Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə14/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   10   11   12   13   14   15   16   17   ...   66

 
45 
sevgisini  qazanmaq  çox  çətin  məsələdir.  Mən  bu  sevgini  hiss  edi-
rəm. Teatrın açılışında mən salona daxil olanda o cür alqışlandım. 
Gəldim evə, amma yenə özümü səhnədə hiss edirdim. Mən bildim 
ki, səhnəyə çıxanda, sənə əl çalırlarsa, səni öpürlərsə, sənə növbəsiz 
yer  verirlərsə,  deməli  tamaşaçı  məhəbbətini  qazanmısan.  Özümə 
qarşı tamaşaçı sevgisini hiss etdiyim üçün çox xoşbəxtəm.  
Bəzən dost-tanışlarım məni danlayır, deyirlər: “Əşşi elədiyini 
eləmisən, bu yaşda sən elədiyini heç kim eləməyib”. Bəzi dostlarım 
isə  “Yaşar,  bu  yaşa  qədər  sən  nələr  eləməmisən,  bəsdir  də”  – 
deyirlər.  Deyirəm,  yox  bəs  deyil,  imkan  olar  işləyərəm,  olmaz  da 
ki... Amma yenə gələcəyəm, yenə baxacağam. O əzmlə çalışıram ki, 
səhnəyə  çıxım  və  çıxacağam.  Nəinki  burada,  hələ  Musiqili  Kome-
diyada,  Gənc  Tamaşaçılar  Teatrında,  Kukla  Teatrında  da  işlərim 
var”.   
60  illiyi  birtəhər  xəstəlikdən  imkan  tapıb  qeyd  olundu.  Də-
fələrlə xəstəliyi səbəbindən təxirə salınmışdı.  Yorulmadan çalışdığı 
səhnəyə  hələ  qayıdacağını,  müxtəlif  teatrlarda,  müxtəlif  obrazlar 
oynayacağını  düşünürdü.  Necə  ki,  Opera  və  Balet  teatrında,  Mu-
siqili  Komediyada,  hətta  Kukla  Teatrının  səhnəsində  oynamışdı, 
yenə  oynamaq  arzusunda  idi.    Bu  arzunu  reallaşdırmaq  üçün  isə, 
ya  iradəsi  çatmırdı  ki,  səhhətini  də qorusun,  ya  da…  sadəcə,  həm 
də nə isə istəmirdi.  
2012-ci ilin noyabrında  növbəti ölüm xəbəri düz oldu. Getdi 
bu  dünyadan  səhnəmizin  Yaşar  Nurisi,  Nurlu  Yaşarı,  həmişə  Ya-
şarı.  Özündən sonra  rolları, təbəssümü, bir də qəlblərdəki  sevgisi 
qaldı.  Bu  gəlişi  gözəl  sözlər  deyil,  reallıqda  belədir,    hər  birimizn 
içində bir Yaşar Nuri sevgisi var…  


 
46 
M
M
M
ə
ə
ə
l
l
l
i
i
i
k
k
k
 
 
 
D
D
D
a
a
a
d
d
d
a
a
a
ş
ş
ş
o
o
o
v
v
v
u
u
u
n
n
n
 
 
 
h
h
h
ə
ə
ə
y
y
y
a
a
a
t
t
t
 
 
 
h
h
h
e
e
e
k
k
k
a
a
a
y
y
y
ə
ə
ə
t
t
t
i
i
i
 
 
 
 
 
 
 


 
47 
  
 
 
 
Bir vaxtlar müəllimi,  Adil  İsgəndərov    “Axırıncı  aşırım” filmində 
Kərbəlayi roluna görə ona verilən mükafatdan imtina edərək “Bu mükafat 
Məlik Dadaşova düşür, Qəmlonu yaratdığına görə” demişdi. 
 İnsan  taleyi  belədir,  hansı  məqamdasa  qədri  bilinir,  qiymətləndi-
rilir, hansı məqamdasa çox ucuz tutulur. Əsas odur özündən sonra xəyal-
larda, düşüncələrdə qala biləsən. Məlik  Dadaşov xəyalarda, düşüncələrdə 
qala bilənlərdəndir. Bu gün onun adını çox övladlar daşıyır, onlardan biri 
də öz nəvəsidir, Gülnarə Dadaşovanın oğlu Məlik. 
  
 
Şöklü Məliyin adını daşıyan uşaq 
  
İstedadlı  adamları  heç  vaxt  ətrafdakılar,  mühit  birmənalı 
qarşılamır.  Onlar  haqqında  ziddiyyətli  fikirlər  dolaşır.  Əslində 
bunlar hamısı  onlara qarşı ətrafındakıların-həmkarlarının qısqanc-
lığından  qaynaqlanır.  İstedadlı  adamlara  qısqanclıqdan,  paxıl-
lıqdan badalaq vurulur, bu badalaqlar uğuru ləngidirsə də, qarşını 
ala  bilmir.  Adam  yaranışından  istedadlıdırsa,  onun  gördüyü  ən 
xırda iş də gözə sanballı gələcək, özünü büruzə verəcək və zaman 
keçdikcə  o  şəxs  artıq  heç  bir  iş  görməsə  belə  adı  bəs  edəcək  ki, 
ətrafdakıların  qısqanclığı  birə-beş  artsın.  Söhbət  mədəniyyət  alə-
mindən  gedirsə,  mədəniyyətin  səlahiyyətliləri  də  o  adamın  var-
lığını nə dana bilir, nə də qəbul edə, çünki bu adam özünü yoxmuş 
kimi  apara  bilmir,  hər  addımında  “varam”  deyir.    Onu  həm 
sevənlər  çoxdur,  həm  də  sevməyənlər,  sevməyənlər    əsasən  onun 
asılı olduğu sahədəndir. 
Bu  münasibət  müxtəlif  şəxsiyyətlərdə  özünü  fərqli  göstərir. 
Kimisi  bu  münasibətə  -  paxıllıqlara,  qısqanclıqlara  bir  görməzlik, 
yoxmuş  kimi  heç  bir  reaksiya  vermədən  öz  yolu  ilə  gedir,  bəzən 
badalaqdan  yıxılır,  durub  yenə  irəliləyir.  Kimisi  isə  görür  və  gör-


 
48 
düklərini  də  car  çəkir  ki,  görürsünüz  filankəslər  imkan  vermir, 
maneə olur. Bu adam sınır, sarsılır, aqressivləşir. 
 Bugünkü  yazımızın  qəhrəmanı  ikincilərdəndir.  Sənətində 
misilsiz  uğurları  vardı,  oynadığı  hər  bir  obraz  şedevr  olurdu,  bu 
onun  özündən  asılı  deyildi,  genindən,  qanından  gəlirdi,  istedadlı 
idi  adam.    Amma  ona  veriləcək  rolu  əlinə  çathaçatda  qamarlayıb 
alırdılar,  yüksək  bir  kürsüyə  gedərkən  onu  badalaq  vurub  yıxır-
dılar,  başqasını  göndərərdilər  o  yerə.  Bütün  bunlar  onun 
xarakterinə pis təsir göstərirdi... 
Bakıda,  neft  sənayesində  bir  nəfər  də  işləyirdi.  İndiyə  qədər 
adı  neft  şefləri  arasında  çəkilməyib,  amma  Sovet  hökumətinin 
arxivlərindən  onun  neft  buruqlarının  sənədləri    çıxıb.  Nobellərlə 
birgə  çalışırmış  Yusif  kişi.  Xanımı  evdar  qadın  idi,  üç  oğul 
böyüdüb, tərbiyə edirdi. Uşaqların sonbeşiyi Məlik idi. Atası Şöklü 
Məliyin şərəfinə onun adını belə qoymuşdu. 
  
 
Sürgün, müharibə, kontuziya 
  
Bu ailə də dövrünün bir çox imkanlıları kimi Sovet imperiya-
sının qurbanına çevrildi.  Ailənin böyüyü, ata sürgünə göndərildi. 
Yerdə  qalanlar  səslərini  içlərinə  salıb,  soyadlarını  belə  dəyişib 
yaşamağa məcbur oldular. 
Çox  sonralar  bəraət  alıb  vətənə  qayıdan  ata  1971-ci  ildə 
xanımının vəfatından sonra dünyasını dəyişir. Ailənin böyük oğlu 
Salman Dadaşov  aktyor olub. “Onun böyük ürəyi” filmində Oqtay 
rolunu canlandırıb. Sonralar Sumqayıt teatrının rəhbəri olub. İkinci 
qardaş Süleyman Dadaşov - Brilyant Dadaşovanın atası riyaziyyat 
müəllimi  idi.  Universitetdə  dərs  deyirdi.  Süleyman  müəllim  həm 
də  qarmonda,  pianoda  gözəl  ifa  edərdi.  Amma  yalnız  ailədaxili 
məclislərdə. 
Məlik  Dadaşov  isə  uşaqlıqdan  incəsənətə  bağlı  olub.  Musi-
qiyə gedər, kontrabasda çalarmış. Bununla belə orta məktəbi qurta-
randa sənədlərini Tibb İnstitutuna verib. Qəbul olunub, amma elə 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə