Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə45/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   41   42   43   44   45   46   47   48   ...   66

 
164 
dirdikdən  sonra  onun  aktyor  olacağına  tam  əmin,  arxayın  olmuş, 
hamı  ona  “əla”  qiymət  yazmışdı.  İnstitutda  ixtisasdan  ona  Nəsir 
Sadıqzadə dərs deyirdi. 
Təhsilini  başa  vurandan  sonra  Ələkbər  Hüseynov  təyinatla 
Şəki Teatrına yollanır. 1982-ci ildə bir il hərbi xidmət keçəndən son-
ra  yenə  öz  işinə  qayıtdı.  1987-də  onlar  Şəkidən  Bakıya  döndülər.  
Ələkbər    Abdulla  Şaiq  adına  Azərbaycan  Dövlət  Kukla  Teatrında 
işləməyə başladı.  
O vaxtdan Ələkbər əminin sənət yolu başladı desək, qəbahət 
etmiş  olmarıq.  Oynadığı  rollar,  rejissor  kimi  hazırladığı  tamaşalar 
bir  yana...  Balacaların  “Ələkbər  əmi”si  böyüklərin  də  yaddaşında 
məhz Kukla Teatrından başladığı yolla qaldı.  
Lap  ilk  gəncliyindən,  o  vaxtlardan  ki,  özü  uşaqlığa  təzəcə 
əlvida deyib gəncliyinin ilk sevgi deyilən günlərini yaşayırdı.  
 
 
Əminin sevgi tarixçəsi 
 
Afaq Hüseynova (həyat yoldaşı): 
“İlk    baxışdan  xoşuma  gəlmədi.  Analarımız  bir  yerdə  işlə-
yirdilər.  Anası məni xoşlamışdı və  anamla  qərarlaşmışdılar ki, bi-
zi  görüşdürsünlər.  Bir  axşam  Yaqut  xala  ilə  bir  qarayanız  oğlan 
gəldi evimizə, boyu ortadan bir az hündür, qalın, qıvrım, qapqara 
saçlarını  arxaya  vermişdi.  Nəyə  görə  birinci  görüşdə  xoşuma 
gəlmədi, bilmirəm. Amma ikinci görüşdə... Mən konservatoriyada 
(indiki  Bakı  Musiqi  Akademiyası)  oxuyurdum.  Dərsdən  çıxanda 
gördüm  o  gün  anamın  rəfiqəsi  ilə  bizə  gələn  oğlan  dayanıb  məni 
gözləyir.  Üzündə  elə  xoş  ifadə  var  ki,  sanki  biz  bir-birimizlə  bir 
dəfə  yox,  dəfələrlə,  ömrüboyu  görüşmüşük.  Onun  bu  ovqatı  beş 
dəqiqədən sonra mənə keçdi. Sən demə, evdə görüşəndə hər ikimiz 
sıxılırmışıq.  İndi  isə  Ələkbər  sıxıntını  aradan  qaldırıb  danışmağa 
başladı, özü də nə başladı… Heç özümdən xəbərim olmadan bir də 
gördüm,  qəşş  eləyib  gülürəm.  O  qədər  maraqlı,  məzəli,  mənim 
üçün  yeni  olan  söhbətlər  edirdi  ki,  bütün  varlığımla  ona  diqqət 


 
165 
kəsilmişdim.  Bütün  şəhəri  gəzdik,  elə  bildik  beş  dəqiqə  keçib. 
Xəbərimiz  olmadı  ki,  artıq  gün  keçib,  axşam  olub.  Mən  o  görüşü 
heç  vaxt,  heç  vədə  yadımdan  çıxarmayacağam.  O  görüş  bizi  bir-
birimizə  əbədi  bağladı.  Əbədi.  Bu  gün  Ələkbər  dünyada  yoxdur, 
amma  o  görüşün  təəssüratı  yaşayır.  Özü  də  təkcə  mənim  daxi-
limdə  yox,  ikimizin  arasında  yaşayır.  O  günü,  ona  bənzər  başqa 
günləri, eləcə də anları mən Ələkbərlə birlikdə xatırlayıram.  
 Bir  dəfə  uroloji  xəstəxanada  əməliyyat  keçirmişdi.    “Qətl 
günü”  tamaşasının  televiziya  variantı  hazırlanırdı.  Onu  heç  kimlə 
əvəz  eləmədilər.  Əsərin  müəllifi  Yusif  Səmədoğlu  özü  imkan  ver-
mədi  ki,  onu  kiminləsə  əvəz etsinlər.  Gözlədilər.  Ələkbər  azca  sa-
ğalan kimi elə xəstəxanadan gəlib onu çəkilişlərə aparır, sonra yenə 
gətirib qaytarırdılar yatdığı palataya. Hətta çəkilişlərin birində qan 
azlığından  huşunu  itirdi.  Telestudiyaya  təcili  həkim  çağırdılar. 
Birtəhər  onu  özünə  gətirəndən  sonra  yenə  rolunu  oynamağa 
qayıtdı. 
Ələkbər üçün nə kiçik rol var idi, nə də kiçik iş. Hər bir şeyə 
diqqət, qayğı, işgüzarlıqla yanaşırdı. Evdə adi su kranını düzəldən-
də belə onu ən yaxşı ustanın əlindən çıxan iş səviyyəsinə qaldırar-
dı.  Amma  bir  şərtlə:  gərək  buna  daxilən  hazır  olaydı.  Həvəs  de-
mirəm, sadəcə, evdə nəsə xarab olanda hamımızı belə sakit edərdi: 
“Darıxmayın,  düzəldəcəyəm,  amma  hələ  yox,  hələ  məqamı  gəl-
məyib”. 
İndi də bəzən nəyisə düzəltmək lazım gələndə, mənə elə gə-
lir, yenə onun səsini eşidirəm: “Darıxma, məqamı çatanda hər şey 
düzələcək”. 
2002-ci ildə Ələkbər Hüseynov  UNİMA – Beynəlxalq Kukla 
Teatrları  Birliyinin  xətti  ilə  Parisdə  keçirilən  böyük  tədbirlərdə  iş-
tirak etməliydi. Bu tədbirə ciddi hazırlaşırdı. Amma diş ağrısı ona 
əziyyət verirdi. Getməzdən əvvəl  diş həkimi olan dostunun yanına 
yollanıb  ki,  ağrılı  dişdən  canını  qurtarsın.  Kaş  elə  diş  ağrısı  ilə 
Parisə  gedəydi,  görünür  bu  da  taleyin  oyunudur.  Fransaya  getdi, 
orada  elə  uğurlu  çıxış  etdi  ki,  hamı  bəyəndi,  çoxlu  dəvətlər  aldı. 
Gələndən  sonra  kefi  yaxşı  idi.  Ailəsini  götürüb  Yessentukiyə  din-


 
166 
cəlməyə getdi. Hər şey yaxşı idi, yaradıcılıqda da, həyatda da işləri 
əla gedirdi. Amma həmin ilin sonlarında… 
 
 
“Hepatit C” diaqnozu 
 
Günü-gündən  rəngi  saralırdı.  Gözlərinin  içində  də  sarılıq 
əmələ  gəlmişdi.  Yoldaşı  onu  məcbur həkimə  aparır.    Ciddi  yoxla-
madan  sonra  məlum  olur  ki,  onda  “Hepatit  C”  adlı  virus  var.  Nə 
özü,  nə  də  yaxınları  buna  inanmadı.  Buna  kim  inanmaq  istəyərdi 
ki… Fərqli yerlərdə təkrar analizlər eyni nəticəni diktə edir.  
2004-cü ildə Moskvada məşhur xəstəxanalardan birində yenə 
həmin  diaqnoz  təsdiqləndi.  Bu  virus  yalnız  qanla  keçə  bilərdi. 
Ələkbər  özü  üçün  müəyyən  edə  bilmirdi  ki,  harda  bu  virusa  yo-
luxub?    Ailədə  hamı  susqunluq  keçirirdi.    Moskva  həkimi  diş  di-
bindən  şübhələndiyini  deyir.  Onda  Ələkbərin  yadına  düşür  ki,  
2002-ci  ildə  Paris  səfərindən  əvvəl  dişini  çıxartdırmışdı.  İki  il  
ərzində virus bədəndə öz işini görübmüş.  Artıq qara ciyəri şişmə-
yə başlamışdı. 
 
 
Ana, mən öləcəm… 
 
Yaqut Hüseynova: 
“Təzə  ev  almışdıq,    beşinci  mərtəbədə.  Ələkbərin  əl  qabiliy-
yəti  yaxşı  olduğundan  çardağı  qəşəng  düzəldib,  yerə  metlax  dö-
şəyib,  oranı  səliqəli  iş  otağına  çevirmişdi.  İndi  də  ora  iş  otağıdır. 
Amma çox zaman boş qalır. Ələkbər internetdə maraqlı nəsə oxu-
yanda oradan bizi çağırardı. İndi də bizə elə gəlir ki, hansısa hadisə 
ilə əlaqədar, yaxud maraqlı bir xəbər, ya da çox gülməli lətifə tapıb 
bizi yuxarı çağıracaq. Bu onun adəti idi. Evdə olanda internetə gi-
rər, maraqlı məlumatlarla tanış olardı. Bir gün eşitdim məni çağırır. 
Qalxdım  onun  yanına.  İnternetdə  “Hepatit  C”  səhifəsini  açıb  ya-
vaşca mənə dedi: 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə