Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə32/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   28   29   30   31   32   33   34   35   ...   66

 
114 
vərəqlərə  tökülür,  elə  bil  həyatını  vərəqləyir.  Atasızlıq,  anasızlıq, 
yad  şəhər,  ulduz  həyatı  və  unudulmaq.  Sonra  dişinlə-dırnağınla 
azacıq  qazanılmış  uğur  və  ardınca  yenə  uğursuzluqlar.  Üzünə 
gülüb arxadan zərbə vuranlar, ayaq altı qazanlar, sənin istedadını, 
bacarığını  özünə  təhlükə  kimi  görənlər.  Maddi  imkansızlıq,  borc-
lar.  Bir  tərəfdə  də  ailə,  uşaq  qayğıları.  Məşhur  xanımın  əri  olmaq 
da  asan  deyil.  Xəstəlik  isə  boğaza  dirənib.  Ov  tüfəngini  sinəsinə 
dirəyib tətiyi çəkir. 
Son anda gözləri qarşısında Şuşa və onun dar dolanbacları ilə 
qaçan,  filmə  çəkildiyi  üçün  ayağı  yerə  dəymədən  qanadlanıb 
göylərə  qalxan  yeddi  yaşlı  oğlan  canlanır.  Gözlərində  bu  görüntü 
filmin son kadrı kimi qalır və göz qapaqları qapanır. Ondan sonra 
nə  olacaq,  daha nə  onun  özünə,  nə  də başqa  kimsəyə  maraqlı  idi. 
Altı  yaşlı  oğlu,  xanımı,  güllə  səsini  eşidib  tökülüşən  qonşular  nə 
deyəcək,  kim necə  olacaq,  onun eyninə belə  deyildi.  Zatən,  bütün 
bu  yüklərdən özünü bir ov tüfənginin atəşi ilə xilas etmişdi. 
 
P.S.  Bu  yazıda  Nəriman  Əbdülrəhmanlı  və  Aydın  Kazımzadənin 
kitablarından,  Dövlət Film Fondundan bəhrələndiyim üçün onlara  təşək-
kür. 
 


 
115 


 
116 
G
G
G
e
e
e
c
c
c
ə
ə
ə
l
l
l
ə
ə
ə
d
d
d
i
i
i
y
y
y
i
i
i
 
 
 
a
a
a
v
v
v
t
t
t
o
o
o
b
b
b
u
u
u
s
s
s
d
d
d
a
a
a
 
 
 
ö
ö
ö
l
l
l
ü
ü
ü
s
s
s
ü
ü
ü
 
 
 
t
t
t
a
a
a
p
p
p
ı
ı
ı
l
l
l
a
a
a
n
n
n
 
 
 
a
a
a
k
k
k
t
t
t
y
y
y
o
o
o
r
r
r
 


 
117 
  
 
 
 
 
Azərbaycan  kinosunda  çox  maraqlı  bir  aktyor  olub  –  Kamil 
Məhərrəmov. İkicə rolunun adını çəkmək kifayətdir ki, tamaşaçısı 
onu  xatırlasın:  “Yol  əhvalatı”  filmindəki  Paşa,  “Evlənmək  istəyi-
rəm”də  Şamilin  tapıb  gətirdiyi  tütək  çalan-yetim  Hüseyn.  “Azər-
baycanfilm”də  bu  iki  film  də  daxil  olmaqla  46  bədii  filmə  çəkilib. 
Üstəgəl “Mozalan” süjetləri. Bir kadr hamıya yaxşı tanışdır – Kamil 
Məhərrəmov  uzunqulağın  belində,  radio  qucağında  xarici  musiqi 
dinləyə-dinləyə gedir.  
Bu  aktyor  epizodik  və  xarakterik  obrazlar  qəhrəmanı  olub. 
Bizim  kinomuzda  belə  xarakterik  aktyorlar  azdır  -  Fazil  Salayev, 
Məmmədsadıq Nuriyev, Ağahüseyn Cavadov. Kamil Məhərrəmov 
da həmin məktəbin yetirməsidir. Xırda, amma xarakterik obrazlar 
oynayıb.  Heç  bir  fəxri  ad  ona  yaxın  gəlməyib,  çox  da  məşhurlaş-
mayıb, amma istedadı göz qabağındadır. Baş rolları oynamağı hər 
bir aktyor bacarır, tanınır, sevilir. Həm də istədiyi hər şeyi əldə edir 
- fəxri adlar, ev, maşın, bağ... Ən çətini xırda həcmli obrazla xarak-
ter ortaya qoya bilməkdir. Bax bu, hər aktyora qismət olmur. Yal-
nız  xüsusi  istedadın  olmalıdır  ki,  sözün  deyə  bilmədiyini  mimi-
kalarla, ifanla deyə biləsən. Nə yazıq ki, o, kasıblıqla, diqqətsizliklə, 
depressiya ilə “dost ” olur. Faciəvi şəkildə dünyasını dəyişir.  
 
 
Uşaqlığı  
 
Şamaxıda  sadə  ailənin  üç  uşağından  biri  idi  Kamil.  İki  qar-
daş,  bir  bacı  idilər.  Hər  üçü  məktəbdə  yaxşı  oxuyur,  məktəbdən 
sonra  təsərrüfatda  ata-analarına  yardım edirdilər.  Birgə  əmək  sərf 
etməsəydilər,  onsuz  da  asan  olmayan  dolanışıq  bir  az  da  çətinlə-
şərdi. Ata dərzi işləyirdi, yaxşı da dərzi idi. Ancaq onların qazancı 


 
118 
gözlərini  açandan  xəstə  yatağında  gördükləri  analarının  müalicə-
sinə gedirdi. Bu səbəbdən də Kamil hələ balaca ikən ailə Bakıya kö-
çür. Köçür ki, həkimin, xəstəxananın bolluğunda ananın xəstəliyinə 
bir əlac tapılsın. 
Bakıda  böyüyür,  yeniyetməlik  yaşına  çatır.  Uşaqlıqdan  sev-
diyi  işlə  məşğul  olmaq  üçün  Lütfi  Məmmədbəyovun  teatr  dərnə-
yinə yazılır. Hər gün dərsdən çıxıb dərnəyə gedir, özü oynamadığı 
tamaşaların məşqlərinə belə baxırdı. Bu uşağın hədsiz marağı Lütfi 
Məmmədbəyovun diqqətini çəkmiş, onun istedadlı olduğunu hiss 
etmişdi.  Məsləhət  görmüşdü  ki,  hökmən  aktyor  olsun.  Kamil  isə 
ailəsinə  kömək  etmək  üçün  tezliklə  bir  sənətə  yiyələnib  işləmək 
istəyirdi. Odur ki, Energetika texnikumuna qəbul olunmuşdu, am-
ma aktyor olmaq, kinoya çəkilmək istəyi səngimirdi. 
Axır  ki,  sənədlərini  hazırlayıb  o vaxtkı  İncəsənət  İnstitutuna 
verir.  İmtahanlarından  uğurla  keçir  və  qəbul  olunur.  Ailədə  bu 
sənətlə  məşğul  olan  bir  kimsə  yox  idi.  Qardaşı  neft  sahəsi  üzrə 
elmlər namizədi oldu, bacısı isə tibb bacısı idi.  
 
 
İlk sevgi  
 
Kamil  Məhərrəmov  institutu  bitirən  il  Sumqayıtda  teatr 
fəaliyyətə başlayır. Onları bütün heyətlə Sumqayıt teatrına göndə-
rirlər.  Bundan  sonranı  xanımı  danışacaq.  Mahirə  xanım  müəlli-
mədir. Kamil Məhərrəmovla isə hələ uşaqkən tanış olub:  
 “O,  böyük  idi,  mən  uşaq,  11-ci  sinifdə  oxuyurdum.  Bakıda 
onların  evlərinin  pəncərəsi  bizim  məktəbin  həyətinə  baxırdı.  Hər 
gün zəng vurulan kimi bir də görürdüm Kamil durub qarşımda. O 
qədər  şən,  gözəl  insan  idi  ki,  tez  vuruldum  ona,  həm  də  gözüm-
könlüm  alışdı.  Evləndik,  onları  Sumqayıta  göndərəndə  çox  se-
vindim.  Əvvəla  ona  görə  ki,  Sumqayıt  sakit  şəhər  idi,  getdik  gəz-
dik,  dənizkənarı  bulvarı  da  çox  xoşumuza  gəldi.  Həm  də 
düşündüm ki, Bakıdakı “kruqundan” uzaqlaşdıraram onu. Bakıda 
oturub-durduğu insanlar onu içkiyə alışdırmışdılar, hər gün içirdi 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə