Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə20/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   16   17   18   19   20   21   22   23   ...   66

 
68 
bunlardan  öndə  duran  bir  fəxri  ad  hələ  də  yaşayır  -  Həsən 
Məmmədov. 
“Bəxtiyar  rolu”  dedim,  bir  məqam  yadıma  düşdü.  Bir  dəfə 
teatrda  müsahibə  alırdım  ondan.  Qış  idi,  uzun  qara  palto 
geyinmişdi, təpədən-dırnağa kino adamı olan bu şəxsdə qəribə bir 
magiya  vardı.  O  qara  paltoda,  iri  addımlarla  teatrın  girişindən 
keçəndə hamı kənara çəkilib yol verdi. Söhbətləşdik, sonda belə bir 
fikir dedi: “İndi sən demədin, qızım, amma çox vaxt mənə deyirlər 
ki,  çəkildiyiniz  filmlər  sovet  təbliğatına  xidmət  edib.  Bəxtiyar 
komsomol  olub,  bizə  düşməndir.  Bu  günün  nəzərləri  ilə  baxsaq, 
Bəxtiyar  sadəcə  bir  insan,  şəxsiyyət  idi  ki.  Xalqının  əmin-aman-
lığını istəyirdi.” 
Hiss  etdim  ki,  bu  mövzu  Həsən  müəllimin  yaralı  yeridir. 
İllərlə yaratdığı obrazlar, çəkildiyi filmlər kimlərinsə nəzərində sən 
demə,  havayı  atılmış  güllə  kimi  qəbul  edilir.  O  vaxt  haqqında 
yazdığım  yazı  ilə  ona  nə  qədər  təsəlli  ola  bildim,  deyə  bilmərəm. 
Hər  halda  sonralar,  ömrünün  son  günlərinə  qədər  zənglərimə 
məmnuniyyətlə  cavab  verib,  həmsöhbət  olurdu.  Bildiyim  odur  ki, 
bəzən özləri heç bir işə qadir olmayan kəslər başqalarının gördüyü 
işləri kölgələməyə çalışmaqla təsəlli tapırlar. 
 
 
Axı, ürək neyləsin... 
 
Ömrünün  son  illərində  Azərbaycan  kinosunun  qızıl  illəri 
arxada qalmışdı. Təltifləri, fəxri adları, hörməti… Maddi cəhətdən 
isə  o  qədər  də  böyük  təminatı  yox  idi.  Ailəsi  də  sovet  vaxtı  ona 
verilən  dar  mənzilə  sığmırdı.  Zəmanəyə  uyğunlaşa  bilmədiyinə 
görə  Həsən  Məmməfovu  çox  qınayırdılar  və  bu  ona  rahatlıq 
vermirdi.  İstədiyini  ailəsinə  bəxş  etmək  üçün  fikirləşib  tapdığı 
yollar isə onun şəxsiyyətinə, xarakterinə yad idi. 
Qatar getmişdi, arxasınca atla, ayaqla gedib çatmaq olmazdı. 
Bəlkə  uzaqgörən  olmayıb?  Niyə  o,  kiməsə  ağız  açmalıdır?  Bəlkə, 
düz  eləmir,  hamı  necə,  o,  da  elə?  Niyə  zəmanə  adamı  ola  bilmir? 


 
69 
Özünə  gah  haqq  qazandırır,  gah  qınayırdı.  Hərdən  üzv  olduğu 
partiyanın da qapısına qədər gedib çıxır, yenidən geri qayıdırdı. 
Niyə  Tanrı  ona  bu  xarakteri  verib?  Başqa  cür  olsaydı,  bəlkə 
ailəsini daha yaxşı təmin edərdi? Axı, onun yerində kim olsaydı...? 
Bu  ağrılar  onu  ürək  əməliyyatına  qədər  gətirib  çıxartdı.  Əməliy-
yatdan  sonra  rahat,  qayğısız,  təmin  olunmuş  həyat  yaşamalı  idi, 
ürək bunu tələb edirdi. Əks halda... 
Avqustun  cırhacırı  idi.  Zəng  elədim:  “Həsən  müəllim,  necə-
siniz?”  Ömür  boyu  şikayət  etməyən  adam  elə  bil  dilə  gəlmişdi: 
“Əməliyyatdan sonra Allahın bir putyovkasını tapmıram ki, gedib 
bu istilərdən kənarda bir az dincəlim...” 
Bu  həmin  2003-cü  ilin  avqustu  idi  ki,  iki  gün  sonra  əvəzsiz 
aktyor,  nümunəvi  sovet  adamı  Həsən  Məmmədov  dünyasını 
dəyişdi.  Bəlkə  də  onunla  da  böyük,  şaxəli  bir  çinarın  son  yarpağı 
qopub  düşdü.  Onu  II  Fəxri  Xiyabanda  dəfn  etdilər.  O  itkini  isə, 
Azərbaycan kino sənətinə geri heç bir qüvvə qaytara bilməz. Bəlkə, 
nə  vaxtsa  haqqında  böyük  kitablar  yazılacaq,  amma  o,  qayıtma-
yacaq.  Yenə  seviləcək,  yenə  zəmanə  adamı  olmadığı,  iradəsinin 
ziddinə gedə bilmədiyi, şəxsiyyətli, abırlı, əxlaqlı, yalnız saf sənət-
kar olduğuna, yaşamağın başqa - ənənəvi yollarını bilmədiyinə gö-
rə  qınanacaq,  amma  seviləcək.  Seviləcək  və  bir  də  ondan  olma-
yacaq. 
 


 
70 
"
"
"
Ö
Ö
Ö
g
g
g
e
e
e
y
y
y
 
 
 
a
a
a
n
n
n
a
a
a
"
"
"
d
d
d
a
a
a
 
 
 
b
b
b
a
a
a
ş
ş
ş
l
l
l
a
a
a
y
y
y
ı
ı
ı
b
b
b
 
 
 
"
"
"
F
F
F
ə
ə
ə
r
r
r
y
y
y
a
a
a
d
d
d
"
"
"
l
l
l
a
a
a
 
 
 
b
b
b
i
i
i
t
t
t
ə
ə
ə
n
n
n
 
 
 
t
t
t
a
a
a
l
l
l
e
e
e
 
 
 
 


 
71 
 
 
 
 
Bu  təsadüfdürmü,  yoxsa  zərurət,  yəqin  ki,  daha  çox  taledir. 
Sadəcə  tale…  İnsan  dünyaya  gələndə  onun  həyat  yolu  artıq 
cızılmış olur, nə qədər çalışsan da o cığırdan kənara çıxa bilmirsən, 
sadəcə yüngül sapmalar ola bilər, vassalam. 
O,  atasının  ikinci  evliyindən  dünyaya  gəlmişdi.  Atası  Cəmil 
Mirzəyevin  birinci  evliliyindən  övladı  olmamışdı.  Hamı  demişdi 
ki,  qadınını  boşa,  yenidən  evlən,  övladın  olsun,  amma  17  il  birgə 
həyat sürdüyü ömür-gün yoldaşından ayrılmamışdı kişi.  17 ildən 
sonra  qadın  dünyasını  dəyişib,  yalnız  ondan  sonar  ikinci  dəfə 
evlənib.    Onun  anası  Marqarita  xanım  milliyətcə  gürcüdür.  Xanı-
mın  da  ikinci  evliliyi  idi,  birinci  ərindən  -    İbrahim  Məmməd-
əliyevdən bir qızı da vardı.  Cəmil Mirzəyev bu qıza da öz övladı 
kimi baxırdı. O, yəni qəhrəmanım Ceyhun dünyaya gələndə yalnız 
ailənin deyil, bütün nəslin sevinci hədsiz oldu. 
Ceyhunun  atası  Cəmil  Mirzəyev  Azərbaycan  Kommunist 
Partiyası  Mərkəzi  Komitəsində  çalışırdı.  “Qırmızı  Döyüş  Bayrağı” 
ordeninin  (Orden  Boyevoqo  Krasnoqo  Znameni)  ilk    daşıyıcısı 
olmuşdu.  Həmin  orden  ilk  olduğu  üçün  indi  də    Rusiya  Tarixi 
Muzeyində  saxlanılır.  Bizim  kinoçular  isə  bu  ordeni  “Qanun 
naminə” filmində tarixə salıblar. Gənc prokurorun yaxasında. 
Evlənəndə  artıq  48  yaşı  olan  Cəmil  Mirzəyev  Ceyhun  3 
yaşında  ikən  ürək  çatışmazlığından  dünyasını  dəyişir.    İllərdir 
övlad  həsrətində  olan  ataya  övlad  sevincini  doyunca  yaşamaq 
qismət  olmadığı  kimi  övlada  –  Ceyhun  Mirzəyevə  də  ata  qismət 
deyilmiş. 
  
  
 
 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə