Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə10/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   6   7   8   9   10   11   12   13   ...   66

 
32 
Nabat  müəllimənin  ona  əruzu  gözəl  öyrətməsi,  qiraəti  sev-
məsi də Rasimin köməyinə çatmışdı, hər məşqdən, çəkilişdən sonra 
Rasimin özünə inamı daha da artırdı, bütün vücudu ilə Nəsimi ola 
bilirdi. Buna görə də həmin il Beynəlxalq Kino Festivalının tapıntısı 
Rasim Balayev oldu. Elə Azərbaycan kinosunun da. 
Bir  dəfə  Moskvada,  kino  festivalı  vaxtı  Rasim  Balayev  köşk-
lərdə bir aktyorun şəkillərinin satıldığını görür. Şəkilləri Azərbay-
candan  gedən  başqa  sənətkarlar  da  görüb  Rasimə  deyirlər  ki,  öz 
şəklindən birini də özün al. Rasim elə bilir zarafat eləyirlər onunla, 
cavab verir ki, hə, mənə yaman oxşayır.  Yaxınlaşıb köşkdən şəkli 
alır  və  baxır  ki,  arxasında  Rasim  Balayev  və  onun  haqqında 
məlumat  yazılıb.  O  vaxt  aktyor  hələ  öz  məşhurluğunun  fərqində 
belə deyilmiş. Bəlkə heç sonralar da. 
Ümumittifaq,  beynəlxalq  kino  festivallarının  iştirakçısı  kimi 
Rasim Balayev az qala dünyanın yarısını gəzdi. Uşaqlıq kumiri Rac 
Kapurla bir səhnədə mükafat aldı. 
Ən  yaxşı  kişi  roluna  görə  nominasiyanın  qalibi  oldu.  Ömür 
boyu  bir  aktyorun  ala  biləcəklərini  Rasim  Balayev  yalnız  Nəsimi 
roluna görə aldı. 
O vaxt cəmi 25-26 yaşı vardı. 31 yaşında isə Babəki oynadı. 
Ardıcıl  70  filmdə  sanballı  rollara  çəkildi.  Almaniyada,  Tür-
kiyədə,  İranda,  Tacikistanda,  Osetiyada,  çeçenlərin  ilk  kinosunda, 
Özbəkistanda, Moskvada, Gürcüstanda. 
Onu  yalnız  müsbət  qəhrəman  kimi  sevmədik,  həm  də  cə-
miyyətdəki mənfi tipləri gözlərimiz qarşısında bütün çılpaqlığı ilə 
canlandırdı, məsələn elə “Həm ticarət, həm ziyarət” filmindəki ob-
razı  ilə.  İnanıram  ki,  o  obraza  tamaşaçı  Babəki,  Nəsimini,  Beyrəyi 
sevdiyi qədər nifrət edirdi.   
Daha rollarını sadalamayacağam, kinoşünas deyiləm, həm də 
o  rolları  hamımız  görmüşük,  məndən  eşitməyiniz  yenilik  olma-
yacaq. 
Rasim Balayev 34 yaşında artıq Azərbaycanın Xalq Artisti idi. 
Çünki  Nəsiminin  dərisi  soyulanda  o  əzabı  simasında  verə 
bilsin  deyə  ovcunun  içində  saxladığı  mismarı  var  gücü  ilə  sıxıb 


 
33 
ətinə  pərçimləyəcək  qədər  sənətini  sevirdi.  Mismar  onun  ovcunu 
parçaladıqca  Nəsimi  dərisi  soyularkən  yaşadığı  cismani  əzabı 
yaşayır və bu, onda təbii alınır.  Yaxud “Qatır Məmməd” filmində  
Göyüş  onu  vurarkən  çəmənliyə  yıxılır  və  çabalamaq  istəyir  ki,  bu 
vaxta  qədərki  filmlərdə  güllə  dəyən  kimi  yıxılıb  ölmək  olmasın. 
Axı  insan  yerə  yıxılır,  çabalayır  və  canını  tapşırır.  Rasim  özünü 
çəmənliyə  çırpanda  bilməyib  ki,  otların  arasındakı  çapıq  daş  onu 
necə yaralayacaqsa çabalamağa taqəti qalmayacaq ağrıdan.  
Ömür  boyu  qəhrəmanları  oynayıb,  amma  bu  o  demək  deyil 
ki,  biz  ondan  qəhrəmanlıq  gözləyək,  umaq.  Bu  barədə  özü  də 
deyib: 
“Mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam”. 
Biz  ondan  umaq  ki,  nə  qədər  damarında  qan,  canında  can 
var,  gözəl  obrazlar  yaratsın  və  bunun  üçün  ona  şərait  yaradılsın. 
Yoxsa xalqın sevimli, xalqı öz arxasınca aparmağa qadir sənətkarı-
nı  məqsədli  şəkildə  gözdən  salmayaq.  Kinonun  daha  bir  peşəkar 
aktyorunu xatırladım – Həsən Məmmədovu. O, da belə bir tale ya-
şadı,  çox  sevildi,  ömrünün  sonlarında  isə  məhrumiyyətlər  ucba-
tından  hakim  partiyaya  sığınmalı  oldu  və  bəziləri  buna  görə  onu 
qınadı.   
“Mən  Qazandan  dönmərəm,  istər  məni,  iki  parça  et”-deyən 
Beyrək,    “Mən  sizinləyəm,  insanlar”  deyən  sərkərdə  Babək  deyil 
Rasim  Balayev,  “ədalətli  olmağa,  hamıya  kömək  etməyə    çalışan, 
yalana, ikiüzlülüyə, riyakarlığa və lovğalığa nifrət edən”  bir sənət-
kardır sadəcə. 
Dostların  əhatəsində  pəsdən  səslə  oxumağı  var,  xüsusən 
onun  ifasında  “Arxadan  zərbə”  filmində  zümzümə  etdiyi  mahnı 
çox gözəl alınır.  Oğlunun toyunda isə məxsusi onun üçün yazılıb, 
bəstələnmiş mahnı ifa edib. 
Gözəl qəzəl deməyini, Alim Qasımovla duetini bir neçə dəfə 
görmüşük. 
Kiminsə  siyasi  oyununda  piyada  olacaq  qədər  sadəlövh  de-
yil, amma sadə adamdır. 


 
34 
Xanımı Sevil deyir ki, Rasimdə məni hər şeydən çox ağır tə-
biəti, mərdliyi və yaratdığı fövqəladə rollar heyran edir. 
Son illər çəkildiyi  “Sübhün səfiri” filminin çəkilişlərində bir 
daha  əmin  oldum  ki,  Rasim  Balayev  çox  peşəkar  kino  aktyordur. 
Elə bir aktyor ki, hələ 100 il bundan sonra da kino tariximizdə izi 
qalacaq. 
Çəkilmədiyi rollar isə onu gözləyir, qabaqdadır hələ.   
Bu  gün  onun  həyatında  daha  bir  qara  zolaq  keçir,  lap  70-ci 
illərin  əvvəlində  olduğu  kimi.  Yenə  Rasim  Balayev  depressiya-
dadır.  Günlərlə  evə  qapanır,  içki  ilə  əsəblərini  sakitləşdirməyə 
çalışır. Dostları, heç Alim Qasımov belə Nəsimi qəzəllərindən zövq 
almaq üçün çağırdığı məclislərə onu apara bilmir.   
İki  dəfə  yıxılıb,  birində  ayağı,  ikincisində  qolu  qırılıb.  Hərə-
sində bir-iki ay gipsdə və müalicələrdə olub. Ayağının baş barma-
ğının ustufca yerə toxunmasından başına gəlməyən oyun qalmadı, 
barmaq kəsilməsinə qədər gəlib çıxdı, onu da şükür atlatdı. Şəkəri 
var.  Bu  yaxınlarda  mədəsindəki  daxili  qanaxmadan  hemoqlobini 
30-a düşüb. Məlum olub ki, mədəsində xora əmələ gəlib. 
Bütün  bunların  hamısı  stress  və  əsəb  gərginliyinin  nəticə-
sidir.  
“İttifaqdan  istefa  verməyimi  çox  ağır  yaşadım.  Heç  nə  ilə 
təsəlli tapa bilmirdim. Özümü artıq yararsız hiss edirdim. Bəlkə də 
səhhətimdə  problemlər  yaranmasaydı,  o  dərd  məni  öldürərdi,  elə 
bil  başım  qarışdı  səhhətimə,  canımın  hayına  qaldım  və  zaman 
keçdi”. 
Mən şəxsən Rasim Balayevi yalan, riyakar sifətdə görmədim. 
İstər zarafatla, istər ciddi-ciddi nə dedisə, düz dediyini gördüm. 
Nə yazıq ki, qəribə bir şakərimiz var. Birinin üstündən dərhal 
xətt  çəkməyə  hazırıq-  şəxsiyyətsiz,  simasız  damğası  da  vururuq-
heç  ağlımıza  da  gəlmir  ki,  o  xətt  çəkdiyimiz  qələmi  əlimizin 
üstündən başqa əl tutur, çəkdirir bizə xətti öz bildiyi istiqamətdə. 
Rasim Balayev bu gün aşağı düşmüş qanın, hemoqlobinin və 
mədə xorasının müalicəsi ilə məşğuldur.  Hemoqlobini qaldırmaq 
üçün  ürəyi  istədiyi  kimi  qidalanmağa  mədəsindəki  yara  imkan 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə