Cədvəl 6.4
Dünyanın əsas treyderləri: dünya üzrə ixracda milli ixracın payı’*
Ölkələr və ölkələr qrupları
2000
2005
2006
2007
2008
2009
Aİ-27
17,5
18,0
17,3
17,4
16,6
16,2
Kanada
6,2
5,0
4,6
4,3
3,9
3,7
ABŞ
17,4
12,4
12,3
11,9
11,2
10,8
Çin (Honkonqsuz)
5,5
10,5
11,5
12,5
12,4
12,8
Yaponiya
10,7
8,2
7,7
7,3
6,8
5,7
* Eurostat, 01.07.2010.
Cədvəl 6.5
Dünyanın əsas treyderləri: dünya üzrə idxalda milli idxalın payı’*
Ölkələr və ölkələr qrupları
2000
2005
2006
2007
2008
2009
Aİ-27
19,3
19,0
19,1
19,1
19,0
19,0
Kanada
5,0
4,1
3,9
3,7
3,4
3,2
ABŞ
25,4
22,5
21,6
19,6
17,9
17,5
Çin (Honkonqsuz)
4,7
8,5
8,9
9,3
9,3
9,2
Yaponiya
8,0
6,7
6,5
6,0
6,3
6,5
’*’ Eurostat, 01.07.2010.
Bununla bərabər, həmin məlumatlar bütün qruplardakı ölkələrlə ümumi
qlobal proseslər arasında qeyri-adi dərəeədə yüksək qarşılıqlı asılılığın və
əlaqənin mövcudluğunu sübut edir: belə ki, ümumdünya böhranı 2009-cu ilin
ikinci yarısından başlayaraq, ticarətin hər yerdə ixtisarına səbəb olmuşdur;
2010-cu ildə isə templər fərqlənsə də, ölkələrin bütün qruplarında artım
müşahidə olunur. Ümumdünya istehsalı ilə ümumdünya ticarətinin yüksək
dərəcədə sinxronluğu, dünya ölkələrinin beynəlxalq ticarətə cəlb olunmasının
səviyyəsi burada əks olunur. Bununla belə, inkişaf etməkdə olan ölkələr
qrupunun tərkibində güclü fərqlər meydana çıxmış, ümumdünya ticarətinə cəlb
olunma göstəricisi üzrə inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaqda olan 20-
25 ölkədən ibarət qrup yaranmışdır.
176
Bütövlükdə isə qlobal istehsalat və korporativ mənfəətin çoxalması ilə
müqayisədə «böyük liberallaşdmna», şaquli inteqrasiya və kapitallar axınının
güclənməsi kimi amillər beynəlxalq ticarətin sürətli artımına daha güclü təsir
göstərmişdir. Tarixi təcrübə ticarətin qlobal miqyasda liberallaşdırılmasmm və
qlobal iqtisadi inteqrasiyanın ticarət ekspansiyası və əhalinin məşğulluğunun
təmin olunması üçün mühüm şərtlər olduğunu, ölkənin çiçəklənməsi və əhalinin
rifahının yüksəlməsi üçün şərait yaratdığını, buna analoji olaraq XBİ sayəsində
iqtisadi artıma, insan potensialının və maliyyə infrastrukturunun inkişafına təkan
verdiyini göstərir. Bütün bunların məcmusu tam məşğulluğa, ümumdünya
ticarətinin ekspansiyasına və ölkələrin liberallaşma yolu ilə böyük
inteqrasiyasına əsaslanan beynəlxalq iqtisadi sistemin yaradılmasının ümumi
şərtlərini formalaşdmnışdır. Nəticədə isə müstəqil inkişaf edən yeni beynəlxalq
ticarət prosesinin əvvəlki iqtisadi qurumlar çərçivəsində mövcud olan artım
məhdudiyyətləri arasında toqquşma, yəni Şumpeterin «yaradıcı dağıdıcılıq»
(Creative destruction) adlandırdığı hadisə baş verir. «Merkantilizm impuls-
larmm» (proteksionizm elementlərinin) aradan qaldırılması, beynəlxalq ticarətin
tam liberallaşdırılmasınm əldə olunması dünya iqtisadiyyatının əvvəl keçdiyi
istənilən mərhələlərlə müqayisədə daha səmərəli inkişafına aparan yoldur.
Bir daha qeyd edək ki, yeni minillikdə beynəlxalq ticarətin artımı təkcə
inkişaf etmiş deyil, həm də inkişaf etməkdə olan ölkələrin yerləşdiyi bölgələrdə
baş verir. Son onilliklərdə isə inkişaf etməkdə olan ölkələrin beynəlxalq
ticarətinin həcminin artım tempi ümumdünya və inkişaf etmiş ölkələrin
ticarətinin templərini geridə qoymuşdur. Belə ki, 1990-cı illərdə və 2000-2010-
cu illərdə onun fiziki həcminin orta illik artım tempi 9%, göstərilən dövrdə
ümumdünya ticarəti (7%) və inkişaf etmiş ölkələrlə (6,3%) müqayisədə çox
olmuşdur.
Digər qanunauyğunluq ümumdünya ticarətinin dünya üzrə istehsalı
ötməklə, onu stimullaşdınnasıdır. 1980-1990-cı illərdə başqa amillərin təsiri
altında fasilələr yaransa da, bu, ümumi, universal təzahürdür. Həmin təzahür XXI
əsrin birinci onilliyində böhran dövrünə qədər davam etmiş, özünün sadəcə meyil
olmasını deyil, artıq qanunauyğunluğa çevrilməsini əks etdirmişdir.
177