Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında


evə öncədən hazırlayıb qoyub getdiyi süfrə arxasına bir yer-



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə40/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   36   37   38   39   40   41   42   43   ...   66

 
146 
yar, evə öncədən hazırlayıb qoyub getdiyi süfrə arxasına bir yer-
də  əyləşərmişlər
.
  Oğlu  Cahangir  dünyaya  gələndə  də  aktrisanın 
köməkçisi yoldaşı, kaman ustası Mütəllim olur.  
 
 
Allah onu mənə çox gördü 
 
Nəsibə  xanım  xatirələrində  deyirdi:  “Ailəmiz  inam  üstündə 
qurulmuşdu. Bir-birimizin qədrini bilirdik. Çox səmimi ailəm var-
dı.  Bu  səmimilik  həyat  yoldaşımdan  gəlirdi.  Mən  xoş  söz  eşitmə-
mişdim,  atamı  tez  itirməyim  anamı  da elə bükmüşdü  ki,  dilindən 
xoş  söz  eşitməzdin.  Nə  xoş  söz  eşitdimsə,  yoldaşımdan  eşitdim. 
Allah  onu  da  mənə  çox  gördü,  tez  aldı  əlimdən.  Onu  itirəndən 
sonra  xoş  günlərimi  də  itirdim,  əvvəlki  pis  günlərimi  də  xatırla-
mağa ondan sonra vaxt tapdım”. 
 
 
Qiymətləndirilmirdi 
 
Bu  sözlərdə  bir  nisgil  də  duyulur.  Arada  ailəsinə  başı  qa-
rışmış,  buna  baxmayaraq  artıq  sənətkar  olan  Nəsibə  Zeynalova     
50  illik  yubileyi  qeyd  olunanda  heç  əməkdar  artist  də  deyildi. 
Nəvəsi Nəsibə onun arxiv materiallarından elmi iş yazanda Nəsibə 
xanım  özü  də  öz  işləri  ilə  tanış  olur.  83  yaşlı  sənətkarın  yanaqları 
boyu yaş axmağa başlayır. “İndi görürəm ki, gözəl sənətkar olmu-
şam, amma qiymətləndirilməmişəm”.  
Bəlkə bu sözləri dedirdən yaşın kövrəkliyidir, amma onu da 
xatırladır  ki,  yubileyində  tamaşaçılar  arasından  kimsə  söz  atıb: 
“Bəsdir  teleqrama  oxudunuz,  oxuyun  görək  hansı  fəxri  ad  verildi 
ona”. Yalnız ondan sonra Nəsibə xanım əməkdar artist fəxri adının 
dadını görür.  
 
 
 


 
147 
Son dəfə səhnəyə çıxmaq istəyirdi 
 
Ömrünün son dövrlərində isə hərtərəfli sevgi, diqqətlə əhatə 
olunmasına rəğmən yoldaşını xatırlayıb ağlayırdı. Bir də güclə ad-
dım  atdığı ayaqları  ilə  son  dəfə  Musiqili  Komediya  Teatrının  səh-
nəsinə çıxmaq  ən böyük arzusu idi. Son dəfə hər hansı bir rol oy-
namaq. Görünür, bu ömrünü səhnədə başa vuran bütün sənətkar-
ların son arzusudur. Nəsibə xanım bu arzusuna qovuşa bilmədi.  
Xoşbəxt  nikahından  dünyaya  gələn  Cahangir  Novruzov  da 
sənətkar oldu, babasının, atasının, həm də anasının yolunu davam 
etdirir.  Onun  qızı  Nəsibə  də  sənət  yollarında  addımlayır,  amma 
ondan  əvvəlki  nəslin  keçdikləri  yaradıcılıq  yolunun  araşdırmaçısı 
kimi.  
Ondan sonra nə göydən planet düşdü, nə də dünya dağıldı. 
Planet düşüb gələcək nəsilləri məhv edəcəyindən qorxduğu yerdən 
yalnız  bir  ulduz  axıb  söndü,  vəssalam...  Zaman-zaman  ulduzlar 
axıb sönür, qalan hər şey öz yerindədir. Şair demiş “Göy belə göy-
dür, qar isə ağdır”... O qorxulu planet də öz yerində.  


 
148 
Y
Y
Y
e
e
e
r
r
r
i
i
i
 
 
 
g
g
g
ö
ö
ö
r
r
r
ü
ü
ü
n
n
n
ə
ə
ə
n
n
n
 
 
 
r
r
r
e
e
e
j
j
j
i
i
i
s
s
s
s
s
s
o
o
o
r
r
r
 


 
149 
 
 
 
 
 
Heç vaxt müəllim işləməyib, amma “müəllim” adını qazanıb. 
Yetirmələri “müəllim”dən sevgi və ağrı ilə söhbət açırlar.  
“Aktyor  evinin”  birinci  mərtəbəsində,  qapısı  arxadan  açılan 
soyuq, şəraitsiz yerdə özünün yaratdığı və rəhbərlik etdiyi Dövlət 
Gənclər Teatrında 20 ildən artıq bir müddətdə ard-arda tamaşalar 
hazırladı, istər klassik, istər müasir əsərlərə səhnə quruluşu verdi. 
Neçə-neçə  gənc  aktyorluğu,  səhnə  məharətini  ondan  öyrəndi. 
İstedadlara qapıları taybatay açdı, gənc yazıçılar onun etibar göstə-
rib  əsərlərinə  səhnə  həlli  verməsi,  bununla  da  qarşılarındakı  ma-
neələri götürməsi sayəsində dramaturq oldular. 
Qısa ömründə yalnız öz işi ilə məşğul oldu və yetirmələrinə 
də bunu tövsiyə etdi. Hazırladığı tamaşalar bəlkə bu gün Azərbay-
can teatr tarixinin bir küncünə belə yazılmayıb, amma yetişdirdiyi 
sənətkarlar  nəsli  hələ  uzun  illər  fəaliyyət  göstərəcək,  sonra  da 
yetirmələrinin  yetirmələri  yetişəcək.  Hüseynağa  Atakişiyev  – 
deyiləndə  hələ  uzun  illər  onların  gözləri  dolacaq,  hələ  uzun  illər  
“bir başqa kişi idi” deyəcəklər. 
 
 
İlk məsuliyyət 
 
Hüseynağa  Atakişiyev  1949-cu  ilin  sentyabrında  Bakıda-
Çəmbərəkənddə  kasıb  bir  ailədə  dünyaya  gəlmişdi.  Atası  sürücü, 
anası evdar qadın idi. Ailədə üç uşaq vadı-bir qız, iki oğlan... Xud-
mani dolanırdılar. Ata axşam işdən gəlir, ailə süfrə arxasına yığışır,  
Allah  verəndən  yeyib-içib,  bir-biriləri  ilə  söhbətləşir,  şad-xürrəm 
yaşayırdılar. Ana dünyasını dəyişənə qədər.  
Ananın  gənc  yaşında  həyatdan  köçməsi  balaca  tifillərin  də, 
bu  ailənin  də  tifağını  dağıtdı.  Tezliklə  ata  yenidən  ailə  qurdu. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə