Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə36/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   32   33   34   35   36   37   38   39   ...   66

 
131 
Nəcibə  sənət  dərsini  gözəl  mənimsəyir,  ali  təhsil  alır,  Milli 
Dram  Teatrında  işləməyə  başlayır.  Hüseyn  Cavidin  “Şeyx  Sənan” 
tamaşasında Xumar, “Səyavuş”da Firəngiz, Cəfər Cabbarlının “Ay-
dın”ında  Böyükxanım,  “Sevil”də  Edilya  kimi  fərqli,  mürəkkəb 
xarakterli obrazlar yaradır. Komediya janrı da Nəcibə Məlikovanin 
sənət taleyində bir xətt kimi keçir. “Sabit Rəhmanın “Əliqulu evlə-
nir” tamaşasında Yasəmən, Şıxəli Qurbanovun “Əcəb işə düşdük” 
pyesində  Məlahət,  M.F.Axundzadənin  “Lənkəran  xanının  və-
ziri”ndə Şölə kimi obrazlara imza atıb.  
Bu minvalla sənət həyatı öz axarı ilə gedir. Bəxti gətirib. Ədil 
İsgəndərov,  Rza  Təhmasib  kimi  ustadları  indi  həm  də  ona  bütün 
istedadını ortaya çıxaran rollar verirlər.  
 
 
Kinonun “Ögey ana”sı 
 
Həyat  yoldaşı  da  onu,  sənətini  sevir,  artıq iki  oğul  övladları 
var,  biri  yoldaşınin  ilk  nigahından,  biri  isə  Nəcibə  xanımla  olan 
sevgisinin  nübarı.  Nəcibə  xanım  oğluna  atasının  adını  verir  –  Sa-
qib.  Onun  ilk  nikahından  olan  oğlu,  Nəcibə  xanımın  oğulluğu 
əvvəlcə atasını bu qadınla görməyi qəbul edə bilmir. Sonra... 
Fuad  Əsədovun  özü  indi  70  yaşlarında  nurani  bir  ağsaq-
qaldır,  o  vaxt  isə  11  yaşı  varmiş:  “Məni  Gəncədə  nənəmlə-babam 
saxlayıb  böyüdüblər.  Nəcibə  xanımı  tanıyanda  ağlı  kəsən  uşaq 
idim, onu ana kimi qəbul edə bilmədim, amma inanın səmimiyyə-
timə,  sonralar  əsl  ana  sevgisini  onda  gördüm  və  mən  də  özümdə 
onu  hiss  etdim.  Saqiblə  aramızda  ögeylik  olmadı,  bu  onun  qoy-
duğu özül idi. Hər işdə deyirdi ki, Saqib, sənin böyük qardaşın var. 
Özü  ilə  hər  yerə  məni  aparardı,  Saqibə  deyirdi,  gələn  dəfə  səni 
apararam”.  
Fuad  Əsədovun  xanımı  da  bu  yerdə  söhbətə  qoşulur:  “Çox 
gözəl qadın olmasından iki qat artıq gözəl insan idi, yaxşı, ana, qa-
yınana  olması  da,  yaxşı  insan  olmasından  qaynaqlanırdı.  Bizimlə 
olmurdu,  bizə hər  gəlişində  mənə bir  brilliant  komplekt  gətirərdi. 


 
132 
Qızım  dünyaya  gələndən  sonra  o,  hədiyyələri  qızıma  gətirməyə 
başladı.  Məsələ  onda  deyildi  ki,  bizə  qiymətli  hədiyyələr  verərdi, 
ona görə sevirdik onu, yox, sadəcə, hər diqqətini, qayğısını gördü-
yümüz  üçün  necə  sağlığında  özü,  elə  də  xatirəsi  əzizdir  bizim 
üçün”.  
Hər  qaynana  haqqında  belə  yanğı,  belə  sevgi  ilə  danışılmır. 
Aktrisanın  öz  qayınanası  –  iddialı  xan  qızı  gəlininin  aktrisa  ol-
masını həzm edə bilmirdi. Həyat hər addımda təzadlarla doludur. 
Bəlkə  bu  da  həyatın  təzadıdır  ki,  Nəcibə  xanım  özü  qayınana 
sarıdan  çox  əziyyətlər  çəkib.  O  qədər  çəkib  və  dözüb  ki,  bir  gün 
onlara  qonaq  gələn  Ədil  İsgəndərov  dözməyib  və  Nəcibə  xanım 
kimi  “Ögey  ana”nı  elə  öz  obrazında,  qayınanası  və  həyatı  ilə  ba-
həm kino ekranlarına gətirib. Evdən çıxarkən deyib ki, Xanım xala, 
səndən  kino  çəkəcəm.  Bir  gün  isə  Nəcibə  Məlikovaya  ssenarini 
oxuması  üçün  verib.  Aktrisalığı  bir  yana,  bir  mərd,  ağayana  azər-
baycanlı  xanım  olan  Nəcibə  özü  ssenaridə  bəzi  dəyişikliklər  edir. 
Onun  həyat  yoldaşı  həqiqətən  də  yol  mühəndisidir,  amma  dövlət 
təhlükəsizliyi orqanlarında çalışıb. İsmayıl oğulluğu Fuaddır, film-
də  Cəmilə  kimi  verilən  Saqibin  obrazıdır.  Bu  cür  xırda  dəyişik-
liklər,  görünür,  tamaşaçını  əsl  həqiqətdən  yayındırmağa  xidmət 
edib.  Nəcibə  xanım  isə  Dilarə  rolunda  özünü  oynayıb.  Bu  təbiilik 
illər keçməsinə rəğmən filmi hələ də sevdirir. 
 
 
29 yaşında dul qaldı 
 
Həyatı davam edirdi, kənardan hamının həsəd apara biləcə-
yi, daxildə isə bir qadın xoşbəxtliyinə möhtac həyat. Gözəl, şahanə, 
namuslu,  bacarıqlı,  şöhrətli  və  eyni  zamanda  olduqca  sadə.  Ailəsi 
üçün canından keçməyə hazır, çox dadlı yeməklər bişirən və ərinin 
qulluğunda  durmaqdan  zövq  alan  xanım.  Sədaqəti  barədə  isə  rol 
üçün  etdiyi  təklifə  görə  Nəcibə  xanımın  silləsi  üzündə  iz  qoyan 
rejissor  özü  bəhs  edərmiş.  Belə  qadına  hansı  kişi  xəyanət  edər? 
Ondan necə imtina etmək olar!?  


 
133 
Fuadla, Saqibin ataları Nüsrəddin həm vəzifə adamı, həm də 
hədsiz yaraşıqlı bir kişi olub. İddialı qadınlar beləsini ələ keçirmək 
üçün  fürsəti  fövtə  verməz.  Həyatında  çox  qadınlar  olub,  birinci 
xanımı  da  ondan  buna  görə  ayrılıbmış.  Nəcibə  xanımla  ailə  qu-
randan sonra da o, bu vərdişindən əl çəkməyib. Nəcibə xanım isə 
hər  dəfə  bu  barədə  eşidəndə  “O,  heç  kimin  arxasınca  düşmür, 
onun arxasınca düşürlər”, – deyirmiş.  
Deyirmiş,  amma  bu  qürurlu  qadın  hər  gün  içində  sındığını, 
xırdalandığını hiss edirmiş. Ailəni saxlamaq üçün qayınanaya döz-
mək  çox  asandır,  qürurunun  tapdanmasına  necə  dözəsən...  Yenə 
dözdü, o vaxta qədər ki, ailə başçısı bir gün başqası ilə evləndiyini 
bəyan  etdi.  Nəcibə  xanım  səssizcə  oğlunu  da  götürüb  çıxıb  getdi, 
amma böyük oğul dediyi oğulluğundan da ayrılmadı. Çox keçmə-
di Nüsrəddin 30 yaşında faciəli surətdə dünyasını dəyişdi. Ailənin 
məsuliyyətini təkbaşına zərif çiyinlərində daşıyan Nəcibə Məlikova 
29 yaşında dul qaldı, amma bir daha kimsəyə könül vermədi, yeni 
ailə qurmadı.  
Bütün  sevgisini  Fuadla Saqibə,  bir  də hələ  uğurları  qabaqda 
olan sənətinə verdi. 
Həmkarı,  xalq  artisti  Yaşar  Nuri:  “O  dövrün  bütün  uşaqları 
kimi mən də İsmayıl və Dilarəni həyatda görüb tanımaq arzusunda 
idim.  Tale  elə  gətirdi  hər  ikisi  ilə  həyatda  dostlaşdıq.  Nəcibə  xa-
nımla  bir  səhnəni  bölüşdük,  tərəf  müqabili  olduq.  Bir  dəfə  söhbət 
əsnasında dedim ki, Buzovnanı görməmişəm. Məşqdən çıxdıq, mə-
ni oturtdu maşına birbaş Buzovnaya, “Yekə kişidir, hələ Buzovnanı 
görməyib”,  -  dedi.  Çox  gözəl  qadın,  gözəl  insan,  əvəzsiz  aktrisa 
idi”. 
Firəngiz  Mütəllimova:  “Anamız,  sirdaşımız,  rəfiqəmiz  idi. 
Onun  yanında  kimsə  gənc  aktrisalara  nə  isə  deyə  bilməzdi.  Bizi 
müdafiyəyə  qalxardı.  Əslində,  bizi  qorumaq  üçün  həmişə  bizimlə 
olardı, amma ona belə bir don geyindirirdi ki, guya bizimlə gənc-
ləşmək istəyir”. 
Teatrda qazandığı uğurlar çox keçmədi kinoda onu izləməyə 
başladı. Dilarə onun kino yaradıcılığının şah obrazıdır. Bəs, “Arşın 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə