Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə26/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   22   23   24   25   26   27   28   29   ...   66

 
93 
 
  
 
"Televiziya  kanallarında  atamın  hansısa  tamaşasını  göstərəndə 
anamla bacımı qoymuram baxsınlar. Dözə bilmirlər, ağlayırlar... Biz hələ 
də  onun  yoxluğuna  alışmamışıq.  Atamın  yeri,  o boşluq  çox  hiss  olunur. 
Neyləsək də, o boşluq heç nəylə dolmaz. Bu itki bizi həmişə göynədəcək " – 
oğlunun dediklərindən. 
  
 
Uşaqlığı və… 
  
Abasqulu kişinin ailəsi Balakəndə sovxozda işləyirdi. Ailədə 
iki  oğlan  uşağı  böyüyürdü,  ailə  o  vaxtkı  Sovet  ailələri  kimi  sadə, 
xudmani dolanırdı. Elə bir dərdi-sərləri də yox idi, sadəcə özlərini 
yerlərində hiss etmirdilər, elə bil qəribçilikdə yaşayırdılar. 
Adıgözəlovlar ailəsi əslən Ordubaddan idi. Sovet rəhbərliyi o 
vaxtlar  bir  çoxlarını  Ordubaddan  Balakənə  nəsillikcə  köçürüb. 
Adıgözəllər ailəsi də bu siyasətin qurbanlarından olub. Bu ailə də 
daxil  olmaqla  Balakəndə  Ordubaddan  olan  ailələrin  yaşadığı  mə-
həlləyə “Ordubad” məhəlləsi deyirmişlər. 
Bir gün ailənin kiçik oğlu Telman möhkəm soyuqlayır, anası 
onu  çimdirdikdən  sonra  həyətdə  oynamağa  qaçan  uşaq  müalicə 
alır və sağalır. Ancaq uşağın bir qolunda limfalar şişir, irinləyir və 
sağalmaq  bilmirdi. Həkim  deyir  ki,  Balakənin  iqlimindən  çıxmasa 
bu uşağın qolu qanqrena eləyəcək, kəsməli olacayıq.  
Ailə  uşağı  da  götürüb  Bakıya  köçməli  olur,  həm  uşağı  mü-
alicə etdirmək, həm də nə qədər zaman da keçmiş olsa sürgün hə-
yatının alınlarına vurduğu möhürdən xilas olmaq üçün. Cənnət də 
olsa  Abasqulu  kişiyə  Balakənə  məcburən  köçürüldükləri  fikri  ra-
hatlıq vermirdi.   
O  vaxt  dördüncü  sinifdə  oxuyan  Telman  və  qardaşı  Vaqif 
üçün Balakən doğma idi, dünyaya gözlərini orda açmışdılar, dost-
ları, doğma məktəbləri vardı. 


 
94 
Bakıya  da  tez  öyrəşdi,  tezliklə  özünə  yeni  dostlar  tapdı,  ya-
rası da sağalıb keçdi. 
Bir  gün  məktəb  yoldaşları  ilə  dərsdən  qaçıb  kinoya  get-
mişdilər. O vaxt çox sevilən bir hind filminə baxmaq üçün dərsdən 
qaçmağa  dəyərdi,  həm  də  bunun  zövqü  təkcə  kinoya  baxmaqla 
bitmirdi, dərsdən qaçıb kinoya getməyin öz romantikası vardı. 
Kinodan çıxanda bir nəfər Telmana yaxınlaşıb ona televiziya-
ya gəlməyi təklif etdi. Yuxarı siniflərdə oxusa da hələ peşə seçimi 
barədə müəyyən bir fikrə gələ bilməyən Telman təklifi qəbul etdi. 
Dövlət  televiziyasında  çalışan  rejissor  Nazim  Zeynalov  onu  “Ev-
rika”  verilişində  fantastik  səhnələrə  çəkir.  “Yasəmən”  televiziya 
teatrında iştirak edir. Yeddinci sinifdə oxuyanda isə Adil İsgəndə-
rovun  kinoaktyor  kurslarına  yazılır.  Beləliklə,  Azərbaycan  incə-
sənətinə yeni bir ad gəlir – Telman Adıgözəlov. 
  
 
İlk obrazları 
  
1975-ci  ildə  indiki  Mədəniyyət  və  İncəsənət  Universitetinin 
dram  və  kino  aktyorluğu  fakültəsini  bitirəndə  Telman  Adıgözə-
lovu  tamaşaçı  artıq  televiziyadan  tanıyırdı.  Aktyor  beş  il  Tədris 
Teatrında,  televiziya  tamaşalarında,  səhnəciklərdə  işlədi.  1980  –ci 
ildə  Milli  Dram  Teatrında  işə  başlayan  aktyor  ömrünün  sonuna 
qədər  bu  teatrda  çalışdı.  Bir-birindən  maraqlı,  müxtəlif  xarakterli 
obrazlar oynadı. C. Məmmədquluzadənin “Dəli yığıncağı" əsərinin 
eyniadlı  tamaşasında  Zəncirvuran  obrazından  tutmuş  ,  İ.Əfən-
diyevin  "Xurşidbanu  Natəvan"ında  Daşdəmir,  "Mahnı  dağlarda 
qaldı"da  Rəhman,  Şekspirin  “Maqbet”ində  Flins,  M.  İbrahimovun 
"Közərən ocaqlar"ında Xanəhməd, H.Cavidin "İblis" pyesində şey-
purçu,  S.Vurğunun  "Vaqif" əsərində təlxək,  S.Rəhmanın  "Nişanlı 
qız"ında  çeşməkli  kişi,  E.  Baxışın  "Qədr  gecəsi"ində  oyunbaz, 
Elçinin "Ah Paris…Paris!.."ində Əhməd, "Mənim sevimli dəlim" də 
professor, R.Novruzun "Hələ "sevirəm" deməmişdilər"ində qumar-
baz obrazlarına qədər.  


 
95 
Eyni vaxtda dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli 
adam",  "Ordan-burdan",  "Qonşular",  "Azərbaycanfilm"  kinostudi-
yasında  istehsal  olunmuş  "Nəsimi",  "Üzü  küləyə",  "Xatirələr  üzü" 
kimi  filmərdə  bəzən  xarakterik,  bəzən  epizodik  rollar  oynadı. 
Kinoda bəxti o qədər də gətirməmişdi, öz nəslinin başqa aktyorları 
kimi  onun  da  çəkilə  biləcəyi  illərdə  kinematoqrafiya  tənəzzül 
dövrünü  yaşadı.  “Nəsimi” filmində  yalnız  bir epizoda  çəkilib,  hə-
min  epizod  isə  artıq  Telman  Adıgözəlov  siması  televiziyadan  və 
teatrdan tanış, sevimli olduğu üçün gözə çarpır.   
  
 
Şəxsiyyət 
  
Telman Adıgözəlov siması olan, şəxsiyyətli insan olub. Nə öz 
işi  üçün  kiminsə  qapısını  döyər,  nə  də  ev  üçün,  pul  üçün,  yaxud 
fəxri  ad, rol  xətrinə  minnətçi  düşərdi.  El-obada isə  hamının  xeyir-
şərinə  yarayırdı.  Kim  zəng  eləsə  ki,  mənimlə  filan  işin  arxasınca 
gedək, sənin xətrinə o iş həll olunar, gedərdi. Bilirdilər ki, Telman 
Adıgözəlovun  adı  gələn  yerdə  ən  sərt  məmur  da  yumşalacaq.  O 
tay  Azərbaycandan  uzaq  qohumları  gəlib  Bakıda  işlərini  Telman 
Adıgözəlovun  köməkliyi  ilə  yola  verirdilər.  Heç  kimi  rədd  et-
məzdi, onlara təmənnasız yardımçı olardı. Balakənlilər, hətta başqa 
millətlərin nümayəndələr də onun üstünə kömək üçün gələrdilər. 
Evdə bütün problemləri təkbaşına həll edərdi. Ailəsi – xanımı 
və  iki  övladı  atanın  hansı  çətinliklər  bahasına  onların  firavan 
yaşayışını təmin etdiyini bilməzdilər. Pis yaşamırdılar, amma xalq 
artistlərinin  hamısı  onlardan  daha  yaxşı  yaşayırdı.  Niyə  hamısına 
ev verilir, amma Telman Adıgözəlovun mikrorayonda dar mənzili 
genişləndirilmir ki genişləndirilmir? 
Hamıya  prezident  mükafatı,  təqaüd  verilir.  Siyahıdan  Tel-
man  Adıgözəlovun  adı  çıxarılıb,  ötən  il  aldığı  pul  bu  il  artıq  ona 
verilməyəcək,  deməli  ailə  maddi  cəhətdən  geri  gedəcək.  Üstəgəl 
oğlu ordudan qayıdıb, nişanlıdır, amma işləmir. Qızı Tibb Uni-ver-
sitetini bitirib, işə düzəltmək lazımdır.   


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə