Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə51/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   47   48   49   50   51   52   53   54   ...   306

əmək məsrəfləri aşağı, kapital xərcləri isə torpağın və kapitalın dəyərinə nisbətdə 

yüksək olacaqdır. Bu amillərin dəyəri ölkələri izafi və daha ucuz istehsal amilləri 

istifadə  olunan  sahələrdə  məhsul  buraxılışını  genişləndirməyə  və  ixracını 

artırmağa sövq edə bilər. 

İstehsal amillərinin nisbəti nəzəriyyəsi istehsal amillərinin nisbətlərində, 

bazarın xarakterində, əmtəələr və istehsallar barəsində müxtəlif cür ehtimallara 

əsaslanır  və  bunlar  mütləq  və  müqayisəli  xərclər  nəzəriyyəsində  olanların 

eynidir. Fərq yalnız bundadır ki, istehsal amillərinin nisbəti nəzəriyyəsi yalnız iki 

ölkənin və iki əmtəənin  mövcud olması  ehtimalına istinad edir: bunlardan biri 

əmək tutumlu,

 

digəri isə kapital tutumludur



 

və bir



 

deyil (A.Smit və D.Rikardonun 

nəzəriyyəsində - əmək), iki amil istehsal amili, dinək və kapital vardır. Özü də, 

hər bir ölkə bu istehsal amilləri ilə müəyyən dərəcədə təmin olunmuşdur. Deməli, 

bu  konsepsiyada  dəyərin  əmək  nəzəriyyəsi  inkar  edilməyərək,  dəyərin 

yaradılmasında təkcə əməyin deyil, başqa istehsal amillərinin də iştirakı ideyası 

əlavə edilir. 

Hekşer-Olinin yanaşması ümumdünya ticarətinin xarakterini izah etmək 

qabiliyyəti  baxımından  çoxsaylı  empirik  yoxlamalara  məruz  qalmışdır.  Ən 

məşhur  sınaq  1954-cü  ildə  V.Leontyev  tərəfindən  ABŞ-m  xarici  ticarətinin 

strukturu  öyrənilərkən  işləyib  hazırladığı  «xərclər  -  buraxılış»  metodologiyası 

(modeli)  vasitəsilə  keçirilmişdir.  Leontyev  ABŞ-ın  ixracında  və  idxalında 

istehsal amillərinin tərkibini tədqiq edib ABŞ ixracının əmək intensivlikli, idxalı 

əvəz  edən  mallarının  isə  kapital  intensivlikli  olması  barədə  maraqlı  nəticə 

çıxarmışdır.  Alınan  nəticələr  Hekşer-Olin  modelini  guya  inkar  etdiyinə  görə 

«Leontyev paradoksu» adlandırılmışdır. 



6.2.

 

Hekşer-Olinin beynəlxalq ticarət nəzəriyyəsi

Samuelsonun töhfəsi, Leontyev paradoksu və s. 

Aşağıda  bu  məsələlərin  Pol  Samuelson  tərəfindən  həyata  keçirilmiş 

təhlilini Mark Blauqun şərhində təfsilatı ilə nəzərdən keçirək.' 

Amillərin  qiymətlərinin  bərabərləşməsi  haqqında  Samuelsonun 

teoremi.  Nəzərİ3^əçilərin  çoxu  Blauqun  nəyə  şəhadət  etdiyini  nəzərdən 

qaçınnışlar: Hekşer-Olin modeli Hekşerin əsas təşkil edən və sonradan 

Блауг М. Методология экономической науки, или Как экономисты объясняют ; 2-е изд. 

М., 2004. С. 288. 



138 


«Regionlararası  və  beynəlxalq  ticarət»  (1933)  əsərində  yeniləşdirilmiş  və 

genişləndirilmiş  məqaləsinin  (1919)  müddəalarından  daha  çox,  Samuelsonun 

1940-cı  illərin  sonu  -  1950-ci  illərin  əvvəlində  çap  edilən  bir  neçə  məqaləsinə 

istinad edir. Hekşer və Olin ehtimal edirdilər ki, azad ticarət beynəlxalq ticarətin 

istehsal  amillərinin  ölkələr  arasında  hərəkətini  əvəz  edə  biləcəyi  səviyyədə 

onların  nadirlik  dərəcəsini  və  deməli,  onların  bütün  dünya  üzrə  qiymətlərini 

eyniləşdirməlidir; 

Olin 


həmin 

prosesin 

ümumi 

bərabərləşmə 



ilə 

yekunlaşmayacağmı ehtimal etmək üçün tutarlı səbəbləri görürdü. Samuelson isə 

bəzi  xüsusi  hallarda  (müasir  rəqabət,  nəqliyyat  xərclərinin  sıfır  səviyyəsi, 

natamam ixtisaslaşma, eyni, oxşar istehsal funksiyalarını yerinə yetirmə, xarici 

iqtisadi  əlaqələrin  yoxluğu,  amillərin  qiymətləri  nisbi  dəyişmədikdə  onlardan 

istifadənin  nisbi  intensivliyinin  sabitliyi,  amillərin  keyfiyyət  baxımından 

eyniliyi,  amillərin  sayının  əmtəələrin  miqdarından  çox  olmaması)  azad  ticarət 

amillərinin  qiymətlərinin  bəzilərinin  deyil,  ümumilikdə  dəyişəcəyi  ilə 

nəticələnəcəyini  sübut  edən  amillərin  qiymətlərinin  bərabərləşməsi  teoremini 

isbat etmişdir. Blauq yazır ki, bu cür zərif ifadə sonradan n ölkəyə, n amilə və 

əmtəəyə qədər ümumiləşdirilir, halbuki, indiyədək iki ölkə, iki amil və iki əmtəə 

halı üçün teorem olaraq qalan Hekşer-Olin modeli haqqından bunu demək olmaz. 



Leontyev  paradoksu.  Professor  Vasiliy  Leontyev  hələ  1950-ci  illərdə 

ABŞ-ın xarici ticarətinin strukturuna aid məşhur «xərclər cədvəli» olan əsərlərini 

nəşr etdikdən sonra Hekşer-Olin nəzəriyyəsini heçə endirdi. Leontyev aşkar etdi 

ki, ölkə Hekşer-Olin nəzəriyyəsinə əsasən ixrac edilməsi gözlənilən malların tam 

əksinə  olaraq,  əmək  intensivliyi  nisbətən  yüksək  olan  malları  ixrac  edir. 

Sonradan  onun  çıxardığı  nəticələr  «Leontyev  paradoksu»  adlandırılmışdır.  Bu 

paradoks bütün nəzəriyyəçilər tərəfindən həqiqət kimi qəbul olunmasa da, onlar, 

o cümlədən Pol Samuelson faktların ifadə olunmasının səlisliyini və məntiqinin 

qüsursuzluğunu etiraf edirdilər. 

Bununla əlaqədar olaraq Çariz Kindlerger yazırdı; «O (Leontyev - R.X.), 

ABŞ-ın  kapital  baxımından  yoxsulluğunu  və  əmək  resursları  ilə  zənginliyini 

deyil,  Hekşer-Olin  teoreminin  səhv  olduğunu  sübut  edir.  Ticarət 

nəzəriyyəçilərinin  əksəriyyəti  aşkar  surətdə  təkzib  olunmuş  amil  nisbətləri 

nəzəriyyəsini  mükəmməlləşdirməyi  davam  edərək,  get-gedə  Leontyev 

paradoksunun yaratdığı texniki tapmacalara daha çox təəccüblənirdilər. 

Bnayz M. TaM we. C. 289. 



139 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə