Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə224/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   220   221   222   223   224   225   226   227   ...   306

 

1989-cu 



ildə 

«Delor 


planı» 

valyuta 



məzənnələrinin 

möhkəmləndirilməsinə  və  ayrı-ayrı  milli  bankların  federal  prinsip  əsasında 

fəalij^ət göstərən birləşmiş Avropa bankları sisteminə çevrilməsinə yönəlmiş 3 

mərhələdən  ibarət  proqram  qəbul  olunmuşdur.  Birinci  mərhələdə  Avropa 

İttifaqının  bütün  ölkələrinin  valyuta  mexanizminə  cəlb  olunması  vəzifəsi 

qoyulurdu; ikinci mərhələdə Aİ iştirakçıları valyuta məzənnələrinin tərəddüd 

hədlərinin  daralmasını  təmin  etməli  və  makroiqtisadi  siyasətin  həyata 

keçirilməsinə  vahid  yanaşmam  möhkəmləndirməli  idi;  üçüncüdə  -  milli 

valyutaları  vahid  valyutaya  dəyişdinuəli,  pul-kredit  siyasətinin  həyata 

keçirilməsini  isə  AMB-yə  həvalə  etməli  idi.  Qeyd  edək  ki,  nəzərdə  tutulan 

bütün vəzifələr yerinə yetirilmişdir. 

 



Planın  həyata  keçirilməsində  gələcək  vahid  valyutanın  prototipi 

qismində  EKYU-ya  mühüm  rol  ayrılırdı.  EKYU-dan  keçid  valyutası  kimi 

istifadə  olunması  iştirakçı-ölkələrin  vahid  valyutaya  ümumi  yanaşmasının 

fonualaşması  imkanını  yaradırdı.  AİB-in  büdcə  gəlirlərinin  və  xərclərinin 

uçotunun EKYU-da aparması sayəsində o, birlik daxilində hesablaşma vahidi 

(nağdsız dövriyyə vasitəsi kimi) funksiyasını, mərkəzi banklar arasında yerinə 

yetirilən qarşılıqlı hesablaşmalarda ödəniş  aləti  funksiyasını, rəsmi ehtiyatlar 

funksiyasını (yəni nağd fonuada hesablaşma funksiyası istisna edilməklə, pula 

xas olan hər 3 funksiyanı) yerinə yetirməyə başladı. 

 



AİB-in Aİ-yə çevrildiyi zaman, 1 noyabr 1993-cü ildən qüvvəyə minən 

Maastrix  Müqaviləsi  vahid  valyutaya  keçilməsinin  mühüm  mərhələsi 

olmuşdur.  Bu  Müqaviləyə  görə,  vahid  valyutaya  keçid  3  mərhələdən  ibarət 

olmalı idi. Birinci mərhələdə (31 dekabr 1993-cü ilədək) vahid daxili bazarın 

formalaşması  başa  çatmış  və  iştirakçı-dövlətlərin  əsas  makroiqtisadi 

göstəricilərinin yaxmiaşdırılması üzrə iş aparılmışdır. Bu göstəricilər üçün sərt 

tələblər  müəyyənləşdirilmişdi:  inflyasiyanın  səviyyəsi  qiymətlərin  artımı  ən 

aşağı olan 3 ölkənin orta səviyyəsindən 1,5%-dən yüksək olmamalıdır; dövlət 

büdcəsinin  kəsiri  ÜDM-in  3%-dən  çox  olmamalıdır;  dövlət  borcu  ÜDM-in 

60%-dən  aşağı  olmalıdır;  faiz  dərəcələri  inflyasiya  səviyyəsi  ən  aşağı  olan  3 

ölkənin  müvafiq  orta  dərəcəsindən  2  faiz-bənd  kənarlaşmamalıdır 

(Kopenhagen meyarları). 

 

İkinci  mərhələdə  (31  dekabr  1998-ci  ilədək)  Avropa  ölkələrinin 



mərkəzi  bankları  sisteminin  fəaliyyət  qaydaları  və  üzv-dövlətlərin  iqtisadi 

siyasətinin əlaqə-ləndirilməsi metodları işlənib hazırlanmış, valyuta-maliyyə 



572 


sistemi ejmiləşdirilmişdi. 

 



Üçüncü  mərhələdə  (30  iyun  2002-ci  ilədək)  Avropanın  vahid 

valyutasının  tətbiqi  və  milli  valyutaların  ona  dəyişdirilməsi  nəzərdə 

tutulmuşdu. Maastrix Müqaviləsinə uyğun olaraq, 1 yanvar 1999-cu ildən Aİ 

birləşmənin yeni səviyyəsinə - İqtisadi və Valyuta Birliyinə (AVB) keçdi. Bu 

tarixdən  etibarən  valyuta  birliyinin  iştirakçıları  nağdsız  ödəmələr  üzrə  vahid 

valyutadan  -  avrodan  istifadə  etməyə  başladı.  Ən  çətin  məsələnin  həllinə, 

avronun  nağd  pul  dövriyyəsinə  buraxılmasına  hazırlıq  başlandı.  İştirakçı- 

ölkələr  bütün  malların  qiymətinin  avro  ilə  yenidən  hesablanması  üzrə  çox 

mürəkkəb  iş  yerinə  yetirilmiş,  əhali  arasında  bunun  prinsipləri  və  texnikası 

barədə geniş təbliğat kampaniyası keçirilmiş, satıcılar və alıcılar üçün milli pul 

vahidinin avroya nisbətini izah edən müxtəlif növ sorğu cədvəlləri milyonlarla 

tirajla nəşr olunmuşdu. Bütün bunlar avrozona ölkələrində maraqlar arasında 

toqquşmasız, pozuntular baş vennədən avroya keçidə imkan yaratmışdı. 

 



Hazırlıq  dövrünün  müddəti  3  il  müəyyənləşdirilmişdi  və  bütün 

vəzifələr  yerinə  yetirilmişdi.  1  yanvar  2002-ci  ildən  bütün  iştirakçı  dövlətlər 

üçün eyni olan əsginaz və sikkə formasında nağd avro dövriyyəyə buraxılmışdı; 

30  iyun  2002-ci  ilədək  Aİ-nin  12  ölkəsində  milli  pul  nişanları  bütövlüklə 

dövriyyədən çıxarılmış, avro isə hesablaşma pul vahidi funksiyasını real yerinə 

yetirməyə, dollarla rəqabətə başlamışdı. Dövriyyəyə buraxılarkən, avro dollara 

nisbətdə  1  avro  =1,17  dollar  kimi  qiymətləndirilmişdi.  Sonradan  avronun 

məzənnəsi 2002-ci ilin sonunadək aşağı düşmüş, 2003-cü ilin əvvəlindən isə 

avronun  dollara  nisbətində  yüksəliş  meyilləri  başlanmışdır  (2006-cı  ilin 

yanvarında  1  avro  =  1,20  dollar).  Aİ  iştirakçısı  olan  ölkələrin  iqtisadi 

potensialını  nəzərə  alsaq,  dünya  üzrə  ÜDM-in  15%-i  onların  payına  düşür 

(ABŞ-a  təqribən  20%)  və  yaxın  perspektivdə  avronun  dollara  olan 

məzənnəsinin  yüksəlişə  doğru  meylini  ehtimal  etmək  olar.  Burada  nəzərə 

alınmalıdır ki, ABŞ özünün «ikiqat kəsirinin» azalmasına, korporasiyalarının 

xarici  iqtisadi  ekspansiyasının  güclənməsinə  imkan  yaratdığı  üçün, 

qısamüddətli  perspektivdə  dolların  başqa  valyutalara  nisbətdə  bir  qədər 

zəifləməsi  meylinə  maraq  göstərir.  Uzunmüddətli  perspektivə  gəldikdə  isə 

beynəlxalq  maliyyə  mövqelərində  dolların  «çökməsi»  baxımından  ciddi 

dəyişiklik baş verəcəyi gözlənilmir. Çox güman ki, dollar və avro hər birinin 

mühüm rol oynadığı, bir-birindən ayrılmaz mövcud olduqları qlobal maliyyə- 

valyuta sistemində sabitliyi dəstəkləməklə, sülh şəraitində fəaliyyət göstərəcək. 

573 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə