Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə279/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   275   276   277   278   279   280   281   282   ...   306

investisiya  tədbirlərinin  siyahısı  vardır.  Qadağan  edilən  tədbirlərə  bunlar 

daxildir: 

 

xaricilərin  iştirak  etdiyi  müəssisələrin  istehsal  prosesi  üçün  ölkədə 



buraxılan malları müəyyən həcmdə yaxud dəyərlə satın almaq yaxud istifadə 

etmək («yerli komponentlərin istehlakı») tələbinin qoyulması; 

 

xarici  malların  satın  alınmasının  yaxud  istifadə  edilməsinin  yerli 



malların  ixracının  həcmi  yaxud  dəyəri  ilə  uzlaşdırılması  («balanslaşdırılmış 

ticarət») tələbinin qoyulması; 

 

istehsal  məqsədləri  üçün  idxal  olunan  malların  müəssisənin 



hesablarına  valyuta  daxilolmalarının  məbləği  ilə  əlaqələndirilməsi,  başqa 

sözlə,  xarici  valyutanın  əldə  olunma  imkanının  məhdudlaşdırılması  («xarici 

valyuta balansına dair tələblər») tələbinin qoyulması; 

 



müəssisənin  ixracının  təsbit  olunmuş  həcmlə  yaxud  buraxdığı 

məhsulun  pay  hissəsi  ilə  məhdudlaşdırılması  («ixrac  komponentinə  dair 

tələblər») tələbinin qoyulması. 

Xarici kapitallı müəssisənin yaradılması üçün şərt yaxud subsidiyaların 

verilməsi  və  ya  vergilərdən  müvəqqəti  azadolma  ilə  əlaqələndirilməsindən 

(bəzi hallarda inkişaf etməkdə olan ölkələrə istisna kimi şamil edilməyə bilər) 

asılı olmayaraq, sadalanan tədbirlərin tətbiqi qadağandır. Eyni zamanda ÜTT 

üzvlərinə  ticarətlə  əlaqəli  olan,  lakin  əhalinin  həyatının  və  sağlamlığının 

müdafiəsi, milli təhlükəsizlik, tədiyyə balansının tarazlaşdırılması mülahizələri 

əsasında  ümumi  istisnalar  kateqoriyasına  daxil  edilən  investisiya  tədbirlərini 

tətbiq etmək qadağan deyil. İnvestorlara qarşı texnologiyaların verilməsi, nou- 

hau və s. barədə tələblərin irəli sürülməsi ticarət şərtlərinin təhrif olunması kimi 

nəzərdən keçirilmir. 

Sazişin digər maddələri prosedur-təşkilati xarakter daşıyır. Məsələn, bu 

maddələrə  əsasən  blokun  tələblərinin  başqa  ölkələr  üzrə  fərqləndirilmiş 

qaydada tətbiqi mümkündür. 



Əqli  Mülkiyyət  Hüquqlarının  Ticarı  Məsələləri  üzrə  Saziş  (TRIPS  - 

Trade  Related  Intellectual  Property  Rights).  Əqli  Mülkiyyət  Hüquqlarının 

Ticari  Məsələləri  üzrə  Sazişin  (TRIPS)  məzmunu  beynəlxalq  ticarətdə  əqli 

mülkiyyət  hüquqlarının  qorunmasının  təmin  olunmasından  ibarətdir.  Mütləq 

qeyd olunmalıdır ki, daha bÖ3dik əhəmiyyətli müqavilələrin (məsələn. Sənaye 

mülkiyyətinin qorunması haqqında Paris Konvensiyası (1967), Ədəbi]/yat və 

İncəsənət əsərlərinin qorunması haqqında Bern Konvensiyasının (1971) və s.) 



724 


iştirakçısı  olmayan  ÜTT  üzv-dövlətləri  bağladıqları  beynəlxalq  müqavilələri 

TRIPS-ə  əsasən  tətbiq  etməlidir.  Bundan  əlavə,  TRIPS-in  əqli  mülkiyyət 

üzərində  hüquqların  başqa  növlərinə  dair  tələblərinə  riayət  olunması  bütün 

iştirakçı ölkələr üçün məcburidir. Bu cür yanaşma, ölkənin müvafiq beynəlxalq 

müqavilədə iştirakından asılı olmayaraq, hamı üçün vahid hüquqi rejim təmin 

edir. TRIPS çərçivəsində Saziş iştirakçıları öz üzərinə bu öhdəlikləri qəbul edir: 

 

müəlliflik hüquqları və əlaqəli hüquqlar haqqında; 



 

əmtəə nişanları barədə; 



 

coğrafi adlardan istifadə olunması barədə; 



 

sənaye nümunələri haqqında; 



 

patentlər; 



 

inteqral mikrosxemlərin topologiyaları haqqında; 



 

konfıdensial informasiyanın qorunması haqqında. 



Qeyd  etmək  vacibdir  ki.  Saziş  müəyyən  olunmuş  hüquqi  rejimə  bütün 

səviyyələrdə  nəzarətin  bütöv  sisteminin  yaradılmasını  nəzərdə  tutur.  Milli 

səviyyədə  dövlətlər  əqli  mülkiyyət  üzərində  hüquqların  qorunmasının  milli 

mexanizmlərini  hazırlamalıdır.  Milli  qanunvericiliklərdə  bu  müdafiənin 

vasitələri  və  mexanizmləri  nəzərdə  tutulmalıdır.  Əqli  mülkiyyət  sahibinin 

hüquqlarının  pozulması  haqqında  əsaslandırılmış  şikayəti  (məsələn,  malın 

saxta  olması  barədə)  əsasında  dövlətin  gömrük  orqanlanna  əmtəəni  sərbəst 

dövriyyəyə  buraxmamaq  imkanı  verən  prosedur  mexanizmi  yaradılmalıdır. 

TRIPS-də milli nəzarət sistemində məhkəmə sisteminə xüsusi diqqət yetirilir. 

ÜTT  səviyyəsində  nəzarət  Əqli  mülkiyyət  üzərində  hüquqlann  ticari 

məsələləri üzrə Şura vasitəsilə həyata keçirilir. İştirakçı ölkələr Sazişin təsiri 

altına  düşən  bütün  qanunlar,  qanunaltı  aktlar,  prosedurlar  barədə  Şuranı 

xəbərdar etməlidir. 

23.4.

 

Xidmətlər sahəsində Ticarət üzrə Baş Saziş (GATS - 

The General Agreement on Trade İn Services) 

Bu  Saziş  iqtisadi  qanunvericiliyin  Uruqvay  raundu  tərəfindən  qəbul 

olunan  yeniliklərindən  biridir.  Xidmətlərlə  ticarətin  çoxtərəfli  hüquqi 

tənzimləmə ilə əhatə olunması əvvəlcə mallarla ticarətin tənzimlənməsinə çox 

bənzəyirdi. Yekun aktının tərkib hissəsi olan xidmətlərlə ticarətin tənzim- 

725 



ləmənin 3 növü ilə təmin olunur

 



bütün  üzv-dövlətlərə  şamil  edilən,  baza  öhdəliklərindən  ibarət  olan 

çərçivə razılaşması; 

 

hər  bir  ölkənin  ticarətin  liberallaşmasına  yardım  edəcək  özəl 



öhdəliklərini əks etdirən milli qanunvericilik

 



xidmətlərin  konkret  sahələrində  ayrı-ayrı  xüsusi  hallara  aid  olan  bəzi 

əlavələr. 

Əsas Sazişin I hissəsi onun təsir sahəsini, yəni bir iştirakçının ərazisindən 

digərinin ərazisinə göndərilən xidmətləri; iştirakçıların birinin ərazisində digər 

iştirakçının  istehlakçılarına  göstərilən  xidmətləri  (məsələn,  turizm);  bir 

iştirakçının  digərinin  ərazisində  fəaliyyət  göstərən  təşkilatları  tərəfindən 

göstərilən  xidmətləri  (məsələn,  bank  xidmətləri);  bir  iştirakçının  fiziki  və  ya 

hüquqi şəxsləri tərəfindən başqasının ərazisində göstərilən xidmətlər (məsələn, 

tikinti yaxud məsləhətvennə xidmətləri) müəyyənləşdirir. 

ÜTT-nin  Kankunda  keçirilən  V  Nazirlər  konfransının  (2003-cü  il), 

Honkonqda  keçirilən  VI  Nazirlər  konfransının  (2005-ci  il),  Cenevrədə 

keçirilən mini-konfransının (2008-ci il) uğursuzluqlarının səbəbləri. Yuxarıda 

qeyd etdiyimiz kimi, beynəlxalq ticarət danışıqlarının yeni raundu 

2001-

 

ci ildə Dohada (Qətər) başlamışdı. Həmin vaxtdan onun iştirakçıları 



arasında ən mühüm məsələlər üzrə ciddi ziddiyyətlər baş qaldırmışdır. Belə ki, 

Kankunda  (2003-cü  il)  növbəti  dəfə  2  əsas  tərəfin  -  inkişaf  etmiş  və  inkişaf 

etməkdə  olan  ölkələrin  maraqları  toqquşdu.  Kankundakı  konfransın  özəlliyi 

vahid  blokla  çıxış  edən  və  inkişaf  etmiş  ölkələrdə  kənd  təsərrüfatı 

subsidiyalarının  ixtisarı  tələbini  qoyan  inkişaf  etməkdə  olan  ölkələrin  G-21 

qrupunun  formalaşması  oldu.  Ölkələrin  bu  qrupunun  mövqeyinin  başa 

düşülməsi və danışıqların iflasa uğramasının səbəbləri bunlardır; kənd təsərrüfatı 

məsələləri,  investisiyalar  sahəsində  razılaşmalar  və  onlar  tərəfindən  həyata 

keçirilən gömrük siyasəti. 

Kənd təsərrüfatı. Uzun müddətdir ki, ÜTT-də çətinlik yaradan maneədən 

biri  kənd  təsərrüfatıdır.  Reallıq  budur  ki,  inkişaf  etməkdə  olan  ölkələrin 

əksəriyyəti xarici bazarlara kənd təsərrüfatı məhsullarından başqa heç nə təklif 

edə  bilmir,  inkişaf  etmiş  ölkələr  isə  öz  sərhədlərini  bu  məhsullar  üçün 

bağlamaqla  yanaşı,  fermerlərinə  böyük  məbləğdə  subsidiyalar  verir.  Əvvəlki 

onilliklərdə inkişaf etmiş ölkələr inkişaf etməkdə olanları öz aqrar sektorunun 

maliyyələşdirilməsi üçün dövlət subsidiyalarından həddən çox istifadədə 

726 



Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə