Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə43/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   39   40   41   42   43   44   45   46   ...   66

 
156 
Ö
Ö
Ö
l
l
l
ü
ü
ü
m
m
m
ü
ü
ü
 
 
 
d
d
d
ə
ə
ə
 
 
 
g
g
g
ö
ö
ö
z
z
z
ə
ə
ə
l
l
l
 
 
 
o
o
o
l
l
l
a
a
a
n
n
n
 
 
 
q
q
q
ı
ı
ı
z
z
z
ı
ı
ı
n
n
n
 
 
 
n
n
n
a
a
a
ğ
ğ
ğ
ı
ı
ı
l
l
l
ı
ı
ı
 


 
157 
  
 
 
 
 
 
Hüsnü-camalı ilə Miranşahı valeh edən Şəms 
 
1949-cu ildə köhnə Bakının sıx məhəllələrindən birində, hələ 
sakinlərin  bir-birinin  sevincinə  biganə  qalmayan,  kədərinə  şərik 
olan gözəl vaxtında bir qız dünyaya gəldi. Adını Almaz qoydular, 
Almaz Əsgərova. Yəqin bu ad sizə heç nə demədi. Elə isə bir nağıl 
danışım.  
Biri  vardı,  biri  yox  idi,  Bakının  yüzlərlə,  minlərlə  gözəlləri 
arasında bir qız da vardı. Bu qız istər zahiri görkəminə, istərsə də 
təbiətinə  görə  bütün  başqa  qızlardan  fərqlənirdi.  Həm  də  çox 
istedadlı idi. Bu istedad onu Ə. Əzimzadə adına rəssamlıq məktə-
binə gətirdi. Gözəl rəsmlər çəkirdi, müəllimləri onun böyük rəssam 
olacağına  şübhə  etmirdilər.  Bir  gün  heç  kimin  gözləmədiyi  halda 
bu  qız  rəssamlıq  məktəbini  atıb  sənədlərini  Azərbaycan  Dövlət 
Universitetinin  tarix  fakültəsinə  verdi  və  qəbul  olundu.  Nədənsə 
burda  da  özünü  tapa  bilmədi,  amma  bir  oğlanla  tanış  oldu  və  bu 
tanışlıq onun taleyini müəyyən etdi. Nağılımızın ikinci qəhrəmanın 
adı Azərdir, soyadı Süleymanov.  
 
 
 Adil İsgəndərov onu Xuraman obrazı üçün hazırlayırdı 
 
Azər  Süleymanov  Moskvada  kinorejissorluğu  bitirib  Bakıya 
qayıtmışdı.  Təsadüfən  tanış  olduğu  birinci  qəhrəmanımız  Almaza 
aktrisa  olmağı  o  məsləhət  görür.  Deyir,  səni  kinofilmlərdə  görü-
rəm. Bu məsləhətlə Almaz mənsəbindən çıxıb dağa-daşa atılan çay 
kimi  elə  bir  məcrasına  tuş  gəlir.  Həm  də  sevdiyi  adamla  sevdiyi 
peşə  eyni  vaxtda  onun  həyatına  daxil  olur.  Kinostudiyada  Adil 


 
158 
İsgəndərovun kursuna daxil olan Almaza ustadı “Sən gözəl aktrisa 
olacaqsan”, - deyir. Bu minvalla Azər Süleymanovla Almaz Əsgə-
rovanın birgə, amma çox qısa həyat yolları başlayır.  
Almaz bir-birinin ardınca maraqlı obrazlar yaradır – “Qanun 
naminə”də  Salamatovun  xanımı,  “Mən  ki  gözəl  deyildim”də  El-
mira,  “Ulduzlar sönmür”  də  Fatimə.  Daha  sonra  “Bir  cənub  şəhə-
rində”,  “Məhəbbət,  məhəbbət”,  “İstintaq  davam  edir”,  “Uşaqlığın 
son gecəsi” filmlərinə çəkilir. Ustadı Adil İsgəndərov onu çəkəcəyi 
“Vaqif”  filmində  Xuraman  obrazı  üçün  hazırlayırdı.  Ustadın 
ölümü  bu  ideyanın  həyata  keçməsinə  mane  olur.  Həmin  illərdə 
aktrisa  Tacikfilmdə  “Rüstəm  və  Söhrab”  filmində  baş  rola  çəkilir. 
Nəhayət, Almaz həyatın diktəsi ilə kinoda ən yaddaqalan, nə yazıq 
ki, son obrazına həyat verir – “Nəsimi” filmindəki Şəmsə.  
Həsən  Seyidbəyli  Şəms  obrazı  üçün  Almazı  sorğu-sualsız 
dəvət  etmişdi.  Bu  illər  ərzində  Almazla  Azərin  bir  oğulları  olur. 
Adını İlham qoyurlar ki, iki yaradıcının pərisi öz övladları olsun.  
 
 
“Adı Şəms olan göylərdə qərar tutsun gərək” 
 
Bu  fikri  filmdə  onun  tərəf  müqabili  Miranşah  deyir.  Bir  də 
onu deyir ki, səni özümlə aparmalı oldum, Şəms. Təsadüflər bəzən 
insan  həyatında  misilsiz  rol  oynayır.  Bəlkə  Miranşahın  dili  ilə 
Almazı ölüm aparırmış. Onsuz da gələn bir gün getməlidir, amma 
nə olaydı vaxtsız ölümlər, amansız ayrılıqlar olmayaydı… 
Almazın bacısı Səmayə xanım xatırlayır ki, Azərla Almaz bir-
birilərini  əfsanəvi  məhəbbətlə  sevirdilər,  yeganə  övladları  hər 
ikisinin canı idi: “Bu üç varlıq elə bil bir candan nəfəs alırdı. Real 
həyat onlarlıq deyildi, nə isə başqa bir dünya üçün doğulmuşdular 
elə bil”. Bütün çəkilişlərə bir yerdə gedirlərmiş. Azərin tənqidini də 
Almaz ürəklə qəbul edər, məsləhətlərinə qulaq asarmış. Hər yerdə 
birlikdə olublar. Yalnız bircə dəfə Azər Almazdan ayrılıqda səfərə 
çıxıb.  Azər  ümumi  iş  üçün  Moskvaya  yollanıb  və  geriyə  tabutda 
qayıdıb. O gündən Şəmsin günəşi batıb.  


 
159 
 
“Bəs, nə deyim, məni sənsiz görəndə?..” 
 
Almaz  dost-tanışdan,  qohum-əqrəbadan,  sevimli  insanından 
olduğu kimi, sevimli sənətindən də ayrılıb iç dünyasına çəkilir. O 
dünyasına  ki  Azərdən  qeyrisinin  daxil  olması  mümkün  deyildi. 
Kinodan ayrılıb ki, Azərsiz kimsə mənə başqa gözlə baxmaq fikrinə 
düşər.  Milli  Dram  Teatrına  dəvət  ediblər,  “Mən  sənətdən  getmi-
şəm”, - deyə cavab verib. Qapalı həyatı isə onu məhvə sürükləyir. 
Elə  bil  bilə-bilə  məhvə  doğru  gedib.  Azərinə  qovuşmağın  yeganə 
yolunu könüllü seçib. 11 ayın içində amansız xəstəliyə düçar olan 
Almaz Əsgərovanın gözləri 1988-ci ilin qızmar avqustunda dünya-
ya əbədi qapanır. Qapanır ki, Azərli dünyaya açılsın.  
Biri  vardı,  biri  yoxudu,  bir  qız  vardı…Bu  qız  bütün  həmya-
şıdlarından həm zahiri görkəminə, həm də təbiətinə görə seçilərdi. 
Ölümü ilə də seçildi… 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə