7.3.
Asiyanın ticarəti (Çinsiz)
Ümumiyyətlə götürüldükdə, cari onillikdə Asiyanın ticarəti dünyanın
inkişaf edən başqa regionları ilə müqayisədə daha yüksək templərlə artırdı.
Asiyada birinci və ikinci dalğanın YSÖ, xüsusilə də Çin və Hindistan ticarətdə
daha böyük dinamizm ilə fərqlənir. Onlar üçün ümumilikdə iqtisadi artımın
yüksək dinamikası, Hind Okeanı-Sakit Okean regionundakı inteqrasiya
proseslərinə cəlb olunma səciyyəvidir. Bu regionda beynəlxalq ticarətin dinamik
inkişafının amillərindən biri, paradoksal olsa da, 1990-cı illərdə yapon
iqtisadiyyatının artım templərinin zəifləməsidir.
1997-ei ilin ikinei yarısında İndoneziya və Malayziyada başlayan
böhranadək, son onilliklər Asiya ölkələrinin bütöv bir qrupu (əsasən ASEAN)
üçün xarici ticarətin intensiv inkişaf dövrü olmuşdur. 1997-ci ilin oktyabrında
maliyyə böhranı Honkonqa çatmış və burada fond bazarının mövcudluğu ərzində
ən böyük enmə qeydə alınmışdır. Sonra isə böhran yeni sənaye ölkələrinin
«birinci dalğasına» daxil olan dövlətlərə (Cənubi Koreya, Sinqapur, Çinin
Tayvan əyaləti) sirayət etmişdir. Dünyada məişət elektronikası, yarımkeçiricilər,
yayma polad, neft-kimya məhsulları kimi mallara tələbatın azalması nəticəsində
onların qiymətlərinin kəskin ucuzlaşması 1990-1996-cı illərdə bu ölkələrin
ÜDM-nin orta illik artım tempi 6,5%-dən 2%-ə düşmüşdür. Buna baxmayaraq,
Asiya böhranının ən qızğın dövründə belə Çin iqtisadiyyatı yüksək artım tempini
(7%) qoruyub saxlaya bilmiş, ixrac potensialını artırmış, yeni bazarlara çıxa
bilmişdir.
Qeyd etməliyik ki, 1980-1990-cı illərdə dünyanın heç bir regionunda
Asiya bazarında olduğu qədər idxalın güelü artımı müşahidə olumnamışdır. Onun
bu cür əhəmiyyətli artımı 2001-2002-ci illərin ümumdünya böhranı nəticəsində
ciddi enmədən sonra 2002-2007-ci illərdə baş vennişdir.
Ümumilikdə isə region xammal və yanacağın əsas növlərinin, müxtəlif
dəmir və qeyri-dəmir filizlərinin, ərzağın, oduncağın, kənd təsərrüfatı
məhsullarının əsas idxalçılarından biridir.
Qeyd etmək lazımdır ki, inkişaf etməkdə olan regionların Asiya
bazarlarından asılılığı hələ 1990-cı illərdə nəzərəçarpan dərəcədə olmuş və XXI
əsrin birinci onilliyində artmaqda davam etmişdir. Məsələn, son illərdə Latın
Amerikası kənd təsərrüfatı məhsullarının 15%-dən çoxunu və dağ-mədən
sənayesi mallarının 14%-ə yaxınını Asiyaya ixrac edir. İxrac və idxalda
184
sənayenin payı müvafiq olaraq təqribən 19% və 18% təşkil edir; Yaxın Şərq
ölkələrinin neft ixracının 10%-i Asiyaya yönəldilir. Yuxarıda göstərdiyimiz kimi,
Asiya ölkələri bir-biri üçün mühüm satış bazarlarıdır. Asiya mallarının məcmu
ixracının yarısından çoxunun region ölkələrinə göndərilməsi Asiya- Sakit Okean
zonasında regiondaxili iqtisadi proseslərin yüksək dərəcədə inteqrasiyasına
şəhadət edir.
2002-2008-ci illərdə Yaponiyanın idxalı ildə orta hesabla 9% artmışdır; bu
artım yalnız 2009-cu ildə ümumdünya böhranı nəticəsində yaranan çətinliklər
səbəbindən donmuşdur.
Asiyada bir neçə ölkə (Malayziya, Tailand və Filippin) baş vermiş böhran
nəticəsində 2008-ci ildə idxal həcmini iki dəfə artırmış, malların və xidmətlərin
ixracını kəskin azaltmışdır. İnfonnasiya texnologiyaları məhsullarına tələbat da
aşağı düşmüşdür. Eyni zamanda, ixrac strukturu daha çox şaxələnmiş ölkələr,
məsələn, Çin və Hindistan da mallarının xaricə satılmasında müəyyən
məhdudiyyətlərlə üzləşsələr də, bütövlükdə bu cür ticarət çətinliklərindən yayına
bilmişdilər. Artıq 2009-2010-cu illərdə bu subregion informasiya texnologiyaları
sektoru məhsullarının alqı-satqısında artım nümayiş etdinniş və bununla da
regional ticarətdə pozitiv nəticələr əldə olunmuşdur. Bu vaxtadək Malayziyada,
Tailandda, İndoneziyada, Sinqapurda iqtisadi vəziyyət sağlamlaşmışdır;
Vyetnam mallarının ixracında mühüm çətinliklərlə qarşılaşsa da, kifayət qədər
intensiv iqtisadi inkişafını davam etdirirdi.
Son illər xarici ticarət sahəsində yüksək inkişaf templəri Hindistan üçün
də səciyyəvidir. Çin və Hindistandan başqa, regionun inkişaf etməkdə olan bir
çox ölkələri də ixrac və idxalın yüksək templərinə (5%) nail olaraq, nisbətən
əlverişli ticarət balansını qoruyub saxlaya bilmişdir.
Ölkələrin bu qrupunun kommersiya xidmətləri ilə ticarətdə mövqeləri də
güclənmişdir və Asiya burada dünya üzrə ikincidir. 2002-2007-ci illərdə dünya
idxalında onun payı 25%-ə yaxın olmuşdur. Region üzrə məcmu idxalın böyük
hissəsi (təqribən 21%) xidmətlərdən ibarətdir və dünya üzrə müvafiq göstəricidən
yüksəkdir. Xidmətlərin üç əsas kateqoriyası (nəqliyyat, səyahətlər və digər
kommersiya xidmətləri) üzrə Asiya ən iri regionlar arasında ikinci yer tutur.
Turist səyahətlərinə gəldikdə isə son illərdə Asiyada xarici turizm nəzərəçarpan
dərəcədə artmışdır və dünya turizminin 14%-i qədərdir (böhranadək). Asiyanın
idxalı geniş spektrlidir, özü də region əsas məhsulların.
185
0 cümlədən yanacağın, qida məhsullarının, filizlərin və metalların, habelə kənd
təsərrüfatı məhsullarının iri idxalçısıdır. Okeanda baş verən güclü zəlzələlər və
onların doğurduğu, 200 min nəfər insanın həlakına səbəb olan sunamilər 2005- ci
ildə regionun turistlər üçün cəlbediciliyini müvəqqəti zəiflətsə də, ilin sonunda
vəziyyət sabitləşmiş və 2008-ci ilədək dayanıqlı inkişaf etmişdir.
Son illər dünyanın, demək olar ki, bütün regionları Asiya üçün təyin
olunmuş ixrac payını artınnışdır. 2003-2008-ci illərdə İƏİT ölkələrindən ən
böyük pay Yaponiyanın (41,4%), ondan sonra ABŞ və Kanadanın (35,1%), Qərbi
Avropanın (11,8%) idi. Ayrı-ayrı ixrac maddələri üzrə isə bu pay daha böyük
(məsələn, ABŞ-m kənd təsərrüfatı məhsullarının 42%-i) olmuşdur.
Asiyanın ixrac etdiyi mallar regiondaxili ticarətdən başqa, əsasən Şimali
Amerikaya (22%) və Qərbi Avropaya (16,8%), Yaxın Şərqə (32%), Latın
Amerikasına (2,8%), Afrikaya (2,1%) göndərilir. 2008-ci ildə dünya üzrə maşın
və nəqliyyat vasitələrinin ixracında Asiya ölkələrinin payı 30%-ə çatmış və
yalnız Qərbi Avropanın göstəricisi bundan çox olmuşdur. Asiyanın ixracında
«Ofis və telekommunikasiya cihazları» mal qrupunun xüsusi çəkisi 48% təşkil
etmişdir (1996-cı ildəki 50%-dən bir qədər aşağı düşərək). Asiya ölkələri dünya
bazarında avtomobil satan əsas və sürətlə inkişaf edən ixracatçılardan birinə
çevrilərək, onun 20%-ini tutmuşdur; onlar həmçinin, toxuculuq malları, xüsusilə
də paltar bazarında dominantlıq edir və payı 42%-ə çatmışdır (2002-2005-ci
illər).
Cənub-Şərqi Asiya ölkələri iqtisadiyyatının sürətli inkişafı bu regionda
xammalın əsas növlərinə tələbatı əhəmiyyətli dərəcədə artınnışdır. Burada
xammalın, o cümlədən ərzağın, kənd təsərrüfatı məhsullarının, mineralların,
metalların istehlakı əvvəllər çox aşağı səviyyədə olduğuna görə, bütövlükdə, bu
cür malların idxal potensialı çox yüksək kimi qiymətləndirilirdi. İqtisadi artımın
enerji və material tutumlu sahələr sayəsində baş vennəsi sürətli iqtisadi
ekspansiya illərində kənd təsərrüfatı məhsullarının və metalların istehlakmm
çoxalması ilə nəticələnmişdir. Dünya üzrə kənd təsərrüfatı və mineral xammal
istehlakında Asiya «beşliyinin» («Asiya-5») xüsusi çəkisi cəmi bir onillik ərzində
iki dəfədən çox artmışdı. «Beşliyin» ölkələri arasında Cənubi Koreya, pambıq
istisna olunmaqla, sadalanan malların ən böyük istehlakçısıdır; pambığın ən
böyük hissəsi İndoneziyada işlədilir və bu halda Şərqi Asiyanın bütün ölkələri
istifadə etdikləri pambığın və yunun əsas hissəsini xaricdən alır. Başqa ölkələrlə
müqayisədə təbii ehtiyatları az olan Cənubi Koreya istehsal
186
Dostları ilə paylaş: |