Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə258/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   254   255   256   257   258   259   260   261   ...   306

Proqramı üzrə Ekspertlərin Müşavirəsi; 

 



Vergitutma  sahəsində  beynəlxalq  əməkdaşlıq  üzrə  xüsusi  Ekspertlər 

Qrupu; 


 

İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitə



 

İnkişaf məqsədləri üçün energetika və təbii resurslar üzrə Komitə; 



 

Yerli xalqların məsələləri üzrə daimi Forum. 



ECOSOC ilə əlaqəli olan orqanlar. 

 



Narkotiklər üzərində nəzarət üzrə beynəlxalq Komitə

 



Qadınların  vəziyyətinin  yaxşılaşdırılması  üzrə  Beynəlxalq  tədris  və 

elmi-tədqiqat institutunun Qəyyumuq Şurası; 

 

Əhali məsələləri üzrə BMT Mükafatının verilməsi üzrə Komitə; 



 

BMT-nin HİV/QİÇS üzrə birgə Proqramının ƏlaqələndiiTnə Şurası. 



Baş Assambleyanın iqtisadi, sosial və əlaqəli sahələrdə köməkçi 

orqanları: 

 



Proqram və Əlaqələndimıə üzrə Komitə; 

 



İnkişaf etməkdə olan ölkələr arasında texniki əməkdaşlığın icmalı üzrə 

yüksək səvij^əli Komitə; 

 

BMT-nin Uşaq Fondu (UNICEF); 



 

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD); 



 

BMT-nin Qadınlar üçün İnkişaf Fondu; (UNFEM) 



 

BMT-nin İnkişaf Proqramı (UNDP); 



 

BMT-nin Qaçqınlar üzrə Baş Komissarlığı (UNHCR); 



 

BMT-nin Əhali Fondu (ETNPFA); 



 

BMT-nin  Fələstin  qaçqınlarına  yardım  və  işlərin  təşkili  üzrə  Yaxın 



Şərq Agentliyi (EJNRWA); 

 



Dünya Ərzaq Proqramı (WFP). 

BMT-nin  Katibliyi.  Katiblik  BMT-nin  iqtisadi  əməkdaşlıq  orqanları 

sistemində  üçüncü  əsas  həlqədir.  Katiblik  BMT  sisteminə  daxil  olan  başqa 

qurumların  normal  fəaliyyətini  təmin  edən  inzibati-icra  orqanıdır.  Katibliyin 

əsas  vəzifəsi  konkret  tapşırıqları  yerinə  yetinnəkdir.  Katibliyin  mərkəzi 

aparatının əməkdaşlarının əksəriyyəti iqtisadiyyat xidmətində çalışır. BMT-nin 

iqtisadiyyat aparatının tərkibinə bir neçə bölmə daxildir və onlardan ən böyüyü 

iqtisadi və sosial məsləhətlər üzrə Departamentdir. 

665 



22.7.

 

BMT-nin əsas təşkilatlarının 

və qurumlarının fəaliyyəti 

BMT-nin Ticarət və İnkişaf üzrə Konfrans (UNCTAD - United Nations 

Conference  for  Trading  and  Development).  1964-cü  ilin  sonunda  BMT-nin 

Baş Məclisi beynəlxalq ticarət təşkilatı olmayan UNCTAD-ın BMT- nin orqanı 

qismində təsis olunması barədə qətnamə qəbul etdi. 

UNCTAD  xammal,  hazır  məmulatlar  və  yarımfabrikatlarla  beynəlxalq 

ticarət,  nəqliyyat,  sığorta,  xarici  ticarətin  kreditləşdirilməsi,  texnologiyaların 

verilməsi  və  s.  məsələlərin  geniş  dairəsini  nəzərdən  keçirir.  UNCTAD-ın 

fəaliyyəti təfsilatı ilə aşağıda göstərilir. 

BMT-nin  Sənaye  İnkişafı  Təşkilatı  (UNIDO  -  United  Nations 

Industrial  Development  Organization).  BMT-nin  bu  ixtisaslaşmış  təşkilatı 

inkişaf etməkdə olan ölkələrin sənayeləşməsinə, milli və beynəlxalq resursların 

səfərbər  olunması  vasitəsilə  sənayelərinin  inkişafına  yardım  proqramlarının 

həyata  keçirilməsi  üçün  yaradılmışdır.  UNIDO  1966-cı  ildə  təsis  edilmişdir. 

Ali  orqanı  2  ildə  bir  dəfə  çağırılan  Baş  Konfransdır.  UNIDO-nun  əsas 

idarəetmə orqanları Sənaye İnkişafı üzrə Şura və Proqram və Büdcə Məsələləri 

üzrə Komitədir. UNIDO-nun mənzil-qərargahı Vyanada yerləşir. 

Dünya təcrübəsində bu təşkilatın fəaliyyəti operativ və yardımçı hissələrə 

bölünür və BMT-nin Baş Məclisinin xüsusi qətnamələri ilə reqlamentləşdirilir. 

Operativ fəaliyyətə bunlar aiddir: 

 

inkişafın  müasir  mərhələsində  mövcud  olan  siyasi,  iqtisadi,  maliyyə 



vəziyyətini  nəzərə  almaqla,  ölkələrə  sənayeləşmə  proqramlarının  işlənib 

hazırlanması üzrə tövsiyələr vermək və konkret yardım göstərmək; 

 

sənaye  müəssisələrinin  və  başqa  iri  obyektlərin  inşasının 



əsaslandırılması  üzrə  elmi-tədqiqat  işlərinin  təşkili  və  bilavasitə  yerinə 

yetirilməsinə ölkələrə kömək etmək

 

zəif  inkişaf  etmiş  ölkələrdə  inkişaf  və  istehsalın  idarə  olunması 



məsələləri üzrə orqanların yaradılmasını və fəali}^ətini dəstəkləmək; 

 



xammal  resurslarından  istifadə  olunması  üzrə  konkret  proqramların 

həyata keçirilməsində ölkələrə texniki yardım göstərmək və tövsiyələr vermək. 

Bu  təşkilatın  yardımçı  fəaliyyəti  alınan  məlumatların  toplanmasından, 

işlənmə-sindən, ümumiləşdirilməsindən, dərc olunmasından və yayılmasından 

ibarətdir. 

666 



1986-cı  ildən  UNIDO  BMT  sisteminin  ixtisaslaşmış  idarəsi  statusunu 

almışdır.  Yenidənqurma  təşkilatın  fəaliyyətinin  əsas  istiqamətlərinə, 

məqsədinə,  prinsiplərinə  toxunmayaraq,  inzibati,  maliyyə,  kadr  müstəqilliyi 

məsələlərinə  aid  idi.  Hazırda  UNIDO-nun  özünün  üzv-dövlətlərin  üzvlük 

haqları  hesabına  formalaşan  və  əsasən  Katiblik  kimi  aparatın  saxlanmasına 

xərclənən  büdcəsi  var.  UNIDO-nun  əməliyyat  fəaliyyəti  əsasən  BMT-nin 

İnkişaf  Proqramının  və  UNIDO-nun  üzv-dövlətlərinin  könüllü  ödənişləri 

hesabına  yaradılan  Sənaye  İnkişafı  Fondunun  vəsaitləri  hesabına 

maliyyələşdirilir.  UNIDO  fəaliyyəti  inkişaf  etməkdə  olan  ölkələrə  yardım 

göstərilməsinə istiqamətlənən ixtisaslaşmış təşkilat statusuna malikdir. 



Birləşmiş  Millətlər  Təşkilatının  İnkişaf  Proqramı  (UNDP  -  United 

Nations Development Programme). Bu təşkilat BMT Baş Məclisinin yardımçı 

orqanı, investisiya qoyulmazdan əvvəl həm texniki, həm də maliyyə  yardımı 

göstərilməsi  üzrə  beynəlxalq  proqramdır.  Bu  təşkilatın  fəaliyyəti  həmçinin, 

inkişaf  etməkdə  olan  ölkələrdə  iqtisadiyyatın  mühüm  sahələrinin 

dəstəklənməsinə  yönəlmişdir.  Proqram  1965-ci  ildə  yaradılmışdır,  rəhbər 

orqanı  Direktorlar  Şurasıdır.  Hər  il  Şuranın  2  sessiyası  keçirilir,  bunların 

arasındakı müddətdə isə təşkilata Nyu-Yorkda yerləşən Katiblik rəhbərlik edir. 

UNDP-nin  fəaliyyəti  könüllü  ödənişlər  hesabına  maliyyələşdirilir.  Könüllü 

ödənişlərin  məbləğini  planlaşdınuaq  mümkün  olmadığına  görə  təşkilatın 

büdcəsi təsbit edilmir və ildən-ilə dəyişir. 

Hazırda UNDP-nin  fəaliyyəti 6 əsas istiqamətdə cəmləşmişdir:  yoxsul- 

luqla mübarizə, idarəçilik  fəaliyyətinin  inkişafı, inkişaf etməkdə olan ölkələr 

arasında  fəaliyyətin  müxtəlif  sahələrində  texniki  əməkdaşlıq,  ətraf  mühitin 

mühafizəsi, təbii resurslardan səmərəli istifadə, qadınların inkişafda iştirakı və 

inkişaf məqsədləri üçün texnologiyaların səviyyəsinin yüksəldilməsi. UNDP- 

nin himayədarlığı altında irriqasiya, balıqçılıq, meşə massivlərinin istismarı və 

başqa sahələrdə konkret layihələrin həyata keçirilməsinin konkret nümunələri 

mövcuddur. 



BMT-nin  Ərzaq  və  Kənd  Təsərrüfatı  Təşkilatı  (UNFAO  -  Food  and 

Agriculture  Organization).  Bu  təşkilat  BMT-nin  mühüm  ixtisaslaşmış 

idarələrindəndir və vəzifəsi kənd təsərrüfatı üzrə hökumətlərarası təşkilatların 

fəaliyyətini, habelə əhalinin kənd təsərrüfatı məhsulları ilə təchizatı sahəsində 

fərdi  və  kollektiv  təşəbbüsləri  əlaqələndirməkdir.  FAO  1945-ci  ildə 

yaradılmışdır,  ali  orqanı  2  ildə  bir  dəfə  çağırılan  Konfransdır.  Təşkilatın 

mənzil- 


567 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə