
Yanğından mühafizə xidməti – yanğından mühafizə təşki-
latlarının  bazası  əsasında  yaradılır  (xidmətin  rəisi  -  rayonun 
yanğından  mühafizə  şöbəsinin  (idarəsinin)  rəisi  və  ya  yanğın-
dan mühafizə müfəttişidir). Bu xidmətin vəzifələri: yanğınsön-
dürən dəstələr hazırlamaqdan, yanğına qarşı profilaktika tədbir-
lərini həyata keçirməkdən, müəssisə, idarə, kənd və qəsəbələrin 
ərazisində su hövzələri tikilməsini təşkil etməkdən ibarətdir.  
Yanğınlar baş verdikdə onların məhdudlaşdırılması və sön-
dürülməsi üçün xidmət bütün növ tədbirləri görür. 
Ərzaq və paltarla təchizat xidməti - rayon istehlak cəmiy-
yəti  və  ticarət  bazası  əsasında  yaradılır  (xidmətin  rəisi-  rayon 
istehlak  cəmiyyətinin  sədridir).  Bu  xidmət:  anbarlarda,  ictimai 
iaşə  və  ticarət  müəssisələrində  saxlanan  malların  zəhərləyici, 
radioaktiv maddələrdən və bakterioloji vasitələrdən mühafizəsi 
məsələləri ilə məşğul olur; köçürülən və zərər çəkmiş əhalinin 
yeməklə təmin olunmasını sahmana salır, onları ən lazımi şey-
lərlə təchiz edir; həmçinin rayonun mülki müdafiə dəstələrinin 
şəxsi heyətini yeməklə təmin edir. 
 
1.2. Mülki müdafiə dəstələri və onların təyinatı 
 
Aqrar sahədə adətən yığma komanda (qrup), kəşfiyyat qru-
pu (dəstəsi), radiasiya və kimyəvi müşahidə postu, sanitar dəs-
tə,  yanğın  əleyhinə komanda  (dəstə), zərərsizləşdirmə koman-


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə