Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə138/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   134   135   136   137   138   139   140   141   ...   306

böhrana  qədər)  XBİ-nin  ölkəyə  axını  inkişaf  etmiş  ölkələr  arasında,  habelə 

Asiyada xüsusilə dinamik olmuşdur. Qeydiyyatdan keçdiyi ölkədən qəbul edən 

ölkədəki  filiallarına  göndərilən  və  buna  müvafiq  olaraq  qarşıdan  gələn 

investisiyaların axını ötən onillikdə dunnadan artırdı. 1990-cı ildə ölkələrə daxil 

olan XBİ-nin ümumi məbləği 2 trilyon dolları ötüb keçmişdi. Həmin ildə ölkələrə 

daxil olan XBİ-nin məbləği 208 milyard dollar, ölkədən çıxarılan məbləği isə 241 

milyard dollar olmuşdur. Müharibədən sonrakı illərdə ölkədən çıxarılan XBİ-nin 

məbləği 1940-cı ildəki 2 trilyon dollardan 2008-ci ildəki 18,9 trilyon dollaradək 

artmışdır. 

Artıq  beynəlxalq  bazarlara  sırf  iqtisadi  təzahür  deyil  və  onlara  siyasi 

amillər də güclü təsir göstərir. Bu cəhət XBİ-nin əsas daşıyıcıları olan TMK və 

TMB-nin  fəaliyyətində  xüsusilə  aydın  əks  olunur.  Müharibədən  sonrakı 

onilliklərdə inkişaf etmiş ölkələrin maliyyə resurslarının beynəlxalq hərəkətinin 

həcmi  fasiləsiz  artır,  XBİ-nin  inkişaf  etməkdə  olan  ölkələrdən  miqrasiyasının 

məbləği də çoxalır. Bunun vasitəsilə malların və xidmətlərin təkrar istehsalının 

ziddiyyətləri  qismən  həll  olunur,  avadanlığa,  xidmətlərə  daxili  tələbatın 

yüksəlməsi  nəticəsində  ölkələrin  ixracı  artır  və  bununla  da  dünyada  iqtisadi 

tarazlığın bəzi strateji məsələləri həll edilir. 1980-1990-cı illərdə və XXI əsrin 

birinci onilliyində (qlobal böhrana qədər) maliyyə kapitalının ixracının templəri 

inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin həm ÜDM-nin, həm də mallar 

ixracının artımını üstələməyə başlamışdır. 

Belə  ehtimal olunurdu ki,  kapitalın bu cür qabaqlayıcı hərəkətinin  uzun 

müddət davam edən meyli əvvəlki dövrlərdən (1992/1993 - 2000/2001-ci illər) 

sonra başlayan yeni ümumdünya tsiklində dayanacaqdır. Dünya iqtisadiyyatında 

dərin tənəzzül aradan qaldırıldıqdan sonra 2002-ci ildə yeni iqtisadi tsikl başlayır 

və bu prosesin əvvəlində beynəlxalq ticarətin həcminin artması fonunda kapitalın 

hərəkətinin  yavaş tempi xarakterik olmuşdur. Eynilə aydındır ki,  2001-2002-ci 

illərin  qlobal  depressiya  dövründə  dünya  üzrə  XBİ-nin  həcminin  2  dəfə  aşağı 

düşməsi dərin (2001-ci ildə), lakin qısamüddətli xarakter daşımışdır və 2003-cü 

ildə  XBİ-nin  sürətli  artımının  ümumi  dinamikası  bərpa  edilmişdi.  Bu  meyil 

2003-2007-ci illərdə dünyanın müxtəlif regionlarına XBİ- nin həcminin fasiləsiz 

artması ilə ifadə olunmuşdur. 2007-ci ildə XBİ-nin ümumi həcmi 2000-ci ildəki 

maksimal  səviyyəyə  - 1,979 milyard dollara çatmışdır. Amma 2008-ci  ildə bu 

həcm 14% azalaraq, 1,697 milyard dollar təşkil etmişdir. 2009 və 2010-cu illərdə 

də  bu  enmə  davam  edirdi  və  yalnız  2010-cu  ilin  sonunda  yüksəliş  müşahidə 

olunmağa başladı (cədvəl 14.1). 

346 



Cədvəlin məlumatlarından 2007-2009-cu illər arasında bütün göstəricilər 

üzrə  böyük  enmələr  görünür:  2008-ci  ildə  -  15,7%,  2009-cu  ildə  -  37,1%. 

Ölkədən kapitalın çıxarılması da 2008-ci ildə 14,9%, 2009-cu ildə isə daha 42,9% 

enmə  ilə  xarakterizə  olunur.  Bu  göstəricilərin  enmə  tempi  dünya  üzrə  daxili 

məhsulun (DDM) 2009-cu ildə 9,5%, habelə həmin ildə malların və xidmətlərin 

ixracının  21,4%  təşkil  etmiş  enmə  templərini  ötmüşdür.  2009-eu  ilin  ikinci 

yarısında  qlobal  xarici  birbaşa  investisiyalar  enmənin  ən  aşağı  nöqtəsindən 

qalxmağa  başlamışdır.  2010-cu  ilin  birinei  yarısında  onun  səviyyəsi  bir  qədər 

bərpa  olunmuş,  ikinci  yarısında  isə  qismən  artım  baş  vermişdir.  Malİ3^ə 

bazarında yeni böhran baş verməsə, XBİ-nin səviyyəsinin bərpası 2011-ci ildə də 

davam edəeəkdir. 

XBİ-nin  qlobal  strukturunda  ümumdünya  böhranından  əvvəl  başlamış,  orta  və 

qısamüddətli  dövrdə  güelənəeəyi  ehtimal  olunan  bir  sıra  iri  dəyişikliklər 

müşahidə olunmaqdadır. Birineisi, inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı 

ölkələrin qlobal XBİ-nin həm yerləşdirilmə obyekti, həm də mənbəyi kimi xüsusi 

çəkisinin artacağı gözlənilir. 2009-cu ildə xarici birbaşa investisiyaların yarısının 

yönəldildiyi bu ölkələr XBİ-nin canlanmasında aparıcı rol oynayır. İkincisi, qeyd 

olunan  son  dövrdə  xidmət  və  hasilat  sənatesi  sahələrinə,  kənd  təsərrüfatına  və 

hasilat  sektorlarına  yönəldilən  investisiyalarla  müqayisədə  emal  sənayesinə 

qoyulan  XBİ-nin  müşahidə  olunan  azalması,  çox  güman  ki,  davam  edəcəkdir. 

Üçüncüsü,  XBİ  üçün  ciddi  mənfi  nəticələrinə  baxmayaraq,  böhran  istehsalın 

getdikcə beynəlmiləlləşməsi prosesini dayandıra bilməmişdir. 

2009-cu ildə XBİ-nin enməsi əsasən tramsərhəd QƏ-nin kəskin azalması 

ilə  izah  edilir.  Yeni  XBİ  layihələrinin  sayı  15%  azaldığı  halda,  xariedə 

satınalmaların  həcmi  34%  (dəyər  üzrə  -  65%)  aşağı  düşmüşdü.  Birinci 

göstəriləndən  fərqli  olaraq,  QƏ-nin  dinamikası  maliyyə  şərtlərinə  daha  həssas 

reaksiya  verir.  Məsələ  bundadır  ki,  fond  bazarlarındakı  qarışıqlıqlar  QƏ-nin 

istinad etdiyi qiymət siqnallarını pərdələyir, digər tərəfdən isə QƏ-nin investisiya 

dövrü yeni layihələrə sərmayə qoyuluşları ilə müqayisədə qısadır. Qlobal böhran 

səbəbindən  XBİ-nin  maliyyələşdirilməsi  imkanları  məhdudlaşmış  və  buna 

müvafiq  olaraq,  satınalmaların  sayı  azalmışdır.  Bir  tərəfdən,  fond  bazarlarında 

fonnalaşan qiymətlərin ueuzlaşması əqdlərin dəyərini aşağı salırdı, digər tərəfdən 

isə  onlar  qlobal  struktur  dəyişmələri  ilə  birlikdə  geniş  maliyyə  imkanları  olan 

TMK-lar  üçün  müəyyən  imkanlar  yaradırdı.  Bazara  çıxışın  hər  iki  halında 

XBİ-nin səviyyəsinin bərpası müşahidə olunsa da, QƏ-nin həcmi daha tez artır. 

347 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə