Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə35/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   31   32   33   34   35   36   37   38   ...   66

 
127 
qız.  Gizlincə,  səssicə,  çiçək  qoyub  ağlayıb,  dərdləşib,  ürəyini 
boşaldarmış. İndi o da kimliyini bildirmək istəmir. Bildik kimliyini, 
amma  biz  də  bildirmədik,  çünki  o  xanım  indi  xalq  artisti,  bəs-
təkardır, həm də artıq nənədir.  
Zalımoğlunun  məzarı  bütün  kimsəsiz  məzarların  aqibətini 
yaşayıb,  torpağa  hopub,  yoxa  çıxıb.  Bəlkə  də  o  yerdə  yalnız  gö-
yərçinlər uçuşur indi.  
2007-ci  ildə  yeddi  oğuldan  biri  Ənvər  Həsənov  öz  həmkarı 
haqda “Yeddi oğuldan biri” adlı film çəkib. Həmin film də nüma-
yişə yararlı deyil. Taleyə bax... 
 


 
128 
Ö
Ö
Ö
l
l
l
ü
ü
ü
m
m
m
 
 
 
a
a
a
y
y
y
a
a
a
ğ
ğ
ğ
ı
ı
ı
n
n
n
d
d
d
a
a
a
 
 
 
o
o
o
n
n
n
a
a
a
 
 
 
x
x
x
ə
ə
ə
y
y
y
a
a
a
n
n
n
ə
ə
ə
t
t
t
 
 
 
e
e
e
t
t
t
m
m
m
i
i
i
ş
ş
ş
 
 
 
ə
ə
ə
r
r
r
i
i
i
n
n
n
i
i
i
 
 
 
a
a
a
r
r
r
z
z
z
u
u
u
l
l
l
a
a
a
d
d
d
ı
ı
ı
 


 
129 
  
 
 
 
 
Epiloq 
 
Çiskinli  oktyabr  günündə,  köhnə  Bakı  kəndi  Buzovnada  bir 
qız  dünyaya  gəlir.  Gəlişi  ilə  bəlkə  də  heç  kimə  sevinc  bəxş  etmə-
dən, arzu olunmadan. Bəlkə də o vaxt bu ailə sevinc nə olduğunu 
unutmuşdu,  yoxsa  ailədə  ondan  başqa  iki  qız  övladı  olsa  belə, bu 
qızın gəlişinə də sevinərdilər. Bəlkə də sevindilər ki, nə yaxşı dün-
yaya oğul gətirmədik, o da ailənin yaxın dostu, bu qızın doğmaca 
dayısı  Ruhulla  Axundov  kimi  “xalq  düşməni”  damğası  ilə  həbs 
edilib ilim-ilim itirilərdi.  
Ailənin böyüyü, bu qızın atası sənət adamı idi, Haşım bəy Sa-
qib.  Qızcığazın  uşaqlığı səksəkə ilə, meşin  çəkmələrin  səsi  onların 
kandarında  bir  də  eşidilər  deyə,  qorxu  ilə  keçdi.  Bir  də  gördü  ki, 
Baki  Teatr  Texnikomunun  tələbəsidir,  üstəlik,  ilk  uğurları  da  var. 
Müəlliməsi  Fatma  Qədri  onun  oynadığı  obrazlara  qürurla  baxıb 
dodaqaltı gülümsəyirdi. 
Təhsilini  başa  vuran  gənc  aktrisa  öz  arzusu  ilə  Gəncə  Teat-
rına işləməyə gedir. Bu taleyin diktəsi idimi, yoxsa zərurətdən do-
ğan  təsadüfmü?  Kim  bilir...  Bəlli  olan  odur  ki,  sənət  taleyi  ilə  ba-
həm şəxsi həyatı da Gəncə torpağindan pöhrələndi. Gəncə səhnəsi 
hələ belə gözəl görməmişdi, hündür, şux qamətli, iri ala gözləri və 
çox  cazibədar  təbəssümü  var.  Çox  keçmədi,  Azərbaycan  teatr 
sənətinə bu gözəlliklə yanaşı, həm də istedadlı bir aktrısanın gəlişi 
bəlli oldu - Nəcibə Məlikovanın.  
 
 
 
 
 


 
130 
Teatrın Edilyası 
 
Bir-birinin ardınca yaratdığı obrazlar dildən-dilə düşür. “Ya-
şar”da  oynadığı  Yaqut  obrazı  isə  onun  Gəncə  teatrında  ən  böyük 
uğuru hesab olunur. 
Qədim,  gözəl  Gəncədə  keçmiş  xanların  nəslindən  olan  bir 
ailə yaşayırdı. Ailənin qadını, xan qızı Xanım övlad həsrətindədir, 
Tanrı vermir. Bir gecə Xanıma yuxuda deyirlər ki, ailə qurmağının 
12-ci ilində bircə övladın olacaq, amma cəmi 30 yaş yaşayacaq. Elə 
də  olur,  12  ildən  sonra  Allah  ona  bir  oğul  bəxş  edir.  Bu  oğlan 
Gəncədə bir məktəbdə oxuduğu, sevdiyi, sonra Tiflisdə dəmir yol 
institutunda  da  birgə  təhsil  aldığı  qızla  elə  orda  18-20  yaşlarında 
tələbə  ikən  evlənir,  bir  övladları  olur.  Sonra  tale  elə  gətirir  ki,  bu 
cütlük tez də ayrılır.  
Gəncədə bu oğlanın qulağına çatır ki, teatra bir aktrisa gəlib, 
gözəlliyinə hamı heyran qalıb, üstəlik, ətrafında pərvanə olanların 
birinə belə gözünün ucu ilə də baxmır. Həmin gündən qəhrəmanı-
mız  axşam  tamaşalarına  getməyə  başlayır.  Nəcibə  xanıma  da  de-
yirlər ki, bütün gəncə qızlarının ürəyinin dağı olan bu oğlan olsa-
olsa  sənə  görə  gəlir  buralara.  Nəcibə  xanım  əvvəl  etinasızcasına 
çiynini çəkir, amma pərdə arxasından təsadüfən baxışlarının sataş-
dığı oğlanın həminki olduğunu biləndə özünə də səbəbi bəlli olma-
yan  bir  sevinc  dolur içinə.  Çox  keçmir  yenilməz aktrisa hər  tama-
şadan əvvəl pərdə arxasından o oğlana baxıb sonra səhnəyə çıxır.  
Bir  gün  oğlan  tamaşaya  gəlmir.  Həmin  gün  gənc  aktrisa 
içindəki təlatümü rəfiqələrindən gizlədə bilmir. Tamaşa başa çatar-
çatmaz  sabahkı  günün  həsrəti  ilə  yaşamağa  başlayır.  Beləcə,  bir 
məhəbbət  tarixçəsi  də  onun  sənət  tarixçəsi  ilə  birgə  yazılır.  Evlə-
nirlər.  Həyatının  belə  bir  dönəmində  gənc  aktrisa  həm  də  Bakıda 
təzəcə  açılmış  Teatr  İnstituna  qəbul  olunur.  Burda  Ədil  İsgəndə-
rovdan, Rza Təhmasibdən sənət dərsləri alır, həyat isə tamam fərq-
li  dərs  verir.  Birincinin  dərsini  mənimsəməməklə  sənətini  dəyiş-
məli olursansa, ikincinin dərsini bilmədinsə... 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə