Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə37/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   33   34   35   36   37   38   39   40   ...   66

 
134 
mal  alan”da  bəyzadə  Cahan,  “Əhməd  haradadır?”da  qoçaq  Nər-
giz,  “Leyli  və  Məcnun”da  şahanə  duruşu  ilə  “Qızsan,  ucuz  olma, 
qədrini bil”, – deyən ana.. Yüksək əxlaq nümunəsi, xeyirxah insan, 
cazibədar  qadın..  bunların  hamısı  Nəcibə  xanımın  özünə  xas  olan 
xüsusiyyətlərdir. 
Tərəf müqabili Elxan Qasımov: “Əhməd haradadır?” filmin-
də  bir  rəqs  səhnəmiz  vardı,  rəqs  müəllimi  gəlib  çıxmadı,  özümüz 
oynamalı olduq. Çox gözəl rəqs etməyi vardı, “Əhməd hardadır?” 
filmində də rəqs səhnəsinə məşqsiz çəkilmişdi. O qədər oynadıq ki, 
çəkiliş  qrupu  işini  qurtarıb  bizi  gözləyirdi.  Maşını  qaçırdığı 
səhnədə  isə  həqiqətən  də  saxlaya  bilmirdi,  mən  çatdırıb  əyləci 
basmışdım  və  Nəcibə  xanımın  ayağını  da  möhkəm  tapdamışdım, 
çəkiliş  pozulmasın  deyə  səsini  çıxartmamışdı.  Çox  amiranə  qadın 
idi, əsl ana idi, həyatda da, kinoda da. Ədil İskəndərov onu bütün 
səpgili  obrazlara  çəkmişdi.  “Qanun  naminə”də  Zərrintac  hara, 
Nərgiz  xala  hara?!  Yaxşı  nərd  oynayardı,  bir  dəfə  kinostudiyada 
nərddə  hamını  udan  bir  kişi  xeylağına  qələbə  çaldı.  Hamı  yığışıb 
oyuna baxırdı, işıqçı Əliqulu nərdin daşını o atan atdı”.  
Azərbaycan  teatr  və  kino  sənətinə  adını  əbədi  yazdı  Nəcibə 
Məlikova.  Ömrünün  sonuna  qədər  Dram  Teatrında  və  “Azərbay-
canfilm”  kinostudiyasında  çalışdı.  SSRİ  xalq  artisti  fəxri  adına  qə-
dər  çatdı.  Hindistanda  qastrol  zamanı  ağacdan  üstünə  qəfil  atılan 
meymundan qorxduğundan şəkər xəstəliyinə tutuldu. Həmin bəla 
da onu 70 yaşında apardı. Ölüm ayağında anası Xoşsimanın adını 
verdiyi nəvəsi, Saqibin qızı soruşur ki, nənə, indi yanında kimi gör-
mək  istərdin?  Nəcibə  xanım  yarışüurlu  vəziyyətdə  “Yalnız  Nüs-
rəddini” – deyib, arzusuna çatmaq üçün gözlərini əbədı qapayır.  
 
 
Proloq 
 
Anasına hədsiz bağlı olduğundan onu itirən vaxtdan ürəyin-
də  xəstəlik  tapan  Saqib  dünyasını  vaxtsız  dəyişdi.  Nəcibə  xanım 
Məlikovanın Saqibdən iki qız nəvəsi var.  


 
135 


 
136 
G
G
G
i
i
i
z
z
z
l
l
l
i
i
i
n
n
n
 
 
 
d
d
d
ə
ə
ə
f
f
f
n
n
n
 
 
 
e
e
e
d
d
d
i
i
i
l
l
l
ə
ə
ə
n
n
n
 
 
 
b
b
b
ö
ö
ö
y
y
y
ü
ü
ü
k
k
k
 
 
 
a
a
a
k
k
k
t
t
t
y
y
y
o
o
o
r
r
r
 
 
 
 
 
 


 
137 
 
 
 
 
 
 
“Heyvagülü” sifariş olunur... 
 
Onun  haqqında  düşünəndə  nədənsə  gözlərimin  önünə  əv-
vəlcə  “Qanun  naminə”  filmində  yaratdığı  Kamilov  obrazı  gəlir. 
Əynində mundir, başında papaq əllərini qaldırıb köhnə kişilərə xas 
“Çal, mənim havamı çal, heyvagülü” deyir və ağır-ağır oynamağa 
başlayır.  Bir  də  həmin  filmdəki  sonuncu  kəlməsini  xatırlayıram 
“Kaş, Tanrı mənə bir az da ömür verəydi, onda mən bilərdim necə 
yaşayardım”.  
Bəlkə bu Kamilov obrazının daxili dünyası ilə Adil İsgəndə-
rovun iç dünyası arasında nə isə bir bağlılıq var... Kamilova möhlət 
verilsəydi,  əvvəlki  həyatından  fərqli  olaraq  yalnız  xeyirxah  əməl-
lərlə məşğul olardı. Çünki onun daxili dünyası safdır, sadəcə şey-
tan əməlinə qalib gələ bilməyib. Bəs, Adil İsgəndərovun özünə bu 
möhlət  verilsəydi,  nə  edərdi?  Görəsən,  ömür  boyu  getdiyi  düz 
yoldan, şəxsiyyətini, mənliyini, sənətini hər şeydən üstün tutduğu 
üçün  çəkdiyi  baş  ağrılarından  qurtulmaq  üçün  əks  istiqamətə 
yollanardımı? Yəqin ki, yox, çünki... 
Tanrının  bizə  bəxş  etdiyi  kiçik  zaman  kəsiyini  hərəmiz  bir 
cür başa vururuq. Kimisi sadəcə gəlir bu özülü ədalətsiz qoyulmuş 
dünyaya,  ona  verilən  vaxtın  keçəcəyini  gözləyə-gözləyə  yaşayır, 
kimisi çarpışır-vuruşur var-dövlət toplamaqla məşğul olur. Eləsi də 
var ki, ona verilən həmin qısacıq vaxtda özündən sonrakı ömrünü 
qazanır. Adil İsgəndərov kimi... 
Adının  qarşısından  bilərəkdən  dürlü-dürlü  titullar  yazmı-
ram. Əslində həm rəsmi şəkildə, həm də qeyri-rəsmi xalq artisti idi. 
Həqiqətən xalqın olan sənətkarı xalq unutmur, şəxsiyyəti və 
sənəti bütöv olanlar bu gün də xalqın yaddaşındadır, onu rəsmən 


 
138 
yada  salmasalar  da  nəsillər  dəyişir,  amma  o  ad  əbədi  qalır.  Tofiq 
Kazımov, Mehdi Məmmədov, Həsənağa Turabov... siyahı o qədər 
də  uzun  deyil.  Sayı  o  qədər  də  çox  sənətkarlar  arasında  Adil 
İsgəndərovun da imzası var.  
 
       Onun quruluşunda “Vaqif” tamaşası  
       1064 dəfə oynanılıb 
 
Bakı  Teatr  Texnikumunda  aldığı  təhsillə  qane  olmayan  mə-
zun A.Lunaçarski adına Moskva Teatr Sənəti İnstitutunda oxuyub. 
Moskva  Bədaye  və  Vaxtanqov  teatrlarında  təcrübə  keçib.  Tam 
hazır  vəziyyətdə  Akademik  Milli  Teatra  gələn  Adil  İsgəndərovu 
bir  il  sonra  baş  rejissor  təyin  edirlər.  İlk  rejissorluq  işinə  “Polad 
qartal” tamaşasından başlayan İsgəndərov milli teatrın səhnəsində 
“Həyat”,  “Vaqif”,  “Xanlar”,  “Fərhad  və  Şirin”,  “Aydın”,  “Şərqin 
səhəri”, “Otello”, “Cavanşir” kimi tamaşalara həyat verir.  
Onun quruluşunda “Vaqif” tamaşası milli teatrın səhnəsində 
düz 1064 dəfə səhnələşdirilib. “Otello” tamaşasından Ələsgər Ələk-
bərovun  şəkli  Şekspir  muzeyində  indi  də  saxlanılır.  Moskva 
dekadasında  həmin  tamaşanı  seyr edən  və  heyran  qalan  ingilislər 
tamaşanı  lentə  alıb  aparıblar.  Tamaşa  vaxtı  Moskva  teatrının 
pərdəsi  alqışların  səngiməməsinə  görə  düz  17  dəfə  bağlanıb  və 
yenidən açılıb. Azərbaycan teatrına onlarla rejissor və aktyor nəsli 
bəxş  edən  sənətkar  milli  teatrın  yeni  binaya  köçürülməsinə  razı 
olmur, yeni bina akustikasız olduğundan böyük teatr üçün yaramır 
deyir.  Eşitmirlər  onu.  Sənətkar  həqiqəti  izhar  etdiyi  üçün  incidilir 
və nəticədə sözünü geri götürmədən teatrı tərk etməli olur.  
 
 
Kinostudiyada 
 
1966-cı  ildən  başlayaraq  “Azərbaycanfilm”  kinostudiyasına 
rəhbərlik  etməyə  başlayır.  Yalnız  “Əhməd  haradadır?”  filminin 
quruluşçu  rejissoru  olmağa  vaxtı  çatan  Adil  İsgəndərov  filmlərdə 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə