Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə30/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   26   27   28   29   30   31   32   33   ...   66

 
108 
1920-ci ilin bir payız günündə Şuşada dünyaya göz açan Lətif 
Bəşir  oğlu  Səfərov  taleyinin  diktəsi  ilə  hələ  yeddi  yaşında  ikən 
kinoda ilk addımlarını atmışdı. 
 “Azərbaycanfilm”  “Tuncay” filmini Qarabağın dilbər guşəsi  
Şuşada  ekranlaşdırırdı.    Filmdə  əsas  rolu  oynayacaq  balacanı  da  
Qala  uşaqlarından  seçmişdilər.  Yüzlərlə  uşağın  içində  balaca, 
çəlimsiz,  iri  qara  gözləri  olan  Lətifə  üstünlük  verdilər.  Çəlimsiz 
olsa da iri iti, diri baxışlar, çeviklik kinematoqrafçıları cəlb etmişdi. 
Onun kinoya hədsiz marağı da qeyd edilməlidir. Uşağın kinonu ən 
xırda  detallarına  qədər  öyrənmək  marağı  onun  oynayacağı  rolun 
da öhdəsindən gələcəyini xəbər verirdi. 
Film  “Gilan  qızı” adıyla  ekranlara çıxandan sonra  bu balaca 
oğlanı  artıq    Azərbaycanda  hamı  tanıyır.  Şuşa  camaatı  ona  yer 
adamı  kimi  baxmır,  məktəbdə  müəllimlər,  sinif  yoldaşları  onu  az 
qala əllərinin içində göylərə qaldırıb gəzdirirlər. 
Sonradan  o  bu  illəri  xatırlayıb  yazırdı:  “7  yaşım  var  idi. 
“Gilan qızı” filminin bir sıra natura obyektlərini çəkmək üçün Şu-
şaya  gəlmiş  Azərbaycan  kinematoqrafiyası  işçilərini  dağın  zirvə-
sində  yerləşən  şəhərin  nağılvarı  mənzərəsi  heyran  etmişdi...  Hər 
şey  elə  bundan  başlandı...  Əgər  onlar  mənim  şəhərimə  gəlmə-
səydilər,  bəlkə  də  həyatım  başqa  cür  qurulardı.  Əgər  mən  həkim 
olsaydım, insanları müalicə edərdim, müəllim olsaydım, insanlara 
bilik  öyrədərdim...  10-cu  sinfi  bitirmiş  gənci  maraqlandıra  biləcək 
çoxlu ixtisas saymaq olar. Mənim qismətimə kinematoqraf düşdü. 
Burada mən özümü bütün ixtisaslara yiyələnmiş kimi hiss edirəm. 
Mən bütün peşələrdən olan adamlara xidmət edirəm. Bunu nə qə-
dər çox dərk etdikcə, özümdə daha artıq məsuliyyət hiss edirəm...” 
Taleyin işinə bax ki, yeddi yaşında uşağın həyat yolu müəy-
yən  olunur.  O,  özünü  kinematoqrafiyadan  ayrı  təsəvvür  belə  edə 
bilmir. 
Atası  Bəşir dövrünün oxumuş ziyalılarından idi.  Vəzifə sa-
hibi  olmuşdu.  Elə  vəzifədə  olması  da  onunla  həyat  yoldaşı,  yəni 
Lətifin  anası  Maya  arasında  uçurum  yaradırdı.  Ona  görə  də  ata 
onu və balaca bacısını anasının himayəsində qoyub özünə “layiq” 


 
109 
bir xanımla ailə qurmuşdu.  Dörd yaşında ikən artıq ata üzünə həs-
rət qalan Lətifin qarşısında indi onu və ailəsini bütün çətinliklərdən 
qurtara  biləcək  bir  yol  açılırdı.  Anası  isə  oğlunu  gözündən  uzağa 
qoymağa  ürək  eləmirdi.    Bəlkə  ana  ürəyi  duymuşdu  ki,  oğlunu 
qarşıda  hamar,  rahat  yol  gözləmir.  Bəlkə  onun  vaxtsız  faciəli  ölü-
münü də ana ürəyi fəhm edərdi, amma  hələlik gözlərini oğlunun 
ilk, cəlbedici uğuru qamaşdırırdı. 
Çəkildiyi ilk filmin rejissoru Leo Mur, operatoru İvan Frolov, 
görkəmli aktyor Sidqi Ruhulla ondan əl çəkmək fikrində deyildilər. 
Nəhayət,  onu  özləriylə  Bakıya  aparmaq  üçün  anası  Mayanı  yarı- 
xoş, yarı-zor razı saldılar. 
Tez  bir  zamanda  balaca  Lətif  rejissor  Mikayıl  Mikayılovun 
qayğıkeşliyi sayəsində kinostudiyanın aktyor ştatına işə götürülür. 
Lətif  günün  birinci  yarısını  internat  məktəbdə  oxuyur,  dərslərini 
qurtaran kimi işə tələsirdi. Studiyada çalışanlar balaca aktyora mə-
həbbətlə,  nəvazişlə  yanaşırdı.  Uşaq  heç  gözləmədiyi  ulduz  həyatı 
yaşayırdı. 
1928-ci  ildə  “Sevil”  filminin  çəkilişi  başlayanda  Gündüz  ro-
luna aktyor axtarmağa ehtiyac olmadı. Cəfər Cabbarlının tövsiyəsi 
ilə  bu  iş  Lətifə  həvalə  edildi.  Ağasadıq  Gəraybəyli,  Mustafa  Mər-
danov  kimi  aktyorlarla  bir  sırada  kamera  qarşısında  dayanmaq 
həm məsuliyyət, həm də şərəf idi. 
Ardınca Mikayıl Mikayılov “Lətif” filmində onu baş rola çə-
kir.  Lətif “Lətif”lə daha da məşhurlaşır. 
  
 
İlk məyusluqdan doğan stress 
  
Artıq  yeniyetməlikdən  gəncliyə  addım  atmaqda  olan  Lətifin 
həyatında  bu  uğurdan  sonra  uğursuz  qara  zolaq  başlayır.  Balaca 
yaşında  zirvəyə  qədəm  qoyan  oğlan  birdən-birə  ordan  aşağı 
yuvarlanmağa  başlayır.  Nədənsə  daha  onu  filmə  çəkmirlər,  uşaq 
rollarını  artıq  başqa  uşaqlar  oynayır,  onu  öz  yaşına  uyğun  rolda 
heç kim görmür, diqqətdən tamam kənarda qalır. 


 
110 
Növbəti iki film – “Şərqə yol” və “Qızıl kol” zəif alınır. Lətif 
stressdən ağır xəstələnir. Səhhətiylə əlaqədar ona işləməyi qadağan 
edirlər.  Təhsilinə  də  fasilə  vermək  məcburiyyətində  qalır.  Balaca 
aktyor ruhi-mənəvi sarsıntı keçirir. Bir-birinin dalınca gələn uğur-
suzluqlardan  aldığı zərbələr  xeyli  vaxt  ona  baş qaldırmağa imkan 
vermir. Zərbə ardınca zərbə gəlir. 
Bu  vaxt  ərzində  anası  bir  nəfərə  ərə  gedir  və  qızını  da  gö-
türüb  Bərdəyə  köçür.  Lətif  bir  müddət  anasının  yanında  yaşayır. 
1935-ci  ildə  yenidən  Bakıya  dönür.  İş  yerinə  qayıdır,  təhsilini 
davam etdirir, amma yenə onu filmə çəkmirlər. 
Nəhayət,  qərar  verir  ki,  çəkilməsə  də  kinodan  ayrılmasın, 
kamera  qarşısında  deyil,  arxasında  olsa  da  kinoda  çalışacaq.  Lətif 
rejissor  köməkçisi  və  assistenti,  aktyor  kimi  yenicə  fəaliyyətə 
başlayan  dublyaj  şöbəsində  “Çapayev”,  “Lenin  oktyabrda”,  “Biz 
Kronştatdanıq”, “Lenin 1918-ci ildə” və başqa məşhur sovet filmlə-
rinin  səsləndirilməsində  iştirak  edir,  böyük  məktəb  keçir. 
Azərbaycan  kinematoqrafiyasının  formalaşmasında  və  inkişafında 
əməyi olan insanlarla – Səməd Mərdanov, Rza Təhmasib, Əlisəttar 
Atakişiyev,  Sidqi  Ruhulla,  Rza  Əfqanlı,  Mustafa  Mərdanov,  Ələs-
gər  Ələkbərov  və  başqalarıyla  çiyin-çiyinə  çalışmaq  ona  çox  şey 
öyrədir. Lətif yavaş-yavaş rejissor sənətinə meylləndiyini duyur. 16 
yaşında  komsomol  sıralarına  keçdikdən  sonra,  imtahan  verib 
Gəncə  Pedaqoji  Texnikumunun  qiyabi  şöbəsinə  qəbul  olunsa  da, 
gələcəkdə taleyini müəllimliyə bağlamayacağını bilirdi. 
  
 
“Xalq düşməni”nin atasız  oğlu 
  
Belə bir vaxtda atası Bəşir repressiya qurbanı olur. Ona  əks-
inqilabçı damğası yapışdırırlar. İndi Lətif atalığını görmədiyi  ada-
ma görə də zərbələrə dözməli idi, “xalq düşməni”nin oğludur axı.  
Bu barədə özü yazmışdı: “...Mən xalq düşməninin oğlu olan-
da  cibimdə  pasportum  yox  idi.  Müstəqil  həyatımı  küçədən  baş-
ladım.  Onda  yay  kostyumunda  idim,  cibimdə  də  10  qəpik  pulum 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə