Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə253/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   249   250   251   252   253   254   255   256   ...   306

ümidlərə əsaslanır. Ölkələrin iqtisadiyyatı keyfi]/yət cəhətdən o qədər fərqlənir 

ki,  hələ  onilliklər  ərzində  onlara  münasibətdə  vahid  iqtisadi  siyasətin  tətbiqi 

mümkün  olmayacaq.  Bununla  belə,  bu  cür  siyasətin  əlaqələndirilməsinin 

mexanizmini  bilmək,  təkmilləşdirmək  və  müasir  şəraitə  adekvat  olan  yeni 

mexanizmləri işləyib hazırlamaq lazımdır. 

22.2.

 

Beynəlxalq iqtisadi təşkilatların təsnifatı 

Dünya  təsərrüfatı  sistemində  tənzimləməni  həyata  keçirən  beynəlxalq 

iqtisadi təşkilatlar təşkilati prinsipinə görə və çoxtərəfli tənzimləmə sahəsi üzrə 

təsnifləşdirilir. 

Beynəlxalq  iqtisadi  təşkilatların  təşkilati  prinsip  əsasında  təsnifatı  onun 

BMT sistemində iştirak edib-etməməsinə əsaslanır, habelə təşkilatların təmayülü 

və fəaliyyətinin məqsədlərini nəzərə alır. Bu cür yanaşmada beynəlxalq iqtisadi 

təşkilatları aşağıdakı qruplara bölmək olar: 

 

BMT sisteminin beynəlxalq iqtisadi təşkilatları; 



 

BMT sisteminə daxil olmayan beynəlxalq iqtisadi təşkilatlar



 

regional iqtisadi təşkilatlar. 



Beynəlxalq  iqtisadi  təşkilatların  çoxtərəfli  tənzimləmə  sahələri  üzrə 

təsnifatı onların aşağıdakı qruplara ayrılmasını nəzərdə tutur: 

 



dünya  təsərrüfatının  tənzimlənməsi  sistemində  regional  iqtisadi 

təşkilatlar; 

 

iqtisadiyyat və sənaye sahəsini, dünya təsərrüfatının müəyyən sahəsini 



tənzimləyən beynəlxalq iqtisadi təşkilatlar; 

 



dünya  ticarətinin  tənzimlənməsi  sistemində  beynəlxalq  iqtisadi 

təşkilatlar; 

 

sahibkarlıq fəaliyyətinin tənzimlənməsini həyata keçirən beynəlxalq və 



regional beynəlxalq iqtisadi təşkilatlar; 

 



beynəlxalq təsərrüfat əlaqələrinin inkişafını dəstəkləyən qeyri-hökumət 

beynəlxalq təşkilatları. 

Yuxarıda  göstərilmiş  ilk  dörd  kateqoriyaya  daxil  olan  beynəlxalq  və 

regional iqtisadi təşkilatlar hökumətlərarası təşkilatlardır



 

(dövlətlərarası yaxud 

çoxtərəfli də adlandırılır). Hökumətlərarası təşkilatlardan savayı, təsnifata dünya 

təsərrüfat  əlaqələrinin  inkişafını  dəstəkləyən  qeyri-hökumət  iqtisadi  təşkilatları 

və birlikləri də daxil edilmişdir (şəkil 21.1 və 21.2). 

649 



 

Səkil 22.1.

 Beynəlxalq iqtisadi təşkilatların təşkilati prinsip əsasında təsnifatı"* 

■ г


ерчикова И.Н.

 Международные экономические организации. М., 2000. С. 46. 

Gördü3aimüz  kimi,  burada  beynəlxalq  iqtisadi  münasibətlər  sistemində 

həm  ümumi,  həm  də  ayrı-ayrı  istiqamətlər  üzrə  əməkdaşlıq  və  bunun 

tənzimlənməsinə  cəlb  olunmuş  çoxsaylı  beynəlxalq  iqtisadi  təşkilatlardan 

söhbət açılacaq. 



650 


 

Şəkil 22.2.

 Dünya təsərrüfat əlaqələrinin çoxtərəfli tənzimlənməsi sahəsində beynəlxalq iqtisadi təşkilatların təsnifatı* 



герчикова И.Н.

 Указ. соч. С. 47-48. 



22.3.

 

Beynəlxalq təşkilatların iqtisadi fəaliyyətinin 

ümumi təsviri 

Beynəlxalq  iqtisadi  təşkilatlar  həm  əməkdaşlığın,  həm  də  ticarət  və 

iqtisadiyyat sahəsində çoxtərəfli dövlətlərarası münasibətlərin tənzimlənməsinin 

mühüm  alətidir,  razılaşdırılmış  məqsədləri,  daimi  orqanları,  habelə  təşkilati 

nonnaları,  o  cümlədən  nizamnaməsi,  qərarların  qəbulu  proseduru  və  s. 

mövcuddur.  Beynəlxalq  tənzimlənmədə  qarşılıqlı  əlaqələndirmə  metodları 

qismində  beynəlxalq  təşkilatın  işləyib  hazırladığı  və  qəbul  etdiyi,  icrası  onun 

bütün üzvləri üçün məcburi olan qətnamələr və göstərişlər; hökumətlər arasında 

bağlanılan çoxtərəfli sazişlər; regional və qeyri-hökumət təşkilatları səviyyəsində 

razılaşmalar  və  müqavilələr  və  s.  qəbul  olunur.  Əməkdaşlıq  və  onun 

tənzimlənməsi bazarlarda sabitlik və proqnozlaşdırmanın mümkünlüyü rejiminin 

əldə edilməsi yolu ilə marağı olan ölkələr arasında dünya təsərrüfatı əlaqələrinin 

daha da inkişaf etdirilməsi üçün ilkin şərtlərin yaradılmasına yönəlmişdir. 

Müasir  dövrdə  iqtisadi  əməkdaşlığın  çoxtərəfli  tənzimlənməsinin  əsas 

istiqamətlərinə bunlar aid edilir; 

 



marağı olan ölkələr tərəfindən ticari-iqtisadi əlaqələrin müqavilə- hüquqi 

bazasının, o cümlədən ən mühüm prinsip və normaların yaradılması; 

 

dünya  təsərrüfatı  əlaqələrinə  ticari-iqtisadi  və  siyasi  təsir  vasitələri 



kompleksinin  milli  səviyyədə  tətbiq  olunmasına  dair  razılaşmaların  əldə 

olunması,  iqtisadi  siyasətin  ayrı-ayrı  alətlərindən  istifadə  edilməsinin 

çərçivələrinin və imkanlarının müəyyənləşdirilməsi

 



razılaşmaların  əldə  olunmasına  və  iştirakçı-dövlətlər,  onların  birlikləri 

və  qruplaşmaları  arasında  baş  qaldıran  mübahisəli  problemlərin  həllinə  şərait 

yaradan beynəlxalq qurumların yaradılması və daha da inkişaf etdirilməsi

 



ticari-iqtisadi  əlaqələrin  təşkili  sahəsində  informasiya  və  təcrübə 

mübadiləsi. 

Dünyada iqtisadi problemlərin müzakirəsinə və tənzimlənməsinə yüksək 

və ya aşağı səviyyələrdə cəlb olunmuş 100-dən çox beynəlxalq təşkilat var. Onlar 

tərkibinə,  ölçüsünə,  funksiyalarına,  habelə  dünya  təsərrüfatı  proseslərinə  təsiri 

baxımından  fərqlənir.  Beynəlxalq  təşkilatları  müxtəlif  meyarlara  uyğun  olaraq 

təsnifləşdirmək mümkündür. 

652 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə