Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə29/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   25   26   27   28   29   30   31   32   ...   66

 
103 
 Ənvər Həsənov deyir: “Möminatın igid, ağıllı qadın görkəmi 
vardı.  Çox  ağıllı  və  çox  şən  qadın  idi.  Onun  sayəsində  ailəmizin 
çoxlu  dostları  vardı.  Onun  iştirak  etdiyi  məclislərdə  kollektiv 
şənlik olardı. Həsən Turabovla Əbdül dedilər ki, razı olmasan, onu 
qaçırdıb  sənsiz  çəkəcəyik.  Əlacım  kəsildi,  razılaşdım.  Nəbini 
Həsənağa  Turabov  oynasa  da  Həcərlə  olan  əksər  mehribançılıq 
səhnələrində  özüm  oynamışam,  qrimi  elə  ediblər  ki,  hiss  edil-
məyib. Həcərin at çapmaq səhnələrini də Möminatın təhlükəsizliyi 
üçün özüm oynayırdım, çünki mənim təcrübəm vardı, məharətlə at 
çapırdım. Bir dəfə çəkiliş vaxtı həvəslənib özü mindi ata, at da onu 
götürüb  baş  alıb  getdi,  yaxşı  ki,  qabağı  divara  dirəndi.  Onda  Mö-
minata möhkəm acığım tutdu, elə bildim itirdim onu. Ona bir şey 
olsa nə edəcəyimi təsəvvürümə belə gətirə bilmirdim”. 
Həcər rolunu  oynayanda  Möminatla Ənvərin Aytən  adlı  bir 
qızları vardı. Onlar çox övlad istəyirdilər, amma tale yalnız Aytəni 
bəxş etdi. İkinci uşağın dünyaya gəlməsi üçün Möminat xanım hə-
yatını  riskə  qoymalı  idi.  Ondan  olsa  riskə  gedərdi.  Ancaq  Ənvər 
Həsənov  nəyinsə  xətrinə  Möminatın  həyatını  riskə  qoymağa  razı 
olmadı. 
 “Möminat  cəmi  üç  filmə  çəkilib,  üçündə  də  mənimlə  birgə. 
Üçüncü film kommersiya filmi idi, hələ də ekranlara çıxmayıb. İndi 
sevinirəm  ki,  heç  olmasa  üç  filmə  çəkilib,  tarixdə  qalacaq  o  film-
lərlə. Daha çox çəkilsəydi, böyük uğurlar qazanardı. İncəsənət Mu-
zeyində  çalışırdı,  elmi  dərəcəsi  də  vardı,  tez  bir  zamanda  şöbə 
müdiri oldu, yəni yaranışdan istedadlı, şən, fəal insan idi”. 
Bir  gün  dostlarla  birgə  növbəti  ailə  şənliyini  qeyd  etmək 
üçün şəhər kənarına çıxmaq istədilər. 
Möminat  xanımın  50  yaşı  olurdu,  dekabrın  8-i  idi.    Dostları 
onları  Nabrana  dəvət  etmişdilər.  Razılaşmışdılar,  amma  nədənsə 
yola çıxmaq vaxtı gələndə tərəddüd etdilər. Möminat xanım axşam 
nə isə yuxu görübmüş, əhvalı pis imiş.   
 “Bir gün əvvəl də yarmarkadan dublyonka almışdı, evə gə-
ləndən sonra nədənsə xoşuna gəlmədi, dedi ki, səhər aparıb dəyi-
şəcəyəm bunu. Gəldim ki, Möminat , dostlar aşağıda, maşında göz-


 
104 
ləyirlər,  gedək.  Dedi  ki,  Ənvər,  sən  get,  mənim  həvəsim  yoxdur. 
Dedim, ay qız, sənin yubileyindir, gedək. Dedi, üzrxahlıq edərsən, 
mən  gedim  bu  dublyonkanı  dəyişim,  sonra  gec  olar,  dəyişməzlər. 
Razılaşdım və keçib o biri otaqdan ov tüfəngimi götürdüm ki, me-
şədi  də,  birdən  ov  düşər  könlümüzə.  Möminat  əlimdə  tüfəngi 
görən  kimi  qalxdı  ki,  mən  də  gedirəm.  Kaş,  götürməyəydim  o 
tüfəngi.  Bu  tüfəng  atmaq  həvəskarı  idi,  dedi  ki,  sən  gedib  mənsiz 
ov  edəcəksən,  mən  də  gedirəm.  Getdik.  Qayıdanda  maşını  dos-
tumuz sürürdü. Birdən dedi ki, Ənvər yuxu məni basır, gəl bir az 
da  sən  sür.  Oturdum  sükanın  arxasına,  Möminat  məndən  arxada 
oturub, dostum qabaqda, onun xanımı da ondan arxada. Çox yavaş 
sürürdüm, sonra ekspert də müəyyən etdi ki, o sürətlə yer buz da 
olsa maşın aşa bilməzdi, arxa təkərin altına daş düşüb ki, belə aşıb. 
Qarşıdan bir it keçdi, sükanı qəflətən döndərməli oldum, heç necə 
oldu bilmirəm, yığa bilmədim, çırpıldı ağaca. Maşının arxa qapısı, 
Möminat tərəf çırpılmışdı, heç ağzını açıb bir kəlmə deyə bilmədi. 
İndiyə  qədər  özümə  gələ  bilmirəm,  yaxşı  ki,  qızım,  nəvəm  var, 
onlara görə yaşamalıyam”. 
50 yaşı qeyd edən kimi dərhal əbədiyyətə qovuşmaq yazılıb-
mış  taleyinə.  Ənvər  Həsənova  isə  ondan  sonra  “bəlkələrlə”,  “kaş-
larla” özünə əzab vermək. 
Mömünatsız bir dəqiqəsi yoxdur. Hər an düşünür, xatırlayır, 
müşkül suallara öz özlüyündə cavab axtarır. 
Tale elə gətirib ki, yeznəsi də gənc köçüb həyatdan. Qızı, Mu-
rad adlı balaca nəvəsi Ənvər Həsənovla bir yerdə yaşayır. Bir-birlə-
rinə dəstək, dayaq olurlar.Bir də çəkəcəyi filmlərdir onun təsəllisi. 
Hər il dekabrın 8-i bu ailədə doğum günü ilə ölüm günü bir 
yerdə qeyd olunur. 
 Həmin  tarixdə  mətbuat  orqanlarında  belə  bir  informasiya 
getmişdi:  “Xaçmaz  yolunda  ölümlə  nəticələnən  yol-nəqliyyat  ha-
disəsi baş verib. Ənvər Həsənovun idarə etdiyi filan nömrə nişanlı 
maşın aşıb, nəticədə sərnişin Möminat Qurbanova yerindəcə keçi-
nib”. 


 
105 
Bu quru, ürəksiz informasiyaları sevmirəm, çünki həmin an-
da onu deyən aparıcı, yazan jurnalist gündəlik işini görür, heç ağlı-
na da gəlmir ki, bu acı xəbərin arxasında neçə-neçə yıxılmış talelər, 
qaralmış dünyalar durur. 
Bu dəfə də elə oldu. 
 


 
106 
S
S
S
o
o
o
n
n
n
 
 
 
k
k
k
a
a
a
d
d
d
r
r
r
 


 
107 
  
 
 
 
Gecənin  bağrını  ov  tüfəngindən  sinəyə  tuşlanan  atəş  yarır. 
Son anda gözləri qarşısında Şuşa və onun dar dolanbacları ilə qa-
çan,  filmə  çəkildiyi  üçün  ayağı  yerə  dəymədən  qanadlanan  yeddi 
yaşlı  oğlan  canlanır.  Bu  görüntü  gözlərində  filmin  son  kadrı  kimi 
qalır  və  göz  qapaqları  qapanır.  Ondan  sonra  nə  olacaq,  daha  nə 
onun özünə, nə də başqa kimsəyə maraqlı idi. Altı yaşlı oğlu, xanı-
mı, güllə səsini eşidib gələn qonşular nə deyəcək, kim necə olacaq, 
eyninə  deyildi.  Zatən,  bütün  bu    yüklərdən  özünü  bir  atəşlə  xilas 
etmişdi. 
Bəzən insan həyatın dolanbaclarında təntiyəndə düşünür ki, 
bəlkə həyatımı başqa cür qursaydım, məsələn, bu sənəti seçməsəy-
dim,  bu  adamla  evlənməsəydim,  yaxud  bu  ölkədə  yaşamasaydım 
hər şey başqa cür olardı... Özünü günahlandırırsan, amma heç dü-
şünmürsən ki, harda, necə yaşamağından asılı olmayaraq hansı ta-
leyi yaşamalı idinsə, onu da yaşayacaqsan.  Hərdən düşünürsən ki, 
taleyini  insanın  xarakteri  müəyyən  edir,  ağlına  da  gəlmir  ki,  xa-
rakterin də sənin taleyinə düşəndir axı. 
Qəhrəmanım da 47 illik qısa ömründə dəfələrlə düşünmüşdü 
ki, bəlkə də o vaxt Şuşada kinematoqrafçılar qarşısına çıxıb onu ki-
noya  çəkməsəydilər,  hər  şey  başqa  cür  olardı.  “Bəlkə  həkim  olar-
dım,  yaxud  müəllim”-deyirdi.  Sonra  da  özünə  təskinlik  verirdi: 
mən ona görə kinematoqrafiyaya vuruldum ki, o sənətdə hər sənət-
dən var, hər bir peşə adamının həyatını ekranda yarada bilərəm. 
 
 
Ulduz uşaq 
  
Lətif  Səfərovdan  danışırıq.  Kinorejissor,  indiki  Kinemato-
qrafçılar  İttifaqının  yaradıcısı,  ilk  rəhbəri,  onlarla  sənədli,    “Bəxti-
yar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” bədii filmlərinin 
rejissoru... 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə