mühüm əhəmiyyətə malik olmuşdur.
Beynəlxalq
ticarətin
nisbi
əhəmiyyətinin
qiymətləndirilməsinin
üsullarından biri, ticarət axınlarının dəyərinin ümumi iqtisadi fəallıqla müqayisə
olunmasıdır. XX əsrin ikinci yarısı - XXI əsrin birinci onilliyində ümumdünya
ticarətinin artımı dünya üzrə məhsul istehsalının artımını ötüb keçmişdir (şəkil
6.2). Əgər 1950-ci ildə bütün ölkələrin əmtəə ixracının məcmusu DDM-in cəmi
8%-i həcmində idisə, 2009-cu ildə ixrac qlobal böhran şəraitində xeyli azalaraq,
DDM-in təqribən 20%-inə bərabər olmuş, maksimum hədd isə 2007-ci ildə
DDM-in 20%-inə çatdıqda əldə olunmuşdur.
indeks, 1950=100
Şəkil 6.2. 1950-2010-cu illərdə mallarla ticarətin və real ÜDM-in dinamikası
6.2-ci şəkildəki qrafik müharibədən sonrakı onilliklər ərzində dünya
ticarətinin fasiləsiz artdığını əks etdirir. Bu zaman onun artım templəri
ümumdünya ÜDM-nin artımını 2008-ci ilədək üstələyir, sonra isə qrafik enmə
nümayiş edir; yeni yüksəliş 2009-cu ildən başlayır.
Beynəlxalq ticarətin həcminin çoxalması məhsul buraxılışının həcminin
artımı ilə müşayiət olunurdu və bu, qismən də olsa, yeni bazarların açılması,
beynəlxalq ticarət sistemindən əldə olunan faydalarla izah edilir. Ümumdünya
ticarətinin artması həmçinin, nəqliyyat xərclərinin azalması nəticəsində ticarətin
genişlənməsini; yeni istehsal proseslərinin şirkətlərə müxtəlif ölkələrdə mallar
istehsal etmək və toplamaq imkanı yaratmasını; informasiya texnologiyalarının
alıcılar və satıcılar arasında əlaqələri asanlaşdınnasmı əks etdirir. Bütün bunlar
ticarət edən tərəflərə müxtəlif ölkələrdə resurslara vəsait
171
qoyuluşlarının məbləği və ayrı-ayrı sahələrdə məhsuldarlıq arasındakı fərq
hesabına üstünlüklər əldə etməyə imkan yaradır.
Beynəlxalq ticarətin dinamikası bütövlükdə dünya iqtisadiyyatmdakı
vəziyyətin, kapitalın hərəkətinin, beynəlxalq maliyyə sisteminin ən həssas
barometridir. Dünya bazarı xarici ticarətin şərtlərinin müəyyənləşdirilməsinə,
təkrar istehsal prosesinə güclü təsir göstərir, milli iqtisadiyyatın uzunmüddətli
artımına yaxud əksinə, böhran yaradan enməsinə və depressiyasına səbəb olur.
Ümumdünya ticarətinin artımına təsir göstərən daha bir struktur amili
1990-cı illərdə və XXI əsrin əvvəlində xarici kapital axınının güclənməsidir. Bu
sürətli artım ölkələrin hər iki - inkişaf etmiş (xüsusilə «böyük yeddilikdə») və
inkişaf etməkdə olan ölkələr qrupunda baş vermiş və indi də davam etməkdədir.
Belə halda 1980-1990-cı illərdəki beynəlxalq ticarətdən fərqli olaraq, XXI əsrin
ilk illərində beynəlxalq idxal beynəlxalq ixracı üstələyir.
XXI əsrin başlanğıcında dünyanın üç aparıcı regionunun - ABŞ, Avropa
İttifaqının və Yaponiyanın ixracında və idxahndakı enmə müxtəlif dinamikalarla
olsa da, 2003-cü ildə dayanıqlı artımla əvəzlənmişdir: minimum artım
Yaponiyada, zəif artım Avropa İttifaqında və kifayət dərəcədə yüksək artım
ABŞ-da olmuşdur. 2004-2007-ci illərin məlumatları göstərir ki, dünyanın inkişaf
etmiş ölkələrində idxalın və ixracın həcmində müəyyən dayanıqlılıq əldə
olunmuş, vəziyyət yalnız 2008-ci ildə başlanan qlobal böhran nəticəsində
pisləşmişdir. Qeyd etməliyik ki, 2008-ci il ərzində də beynəlxalq ticarət dinamik
inkişafını inersiya üzrə davam etdirmiş, 2009-cu ildə isə ümumdünya ticarətində
çox güclü enmə baş vermişdir.
Böhrana qədər ümumdünya ticarətində müşahidə olunan artımın özəlliyi
onun bütün iqtisadi güc mərkəzlərində - ənənə üzrə həm ABŞ-da, Avropa
İttifaqında, Yaponiyada, həm yeni yarananlarda, xüsusilə də Çində, Hindistanda,
həm də Latın Amerikasının iri ölkələri olan Braziliya, Argentina, Meksika, Çili
və Asiyada (ASEAN) - eyni zamanda inkişaf etməsində idi. Bu ölkələrə kapital
axını dünyanın başqa regionları ilə müqayisədə daha güclü olmuşdur. Amma
kapital axınlarının bu həcmi fasiləsiz və uzunmüddətli ola bilməzdi. Xaricdən
böyük məbləğdə alman borcların müvafiq əmtəə ixracı ilə təmin edilməməsi
onların artmasına gətirib çıxarmışdı. Bir qayda kimi, belə hallarda ölkə ciddi
maliyyə çətinlikləri ilə qarşılaşır və bura xarici kapitalın (müxtəlif formalarda)
axını kəskin azalır. Bu isə, öz növbəsində. Latın Amerikasının və «orta dərəcədə
inkişaf etmiş kapitalist» ölkələrində 1980-
172
1990-cı illərdə baş verdiyi kimi, əmtəə ixracına mənfi təsir göstərir.
Nəhayət, struktur dəyişikliklərinin beynəlxalq ticarətin artımına güclü təsir
göstərən digər problemi beynəlxalq istehsal şəbəkələrinin genişlənməsi və sənaye
malları ilə ticarətin (ilk növbədə, elektronika, elektrotexniki mallar və paltar ilə)
artmasıdır. Sənaye istehsalının və ticarətin bu sahəsi TMK-nın kapitallarının
axınları, onların istehsal-satış şəbəkələri («üçüncü bazar») ilə sıx bağlıdır. Burada
həm beynəlxalq ticarətin liberallaşdırılması baş verir, həm də kapital axınlarının
nəticəsi kimi, şaquli inteqrasiya olunmuş əlaqələr inkişaf edir. Beynəlxalq ticarət
axınlarının coğrafiyası aşağıda təfsilatı ilə göstərilmişdir (cədvəl 6.3).
Bu məlumatlar son onillik ərzində bütövlükdə beynəlxalq ticarətin
hərəkətinin real dinamikasını əks etdirir. Nə ixracın, nə də idxalın əhəmiyyətli
azalmasının baş vennədiyi, onların ümumi həcminin, demək olar ki, sabit
saxlandığı yeganə ölkə Çindir. Məsələ burasındadır ki, həmin ölkə böhran
şəraitində kifayət qədər dayanıqlı, 2008-2009-cu illərdə 7,5%-dən çox iqtisadi
artım nümayiş etdirmişdir.
Beynəlxalq ticarətin son illərdəki coğrafiyası 6.4 və 6.5 cədvəllərində
təqdim olunur.
Cədvəllərin məlumatlarından görünür ki, beynəlxalq ticarətin əsas axınları
«dördlük»; Aİ, ABŞ, Çin və Yaponiya arasında bölüşdürülmüşdür. Xatırladaq ki,
1960-cı illərin əvvəlindən XXI əsrin başlanğıcınadək beynəlxalq ticarətin əsas
axınları «Böyük triada»; ABŞ - Qərbi Avropa - Yaponiya arasında dövr edirdi.
Gördüyümüz kimi, XXI əsrin birinci onilliyində «Böyük triada» Çinin
hesabına genişlənərək, «Böyük kvartetə» çevrilmişdir.
6.3 və 6.4 cədvəllərinin məlumatları XXI əsrin birinci onilliyi ərzində
ümumdünya ticarətinin dinamikasını göstərir: iki qəflət enmə (2001-ci ildə -
3,9% və 2009-cu ildə -23,9% ) nəzərə alınmazsa, dünya üzrə ticarət hər il sabit
olaraq 17% səviyyəsində dinamik artım nümayiş etdirmişdir. Bu şəraitdə
ümumdünya ticarətinin inkişaf templəri ölkələrin bütün qruplarında: inkişaf
etmiş, inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə, o eümlədən qitə
baxımından Latın Amerikası, Şimali Amerika, Afrika, Asiya və Avropada eyni
dərəcədə yüksək olmuşdur.
173
Dostları ilə paylaş: |