Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə6/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   2   3   4   5   6   7   8   9   ...   66

 
20 
Nadinc oğul Şaşıqoğlu 
 
Nodar tək övlad olmasına rəğmən, atası onu ərköyün böyüt-
mədi.  Deyirmiş  ki,  əsl  oğul  böyütmək  istəyirsənsə,  ona  düşmən 
kimi yanaş. 
Bununla belə atası Nodarın nadincliyinin qarşısını ala bilmir-
di.  Bu  yerdə  ağlıma  nənələrin  bir  fikri  gəlir  -  qanında  o  qədər 
millətin qarışığı olan adam bir yerdə otura bilər? 
Elə bir gün yox idi ki, atasına Nodarın oxuduğu məktəbdən, 
ya hardansa şikayət gəlməsin. 
Balaca  Nodar  Sovet  hökumətinin  təhsilə  xüsusi  yer  ayırdığı 
vaxtlarda məktəbə getdi. Dəcəlliyindən beş dəfə qovulub ayrı-ayrı 
məktəblərdə oxusa da, mükəmməl təhsil ala bilmişdi. 
Hətta  rus  dili  olimpiadasında  birinci  yeri  tutmuşdu.  Bütün 
Gürcüstanda rusca qiraət müsabiqəsində onunla bir sırada dayana 
bilən  olmadı.  Gözəl  şeir  deməyi  vardı  Nodarın.  Onu  oxuduğu 
məktəbdən  Ümumittifaq  bədii  qiraət  müsabiqəsinə  namizəd  ver-
mişdilər. Nodar da, müəllimi də əmin idi ki, o, birinci yeri tutacaq, 
amma… 
Amma  müharibə  imkan  vermədi.  Həmin  illəri  Şaşıqoğlu  ai-
ləsi Tiflisdə yaşadı. Müharibə daha yarım il davam etsəydi, Nodar 
da müharibəyə gedəcək yaşa çatacaqdı. 
 
 
Üç məktəbə qəbul olundu, birini seçdi,  
amma qovuldu 
 
On  yeddi  yaşının  tamamında  atası  Nodarı  Moskvaya  təhsil 
arxasınca  göndərir.  "Get,  hansı  sənəti  istəyirsən  seç,  oxu,  yetər  ki, 
seçdiyin sənəti mükəmməl bil", - deyir. 
Nodar  eyni  vaxtda  həm  Teatr  İnstitutuna,  həm  üç  teatr-stu-
diyası məktəbinə imtahan verir.  İşini ehtiyatlı tutur ki, heç olmasa, 
birinə  girə  bilsin.  Tale  elə  gətirir  ki,  bütün  imtahanlardan  keçib 
sənədlərini verdiyi məktəblərin hamısına qəbul olunur. Seçim qar-


 
21 
şısında  qalanda  evə,  atasına  zəng  edir,  qərara  gəlirlər  ki,  Teatr 
İnstitutunda oxusun. Moskva kimi şəhər, rus qızları, yaraşıqlı yarı 
türk, yarı qafqazlı oğlan. Belə şəraitdə onu oxumadığına, dərsə get-
mədiyinə  görə  kim  qınaya  bilər?  Ancaq  nainsaf  olan.  Nəticədə  12 
fənndən iki alan gənc, yaraşıqlı Nodar ali məktəbdən xaric edilir.  
Növbəti il Nodar yenidən, bu dəfə Şukşin adına Teatr Məktə-
binə  daxil  olur.  Elə  orada  oxuya-oxuya  Vaxtanqov  Teatrında  işlə-
məyə  başlayır  ki,  başı  işə,  təhsilə  qarışsın.  Təyinatla  Kiçik  Teatrın 
aktyoru  olmalıykən,  Taqanqadakı  teatrda  işləməyə  başlayan 
Şaşıqoğlu bir il keçməmiş orada darıxmağa başlayır. 
 
 
Səbəbkar erməni qayınana idi 
 
Amma  bu  bir  il  müddətində  evlənməyə  də  vaxt  tapmışdı. 
Qadın  heyranlarının  arasından  seçdiyi  qızın  anası  erməni  idi. 
Olduqca  qəşəng  olan  bu  qız  xüsusən  baş  rollarda  oynayan  aktyo-
run  sevgisini  qazana  bilmişdi.  Onun  darıxmasının,  yeni  evləndiyi 
xanımından  da  ayrılmağının  səbəbkarı  erməni  qaynanası  oldu. 
Nodar Şaşıqoğlu evini də xanımına verib evdən də, işdən də çıxdı. 
Nodar  Şaşıqoğlu  ümumilikdə  dörd  dəfə  evil  olub,  hər  dəfə 
də evini ayrıldığı xanıma verib, bir çemodanla çıxıb. 
Taqanka  teatrında  işlədiyi  vaxtlardan  artıq  kinolara  çəkil-
məyə başlamışdı. Məşhur kinorejissor Sergey Yutkeviç ilk dəfə onu 
"Böyük  döyüşçü  İsgəndər  bəy"  adlanan  filmində  Sultan  Mehmet 
roluna çəkdi.  
Özü  də  əvvəlcə  aktyordan  soruşub  ki,  türk  sultanının  ro-
lunda oynaya bilərsən? Nodar Şaşıqoğlu - “Mənim əcdadlarım türk 
olub”, - deyib. 
Film çəkilişindən sonra onun üzünə teatrın qapıları bağlandı, 
o  vaxt  teatr  aktyoru  filmə  çəkilməməli  idi. Ancaq  zaman  keçdi  və 
Nodar Şaşıqoğlu yenidən Taqankaya dəvət olundu.  
 
 


 
22 
Əlvida, Moskva, salam, Bakı 
 
Həmin  vaxt  Bakıdan  kinorejissor  Rəşid  Atamalıbəyov  Ta-
qankadakı  tamaşalara  baxmaq  üçün  gedibmiş.   Tamaşadan  sonra 
Nodar  Şaşıqoğlu  ilə  görüşən  rejissor  ona  əsl  tapıntı  olduğunu  de-
yib.  Sovet  İttifaqı  Qəhrəmanı,  azərbaycanlı  Mehdi  Hüseynzadə 
rolu üçün tapıntı. 
Təklif  edən  Mixaylo  haqda  çəkiləcək  filmin  ikinci  rejissoru 
idi. 
Azərbaycanlı  qəhrəman,  baş  rol...  Şirinikləndirici  təklif  idi, 
amma bunun üçün Nodar Şaşıqoğlu Moskva həyatı ilə vidalaşmalı 
idi.  Razı oldu, çünki bu şəhərdə onun qohumları yaşayırdı, çoxdan 
gəlmək  istədiyi,  nədənsə  onu  hər  zaman  çəkən  bir  şəhər  idi  Bakı. 
Qohumu  Mərziyyə  Davudova  da  hələ  sağ  idi,  ondan  çox  şeylər 
öyrənmək  olardı. Anası da  Bakıya  vaxtaşırı  gəlirdi.  Bütün  bunları 
düşünüb razılıq verdi. 
Bu rola onlarca namizəd var idi. Dövrünün tanınmış aktyoru 
Möhsün  Sənani  də  sınaq  çəkilişində  iştirak  edirdi.  Onda  güclü 
komizm  vardı.  Mehdi Hüseynzadə rolu  isə  cidd  simalı  aktyor  ax-
tarırdı. Həm də ciddiliklə faciəvinin bir simada birləşməsi lazımdı.  
  
Qadınlar onun əynindəki kostyumu  
cırıq-cırıq elədilər 
  
Tofiq Tağızadənin "Uzaq sahillərdə" filmi Sovet İttifaqında o 
zaman kəşfiyyatçı haqqında çəkilən ikinci film idi. "Kəşfiyyatçının 
şücaəti"  adlanan  birinci  filmdə  məşhur  aktyor  Kadoçnikov  oyna-
mışdı.  "Uzaq  sahillərdə"  hər  cəhətdən  o  filmi  arxada  qoya  bildi. 
Film Daşkənd festivalında birinci yeri tutdu. Filmin nümayişindən 
sonra  adamlar  Nodar  Şaşıqoğlunu  Mixaylonun  özüymüş  kimi 
əlləri üstündə aparırdılar. Əynindəki  kostyumdan özlərində nə isə 
bir  yadigar  saxlamaq  üçün  hərə  bir   kəsim  götürmüş,  onu  cırıq-
cırıq etmişdilər.  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə