Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə27/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   23   24   25   26   27   28   29   30   ...   66

 
96 
Teatrda  isə  son  vaxtlar    “Hələ  “sevirəm”  deməmişdilər”  ta-
maşasındakı rolundan sonra bir rol oynamayıb. Yaş gedir, işləmək, 
yaratmaq  istəyir,  rol  oynamalıdır,  bu  gün  olmasa  sabah  gec  ola 
bilər,  amma  ortada  heç  nə  yoxdur.  Teatr  təmirə  dayandığından 
“Mir”  telekanalında  onlar  üçün  ayrılan  bir  zalda  məşqlər  edirlər, 
tamaşalar  isə  hələ  oynanılmır.  Yeni  rolu  olmadığından  Telman 
Adıgözəlov elə vaxt olur ki, heç ora getmir. 
Bütün bu fikirlər ona rahatlıq vermir. Yaxşı ki, arada “Müsyo 
Jordan Dərviş Məstəli şah” tamaşası bir qığılcım kimi parladı onun 
yaradıcı  ruhunda.  Müsyo  Jordan  rolu  ürəyincə  idi,  həvəslə  işlədi 
üstündə. 
Bir  gün  ürək  bütün  bu  yükə  tab  gətirməyib  –  bəsdir  məni 
yüklədin dedi, küt, dözülməz ağrı verdi kürək nahiyəsində. 
Telman Adıgözəlov birinci dəfə bu ağrıya elə də böyük əhə-
miyyət vermədi. Həm də bu qədər problem içində elə bir həkimim, 
iynə-dərmanım çatmır – deyə ürəyinə cavab verdi. 
İkinci dəfə ağrı elə dözülməz oldu ki, fikir verməyə bilmədi. 
Getdi həkimə, ürəyinin kardioqramasını çıxartdılar, dedilər ki, ürə-
yində heç nə yoxdur, həkim – “görünür, duzlaşmadır” deyə müali-
cə  yazdı.  Müalicəni  keçdi,  heç  ağlına  da  gəlmədi  ki,  bəzən  ürəyin 
çəkdiyini heç bir peşəkar həkim, kardioqrama belə göstərə bilmir. 
Müalicə  getdi,  amma  aktyor  özündə  yaxşılığa  doğru  bir  də-
yişiklik hiss etmədi, əksinə… 
Yaxın dostu Ramiz Novruz danışır ki, heç bir şikayəti yox idi
amma görürdüm ki, tez-tez təngnəfəs olur, durduğu yerdə tərləyir: 
“Deyirdim  yəqin  müalicə  duzlaşmanı  əridir,  ona  görə  belə  olur. 
Sonuncu  dəfə  də  işə  gələndə,  girdi  içəri,  aktyorlar  bufetdə  nərd 
oynayırdılar,  zarafat  elədi  ki,  ey,  nardovşiki,  xarakteri  nardovşiki. 
Qaydayın  bir  filmində  işlədilən  bu  ifadə  ilə  zarafat  elədi,  sonra 
ikimiz oturub mənim məhz onun üçün, qəhrəmanını onu düşünüb 
yazdığım pyesi müzakirə elədik. Oxumuşdu çox xoşuna gəlmişdi, 
istəyirdik tamaşanı hazırlayaq. Hər axşam da zəngləşib bu barədə 
danışırdıq. Həmin axşam da zəng eləmişdi mənə, danışmışdıq”. 
  


 
97 
Ağrı 
  
Həmin  axşam  –  Telman  Adıgözəlov  bir  qohum  toyuna  get-
mişdi,  amma  nədənsə  tez  qayıtmışdı  toydan.  Çəkilib  otağa  pyesi 
oxuyurdu. Daxildə narahatlığı vardı. Özünə yer tapa bilmirdi, Səh-
həti qaydasında  deyildi,  mənən  də  narahat  idi,  amma  bunları heç 
kimə deməmişdi, xoşlamırdı içini kimlərəsə açmağa. 
Ömür boyu kiməsə öz dərdlərini yükləməyi, bir də ailəsi  ba-
rəsində danışmağı xoşlamazdı. Nə vaxt zəng edərdin, evdə dəstəyi 
də  özü  qaldırardı.  Şikayət  də  etməzdi  nə  səhhətindən,  nə  daxili 
problemlərindən,  amma  simasından  hiss  olunurdu  ki,  içində  tə-
latüm  var  bu  adamın,  bu  adamın  haqqı  tapdanır.  Çünki  heç  vaxt 
kiminsə  çaldığı  havaya  oynamazdı,  öz  musiqisi,  sümüyünün  öz 
ritmi vardı, süni havalara girməzdi. 
Oğlu  Tural  danışır:  “O  gün  atamın  adi  günlərindən  biriydi. 
Həm də həmin gün səhhətində də bir nasazlıq olmamışdı, ağrıma-
mışdı.  Mən  məşqdən  qayıtmışdım.  Yorulmuşdum  deyə  bir  az  tez 
yatmışdım.  Bir  az  keçəndən  sonra  atam  yanıma  gəldi.  Soruşdu: 
“Özünü  necə  hiss  edirsən?  Xəstə  zad  deyilsən  ki?”  Dedim:  “Yox, 
yaxşıyam. Sadəcə bir az yorulmuşam.” Vəssalam, bu, bizim son da-
nışığımız oldu. Bir də gecə saat 4-ə işləmiş anamın səsinə oyandım. 
Uca səslə atamı çağırırdı. Tez onların otağa getdim, gördüm atam 
xırıldayır, elə bil boğazında nəsə qalıb. Biz əvvəl elə bildik ki, yu-
xuda  təngnəfəs  olub.  Başladıq  silkələməyə  ki,  yuxudan  ayılsın. 
Amma gördük yox, düşündüyümüz deyil. Artıq rəngi də qaralmış-
dı. Demə, can verirmiş, biz də bilmirik. Çünki indiyə qədər elə şey 
görməmişdik. Təcili yardıma zəng vurduq. Nə olduğunu aydınlaş-
dıra  bilmədilər.  Təzədən  ikinci  təcili  yardım  briqadasını  çağırdıq. 
10  dəqiqədən  sonra  ikincisi  gəldi.  Təzyiqini  ölçdülər,  sonra  da 
elektroşok elədilər. Amma xeyri olmadı. İki-üç dəfə elədilər, sonra 
dedilər keçinib. Elə xırıldayaraq canını tapşırdı. Nə bilim, yəqin bu 
da belə taledir”. 


 
98 
2010-cu ildə aprelin 15-i gecə teatr sənətimiz Telman Adıgö-
zəlovu,  yüzlərlə,  minlərlə  tamaşaçı  öz  sevimli  aktyorunu,  ailəsi 
arxa – dayağını, əzizini itirdi. 
Sən demə ürək damarlarında tromblaşma gedirmiş, onu kar-
dioqrama göstərmir, daha müasir aparatlar göstərir, vaxtında düz-
gün  diaqnoz  qoyulsaydı,  yüngülvari  müalicəsi  varmış,  həkim  isə 
ostroxondrozdan müalicə edib onu. Allah hamımızı pis həkimdən 
qorusun. 
  
 
Vida 
  
Xalq  artistinin  ailəsi  nə  qədər  gözlədi,  rəsmi  instansiyaların 
səsi  çıxmadı.  Yalnız  yas mərasiminə  gələn  Mədəniyyət və  Turizm 
Nazirliyinin  işçiləri  bəyan  etdi  ki,  Fəxri  Xiyabanda  yer  olmadığı 
üçün  aktyoru  ailəsi  harda  istəsə  orda  dəfn  edə  bilər.  Çalışdığı 
səhnədən isə vida mərasimi olmayacaq, çünki teatrda təmir gedir. 
Onu  sevənlər  Telman  Adıgözəlovu  yaşadığı  mənzildən  son 
evinə  -  Fatmayi  məzarlığına  qədər  yola  saldılar.  Yol  boyu  insan 
axını gedirdi onun tabutunun arxasınca. Hamı onu 57 yaşında itir-
məyin  təəssüfünü  yaşayırdı  o  gün  də,  ondan  sonrakı  günlər,  illər 
ərzində də, indi də. 
Yas mərasimlərinin xərcini dövlət özü çəkdi, məzarının üstü 
də dövlət vəsaiti ilə götürüldü. 
Qızının  sənədlərini  özü  sağlığında  nazirliyə  təqdim  etmişdi. 
Qızı  çağırıb  işə  qoydular.  Oğlu  da  indi  Fövqəladə  Hallar  Nazirli-
yində işləyir. 
İki  il  sonra  qızı  ailə  həyatı  qurub,  artıq  bir  övladı  dünyaya 
gəlib. Telman Adıgözəlov həyatdan köçəndə oğlu nişanlı idi, iki il 
sonra  evlənib.  Xanımı  Büllur  xanım  da  həmişəki  kimi  bağçada 
uşaqların  tərbiyəsi  ilə  məşğuldur,  qəlbinin  yarasına  onlarla  məl-
həm qoyur.   


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə