Müasir beynəlxalq təşkilatlar sırasında iki əsas tip fərqlənir:
hökumətlərarası və qeyri-hökumət. Onların hər ikisinin rolu əhəmiyyətlidir:
dövlətlərin həyatın müxtəlif sahələrində ünsiyyətinə, yaxınlaşmasıma və
əməkdaşlığına şərait yaradırlar.
Beynəlxalq hökumətlərarası təşkilat beynəlxalq hüquqa müvafiq olaraq
yaradılır və hər hansı dövlətin, beynəlxalq ictimaiyyətin maraqlarına
toxunmamalıdır. Onun yaradılmasının əsasında beynəlxalq müqavilə
(konvensiya, saziş, protokol və s.) durur. Bu müqavilənin tərəfləri qismində
suveren dövlətlər, son vaxtlar isə, həmçinin, hökumətlərarası təşkilatlar çıxış edir.
İstənilən beynəlxalq təşkilatın yaradılmasının məqsədi dövlətlərin
müəyyən sahədə səylərini birləşdirməkdir. BMT, demək olar ki, bütün sahələrdə
dövlətlərin fəaliyyətini əlaqələndirir və onların arasında vasitəçi kimi çixiş edir.
Bəzi hallarda dövlətlər beynəlxalq münasibətlərin ən çətin məsələlərinin
müzakirəsini və barəsində qərar qəbul olunmasını onlara həvalə edir. Hər bir
beynəlxalq təşkilatın müvafiq təşkilati strukturunun mövcudluğu onun daimi
xarakterdə olmasını təsdiqləyir və bununla da, beynəlxalq əməkdaşlığın digər
fonnalarından fərqlənir. Beynəlxalq təşkilatın mühüm əlaməti, onun təsis aktında
təsbit edilən hüquq və vəzifələrinin olmasıdır. Beynəlxalq təşkilat öz
səlahiyyətlərini aşa bilməz.
Beynəlxalq təşkilatların digər tipi hökumətlərarası müqavilələr əsasında
təsis olunmayan BQHT-dir. Bu təşkilatlar ən azı bir dövlət tərəfindən tanınmalı,
amma fəaliyyətini ən azı iki dövlətdə həyata keçirməlidir. Bu cür təşkilatlar
təsisat aktı əsasında yaradılır və hazırda onların sayı 8000-dən çoxdur. BQHT-lər
müasir beynəl-xalq münasibətlərin bütün sahələrində fəal rol oynayır, çoxsaylı
ölkələrdə işləyir.
İstənilən tip beynəlxalq təşkilat fəaliyyət göstərdiyi sahədə müxtəlif
problemlərin həlli məqsədilə yaradılır. İqtisadi və başqa problemlərin həlli üçün
hazırda hər il 1000-dən çox konfrans keçirilir. Bu konfranslarda beynəlxalq
müqavilələr işlənib hazırlanır və qəbul edilir, sazişlər bağlanır, beynəlxalq
münasibətlərin konkret sahəsində əməkdaşlıq prinsipləri müəyyənləşdirilir.
653
22.4.
BMT və onun qurumları,
əsas funksiyaları və vəzifələri
Həm üzvlük üzrə universallığı, həm də səlahiyyətinə aid olan problemlərə
görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) dövlətlərarası tənzimləmə sistemində
ən mühüm rol oynayır.
Nizamnaməsinə uyğun olaraq, BMT-nin qarşısındakı məqsədlər
bunlardır:
•
beynəlxalq sülhü və təhlükəsizliyi dəstəkləmək; sülhün pozulmasına
səbəb ola biləcək mübahisələri yaxud vəziyyətləri ədalətlilik və be3məlxalq
hüquq prinsiplərinə müvafiq surətdə qaydaya salmaq yaxud həll etmək;
•
millətlərin bərabərliyi və müqəddəratını həll etmək prinsipinə hörmət
əsasında xalqlar arasında dostluq münasibətlərini inkişaf etdinnək;
•
hərtərəfli əməkdaşlığı həyata keçinnək, insan hüquqlarına hörmət və
hamı üçün əsas azadlıqlar prinsipləri əsasında iqtisadi, sosial, mədəni və
humanitar xarakterli beynəlxalq problemlərin həllinə yardım göstərmək;
•
millətlərin qarşıya qoyduğu məqsədlərə nail olunması üçün etdiyi
hərəkətlərin əlaqələndirilməsi mərkəzinə çevrilmək.
BMT-nin ixtisaslaşmış qurumları olan BVF və Dünya Bankı qrupu, habelə
ÜTT ümumdünya əhəmiyyətli təşkilatlara aiddir. BMT-nin beynəlxalq
valyuta-kredit və maliyyə münasibətlərində birbaşa rolu məhduddur.
BMT-nin strukturunda regional iqtisadi komissiyalar (Avropa İqtisadi
Komissiyası, Afrika üçün iqtisadi Komissiya, Latın Amerikası və Karib dənizi
hövzəsi ölkələri üzrə İqtisadi Komissiya, Asiya və Sakit Okean regionu ölkələri
üçün İqtisadi Komissiya və s.), habelə funksional və xüsusi komissiyalar ayrıca
blok şəklində təmsil olunmuşdur. Bu təşkilatlardan hər birinin konkret
məqsədləri və vəzifələri var və onlar beynəlxalq iqtisadi münasibətlərin
tənzimlənməsinə real töhfə verir. 2005-ci ilin mayında dünya ictimaiyyəti qlobal
inkişaf problemlərinin həllində aparıcı beynəlxalq forum olan BMT-nin 60 illik
yubileyini qeyd etmişdir. BMT müasir dünyada əmin- amanlığın bərqərar
olmasında böyük rol oynayır. İndi mövcud olan beynəlxalq hüquq normaları ilk
dəfə onun Nizamnaməsində təsbit olunmuşdu.
654
22.5.
BMT-nIn yaradılması
12 iyun 1941-ci ildə Londonda imzalanmış Bəyannamə Birləşmiş
Millətlər Təşkilatının yaradılmasına doğru ilk addım olmuşdur. Bəyannamədə
antihitler koalisiyası üzrə müttəfiqlər «həm müharibə, həm də sülh dövründə
başqa azad xalqlarla birgə işləmək» öhdəliyini qəbul edirdi. Həmin ilin
avqustunda ABŞ Prezidenti F.D.Ruzvelt və Böyük Britaniyanın Baş naziri
U.Çörçil Atlantik Xartiyası kimi məşhur olan sənəddə sülhün və təhlükəsizliyin
qorunması məqsədilə beynəlxalq əməkdaşlıq prinsiplərinin məcmusunu təklif
etdilər. Əlbəttə ki, bu zaman İkinci Dünya müharibəsinin qarşısını ala bilməmiş
Millətlər Liqasının təcrübəsi nəzərə alınmışdı. 1942-ci ilin yanvarında «Ox»
dövlətlərinə (Almaniya - İtaliya - Yaponiya) qarşı müharibə aparan 26 müttəfiq
ölkənin nümayəndəsi Atlantik Xartiyanı dəstəklədiklərini bildirərək, 26 dövlətin
Bəyannaməsini imzaladı. Bu sənəddə ilk dəfə rəsmi olaraq. Prezident Ruzvelt
tərəfindən təklif edilmiş «Birləşmiş Millətlər» adından istifadə olunmuşdur.
Sonra 30 oktyabr 1943-cü ildə Moskvada imzalanmış Bəyannamədə Sovet
İttifaqı, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Çinin hökumətləri
sülhün və təhlükəsizliyin qorunması üçün tezliklə beynəlxalq təşkilatın
yaradılmasına çağırdı. Bu məqsəd Amerika Birləşmiş Ştatları, SSRİ və Böyük
Britaniyanın rəhbərlərinin 1 dekabr 1943-cü ildə Tehranda keçirilən görüşündə
bir daha təsdiqlənmişdi.
BMT-nin ilk konkret cizgiləri Vaşinqtondakı Dumbarton-Oks (Dumbarton
Oaks) malikanəsində keçirilən konfransda müəyyənləşdirilmişdi. Məhz bu
konfransda BMT-nm fəaliyyətinin əsas prinsipləri ifadə edilmiş, strukturu və
funksiyaları müəyyən olunmuşdu. Yalta (Krım) konfransında Ruzvelt və Çörçil
Ukrayna SSR-in və Belarusiya SSR-in BMT-də təsisçi dövlət qismində iştirakına
razılıq vermişdi (bu addım 1944-cü ildə ikinci cəbhə açılanadək Almaniya ilə
təkbətək müharibə apanmş SSRİ-yə hörmət əlaməti idi). Antihitler koalisiyasının
rəhbərləri BMT-nin Nizamnaməsinin işlənib hazırlanması üçün 25 aprel 1945-ci
ildə San-Fransiskoda Birləşmiş Millətlərin Konfransını çağınnaq qərarına
gəldilər.
BMT-nin yaradılması üzrə təsis konfransı 25 aprel - 26 iyun 1945-ci il
tarixində ABŞ-da keçirilmişdi. Bu konfransın İkinci Dünya müharibəsi başa
çatanadək çağırılması. Yerdə sülhü təmin edə bilən universal dövlətlərarası
təşkilatın yaradılması məsələsi üzrə müttəfiqlər arasında qarşılıqlı anlaşma əldə
655
Dostları ilə paylaş: |