Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə21/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   17   18   19   20   21   22   23   24   ...   66

 
72 
İsmayılın uşaqlığı 
  
Bəli,  Ceyhun  Mirzəyevdən  danışırıq.  1946-cı  il  aprelin  9-da 
Bakıda  anadan  olsa  da,  əsli  Qarabağdan-  Ağdamın  Abdal-Gülablı 
kəndindən  olan,  bir  ömürdə  iki  tale  yaşayan  aktyor  Ceyhun  Mir-
zəyevdən. 
Sənət  taleyinin  birinci  dönəmində  “Ögey  ana”dakı  İsmayıl, 
ikinci  dövründə  isə  “Fəryad”dakı  İsmayıl  kimi  iki  əsr  insanların 
yaddaşına yazılan Ceyhun Mirzəyev. 
Hələ uşaqkən Azərbaycan Televiziyasında uşaq verilişlərində 
iştirak  edirdi.  Onu  elə  efirdən  görüb  bəyənən  rejissor    Həbib 
İsmayılov “Ögey ana” filmində İsmayıl roluna dəvət etdi. 
Bu film eyni anda neçə-neçə taleyi özündə birləşdirirdi.  Həm 
Ceyhun Mirzəyevin özünün yetimliyi, ögey bacısının olması vardı, 
həm  də  baş  rolu  oynayan  Nəcibə  Məlikovanın  taleyi  filmdə  öz 
əksini tapmışdı.   
Aktrisanın  qaynanası  gəlininin  aktrisa  olmasını  həzm  edə 
bilmirdi.  Həyat  hər  addımda  təzadlarla  doludur.  Bəlkə  bu  da 
həyatın  təzadıdır  ki,  Nəcibə  xanım  özü  qayınana  sarıdan  çox 
əziyyətlər çəkib. O qədər çəkib və dözüb ki, bir gün onlara qonaq 
gələn rejissor, o vaxt kinostudiyaya rəhbərlik edən Ədil İsgəndərov 
dözməyib  və  Nəcibə  xanımı  kimi  “Ögey  ana”nı  elə  öz  obrazında, 
qayınanası  və  həyatı  ilə  bahəm  kino  ekranlarına  gətirib.  Evdən 
çıxarkən deyib ki, Xanım xala, səndən kino çəkəcəm. 
Film  çox  sevildi,  xüsusən  İsmayıl  və  onun  ögey  anası.  Gö-
rünür,  hər  iki  obrazda  onu  yaradan  aktyorların  öz  həyatından 
ştrixlərin olması hər şeyin təbii alınmasına çox ciddi təsir göstərdi. 
Balaca  Ceyhun  isə  kinodan  və  uşaq  verilişlərindən  aldığı 
qonorarla artıq ailəni-bacısı və anasını dolandırırdı. 
 “Ögey  ana”  filmindən  sonra    Ceyhun  “Əsl  dost”  (1959), 
“Matteo  falkone”  (1960),  “Qara  qağayı”  (1962-ci  ildə  Rusiyada  çə-
kilib),  “Yenilməz  batalyon”  (1965),  “Qanun  naminə”  (1968)  “Dəli 
Kür”  (1969),  “Bakıda  küləklər  əsir”  (1974),  “Yol  əhvalatı”  (1980), 


 
73 
“Qanlı  zəmi”  (1985),  “Lətifə”  (1989)-ümumən  25-ə  qədər  filmdə 
müxtəlif obrazlar yaradır.  
Ceyhun sənətə aktyorluqla başlasa da, rejissorluğa da böyük 
həvəsi  vardı.    İncəsənət  İnstitutunun  rejissorluq  fakültəsini  bitir-
mişdi. Moskvada təcrübə keçib qayıdandan sonra isə “Mozalan”da 
bədii rəhbər işləyirdi. Rejissor kimi 100-dən çox süjet çəkmişdi. 
 
   
Sevgisindən vaz keçmədi 
  
Bir  gün  artıq  gənc  aktyor,  rejissor  olan  Ceyhun  Mirzəyev  
kino  heyəti  ilə  Moskvaya  qastrola  getmişdi.  Qalanını  aktyorun 
həyat  yoldaşı,  baş  ədliyyə  müşaviri  Lidiya  Mirzəyeva  danışır:  
“Onun 18, mənim 17 yaşım vardı. Bizi məktəbdən Moskvaya apar-
mışdılar. Orda olduğumuz zaman eşitdik ki, Azərbaycandan artist-
lər  də  burdadır.  Onda  Ceyhunu  ekrandan  tanıyırdım,  yetərincə 
məşhur idi. Amma ilk dəfə onları canlı şəkildə Bakıya yola salanda 
gördüm. Ceyhun bizi restorana dəvət etdi. Sonradan bildim ki, son 
pulunu  da  o  qonaqlıqda  xərcləyib.  Bir-birimizə  telefon  nömrələri-
mizi verdik və ayrıldıq. Mən Bakıya qayıdandan sonra bir dəfə mə-
nə zəng vurdu, görüş təklif etdi. Mən də razı olmadım, onu bir az 
acıladım. Bu, bizim son danışığımız oldu”.  
Düz  8  ildən  sonar  Ceyhun  onu  yenidən  tapır.  Hər  gün  Li-
diyanın iş yerinə gəlir, pəncərəni döyüb otağa bir gül atır və gedir. 
Nəhayət, sevdiyi qızın könlünü alır və onunla ailə qurmasına razı 
sala  bilir.  Ceyhunla  Lidiya  1973-cü  ildə  ailə  qururlar  və  Cəmalə 
adlı bir qızları dünyaya gəlir: “Bəzən məndən soruşurdular ki, niyə 
elə bir uşaq? Deyirdim, bir niyə? Mənim iki uşağım var - Ceyhun 
və  Cəmalə.  Ceyhun  doğrudan  da  uşaq  kimiydi.  Tez  sınırdı,  inci-
yirdi. Yeyib-içməyi, gəzməyi, geyinməyi çox sevirdi. O qədər ürə-
yiyumşaq, kövrək adam idi ki... Ehtiyacı olan hər kəsə əl tuturdu, 
kömək edirdi. “Mozalan”da işlədiyi müddətdə nə qədər gənci işlə 
təmin  etdi.  Haqsızlığa  dözə  bilmirdi.  Ona  qarşı  xeyli  haqsızlıqlar 
olmuşdu. Bir müddət yaradıcılığında fasilə yarandı. Kinostudiyada 


 
74 
ona iş vermirdilər, ssenarilərini qəbul etmirdilər. Bunun da səbəbi 
kinostudiyanın  o  vaxtkı  direktoru  Adil  İsgəndərovla  Ceyhunun 
əmisi Seymur Mirzəyevin arasında yaşanan problem idi. 
Seymur Mirzəyev əvvəl Moskvadakı “Romen”, sonra Maya-
kovski,  Yermolov  teatrlarının  icraçı  direktoru  olmuşdu.  Onların 
arasında  nəsə  şəxsi  problemləri  vardı.  Ceyhun  da  bu  şəxsi  müna-
sibətlərin  qurbanına  çevrilmişdi,  əziyyət  çəkirdi.  Amma  Ceyhun 
kimi  bir  insanı  incitmək  olmazdı  axı.  Mən  ona  təskinlik  verməyə 
çalışırdım.  Ona  qarşı  bir  haqsızlıq  da  fəxri  ad  verilməməsiydi. 
Düzdür,  Ceyhunun  heç  bir  fəxri  adı  yoxdur,  amma  o,  sözün  əsl 
mənasında  xalqın  artistidir.  Xalq  onu  sevir.  O  da  xalqını  çox  se-
virdi. Film çəkəndə aldığı qonorardan xəbəri də olmurdu, pul onu 
maraqlanmırdı. Deyirdi, “bu film xalqa lazımdır, gələcək nəsillərə 
miras  qalmalıdır”.  O,  çox  təmiz  insan  olub,  xalqa  xidməti  qarşı-
sında  heç  nə  ummayıb,  güdməyib.  Bütün  filmlərinə  canla,  ürəklə 
yanaşıb”.  
Onun  rejissor  kimi  ilk  işi  “Bəyin  oğurlanması”  filmi  olub. 
Onun ardınca  “İşarəni dənizdən gözləyin” filmini çəkib. “Fəryad” 
filmi isə sonuncu filmidir. 
Elə  bil  nəyisə  duyubmuş  kimi  “Ögey  ana”dakı  İsmayıl  ob-
razının  sonrakını  taleyini  gətirib  “Fəryad”  filmi  ilə  bağladı.  Bu, 
Ceyhun  Mirzəyevin  aktyor  və  rejissor  kimi  axırıncı  işi  olur.  “Fər-
yad”  onun    haqsızlıqlara  qarşı  son  fəryadı  idi-  qu  quşunun  son 
nəğməsi kimi.  
  
  
Ceyhun Mirzəyevə qarşı sui-qəsd olub 
  
Filmin operatoru Kənan Məmmədov deyir ki, “Fəryad” filmi 
1993-cü  ildə  “Azərbaycanfilm”  kinostudiyasında  istehsal  olunub: 
“Biz ilk olaraq filmin harada çəkiləcəyi barədə çox düşündük. Bu, 
mühüm  bir  məsələ  idi.  Sonra  Ceyhunla  belə  qərara  gəldik  ki, 
çəkilişlər  soyuq  fəsildə  aparılmalıdır.  Çünki  Qarabağ  savaşından 
bəhs  edən  filmi  yayda,  otun-çiçəyin  arasında  çəkmək  düzgün 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə