Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə42/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   38   39   40   41   42   43   44   45   ...   66

 
153 
olanda da, olmayanda da, əslində bu bir mənəvi ehtiyac idi. O özü 
heç yerə, heç kimin görüşünə getməzdi, onu görmək istəyənlər və 
ya  getməyə  başqa  yeri  olmayanlar  da  gəlirdi  bu hücrəyə. Hamıya 
xoş üz göstərirdi. Əslində bu iş otağı onun əsas evi, mənziliydi, sə-
hər gəlib axşamdan neçə saat keçənəcən burda olurdu.  
Teatr  haqqında  az  danışardı,  teatra  gələn  pyesləri  müzakirə 
etməz,  özündən  söz  salmaz,  uzun  söhbətləri  xoşlamazdı,  hərdən 
əhvalının  yaxşı  məqamlarında  Şəki  xatirələrindən  əhvalatlar,  mə-
zəli  hadisələri  yada  salardı.  Həyatdan  yorulmuş  adam  təsiri 
bağışlayırdı, çoxdan heç nəyə təəccüblənmirdi.  
Şəkidəki  uğurlarına  görə  Əməkdar  İncəsənət  Xadimi  adına 
layiq görülmüşdü, davamı çoxdan olmalıydı, olmamışdı. Üzə vur-
mazdı,  amma  içində  sıxıntı,  bəlkə  də  pərtlik  hiss  olunurdu,  axı 
gözü-könlü  nə  qədər  tox  olsa  da,  o  da  bu  mühitin  əhatəsində  idi. 
İçində haqlı sualların baş qaldırması təbii idi.  
Amma şikayətlənməyi, istəməyi, qəbullara getməyi bacarmır-
dı. Heç çoxdan onu incidən xəstəliyindən də danışmağı sevməzdi, 
yüz  altmış,  yüz  səksən  qan  təzyiqi  ilə  işə  gəlirdi,  elə  bil  məqsədli 
şəkildə ölümünə doğru gedirdi, onun gəlişini sürətləndirirdi. Ətra-
fında olanlar da bunu görürdü, amma o məsləhəti, illah da öyüd-
nəsihəti heç sevmirdi.  
Üzeyir  Hacıbəyov  rolunda  -  Anarın  “Uzun  ömrün  akkord-
ları”  filmində  görüb  yadda  saxlamışdılar.  Onu  tanıyanların  və 
sevənlərin  xatirində  Hüseynağa  Atakişiyev  elə  o  işıqlı,  xeyirxah, 
mehriban, məlahətli təbəssümü ilə qalır”. 
 
 
Ömrü boyu katibəsi olmadı,  
qapısının üstündə bədii rəhbər yazdırmadı 
 
Sərvər Əliyev (Gənclər Teatrının aktyoru, indi Gənc Tama-
şaçılar Teatrında çalışır): “Qara qutu” tamaşasının birinci hissəsini 
tam hazırlamışdı. Bu onun yaradıcılığında ilk dəfə təsadüf olunan 
bir hal idi, əsasən o tamaşanın skeletini hazırlayırdı, sonra ona can 


 
154 
verirdi.  Bu  dəfə  isə  martın  28-i  idi,  dedi  ki,  birinci  hissə  hazırdır, 
uşaqlar bir az istirahət etsin, sonra ikinci hissəni qurarıq. Məşqdən 
sonra yemək yeməyə hazırlaşırdıq, dedi ki, göyərti al gətir, o, yaz-
qabağı  göyərti  ilə  atlamanı  xoşlayardı.  Göyərtini  doğramağım  xo-
şuna gəlmədi, aldı əlimdən başladı özü doğramağa.  
Birdən  elə  bıçaq  əlində  dedi,  əlim  işləmir,  oturdu  stula,  de-
dim, o biri  əlini qaldır görüm, cəhd etdi o əli də qalxmadı. Həsən 
müəllimə dedim ki, təcili yardım çağır, müəllim dedi, lazım deyil, 
biz  yenə  çağırdıq.  Apardılar,  Həsən  müəllim  onunla  getdi,  mən 
aktyorlarla  Gənc  Tamaşaçılar  Teatrına,  oranın  səhnəsini  icarəyə 
götürüb Əli Əmirlinin “Kişi və qadın” əsərinin tamaşasını oynayır-
dıq.  Onu  çatan  kimi  reanimasiyaya  aparmışdılar.  Tamaşanı  oy-
nadıq, Nəsibə xanım (sonuncu həyat yoldaşı-R.Q.) səhnədə olmalı 
idi və tamaşanı bitirincəyə qədər ona bildirmədik.  
Çox böyük şəxsiyyət idi, ömrü boyu yalnız başını aşağı salıb 
işi, sevdiyi sənəti ilə məşğul oldu. Bizə deyirdi ki, siyasətimiz sənə-
timizdir, başını aşağı sal işini gör, hər şey yaxşı olacaq. Adama bö-
yük ümidlər verərdi, amma gəlişigözəl sözlər, vədlər verməyi xoş-
lamazdı.  
Bir əsəri tamaşaya qoymazdan əvvəl kollektivlə uzun müza-
kirələr  aparardı,  hamı  həmin  mövzunu  artıq  həzm  edəndə  məşq-
lərə  başlayardı,  qalırdı  sadəcə  mizan  vermək.  Gözəl  insan  idi,  ha-
mının  kədərinə  öz  kədəri  kimi  baxardı.  Bir  dəfə  Həsən  müəllim 
danışdı ki, bir həmyerlisi ilə rastlaşıb. Kişi ona danışıb ki, oğlugilə 
gedib, gəlin qapını açmayıb. Müəllimin gözləri doldu, həmin ada-
mı  tapdırıb  onu  dinlədi,  dərdinə  şərik  oldu.  Sonra  da  o  mövzuda 
“Axırı sakitlikdir” adlı bir tamaşa qoydu ortaya, ssenarisini də El-
çin Hüseynbəyliyə həvalə etmişdi.  
27  mart  teatrımızın  18  yaşı  tamam  olurdu,  ona çox  təntənəli 
hazırlıq  gördü,  elə  bil  hiss  etmişdi.  Elə  bil  özünə  vida  mərasimi 
keçirdi. Ayşad iştirak etmədi, dedi, yorulmuşam, ona da zəng elədi 
ki, niyə burda yoxsan. İnsanlığı sənətindən də yüksək idi, hamıya 
yaxşılıq edirdi.  
Onun  otağının  qapısına  nə  direktor,  nə  bədii  rəhbər  yazıldı. 


 
155 
Ömrü  boyu  katibəsi  olmadı,  qapısı hamının,  onu  deyib  gələnlərin 
üzünə  açıqdı,  dərdlərin  paylaşanların  otağıydı.  Bir  dəfə  bir  nəfər 
gəldi ki, bir sinifdə oxumuşuq, müəllim onu dinlədi, maddi kömək 
göstərdi, o, gedəndən sonra dedi ki, tanımıram, sinif yoldaşım-filan 
deyil, insandır də”.  
 
 
Kəlbətinli rejissor 
 
Bir dəfə hansısa tamaşasının premyerası idi, teatrın binasında 
xətlərdə nasazlıq ucundan işıqlar sönmüşdü. Hamı düşünürdü ki, 
premyeranın  taleyi  necə  olacaq.  Tamaşanın  başlanmasına  sanılı 
dəqiqələr qalmış işıqlar yandı, bir də gördüm ki, Hüseynağa Ataki-
şiyev əlində kəlbətin foyedən keçir, xətti bərpa edib, indi də tama-
şanı  başlamaq  üçün  pərdə  arxasına  keçir.  Məni  görüb  gülümsün-
dü: “Həmişə də sən gələndə fövqəladə hal baş verir”. Belə deyildi. 
O  binada  elə  vəziyyətlər  çox  olurdu,  o  zülmlə,  üstəlik  də  icarə 
haqqı ödəyib teatrı yaşadırdı.  
Tez-tez yolumuz bir düşərdi, “Xalqlar dostluğu” metro stan-
siyasından  “Sahil”  metrosuna  qədər  bir  yerdə  gələrdik.  Maraqlı 
söhbətlər  edirdi,  ömrü  boyu  kasıbçılıqla  yaşayan  bu  insanda  çox 
böyük daxili zənginlik vardı.  
 “Hamlet” tamaşasını tənqid etmişdim, ətrafından mənə me-
sajlar gəldi, düşündüm ki, yəqin Hüseynağa müəllim bir daha üzü-
mə baxmaz. Bir gün yeni tamaşasına getdim. Həmişə olduğu kimi 
gülərüzlə qarşıladı məni, üstəlik, “sağ ol ki, bizi diqqətdən kənarda 
qoymursan”, -dedi.  
 
 
 
Üç dəfə ailə qurub, üçü də...  
 
Nə  bilək,  uğurlu,  ya  uğursuz,  yalnız  özü  bilib.  Bu  adamı  üç 
dəfə  evlənməyə  nə  vadar  etdi,  bilən  olmadı,  o  sirr  onunla  qəbir 
evinə getdi. 2006-ci ilin aprelin 9-da həyatından artıq sevdiyi-teatr-
dan-həyatdan  köçdü.  Çox  az  sənətkarlardandır  ki,  ətrafındakı  hər 
kəsin həyatında yeri görünür.  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə