Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə12/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   8   9   10   11   12   13   14   15   ...   66

 
39 
tırlayır  və  xatırladır.  Məmmədsadıq  Nuriyev  üçüncü  kateqoriya 
aktyorlardan  olub.  Kinoda,  səhnədə  müxtəlif  obrazlar  oynayıb, 
istedadlı  və  məhsuldar  olub,  nə  yazıq  ki,  əməyi  layiqli  qiymətini 
almayıb,  amma  bu  günə  qədər  də  yaddaşlarda  var.  Onun  övladı 
Yaşar Nuriyə “əməkdar artist” fəxri adı veriləndə ona görə aktyor 
əvvəl sevinib, sonra kədəri sevincinə qarışıb ki, atam bu ada həsrət 
köçdü dünyadan.  
 
 
Yaşarın doğuluşu, yaxud niyə məhz Yaşar...  
 
Məmmədsadıq  Nuriyevin  xanımı  Rəfiqə  evdar  qadın  idi, 
evdə dörd körpəyə baxırdı. İndi o iki qız və Yaşar Nurinin  qardaşı 
müxtəlif sahələrdə çalışırlar, müəllimə, tibb bacısı, mühəndis. 1951-
ci ilin 3 sentyabrında dünyaya göz açan Yaşarsa meylini aktyorluğa 
salmışdı.  
Qəribədir, o vaxt “Sovetski”də böyüyən uşaqlar, ya “vor za-
kon” olmagı arzulardılar, ya da sənətkar-aktyor, rejissor, bəstəkar.  
Yaşar da aktyor olmaq istədi.  
Bir  dəfə  oxuduğu  173  saylı  məktəbin  həyətində  futbol 
oynayarkən, topla məktəb pəncərəsinin şüşəsini qırmışdı. Direktor 
tələb elədi ki, atan gəlsin və şüşənin pulunu ödəsin. Atası məktəbə 
gələndə  isə  direktor  onu  tanıyıb  və  aktyoru  gülərüzlə  qarşılayıb, 
pul da almadan yola salıb.  
Özü  müsahibələrində  bu  barədə  belə  deyir:  “Düşündüm  ki, 
mənim  kiçik  xətamı,  dələduzluğumu  atama  görə  keçdilər,  gərək 
mən  də  aktyor  olam  ki,    böyüyəndə  böyük  xəta  və  dələduzluqla-
rımı da özümə görə keçsinlər. Özümə bələd idim axı”.  
O  vaxt  Gəncə  Teatrında  işləyirdi,  özü  də  məhz  Yaşar  dün-
yaya  gələndə  “Yaşar”  pyesində  Əliqulunu  oynayırdı  Məmməd-
sadıq  Nuriyev.  Ona  görə  də  əvvəlcə  oğlunun  adını  Əliqulu  qoy-
maq istəyib, sonra düşünüb ki, elə arzusunda olduğu qəhrəmanın 
öz adını qoysun – Yaşar.  


 
40 
Yaşadığı  məhəllənin    uşaqlarından  fərqli  olaraq,  sakit,  mək-
təbə vaxtında gedib-gələn, yaxşı oğlan idi. 10-12 yaşı olarmış, yenə 
atası  ilə  teatra  gedib.  “Toy  kimindir?”  tamaşasının  başlanmasına 
bir neçə saat qalmış rejissor deyib ki, Qoşunun oğlu Tapdıq rolunu 
oynayan  aktyor  xəstələnib.  Hərə  bir  təklif  verib.  Aktyor    İbrahim 
Hüseynov deyib ki, Məmmədsadığın oğlu o rolu əzbər bilir, çünki 
bütün  tamaşalara  baxıb,  icazə  verin  oynasın,  baxın.    Balaca  Yaşar 
bu təklifə o qədər sevinib ki, bir saatın içində bilmədiyi yerləri də 
əzbərləyib və axşam tamaşada uğurla oynayıb. Nəsibə Zeynalova, 
Lütfəli  Abdullayev,  Bəşir  Səfəroğlu,  Münəvvər  Kələntərli  və  atası 
ilə ilk dəfə bir səhnəyə çıxıb.  
1972-ci  ildə  o  vaxtkı  İncəsənət  İnstitutunda  Rza  Təhmasibin 
sinfini əla qiymətlərlə başa vurur. Zatən institut illərində onu artıq 
hazır  aktyor  bilirdilər.  Uşaqlığından  televiziyada  çıxış etməyi  onu 
həm  populyarlaşdırmışdı,  həm  də  ustalaşdırmışdı.    Onu  sevən 
tələbə  yoldaşlarının,  yəni  qızların  heç  birinə  fikir  verməzdi  gənc 
Yaşar, sadəcə, dodaqucu gülümsəyib keçərdi. Fikrində anasının bir 
sözü    dolaşırdı:  “Gedib  yada-yalana  ilişərsən,  bilmərik  kimdir, 
nəçidir, gətirib salarlıq ailənin içinə. Sənə qızı da özüm seçəcəm ”.  
Elə  də  oldu.  Anasının  seçimi  ilə  Yaşar  Konservatoriyada 
təhsil alan, Rəhimə adlı uzaq qohumlardan olan qızın izinə düşdü, 
bir  gün,  iki  gün  gedib-gəldi  arxasınca.  Bir  gün  qıza  yaxınlaşıb 
deyir: “Bilirsən, nə var, vaxt yoxdur ssenari qurmağa, bütün günü 
səhnədə ssenari ilə oynayıram, evlənirik, vəssalam”.   
Yaşar Nuriyə hansı qız “yox” cavabı verərdi ki.  
Evlənirlər.  O  illər  Yaşar Nuri,  artıq  Tofiq  Kazımovun  dəvəti 
ilə  Dram  Teatrında  işə  başlamışdı.  55  manat  məvacib  alırdı.  Orda 
ilk  rolunu  oynayırdı  –  vampir  rolunu.  Bəli,  peşəkar    səhnədə  ilk 
rolu vampir olmuşdu. Ona görə sənətin vampirinə çevrildi.    
 
 
 
 
 


 
41 
Buratinodan Elçin müəllimə qədər  
 
Teatrda  yaratdığı  obrazlar,  aktyor  oyunu  barədə  teatrşünas 
İlham Rəhimli belə deyir:  “Səhnəyə gəlməyini xəbər vermək kimi 
bir  fənd  var.  Bu,  milli  dramaturgiyamızda  ən  məşhur  fənddir. 
Azərbaycan  milli  teatrı  peşəkarlaşandan  sonra  aktyor  teatrı  olub. 
Seyrçi teatra ilk növbədə aktyora baxmağa gəlir. Bunu yaxşı bilən, 
bütün  hüceyrələri  ilə  hiss  edən  aktyor  da  oynadığı  epizodun 
səhnəyə  çıxma  vaxtı  yetişəndə,  qabaqcadan  seyrçilərini  xəbərdar 
eləyir  ki,  bəs,  arxayın  olun,  bu  gün  mən  sizinləyəm.  Aktyor  tam 
əmin  olmalıdır  ki,  tamaşaçı  səsini  eşitcək,  məhz  onu-sevimli  və 
istəkli sənətçisini, anların intizarıyla gözləyir.  
Yaşar  Nuri  bu  fənddən  25  ildən  çoxdur  ki,  istifadə  edir. 
Epizodun  vaxtı  yetişəndə  aktyor  həməncə  səhnəyə  çıxmır,  bir-iki 
saniyə ləngiyir, pauza verir. Elə həmin məqamda səhnə arxasından 
həssaslıqla  salonu  dinləyir.  Yalnız  özünə  bəlli  olan  hüdudacan 
gözləyir.  Sonra  ilk  replikasını-sözünü  ucadan  deyir  və  yenə  bir 
neçə saniyə salonu dinləyir. Həm də salonun psixoloji reaksiyasını 
bütün  oynaqları  ilə  duyur.  Tamaşaçılar  arasındakı  canlanma 
qulağına,  hisslərinə  çatar-çatmaz  sözün  əsl  mənasında,  səhnəyə 
şığıyıb yerində "donur".  
Sürəkli  alqışlar!  Seyrçilər rəğbətlə,  sevimli aktyorunu salam-
layır.  O  isə  "obrazdan  çıxmadan"  donmağıyla  pərəstişkarlarının 
salamlarını  alır.  Alqış  qoparıb,  səhnədən  getmək  də  Yaşara  xas 
fənddir.  Açığını  desək,  bu,  ən  çətin  fəndlərdən  biridir.  Bir  çox 
pyeslərdə,  ələlxüsus,  çağdaş  komediya  və  dramlarda  müəlliflər 
fikri  daha  çox  ansamblın  hərəkət  quruluşuna  yönəldirlər.  Səhnə-
dən  gediş  üçün  öncədən  personaja  vurğulu,  nidalı,  mənalı,  part-
layıcı  qüvvəyə  malik  kəlmə,  yaxud  ifadə,  cümlə  vermirlər.  Daha 
doğrusu,  heç  bu  təmənnada  olmurlar  da.  Yaşar  bu  "əngəl"i  asan-
lıqla aşır, bu "maneə"ni ustalıqla adlayır. Həmin işdə onun dadına 
parlaq  improvizə  qabiliyyəti  yetişir.  Yaşarın  rol  üzərindəki  iş 
prosesi  məşqlərdə  bitmir.  Bəzi  "bombalar"  tamaşa  zamanı  bəda-
hətən partlayır, bəziləri isə vəziyyətə cavab olaraq.   


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə