Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə41/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   37   38   39   40   41   42   43   44   ...   66

 
150 
Uşaqların yükü onlardan bir az böyük, cəmi-cümlətanı 12 yaşı olan 
Hüseynağanın boynuna düşdü.  
Bacısı Elmira Atakişiyeva danışır, daha doğrusu göz yaşları-
na boğulduğundan danışa bilmir. Qırıq-qırıq söylədiklərindən an-
laşılır  ki,  Hüseynağa  çox  qayğıkeşmiş,  onların  dərsləri  ilə  maraq-
lanmaqdan  tutmuş,  əyin-başlarına,  yemək-içməklərinə  qədər  hər 
şeyi öhdəsinə götürübmüş. Həm işləyir, həm oxuyur, həm də bacı - 
qardaşının qayğısına qalır. 
 
 
Teatrda işə işıqçılıqdan başlayır 
 
12  yaşında  uşaq  iş  axtarmaqdan  haldan  düşüb,  arzusuna 
rəğmən bəlkə teatrda bir iş tapılar-deyə ora baş vurur. Əslində bu 
binaya  ali  təhsilli  aktyor  kimi  işləməyə  gəlmək  ən  böyük  arzusu-
dur.  Onun əsl  teatr  adamı  olduğunu işə  götürən  şəxs  də  başa  dü-
şür:  “Gəl,  bizim  işıqçıya  ehtiyacımız  var,  hələlik  bundan  başla, 
sonra təhsil də alarsan, baxarıq”.  
Bu  minvalla  teatr  aləminə  işıqçı  kimi  daxil  olur.  İllər  keçir, 
balaca  Hüseynağa  böyüdükcə  teatrda  ən  müxtəlif  işlərdə  çalışır, 
hamısının da sirlərinə yiyələnib ustalaşır.  
1975-ci il...  Nəhayət günlərin bir günü Hüseynağa teatra akt-
yor  kimi  daxil  olur...  Şəki  Dövlət  Teatrına.  Çox  keçmir  ki,  həmin 
teatrda həm də baş rejissor olur. 
 
 
Şəki Teatrı 
 
Bu teatr artıq Hüseynağa Atakişiyev adlı bir sənətkarın varlı-
ğını  ortaya  qoyur.  1975-85-ci  illərdə  əvvəlcə  rejissor,  sonra  baş 
rejissor olduğu truppa ilə Azərbaycan və dünya dramaturgiyasının 
şah əsərlərini tamaşaya qoyur. Şəki Teatrı ölkədən kənarlara çıxır, 
qastrollarda  uğurlu  tamaşalar  göstərir.  1974-cü  ildə  9  tamaşa  ilə 
Moskvada  qastrolda  olması  isə  teatr  tarixinin  qırmızı  səhifələrin-
dəndir.  


 
151 
Bu  uğurlara  görə  həmin  il  əməkdar  incəsənət  xadimi  fəxri 
adına  layiq  görülür.  Sonra  onu  Milli  Dram  Teatrına  baş  rejissor 
dəvət  edirlər.  Gəlir,  amma  Şəkidə  qazandığı  uğurları  nədənsə  bu 
teatrda əldə edə bilmir. Çox keçmir ki, Gənclər Teatrını yaradır. 
 
“Kaş bu dünyadan köçəndə ...” 
 
Gənclər Teatrının aktyoru, indi Milli Dram Teatrında çalı-
şan Ayşad Məmmədovu dinləyək: “Kaş bu dünyadan köçəndə ta-
maşalarımın musiqilərini özümlə apara biləydim ”. Bir dəfə bu sö-
zü mənim yanımda demişdi. Hər an fikrimdə dolanır, yaman tutub 
o  söz  məni.  İlk  sənət  addımlarımı  onun  yanında,  onun  özülünü 
qoyduğu  teatrda,  o  əllərimdən  tutmaqla atmağa  başlamışam.  3-cü 
kursda  oxuyurdum,  gəldim  yanına  ki  sizinlə  işləmək  istəyirəm, 
dedi, gəl. Mənə ilk dəfədən “Romeo və Cülyetta”da Romeo rolunu 
verdi. Mənə, yetirmələrinə onsuz çox çətindir. Hüseynağa müəllim 
bizə  səhnədən  tamaşaçı  ilə  canlı  tellərlə  bağlanmağı  öyrətmişdi, 
onun ruhu ilə yetişmişik. İndi harda işləməyimdən asılı olmayaraq 
çox çətindir”. 
 
Hamımızın  üstündə  əməyi  var,  hamı  da  bunu  bilir  və  qiy-
mətləndirir”  
 
Gənclər  Teatrının  aktyoru,  indi  Gənc  Tamaşaçılar  Teatrın-
da çalışan Qurban İsmayılovun dedikləri: “Onunla 17 il bir yerdə 
işləmişəm,  nə  dostluğumuz  olub,  nə  qardaşlığımız.  İş  vaxtı  bədii 
rəhbərim  olub,  düşəndə  bir  məclisdə  yeyib-içmişik.  Əvvəl  başqa 
teatrda çalışırdım, amma “Qətl günü” tamaşasına baxanda dostlara 
demişdim  ki,  çox  istəyərdim  Gənclər  Teatrının  aktyorları  ilə  işlə-
yim.  Dostlar  da-Abbas  Qəhrəmanov,  Ayşad  Məmmədov  Hüseyn-
ağa müəllimə demişdilər, razı olmamışdı, çünki məni heç tanımır-
dı. Sonra elə oldu ki, premyeraya üç gün qalmış teatrdan gedən bir 
aktyorun yerinə məşqlərə çağırdılar. İlk tamaşadan sonra Hüseyn-
ağa Atakişiyev dedi, sənədlərini götür,  gəl. Mənə həmişə baş rollar 


 
152 
etibar edib. Başqa düşüncənin yiyəsi idi. Məsələn, hamı elə bilirdi 
ki,  Hamleti  Ayşada  verəcək,  amma  gözlənilmədən  mənə  verdi. 
Dedi,  indiki  zamanda  romantik  Hamlet  olmaz,  bir  az  kobud, 
hadisələrə real baxan biri olmalıdır.  
Əməli  ilə  sözü  eyni  olan,  sözü  bütöv,  danışmaqdan  çox  iş 
görən  bir  insan  kimi  yadımda  qalıb,  sevmişəm  onu.  İndiyə  qədər 
həyatımda, sənətimdə yeri görünür, çox çətindir onsuz. İnanın, iki-
üç dəfə məni başqa teatra dəvət etdilər, getmədim. Gənclər Teatrı-
nın  çətin  şəraitdə  fəaliyyət  göstərməsinə  baxmayaraq  onunla  işlə-
mək zövqünü başqa heç bir şeylə əvəz etmək olmazdı. İlin cəmi 4 
ayını tamaşa göstərirdik, soyuq ayları geyinib-qıfıllanıb məşq elət-
dirərdi  bizə  ki,  formadan  düşməyək.  Hamımızın  üstündə  əməyi 
var, hamı da bunu bilir və qiymətləndirir.  
 
“Çoxdan heç nəyə təəccüblənmirdi” 
 
Dramaturq  Əli  Əmirli:  “Meydan”  adlı  əsərimin  ilk  tamaşa-
sından  sonra  Gənclər  Teatrı  ilə  mənim  uzun  çəkən  əməkdaşlığım 
başladı- Hüseynağa müəllim on beş ilin içində daha yeddi pyesimi 
səhnələşdirdi.  Bir  qayda  olaraq  mən  pyesi  verirdim,  bir  neçə 
gündən  sonra  o  mənə  premyeranın  nə  vaxt  olacağını  deyirdi,  heç 
vaxt da sözü yalan çıxmırdı. Pyeslərim haqqında fikir demirdi, an-
caq qəzetlərə müsahibələr verəndə qiymətləndirdiyi iki-üç drama-
turqun adını çəkirdisə, onlardan biri mütləq mənim imzam olurdu. 
Hüseynağa  müəllim  öz  qiymətini  çox  yaxşı  bilən  təvazökar  insan 
idi.  Çox  da  qürurlu  idi,  amma  onu  həmişə  gizlətməyə,  göstərmə-
məyə  çalışırdı.  Ömrünün  axır  illərində  hiss  olunurdu  ki,  onu  çox 
şey  sıxır,  çox  şey  darıxdırır,  amma  on  beş  ildən  çox  davam  edən 
tanışlığımız,  dostluğumuz,  işbirliyimiz  müddətində  onun  nə  şika-
yətləndiyini, nə gileyləndiyini gördüm. O çox mərd insan idi, gözü 
tox, təmənna sözü ona yad idi. 
Hüseynağa Atakişiyevlə tanış, dost olduğum on beş ildə hər 
həftə  onunla  Aktyor  Evindəki  qapısı  hamının  üzünə  açıq  iş  ota-
ğında görüşürdüm, daha doğrusu mən onu görməyə gəlirdim, işim 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə