Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə22/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   18   19   20   21   22   23   24   25   ...   66

 
75 
olmazdı. Filmin bütün natura çəkilişləri Goranboyda Murov dağın 
ətəyində,  Zeyvə,  Qaraçinar,  Ağcakənddə  keçdi.  Onda  döyüşlər 
təzəcə başa çatmışdı. Biz ora yanvarda ezam olunduq və çox kəskin 
hava  şəraitinə  baxmayaraq,  15  günə  natura  çəkilişlərini  bitirdik. 
Düzdür, təşkilati problemlər vardı. Məsələn, ordu, patron, avtomat 
lazım  idi,  onları  çətinliklə  əldə  edirdik.  Amma  mənəvi  çətinliklər 
daha çox idi. Hamımız daxilən çox böyük iztirablar keçirirdik. Xü-
susən  də  Ceyhun  çox  əzab  çəkirdi.  Torpaqlarımızın  işğalı  ona  pis 
təsir etmişdi”.  
Kənan  Məmmədov  çəkilişlər  zamanı  baş  verən  bəzi  hadisə-
ləri  də  xatırlayır:  “Filmdə  bir  səhnə  var  –  balaca  qızın  zorlanma 
xəbərini eşidən İsmayıl bunu kimin elədiyini başa düşür. Səngərin 
arası  ilə  qaça-qaça  gəlib  ermənilərin  mövqeyinə  çatır  və  bu  alçaq-
lığı edən ermənini öldürür. Bu səhnəni hərəkətlə çəkirdim. Kamera 
maşında  idi.  Ceyhun  ağacların  arasında  qaçdığı  müddətdə  maşın 
da paralel olaraq gedirdi. Birdən Ceyhun qeyri-adi bir hərəkət etdi 
və  yıxıldı.  Demə,  Ceyhun  qaçdığı  yerdə  bir  ağacdan  o  biri  ağaca 
çox nazik, amma poladdan bir sim çəkilmişdi. Kim bunu eləmişdi 
bilmirik. Amma təbii ki, əvvəlcədən olunmuşdu. Ceyhun onu son 
anda görüb əlilə itələyib yıxılmasaydı, ip boğazını üzərdi. Çox sar-
sıldıq o anda. Əli kəsilmişdi, həkimə aparıb yardım etdik. 
Bir də o səhnədə qaçan zaman çaydan keçir. Qış ayı, dağdan 
gələn  su,  adamın  barmağını  da  kəsirdi.  Mən  etiraz  edirdim  ki,  o 
səhnədə kaskadyor, dubl aktyoru çəkilsin. Amma Ceyhun razı ol-
madı,  özü  çəkildi.  Ondan  sonra  da  təbii  ki,  özünü  pis  hiss  etdi. 
Ümumiyyətlə,  bu  film  Ceyhuna  mənən  xeyli  təsir  etdi,  ürəyi  tap 
gətirmədi. Filmi tez hazırlayıb qurtarmaq istəyirdi, tələsirdi elə bil. 
Bəlkə də ürəyinə nəsə dammışdı. Amma çox təəssüf ki, tam olaraq 
başa çatdıra bilmədi. Filmin qaralama montajı bitəndə Ceyhun rəh-
mətə getdi. Özü də montajı birlikdə edirdik. Mənsiz eləməzdi. De-
yirdi, “sən bütün materialı məndən yaxşı bilirsən...”. Filmin birinci 
variantı başa çatandan sonra Ceyhunu itirdik. Nə öz rolunu səslən-
dirə bildi, nə də filmi gördü”.  
  


 
76 
İsmayıl böyüdü və… 
  
Lidiya  xanım  danışır  ki,  həyat  yoldaşı  “Fəryad”ın  çəkilişlə-
rindən qayıdanda evdə rahatlıq tapmırdı: “Siqaret çəkir, düşünür, 
öz-özünə danışırdı. Erməniləri söyürdü, vəhşidilər deyirdi. Elə bil 
bu  filmi  çəkməklə  onlardan,  ümumiyyətlə  bütün  haqsızlıqlardan 
hayıf çıxmaq istəyirdi”. 
Filmin  hazır  olub  ekranlara  çıxmasını  həsrətlə  gözləyirdi. 
Amma    “Fəryad”  filminin  çəkilişlərindən  sonra Ceyhun  Mirzəyev 
mikroinsult  keçirdi.  İki  həftəlik  müalicədən  sonra  yenidən  filmin 
işlərini davam etdirməyə başladı. Özü də tələsərək... Filmi tez başa 
çatdırıb ekranlara çıxarmaq arzusundaydı. 
Rayonlar bir-bir işğal olunurdu, vəziyyət gərgin, film ərsəyə 
gətirmək zülm. Ceyhun Mirzəyev isə həm vətənini, həm də kinonu 
çox sevirdi. 
1993-cü il martın 5-də , 47 yaşının tamamına 1 ay qalmış Cey-
hun  Mirzəyev  telestudiyaya  getmişdi.  Onun  “Fəryad”  filmi  haq-
qında  veriliş  hazırlanırdı.  Elə  oradaca  vəziyyəti  pisləşib.  Diktor 
Hicran  Hüseynov  onu  maşına  qoyub    evə  gətirəndə  Ceyhun  Mir-
zəyev  özündə  olmayıb.  Yalnız  əli  ürəyinin  üstündə  olub.  Xanımı 
danışır  ki,  ürəyində  güclü  ağrı  vardı:  “Tez  uzandırdıq,  təcili  yar-
dım  çağırdıq.  Əsirdi,  titrəyirdi  deyə  ayağını  isti  suya  qoydum. 
Yenə xeyri olmadı. Bir anlıq gözünü açıb qızımız  Cəmiləni çağırdı. 
Qızın  üzünə  baxdı  və  gözlərini  yumdu.  Biz  elə  bildik  yuxulayıb. 
Amma təcili yardım gəlib dedi ki, bayaqdan canını tapşırıb...” 
İsmayılın  “Ögey  ana”da  başlayan  həyat  yolu  “Fəryad”la 
beləcə bitdi.   
 


 
77 


 
78 
G
G
G
ü
ü
ü
l
l
l
m
m
m
ə
ə
ə
k
k
k
d
d
d
ə
ə
ə
n
n
n
 
 
 
ö
ö
ö
l
l
l
ə
ə
ə
n
n
n
 
 
 
k
k
k
o
o
o
m
m
m
e
e
e
d
d
d
i
i
i
y
y
y
a
a
a
 
 
 
a
a
a
k
k
k
t
t
t
y
y
y
o
o
o
r
r
r
u
u
u
 
 
 
 


 
79 
  
 
 
O,  yayın  istisində  ictimai  nəqliyyatda    gənc  bir  oğlanın  qəzəblə 
axan göz yaşlarını sildiyini görür. Yaxınlaşıb soruşur ki, heç sənin kimi 
gənc də bu şəkildə göz yaşı tökərmi? Gənc oğlan cavab verir ki, əgər üç il 
bir ali məktəbdən kəsirlərsə, başsız qalmış bacı-qardaşlarına çörəkpulu qa-
zanmaq üçün iş tapmazsa, əlbəttə, tökər. Soruşanın məşəqqətli uşaqlığı və 
gəncliyi düşür yadına. Oğlanı yanına salıb indicə kəsilib çıxdığı ali ocağa 
aparır. Onun xahişi ilə gənci həmin ali məktəbin gecə şöbəsinə qəbul edib, 
gündüzlər isə elə həmin institutun tələbə yataqxanasında qarovulçu kimi 
işə götürürlər. 
 O vaxtlar sənətkara belə hörmət vardı. 
  
 
Atasını 1918-də ermənilər qətlə yetirib 
  
Hələ  2  yaşında  olanda  anasını  itirmişdi.  5  yaşında,  1918-ci 
ildə atasını ermənilər qətlə yetirib. Atası Qazaxdan, anası Tiflisdən 
idi. Atası anasını qaçırtmışdı, sonra isə Tiflisə köçmüşdülər. 
1918-ci ildə ermənilər Tiflisdə yaşayan azərbaycanlılara qarşı 
soyqırımına  başlayanda  onlar  qaçıb  Azərbaycana  gəlirlər,  amma 
bilmirdilər ki, eyni hadisələr Bakıda da cərəyan edir. 
O  vaxt  Əliağanın  cəmi  beş  yaşı  vardı.  Üç  qardaş  idilər,  çox 
çətinliklərlə boya-başa çatdılar. 
7-ci sinfi bitirən Əliağa gəmi təmiri zavodunda işə düzəlir ki, 
çörək pulu qazansın. Eyni vaxtda zavodun dram dərnəyinə də ya-
zılır. 
Elə ilk günlərdən dram dərnəyi rəhbəri onun istedadını sezir. 
Oynadığı obrazlar tezliklə zavod kollektivinin, sonra Bakı camaatı-
nın diqqətini çəkir, onlarda maraq yaradır. 
Bu  minvalla  Əliağa  hələ  çox  gənc  yaşlarından  Gənc  Tama-
şaçılar Teatrının truppasına gəlib çıxır. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə