Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə251/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   247   248   249   250   251   252   253   254   ...   306

 

Müasir  dövrdə  fond  birjalarının  inkişafına  təsir  edən  əsas  amillər 



göstərilən xidmətlərin dəyərinin aşağı salınması, rəqabətə mane olan sərhədlərin 

və əngəllərin aradan qaldırılması, birjaların idarəçiliyində islahatların aparılması, 

ticarətin  təşkilinin  yeni  texnologiyalarının  və  mexanizmlərinin  tətbiqidir  (bu 

halda  həmin  birjalarda  fırıldaqçılıq  elementi  də  güclənir).  Fond  birjalarının 

fəalİ3^ətinin  kommersiya  yönümünün  güclənməsi  və  alternativ  özəl  ticarət 

sistemlərinin  yaradılmasını  birja  idarəçiliyində  aparılan  islahatlara  aid  etmək 

olar.  Stokholmun,  Helsinkinin,  Kopenhagenin,  Amsterdamın,  İtaliyanın, 

Avstraliyanın,  Afinanın  və  s.  fond  birjaları  bu  cür  transformasiya  olunaraq, 

1990-cı illərdə və XXI əsrin ilk illərində səhmdarlaşmaya məruz qalmışdır. 

 



Fond  bazarları  alyansların  yaradılması,  birləşmələr  və  qovuşmalar, 

kooperasiya, elektron ticarət sistemlərinin yayılması ilə xarakterizə olunan dövrə 

qədəm  qoymuşdur.  Ənənə  üzrə  ticarətin  zal  və  «səsli»  hərrac  (open  outcry) 

rejimindən  istifadə  edən  birjalar  tədricən  ticarətin  elektronlaşması  üzrə  qərar 

qəbul  edir  (məsələn,  SVOP,  EUREX  ilə  danışıqlarda,  Pacific  Exchange  ilə 

kooperasiya  planlarının  müzakirəsində  və  s.).  Analoji  proseslər  Avropada  da 

gedir:  məsələn,  Frankfurt  -  London  alyansının  (Deutche  Boerse  and  London 

Exchange).  Güman  ki,  tezliklə  Amsterdam,  Brüssel,  Madrid,  Milan,  Paris  və 

Sürixin fond birjaları da bu ittifaqa qoşulacaq. 

 



Əməliyyatlarına  görə  bənzər  olan  maliyyə  idarələrinin  inteqrasiyası 

prosesi  də  genişlənir.  Bu  cür  qoA/uşmalar  (və  ya  alyanslar)  fond  birjalannm 

ənənəvi  funksiyalarının  universallaşmasma  xidmət  edir.  Mütəxəssislər 

Amsterdam  Fond  Birjasım,  Avropa  Opsion  Birjasını  və  Depozitarisini  vahid 

holdinq  çərçivəsində  birləşdirmiş  Amsterdam  Birjasını  nümunə  göstərirlər.  Bu 

qovuşma nəticəsində bazar iştirakçılarına xidmətlər kompleksi təklif edən birja 

xarakterli güclü beynəlxalq infrastruktur təşkilatı yaranmışdır. 

 



Ümumilikdə,  birjaların  inkişafında  2  meyillə  bağlı  olan  köklü 

dəyişikliklər  baş  verir.  Birincisi,  ümumdünya  qlobal  meyildir  və  dövlətlərin 

maliyyə  qurumları  arasındakı  fərqlərin  hamarlanmasına  və  unifıkasiya 

olunmasına  aparır.  İkincisi,  Aİ  ticari-iqtisadi  bloku  çərçivəsində  baş  verən 

proseslərlə  bağlıdır:  iştirakçı-ölkələr  bilavasitə  millətüstü  orqanlar  tərəfindən 

vacib  hesab  olunan  dəyişiklikləri  həyata  keçirir.  Hər  iki  meyil  bir  tərəfdən, 

maliyyə  sistemlərinin  eyniləşməsinə,  digər  tərəfdən  isə  onların  funksiyalarının 

universallaşmasma, maliyyə alətlərinin müxtəlifləşməsinə, bir ölkədən digərinə 



643 


maliyyə  alətləri  ilə  bərabər,  tənzimlənməsinə  ehtiyac  olan  problemlərin  də 

ötürülməsinə səbəb olur. 

 

Ənənəvi  maliyyə  mərkəzləri  -  ABŞ,  Qərbi  Avropa  və  Yaponiya 



artmaqda  olan  yeni  maliyyə  mərkəzləri,  ilk  növbədə,  Cənub-Şərqi  Asiyadakı 

(əsasən  Çində)  ilə  birlikdə  dünya  iqtisadiyyatının  önəmli  ehtiyaclarının 

ödənilməsinə xidmət göstərir. Dünyanın məhz bu regionlarında fəaliyyət göstərən 

milli, regional və beynəlxalq birjalara ən böyük dinamizm xasdır. 

 

2008-2010-cu  illərin  ümumdünya  maliyyə-iqtisadi  böhranı  dünya 



malİ3^ə sisteminin əsas qurumlarında əhəmiyyətli  dəyişikliklərin  aparılmasının 

zəruriliyini sübut etdi. 



Yoxlama sualları 

1.

 



Dünya qiymətli kağızlar bazarının strukturu necədir? 

2.

 



İstiqrazlar bazarının və beynəlxalq istiqrazlar bazarının fəaliyyətini izah 

edin. 


3.

 

Birja nədir; anlayışı, təkamülü. 



4.

 

Valyuta və fond birjalarının təhlilini verin. Birjada hansı əməliyyatlar 



aparılır?  Fond  bazarı  və  fond  birjası  nədir?  Onlar  hansı  funksiyaları  yerinə 

yetirir?  Birja  hərracının  mahiyyətini  izah  edin.  Fond  birjalarında  hansı  əqdlər 

yerinə yetirilir? 

5.

 



ABŞ-m,  Aİ  dövlətlərinin,  Yaponiyanın,  Çinin  fond  bazarlarının 

müqayisəli təhlilini aparın. 

6.

 

Beynəlxalq  birjaların  fəalİ5^ətinin  özəllikləri  nədədir?  Nyu-York, 



Tokio, London fond birjalarının, NASDAQ-m, Euronext-in, London beynəlxalq 

maliyyə fyuçersləri birjasının fəaliyyətində özəl cəhətlər varmı? 

7.

 

Birja fəaliyyətini tənzimləyən beynəlxalq fond əməliyyatları necə yerinə 



yetirilir? 

8.

 



Birja indekslərinin əhəmiyyəti nədədir? 

9.

 



İnkişaf etməkdə olan və iqtisadiyyatı transformasiya olunan ölkələrdə 

səhmlər və istiqrazlar bazarlarının formalaşmasının xüsusiyyətlərini izah edin. 

10.

 

Hazırda dünya maliyyə bazarlarının vəziyyəti necədir? 



11.

 

ABŞ-m  dövlət  qiymətli  kağızlarını  və  onların  dünya  bazarlarına 



təsirini təhlil edin. Bəzi ölkələr onları niyə alır? 

12.


 

2008-2010-cu illərin  qlobal  böhranı  başa  çatdıqdan sonra beynəlxalq 

birja şirkətlərinin fəali}^ətində hansı meyillər güclənməyə başlamışdır? 

644 



Referatlann mövzuları 

1.

 



Dünya qiymətli kağızlar bazarı: anlayışı, məzmunu, strukturu 

2.

 



Valyuta və fond birjaları - fond bazarı və fond birjaları 

3.

 



Milli və beynəlxalq birja qurumlarının inkişafında yeni meyillər 

645 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə