istiqrazlar sosial infrastruktur, şəhər təsərrüfatı obyektlərinin və başqa
bələdiyyə proqramlarının maliyyələşdirilməsi məqsədləri üçün yerli hakimiyyət
orqanları tərəfindən də buraxıla bilər. Bunlar bələdiyyə istiqrazları adlandırılır.
Bu cür qiymətli kağızların investorlar üçün faydası, vergi güzəştlərinin olmasıdır.
Federal quruluşlu inkişaf etmiş ölkələrdə bu istiqrazlar fond bazarının böyük
hissə-sini təşkil edir. Məsələn, ABŞ-da göstərilən istiqrazlar dövlət və bələdiyyə
qiymətli kağızlarının ümumu həcminin 25%-ni, Almaniyada isə yarısından
çoxunu təşkil edir.
Korporativ istiqrazlar. İstiqrazlar iri şirkətlər tərəfindən istehsalın
genişləndirilməsi və modernləşdirilməsi məqsədi ilə əlavə kapital cəlb etmək
üçün də buraxılır. Qiymətli kağızlara müəssisənin əmlakı ilə zəmanət verildiyinə
görə, bunlar korporativ istiqraz
adlanır. Yalnız iri və məşhur finnalar əhali
tərəfindən etimad göstəriləcəyinə ümid bəsləyə bilər. İstiqrazlar bazarına
çıxmazdan əvvəl şirkət ixtisaslaşmış agentlikdən krediti qaytanna qabiliyyəti
barədə rəy almalıdır. İstiqrazın taleyi və ödəniləcək faizin dərəcəsi bu
qiymətləndirmədən asılıdır. İstiqraz üzrə borcun verilməsinin investorlar üçün
cəlbediciliyini artınnaq məqsədilə, korporativ istiqrazlar müxtəlif xassələrlə
buraxılır:
•
indeksləşdirilmiş istiqrazlar;
•
mənfəətdə iştirak hüququ verən istiqrazlar;
•
başqa qiymətli kağızlara, ilk növbədə, səhmlərə dəyişdirilə bilən
istiqrazlar;
•
geri qaytarılan (müddət başa çatanadək geri alınan) istiqrazlar;
•
faizi üzən istiqrazlar və s.'
Müştəriyə təklif olunan geniş seçim istiqraz buraxan iri şirkətə öz
fəaliyyətinin məqsədyönlü strateji planlaşdırılmasını həyata keçinnəyə, işlədiyi
sahədə ümumi sabit mühit yaratmağa imkan verir.
Xarici istiqrazlarla ticarətin əsas mərkəzləri Nyu-Yorkda, Sürixdə,
Tokioda, Londonda, Amsterdamda, Frankfurt-Maynda yerləşir.
Fond qiymətli kağızlarının emissiyası
onların sayı, hər bir qiymətli kağızın
(səhmin, istiqrazın) nominal qiyməti və buraxıldığı məbləğ göstərilməklə,
kütləvi xarakterdə olması ilə fərqlənir. Eyni buraxılışdan olan qiymətli kağızlar
bir-birinə bərabərdir və kapitalda yaxud istiqraz fondunda olan müəyyən payı
ehtiva edir. Fond qiymətli kağızlarının buraxılışı müvafiq
PeeuHCKuO H.A. V
KƏS
.
COM
.
C. 289.
621
dövlət orqanında qeydiyyatdan keçməlidir və burada qiymətli kağızın hər bir
buraxılışına kod verilir.
Fond birjalarının əsrlərlə fəaliyyət göstərdiyi ölkələrdə, onların yaranma
dövründən başlayaraq, emitentlər və əmanətçilər üçün hüquqi nonnalar işlənib
hazırlanmışdır, qiymətli kağızların buraxılışını və satışını tənzimləyən ciddi
qanunlar mövcuddur. Qiymətli kağızların buraxılışının, ilkin yerləşdirilməsinin
və təkrar satışının qanunvericiliklə tənzimlənməsinin zəruriliyi baş vermiş birja
böhranları, o cümlədən 1929-1933-cü illərin dünyada ən böyük birja böhranı ilə
təsdiqlənmişdir. Onun nəticəsində bir çox ölkələrdə qiymətli kağızların
buraxılışını və dövriyyəsini tənzimləyən qanunlar qəbul olunmuşdu. ABŞ-da
buraxılış proseduru 1933-cü il «Qiymətli Kağızlar haqqında» Qanunu ilə
reqlamentləşdirilir. Emitent-şirkət özünün fəaliyyəti və səhmin yaxud istiqrazın
buraxılması ilə bağlı olan bütün məlumatları; işlərin cari vəziyyəti, gəlirlərin əldə
olunması perspektivləri, son illər ərzində bağladığı əqdlər, qiymətli kağızların
əvvəlki buraxılışlarının təsviri barədə və sair informasiyanı təqdim etməyə
borcludur. Bu məlumatlar xüsusi federal (dövlət) orqanları tərəfindən yoxlanılır,
tam və dürüst hesab edildikdə, yeni səhmlərin yaxud istiqrazların buraxılışına
icazə verilir. Buraxılış barədə məlumatlar xüsusi cədvəldə ümumiləşdirilir və
prospektlərdə dərc olunur.
21.2.
Birjalar
Birja anlayışı. Birja - xüsusi mülkiyyətə malik olan, birbaşa hüquqi
məsuliyyət daşıyan, iştirakçıları qarşısında müvafiq hərəkətləri yerinə yetirmək
səlahiyyəti verilən və müəyyənləşdirilmiş tələblərə cavab verən hüquqi şəxsdir.
Tarixən birja əmtəə bazarlarını formalaşdıran klassik iqtisadi qurum kimi
nəzərdən keçirilir. Onun fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsasları vardır.
Fəaliyyətinin təşkil olunması baxımından birja, müvafiq avadanlıqla təchiz
olunaraq, üzvlərinin istifadəsinə verilən «ticarət yeridir».
İqtisadi baxımdan birja, qanunlar və digər nonnativ aktlar, öz qaydaları
əsasında fəaliyyət göstərən, tələb və təklif nəticəsində yaranan qiymətlərlə
mallar, qiymətli kağızlar, valyuta və s. ilə ticarət aparılan topdansatış bazarıdır.
Valyuta və fond birjalarının təkamülü: tarixi baxış. Müasir birjaların
sələfi olan ilk birjalar XV-XVI əsrlərin qovuşduğu dövrdə meydana çıxmışdır.
Bunlar əmtəə birjaları idi və tezliklə fond, sonra isə valyuta, fyuçers və opsion
birjaları yarandı. 1611-ci ildə təşkil olunan Amsterdam birjası indiyədək
622