Bununla yanaşı, valyutaların hər ikisi xeyli zəifləmişdir və ABŞ ilə Aİ arasında
kəskinləşmiş maliyyə-iqtisadi problemlərin güclü təsirinə məruzdur.
Yoxlama sualları
1.
Avropa valyuta sisteminə və avroya keçiddə hansı mərhələlərin
fərqləndirilməsi vacibdir? Avropa Valyuta Sistemi necə inkişaf edirdi? Bu
sistemdə EKYU hansı rolu oynamışdır?
2.
Vahid valyuta sisteminin formalaşdırılması və avroya keçid
məqsədilə AİB - Aİ-də hansı maliyyə qurumları yaradılmışdı? Bu prosesdə
Avropa valyuta institutunun və Avropa Mərkəzi Bankının rolu nədən ibarətdir?
Onların strukturunu və fəaliyyətinin xüsusiyyətlərini təsvir edin.
3.
Vahid valyuta-pul sisteminin yaradılmasına doğru irəliləyişdə
Maastrix razılaşmalarının hansı əhəmiyyəti olmuşdur?
4.
Avroya keçmək
istəyən ölkələr üçün hansı meyarlar
müəyyənləşdirilmişdi?
5.
Aİ üzvü olan dövlətlərdən bəzisi avroya keçməkdən niyə imtina
etmişdir?
6.
Avro ABŞ dollarını sıxışdıracaqmı?
7.
2010-cu ilin payızında avro, dollar və yuan arasında baş venniş
«valyuta müharibəsinin» səbəbləri nədir?
Referatlarm mövzuları
1.
Avropa valyuta sisteminin
təşəkkülü mərhələləri
2.
Aİ ölkələrinin avroya keçməsinin çətin yolu və bu hadisənin
beynəlxalq əhəmiyybti
3.
Böyük Britaniya, Norveç və Danimarkanın avroya keçməkdən imtina
etməsinin
səbəblərinin təhlili
4.
MDB məkanında ümumi pul vahidinin (avro tipində) yaradılmasının
mümkünlüyü və Rusiyanın tam dönərli rubla keçməsi perspektivləri
574
Fəsil 20
BEYNƏLXALQ BANKLAR VƏ
MALİYYƏ MƏRKƏZLƏRİ
Bu fəsil, birincisi, transmilli bankların, o cümlədən Bretton-Vuds
təsisatlarının (BVF, DB, habelə BHB); ikincisi, beynəlxalq kommersiya
banklarının, o cümlədən İslam banklarının (bank fəaliyyətinin təşkilinin yeni
fomıasl kimi); üçüncüsü, beynəlxalq maliyyə mərkəzlərinin fəaliyyətinin
təhlilinə həsr edilmişdir. Beləliklə, burada ümumdünya maliyyə sisteminin
kredit resurslarının beynəlxalq maliyyə bazarları kanalları vasitəsilə bütün
dünya üzrə nəhəng miqyasda bölüşdürülməsi mexanizmində son dərəcə
mühüm rol oynayan başlıca subyektlərindən bəhs olunacaq.
20.1.
Transmilli banklar (TMB)
Bank əməliyyatlarının universallaşmasına doğru meyiL TMB-nin
yaranma mənbələri və fəaliyyəti elmi ədəbiyyatda yaxşı təsvir olunsa da, bunun
Ən Yeni dövrdə bəzi xüsusiyyətlərini göstərək:
•
TMB-nin pulun (maliyyə vəsaitlərinin) sahibləri ilə investorlar
arasındakı vasitəçi rolunun güclənməsi, yəni ssuda kapitalının toplanması və
hərəkəti işində TMB-nin kredit rolunun artması;
•
TMB-nin vəsaitlərin hərəkətinin (sahibdən borcalana doğru) çoxsaylı
formaları və kanalları ilə xarakterizə olunan, fonnalaşan dünya maliyyə
bazarlarında həlledici rolu;
•
TMB-nin kommersiya bankları tərəfindən beynəlxalq ödəmələrin
geniş miqyasda yerinə yetirilməsi. Onların sərbəst pul vəsaitlərini cəlb edərək,
beynəlxalq bazarlarda qaytarılma, müddətlilik və ödənişlilik şərtləri ilə
müxtəlif əməlİ3^atlarm aparılması üçün universal maliyyə həlqəsi qismində
çıxış etməsi;
•
yüksək dərəcədə etibarlılığına görə TMB-nin pul sahibləri üçün
cazibəli olması. Güman ki, 1980-1990-cı illərdə və XXI əsrin başlanğıcından
TMB-nin sayının partlayış sürəti ilə çoxalmasının və investisiya vəsaitlərinin
həcmi baxımından bank idarələrinin artımını ümumilikdə üstələməsinin səbəbi
də, məhz bundadır. İnvestisiyaların səviyyəsini əmanətlərin müvafiq payı ilə
575
şərtləndirilməsini və məhdudlaşmasını ifadə edən milli əmanətlər və yığımlar
(investisiyalar) arasındakı məntiqi əlaqədən asılı olmayaraq, TMB-nin
artımının nisbi müstəqilliyi də bununla izah edilir.
Bütün bunlar bank kapitalının transmilliləşməsi prosesinin intensiv
inkişafına, dünyanın aparıcı bank idarələrinin bir-biri ilə çarpazlaşmasma şərait
yaratmışdır. Qüdrətli ABŞ TMB-nin böyük məbləğdə vəsaitləri Böyük
Britaniya, Kanada, Avstraliya və Avropanın qiymətli kağızlarla ticarət edən
maliyyə təşkilatlarına yatınnası halları çoxalmışdır. Keçirdiyi staqnasiyaya
baxmayaraq, Yaponiyanın aparıcı bankları son onillik ərzində ABŞ, Qərbi
Avropa və Asiyanın kommersiya banklarının və bank olmayan maliyyə
qurumlarının səhmlərinə xeyli vəsait qoymuşdur. Avropanın TMB-si də strateji
alyanslara qoşulmaqla, başqa ölkələrin banklarını satın almaqla (o cümlədən
inkişaf etməkdə olan ölkələrin), dünyanın ən müxtəlif ölkələrində fəaliyyət
göstərən TMB-yə iri məbləğdə vəsait yatırmaqla, analoji hərəkət edirdi.
Nəzərdən keçirdiyimiz proseslər məhz TMB-nin daşıyıcı kimi çıxış
etdiyi ümumdünya maliyyə qloballaşması prosesinin inkişafının əks
olunmasıdır. Bununla bərabər, dünyanın maliyyə cəhətdən böyük gücə və
iqtisadiyyatının müxtəlif sahələrində, regional-sahə seqmentlərində nüfuza
malik olan qüdrətli bank-maliyyə qrupları arasında bölüşdürülməsi meyli
formalaşır.
Statistik məlumatlara əsasən aktivlərinin həcminə görə ən iri banklar və
investisiya şirkətləri arasında ABŞ bankları liderdir; onlardan sonra Yaponiya,
Böyük Britaniya, Almaniya, İsveçrə və Fransanın, Çin, Cənubi Koreya və
Latın Amerikası ölkələrinin bankları gəlir; Türkiyə, ərəb. Afrika, Şərqi Avropa
banklarının rolu artır. Qeyd edək ki, hər bir bankın aktivləri onun bazar
dəyərini 2-3 dəfə üstələ-yir və bu, böyük maliyyə qüdrətinin göstəricisidir.
Digər məqam, ən irilər iyerarxiya-sında müxtəlif bankların çevik mövqe
tutmasıdır. Bunu, bankların daha bir neçə onluğunun göstəricisinin ən iri
bankların göstəricilərinə təqribən bərabər olduğuna və artımda dinamizm
göstərərək, asanlıqla onların yerini tuta bilməsi ilə izah etmək mümkündür.
Bəzi banklar ən irilərin növbəti siyahısının yuxarı mövqelərini, sözün əsl
mənasında, zor tətbiq etməklə tutur. Bu hal son illərdə intensiv surətdə yayılan
qovuşmaların, strateji alyansların yaxud qəsblərin nəticəsidir.
576