Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə230/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   226   227   228   229   230   231   232   233   ...   306

məqalələrində həyəcan bildirməsinə baxmayaraq, dünya iqtisadiyyatının daimi 

monitorinqini  aparan  BVF  hətta  2007-ci  ilin  sonuna  Hesabatlarında  belə, 

təhlükəli vəziyyətin yaranması barədə heç bir fikir ifadə etmirdi. 

BVF-in statusunun gücləndirilməsi, onun dünyada əsaslı ləkələnmiş adını 

bir  qədər  təmizləyə  bilsə  də,  onun  stress-testlər  üzrə  çıxardığı  nəticələri  sırf 

tövsiyə xarakteri daşıdığına görə, praktiki baxımdan ciddi pozitiv məna kəsb 

edəcəyi  şübhə  doğurur.  Digər  tərəfdən,  BVF  üçün  siyasət  və  ideologiya 

məsələləri  obyektiv  iqtisadi  təhlillə  müqayisədə  dominant  olduğundan,  onun 

Hesabatlarında milli  iqtisadiyyatların dayanıqlılıq  meyarları kifayət  dərəcədə 

sərt yaxud yumşaq ola bilər. Belə ki, 2010-cu ildə 90 Avropa bankının tədqiq 

edilməsi  üçün  stress-testlərin  qəbul  olunan  şərtləri  həddən  ziyadə  yumşaq 

olmuşdur.  Bu  halda  BVF-də  «bazarı  sakitləşdirmək»  məqsədilə  yalnız  real 

vəziyyəti  əks  etdirdiklərini  gizlətmirdilər.  Amma  bu  məsələ  ümumdünya 

təşkilatı kimi tanınan, çoxsaylı işçi heyətinin saxlanmasına dünyanın onlarca 

dövləti  tərəfindən  vəsait  ayrılan  və  pozitiv  fəaliyyət  göstərəcəyinə  ümid 

bəslənilən  BVF-in  deyil,  elementar  reklamın  və  bankların  ictimaiyyətlə 

əlaqələr  xidmətlərinin  səviyyəsindədir.  Qeyd  edək  ki,  siyasi  oyunlar  BVF-in 

köhnə xəstəliyidir: gah kommunizmin yoxa çıxdığı və ölkə iqtisadiyyatının, az 

qala, daş dövrünə yuvarlandığı Rusiyada kommunizmlə mübarizə aparır, gah 

da Asiya böhranına cəmi  3 gün qalmış  Kuala-Lumpurda keçirilən toplantıda 

Malayziya  və  bütün  ASEAN  ölkələrində  aparılan  islahatlara  BVF  prezidenti 

Kamdessyunun  sözləri  ilə  heyrətlənərək,  «böhranların  birdəfəlik  keçmişdə 

qaldığına»  əminliyini  bildirirdi.  Nəticə  isə  BVF-in  Kuala-Lumpurdakı 

bölməsinin bağlanması, Malayziyanın BVF-in bütün tövsiyələrindən qətiyyətlə 

imtina  edərək,  tez  bir  zamanda  böhran  məngənəsindən  can  qurtarması 

olmuşdur. 

BVF-in  ölkələrin  (xüsusilə  də  problemli  ölkələrin)  rəhbərliyinə 

tövsiyələrlə müşayiət olunan müraciətləri, təşkilatın tarixində dəfələrlə olduğu 

kimi,  bazarlardakı  vəziyyəti  daha  da  mürəkkəbləşdirə  bilər.  Buna  görə  də 

dünya 


iqtisadiyyatının 

tənzimlənməsində 

millətüstü 

elementin 

gücləndirilməsini  zəruri  hesab  ediriksə,  yəqin  ki,  özünü  son  dərəcədə 

doğrultmayan  BVF'və  DB  kimi  beynəlxalq  təşkilatların  səlahiyyətlərini 

artırmaqdan  çəkinməliyik.  Hər  iki  təşkilatın  özü  daxili  islahatların 

aparılmasına, bütün rəhbərliyinin və neolibertian siyasətinin dəyişdirilməsinə 

möhtacdır.  Yalnız  islahatlar  aparıldıqdan  sonra  Fondun  üzv-dövlətlərinin 

rəyinə, sənaye-maliyyə 



587 


qruplarının nəzarətsiz fəaliyyətini,  «bazarın» hüdudsuz imkanlarını tərənnüm 

etməyən  ekspertlərin  fikrinə  diqqətlə  yanaşması  əsasında  həmin  təşkilatlara 

yüksək səlahiyyətlərin verilməsi mümkündür. 

20.3.

 

Beynəlxalq Yenidənqurma və 

İnkişaf Bankı (BYİB) yaxud Dünya Bankı (DB) 

Bu bank BMT-nin valyuta-maliyyə məsələləri üzrə 1944-cü ilin iyulunda 

Bretton-Vudsda keçirilən konfransının qərarlarına müvafiq olaraq, 1945-ci ildə 

BVF ilə birlikdə yaradılmışdır. Eyni zamanda Dünya Bankı da adlandırılan bu 

banka  BVF  kimi,  BMT-nin  ixtisaslaşmış  idarəsi  statusu  verilmişdir.  DB-nin 

əsas  məqsədi  üzv-dövlətlərin  iqtisadi  inkişafını  dəstəkləməkdir.  Bankın 

kreditləri əsasən yolların, elektrik stansiyalarının, məktəblərin, xəstəxanaların 

inşası,  sənaye  sahələrinin,  telekommunikasiyaların  müasirləşdirilməsi  üzrə 

investisiya layihələrinin həyata keçirilməsinə istiqamətlənmişdir. Borcların bir 

hissəsi  ölkələrin  iqtisadi  sistemlərində  sabitliyin  təmin  olunması  və 

səmərəliliyin  yüksəldilməsi  məqsədilə  aparılan  bazar  islahatlarının 

maliyyələşdirilməsi üçün verilir. 



Bankın  vəzifələri.  İlk  dövrdə  BYİB  Avropanın  müharibədən  sonrakı 

bərpası  üçün  kapital  resurslarının  toplanması  və  yerləşdirilməsi  ilə  məşğul 

olurdu. 1948-ci ildə bank Avropanın Bərpası Proqramını (European Recovery 

Programme) başladı, lakin sonra onun əsas vəzifəsi özəl kapitaldan münasib 

şərtlərlə  istifadə  etmək  imkanı  olmayan  üzv-dövlətlərin  inkişafına  borc 

verilməsi  yolu  ilə  yardım  göstənnək  oldu.  Hazırda  BYİB  və  onun  yaratdığı 

filiallar (Dünya Bankının qrupu) inkişaf etməkdə olan ölkələrə və kapitalizmə 

transfonnasiya  yoluna  qədəm  qoyan  keçmiş  sosialist  dövlətlərinə  yardım 

göstərilməsində mühüm rol oynayır. 

Yaradıldığı  dövrdən  etibarən  Dünya  Bankının  tərkibi  və  təşkilati 



quruluşu böyük dəyişikliklərə məruz qalmışdır. BYİB üzvlərinin sayı 1946-cı 

ildəki  38  dövlətdən  1996-cı  ildə  180  dövlətədək  artmışdır.  Yeni  törəmə 

təşkilatların  yaradılması  nəticəsində  BYİB  özündə  4  beynəlxalq  maliyyə 

qurumunu  birləşdirən  Dünya  Bankı  qmpuna  çevrildi.  1956-cı  ildə  borcları 

yalnız  üzv-dövlətlərin  hökumətlərinin  zəmanəti  ilə  verən  BYİB-dən  fərqli 

olaraq,  özəl  sektorun  layihələrini  malijq/ələşdirən  Beynəlxalq  Maliyyə 

Korporasiyası (IFC - International Financial Corporation) yaradıldı. 1960-cı 

588 



ildə  ən  yoxsul  ölkələrə  faizsiz  güzəştli  kreditlər  verən  Beynəlxalq  İnkişaf 

Assosiasiyasının  (IDA  -  International  Development  Association)  əsası 

qoyuldu.  1988-ci  ildə  yaradılan  İnvestisiyalara  Zəmanət  üzrə  Çoxtərəfli 

Agentliyin  (MIGA  -  Multilaterial  Investment  Guarantee  Agency)  vəzifəsi 

xarici  investorlara  qeyri-kommersiya  siyasi  risklər  üzrə  zəmanət  vemıəkdir. 

Xarici  birbaşa  investisiya  axınlarının  artması  1966-cı  ildə  Dünya  Bankı 

qrupunun  fəaliyyəti  ilə  bağlı  olan  İnvestisiya  Mübahisələrinin  Həlli  üzrə 

Beynəlxalq  Mərkəzin  (ICSID  -  International  Centre  for  Settlement  of 

Investment  Disputes)  yaradılmasını  zəruriləşdirdi.  ICSID-in  vəzifəsi  xarici 

investorlarla borcalan ölkələrin hökumətləri arasında baş verən mübahisələrin 

nizamlanması və arbitrajıdır. 

Dünya  Bankının  təşkilatı  qunıhışu  BVF-ə  bənzəyir.  Bankın  resursları 

eyni  zamanda  BVF  üzvü  olan  dövlətlər  tərəfindən  təqdim  edilmişdir,  amma 

əsas  kapitala  dünya  iqtisadiyyatının  lideri  olan  «yeddilik»  tərəfindən  nəzarət 

edilir. Faktiki üzvlük haqqı abunə kapitalının bir hissəsi olmaqla, onun 10%- 

dən  aşağıdır.  Uzunmüddətli  borclar  bank  tərəfindən,  adətən  20  ilə, 

qaytarılmasının 5 il təxirə salınması şərtilə verilir. 



BYIB-in 

fəaliyyətinin  reqlamenti.  Bank  haqqında  razılaşma 

(Nizamnamə) onun fəaliyyətini reqlamentləşdirən əsas qaydaları müəyyən edir. 

Belə  ki,  bank  iqtisadi  artıma  yardım  göstərərkən,  yalnız  səmərəli  kapital 

qoyuluşlarına  borc  vennəlidir.  Kreditin  ayrılması  haqqında  qərar,  onun  geri 

qaytarılma  ehtimalı  nəzərə  alınmaqla  qəbul  olunur.  Kredit  yalnız  hökumətə, 

onun tərəfindən zəmanət verilməsi şərti ilə verilir. Borcun, satınalmaları yalnız 

bir ölkədən həyata keçinnək şərti ilə verilməsi  qadağandır.  Borcun verilməsi 

haqqında qərar iqtisadi mülahizələrə əsaslanmalıdır. Bankın ilk kreditləri Qərbi 

Avropa  ölkələrinə  dağıdılmış  iqtisadiyyatlarını  bərpa  etmək  imkanı  yaratdı. 

Hazırki vəziyyətdə bank Afrika, Asiya, Latın Amerikası, Karib dənizi hövzəsi 

ölkələri. Şimali Afrika, Yaxın Şərq, Mərkəzi və Şərqi Avropanın dövlətlərinə 

borclar verir. 



Bankın vəsaitləri müxtəlif mənbələrdən formalaşır. Əsas mənbə müxtəlif 

borc  öhdəliklərinin  maliyyə  bazarlarında  satılmasıdır.  Əməliyyatların  zəma- 

nətçisi  kimi  bütün  üzv-dövlətlər  çıxış  edir.  Mükəmməl  maliyyə  siyasəti 

nəticəsində  bankın  qiymətli  kağızları  dünyada  ən  etibarlılarından  biri  hesab 

edilir. Bu qiymətli kağızlar pensiya fondları, sığorta şirkətləri, başqa banklar, 

fiziki şəxslər tərəfindən həvəslə satın alınır. Başqa mənbələr isə səhmdar 



589 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə