20
Nadinc oğul Şaşıqoğlu
Nodar tək övlad olmasına rəğmən, atası onu ərköyün böyüt-
mədi. Deyirmiş ki, əsl oğul böyütmək istəyirsənsə, ona düşmən
kimi yanaş.
Bununla belə atası Nodarın nadincliyinin qarşısını ala bilmir-
di. Bu yerdə ağlıma nənələrin bir fikri gəlir - qanında o qədər
millətin qarışığı olan adam bir yerdə otura bilər?
Elə bir gün yox idi ki, atasına Nodarın oxuduğu məktəbdən,
ya hardansa şikayət gəlməsin.
Balaca Nodar Sovet hökumətinin təhsilə xüsusi yer ayırdığı
vaxtlarda məktəbə getdi. Dəcəlliyindən beş dəfə qovulub ayrı-ayrı
məktəblərdə oxusa da, mükəmməl təhsil ala bilmişdi.
Hətta rus dili olimpiadasında birinci yeri tutmuşdu. Bütün
Gürcüstanda rusca qiraət müsabiqəsində onunla bir sırada dayana
bilən olmadı. Gözəl şeir deməyi vardı Nodarın. Onu oxuduğu
məktəbdən Ümumittifaq bədii qiraət müsabiqəsinə namizəd ver-
mişdilər. Nodar da, müəllimi də əmin idi ki, o, birinci yeri tutacaq,
amma…
Amma müharibə imkan vermədi. Həmin illəri Şaşıqoğlu ai-
ləsi Tiflisdə yaşadı. Müharibə daha yarım il davam etsəydi, Nodar
da müharibəyə gedəcək yaşa çatacaqdı.
Üç məktəbə qəbul olundu, birini seçdi,
amma qovuldu
On yeddi yaşının tamamında atası Nodarı Moskvaya təhsil
arxasınca göndərir. "Get, hansı sənəti istəyirsən seç, oxu, yetər ki,
seçdiyin sənəti mükəmməl bil", - deyir.
Nodar eyni vaxtda həm Teatr İnstitutuna, həm üç teatr-stu-
diyası məktəbinə imtahan verir. İşini ehtiyatlı tutur ki, heç olmasa,
birinə girə bilsin. Tale elə gətirir ki, bütün imtahanlardan keçib
sənədlərini verdiyi məktəblərin hamısına qəbul olunur. Seçim qar-
21
şısında qalanda evə, atasına zəng edir, qərara gəlirlər ki, Teatr
İnstitutunda oxusun. Moskva kimi şəhər, rus qızları, yaraşıqlı yarı
türk, yarı qafqazlı oğlan. Belə şəraitdə onu oxumadığına, dərsə get-
mədiyinə görə kim qınaya bilər? Ancaq nainsaf olan. Nəticədə 12
fənndən iki alan gənc, yaraşıqlı Nodar ali məktəbdən xaric edilir.
Növbəti il Nodar yenidən, bu dəfə Şukşin adına Teatr Məktə-
binə daxil olur. Elə orada oxuya-oxuya Vaxtanqov Teatrında işlə-
məyə başlayır ki, başı işə, təhsilə qarışsın. Təyinatla Kiçik Teatrın
aktyoru olmalıykən, Taqanqadakı teatrda işləməyə başlayan
Şaşıqoğlu bir il keçməmiş orada darıxmağa başlayır.
Səbəbkar erməni qayınana idi
Amma bu bir il müddətində evlənməyə də vaxt tapmışdı.
Qadın heyranlarının arasından seçdiyi qızın anası erməni idi.
Olduqca qəşəng olan bu qız xüsusən baş rollarda oynayan aktyo-
run sevgisini qazana bilmişdi. Onun darıxmasının, yeni evləndiyi
xanımından da ayrılmağının səbəbkarı erməni qaynanası oldu.
Nodar Şaşıqoğlu evini də xanımına verib evdən də, işdən də çıxdı.
Nodar Şaşıqoğlu ümumilikdə dörd dəfə evil olub, hər dəfə
də evini ayrıldığı xanıma verib, bir çemodanla çıxıb.
Taqanka teatrında işlədiyi vaxtlardan artıq kinolara çəkil-
məyə başlamışdı. Məşhur kinorejissor Sergey Yutkeviç ilk dəfə onu
"Böyük döyüşçü İsgəndər bəy" adlanan filmində Sultan Mehmet
roluna çəkdi.
Özü də əvvəlcə aktyordan soruşub ki, türk sultanının ro-
lunda oynaya bilərsən? Nodar Şaşıqoğlu - “Mənim əcdadlarım türk
olub”, - deyib.
Film çəkilişindən sonra onun üzünə teatrın qapıları bağlandı,
o vaxt teatr aktyoru filmə çəkilməməli idi. Ancaq zaman keçdi və
Nodar Şaşıqoğlu yenidən Taqankaya dəvət olundu.
22
Əlvida, Moskva, salam, Bakı
Həmin vaxt Bakıdan kinorejissor Rəşid Atamalıbəyov Ta-
qankadakı tamaşalara baxmaq üçün gedibmiş. Tamaşadan sonra
Nodar Şaşıqoğlu ilə görüşən rejissor ona əsl tapıntı olduğunu de-
yib. Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı Mehdi Hüseynzadə
rolu üçün tapıntı.
Təklif edən Mixaylo haqda çəkiləcək filmin ikinci rejissoru
idi.
Azərbaycanlı qəhrəman, baş rol... Şirinikləndirici təklif idi,
amma bunun üçün Nodar Şaşıqoğlu Moskva həyatı ilə vidalaşmalı
idi. Razı oldu, çünki bu şəhərdə onun qohumları yaşayırdı, çoxdan
gəlmək istədiyi, nədənsə onu hər zaman çəkən bir şəhər idi Bakı.
Qohumu Mərziyyə Davudova da hələ sağ idi, ondan çox şeylər
öyrənmək olardı. Anası da Bakıya vaxtaşırı gəlirdi. Bütün bunları
düşünüb razılıq verdi.
Bu rola onlarca namizəd var idi. Dövrünün tanınmış aktyoru
Möhsün Sənani də sınaq çəkilişində iştirak edirdi. Onda güclü
komizm vardı. Mehdi Hüseynzadə rolu isə cidd simalı aktyor ax-
tarırdı. Həm də ciddiliklə faciəvinin bir simada birləşməsi lazımdı.
Qadınlar onun əynindəki kostyumu
cırıq-cırıq elədilər
Tofiq Tağızadənin "Uzaq sahillərdə" filmi Sovet İttifaqında o
zaman kəşfiyyatçı haqqında çəkilən ikinci film idi. "Kəşfiyyatçının
şücaəti" adlanan birinci filmdə məşhur aktyor Kadoçnikov oyna-
mışdı. "Uzaq sahillərdə" hər cəhətdən o filmi arxada qoya bildi.
Film Daşkənd festivalında birinci yeri tutdu. Filmin nümayişindən
sonra adamlar Nodar Şaşıqoğlunu Mixaylonun özüymüş kimi
əlləri üstündə aparırdılar. Əynindəki kostyumdan özlərində nə isə
bir yadigar saxlamaq üçün hərə bir kəsim götürmüş, onu cırıq-
cırıq etmişdilər.
Dostları ilə paylaş: |