Fəsil 6
MÜASİR BEYNƏLXALQ TİCARƏT:
NƏZƏRİYYƏ VƏ İNKİŞAF
6.1.
Beynəlxalq ticarətin nəzəriyyəsi
Beynəlxalq ticarət anlayışı. Beynəlxalq ticarət - sözün geniş mənasında
ölkələrin milli iqtisadiyyatları tərəfindən istehsal edilmiş malların və xidmətlərin
dünya bazarlarında müxtəlif müqavilələrin predmeti olan hissəsidir. Beynəlxalq
ticarət həmçinin, kapitalın, işçi qüvvəsinin, əqli mülkiyyətin hərəkətinin müxtəlif
seqmentlərini əhatə edir.
Ölkənin xarici ticarəti - ölkədə istehsal edilən əmtəənin satılmaq üçün
onun ərazisindən kənara çıxarılan hissəsi, habelə ölkənin xaricdən gətirdiyi
maddi və qeyri-maddi elementlərdir.
İqtisadi nəzəriyyə həmişə xarici ticarəti mənfəət normasının «sönməsinin»
onun aşağı düşməsinə yönəlmiş təbii meylə əks-təsir göstərən amil kimi nəzərdən
keçirmişdir. Bu meyil hələ XVIII-XIX əsrlərdə klassiklər tərəfindən aşkar olunsa
da, öz əhəmiyyətini saxlamaqdadır. Korporasiyalar xaricdəki nisbətən ucuz işçi
qüvvəsindən, xammaldan, bazarlardan yararlanaraq, istehsal xərclərini azaldır,
əməliyyatların mənfəətliyini yüksəldir. Firmalar əmtəə istehsalını artıq təkcə
milli və yerli bazarlara deyil, həmçinin, dünya bazarlarına istiqamətləndirir,
xərclərini və əsas kapital üzrə məsrəflərini azaldaraq, kütləvi və iri seriyalı
istehsala keçirlər. Xarici ticarət daimi kapitalın bir sıra elementlərini, habelə
dəyişkən kapitalın çevrildiyi zəruri həyat vasitələrini ucuzlaş- dıraraq, mənfəət
nonnasmın yüksəlməsinə (əlavə dəyər nonnasım artırdığına görə) şərait yaradır
və daimi kapitalın maya dəyərini azaldır. Bununla da, xarici ticarət istehsalın
miqyasını artırmağa imkan verir. Bunun nəticəsində inkişaf etmiş ölkələrdən olan
istehsalçı-ixracatçılar öz mallarını nisbətən zəif inkişaf etmiş ölkələrin
bazarlarında satmaq sayəsində əlavə mənfəət əldə edirlər.
Merkantilizm nəzəriyyəsi. Ölkələr hir-biri ilə niyə ticarət edir? Bu sual
nəzəriyyəçi iqtisadçılar tərəfindən XVll əsrin sonlarında - XVIII əsrin
əvvəllərində iqtisadi təfəkkürün xarici ticarət məsələlərinə böyük diqqət
yetirməyə başlayan ilk məktəblərinin yaranması ilə eyni zamanda
131
qoyulmuşdur. Bu məktəblər hələ Böyük Coğrafi Kəşflər dövrünün ilkin
mərhələsində və Avropanın birinci sənaye inqilabı yoluna qədəm qoyduğu vaxt,
bütün dünyanın dəniz yolları vasitəsilə birləşməsi nəticəsində iqtisadi
məsələlərin, o cümlədən yeni yaranan ümumdünya ticarətinin nəzəri
ümumiləşdirilməsi və təhlili zəruriliyi meydana çıxdıqda yaranmışdır.
Əvvəl qeyd etdiyimiz kimi, həmin dövrdə qızılın əhəmiyyəti həddən
ziyadə böyük idi. Bu qiymətli metal müstəmləkəçi dövlətlərin daxili və xarici
siyasətinin həyata keçirilməsində pul bazası rolunu oynayaraq, bilavasitə pul
qismində istifadə olunurdu. Həmin dövrdə qızıl üzərində inhisar
mərkəzləşdirilmiş Avropa dövlətlərinin möhkəmlənməsinə xidmət etdiyinə görə,
hökmdarlar feodal pərakəndəliyinə qarşı mübarizədə özlərinin dayağı kimi
tacirləri və yeni yaranan şəhər burjuaziyasını dəstəkləyir, onlara dənizaşırı
müstəmləkələri ram etməkdə yardım göstərir və bu siyasəti metropoliyalardakı
mövqelərinin gücləndirilməsi amili kimi nəzərdən keçirirdilər. Belə şərait xarici
ticarətin və ekspansiyanın, müstəmləkələrin zəbtinin səmərəliliyini əsaslandıran
iqtisadi nəzəriyyələrin formalaşmasına münbit zəmin yaradırdı. Eyni zamanda bu
yeni nəzəriyyələr xarici ticarətin istinad etdiyi, təşəkkül tapmağa başlayan sənaye
istehsalının əmtəə xarakterinə
əsaslanırdı. Bu məsələləri merkantilizmin
nəzəriyyəçiləri olan və bir çox hallarda mühüm dövlət vəzifələrini tutan Avropa
mütəfəkkirləri, o cümlədən Tomas Men, Jan Batist Kolber, Vilyam Petti və
başqaları qarşıya qoymuş və həll etmək cəhdi göstərmişlər. Merkantilizm
mövqeyindən iqtisadi sistem bir-biri ilə qarşılıqlı əlaqədə olan üç hissədən:
istehsal sektorundan, kənd təsərrüfatı sektorundan, xarici müstəmləkələrdən
ibarətdir. Tacirlər iqtisadi sistemin ən vacib sosial qrupu, əmək istehsalın əsas
amili kimi nəzərdən keçirilirdi. Merkantilistlərdə zənginliyin amili kimi qızıl və
gümüş çıxış edirdi. Bu nəzəriyyəyə görə, məhz onlar var-dövlətin meyarı və
hesablaşmalar üçün pul nişanı idi.
Merkantilistlərin xarici ticarət prinsipləri. Xarici ticarətin əsas prinsipləri
merkantilizm ehkamına əsaslanırdı və buna müvafiq olaraq dövlət:
•
Xarici ticarət üzərində inhisan təmin etməlidir;
•
Müəyyən şirkətlərə (məsələn, Qudzon körfəzi şirkətinə, Ost-Hindistan
şirkətinə) dünyanın müxtəlif regionlarında xarici ticarət apannaq hüququ
verməlidir (yaxud bundan imtina etməlidir);
•
İxrac subsidiyalarının verilməsi, idxala görə gömrük rüsumları kimi
alətlərdən istifadə etməlidir;
132
•
Müsbət ticarət saldosunu təmin etməlidir, çünki yalnız bu halda
hökumətin ölkəyə qızıl və gümüşün sabit axınını saxlamaq imkanı yaranır;
•
Tariflərin, kvotaların və inzibati təsirin başqa alətlərinin tətbiq olunması
(ticarətdə müsbət saldo təmin etmək üçün) yolu ilə sərt dövlət tənzimlənməsini
həyata keçinnəlidir;
•
Xammalın idxalını qadağan (müvafiq xammal ölkədə olduqda) və
əksinə, onun rüsumsuz idxalını (həmin xammal ölkədə olmadıqda) təmin
etməlidir. Bu eür yanaşma, qızıl ehtiyatlarının toplanılması ilə yanaşı, hazır
məhsulun ixrae qiymətlərini aşağı səviyyədə saxlamalıdır;
•
Öz müstəmləkələrinin başqa ölkələrlə hər hansı tiearətini qadağan
etməlidir.
Beləliklə, sərt proteksionizm dominantlıq təşkil edirdi. Qeyd olunmalıdır
ki, merkantilistlər iqtisadi nəzəriyyənin əsaslarının inkişafına böyük töhfə
verməklə yanaşı, ümumdünya ticarəti məsələlərini, proteksionizm siyasətinin
mexanizmlərini işləyib hazırlamış, onu tədiyyə balansı, ticarətdə müsbət və
mənfi saldo kimi anlayışlarla zənginləşdirmişdir. Təqribən iki əsr ərzində
merkantilistlərin nəzəriyyələri dünyanın dənizə çıxışı olan böyük dövlətlərinin
təsərrüfat praktikasında hökmran mövqe tutmuşdur. Eyni zamanda onların nəzəri
ideyaları bütün dünyanın ticarətdə məhdudiyyət normalarının o dərəcədə
mürəkkəb toru ilə bürümüdü ki, dünya həmin buxovdan yalnız XX əsrin ikinci
yarısında azad ola bilmişdir.
Kapitalizm inkişaf etdikcə, merkantilizmin bir sıra müddəalan təsərrüfata,
özəl sənaye müəssisələrinin fəaliyyətinə dövlət müdaxiləsinin izafi
«merkantilizmi» (həddən artıq yüksək səviyyədə) səbəbindən milli iqtisadiyyatın
tərəqqisinə və xariei iqtisadi əlaqələrin qurulmasına, sadəcə, mane olurdu. Yeni
sahibkarlar nəslinin bir çox nümayəndələri dövlətin iqtisadiyyata və xarici
ticarətə müdaxiləsini inkar edərək, ticarət azadlığı (free trade), daha geniş
götürüldükdə isə laissez faire prinsipləri uğrunda mübarizə aparırdı.
XVIII
əsrin ikinci yarısında - XIX əsrdə dünya təsərrüfatı və ticarət.
Tiearət-sənaye burjuaziyasının möhkəmlənməsi, bütün qitələri əhatə edən və
dünya bazarını yaradan xarici ticarət əlaqələrinin coşqun inkişafı nəzəri-
metodoloji əsaslandırma tələb edirdi. Bu rolu həmin dövrün görkəmli
iqtisadçıları müvəffəqiyyətlə yerinə yetirdilər və ingilis iqtisadçı-alimi A.Smitin
adı öncüllər sırasında çəkilir. Həmin dövrün İngiltərəsi nə cür idi?
133
Dostları ilə paylaş: |