Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə11/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   7   8   9   10   11   12   13   14   ...   66

 
35 
vermir,  ona  görə  də  iynə-dərmanla  müalicə  alır,  antibiotiklərsə 
orqanizmi həm də zəif salır. 
Bu  tale  və  yaşam  mücadiləsində  sənətkarımızın  arxasında, 
yanında  olaq,  ayağının  altında  başı  aşağı  vəziyyətdə  quyu  qazan 
halda  yox.  Ondan  tezliklə  sağalıb  kinomuza qayıtmasından  başqa 
heç nə tələb etməyək.  Bu ona ən böyük köməyimiz olar. 
   


 
36 
S
S
S
e
e
e
r
r
r
r
r
r
o
o
o
z
z
z
,
,
,
 
 
 
s
s
s
ə
ə
ə
h
h
h
n
n
n
ə
ə
ə
 
 
 
s
s
s
e
e
e
v
v
v
g
g
g
i
i
i
s
s
s
i
i
i
,
,
,
 
 
 
d
d
d
ö
ö
ö
r
r
r
d
d
d
 
 
 
d
d
d
ə
ə
ə
f
f
f
ə
ə
ə
 
 
 
y
y
y
a
a
a
y
y
y
ı
ı
ı
l
l
l
a
a
a
n
n
n
 
 
 
ö
ö
ö
l
l
l
ü
ü
ü
m
m
m
 
 
 
x
x
x
ə
ə
ə
b
b
b
ə
ə
ə
r
r
r
i
i
i
 
 
 
 
 
 
 


 
37 
 
 
 
 
60-cı  illərin  əvvəllərində  televiziyada,  əsasən,  uşaq  verilişlərində 
gülərüz,  şən,  çılğın  bir  oğlan  uşağı  görünməyə  başlayıb.  Üzündə  şeytan 
tükü varmış kimi onu kim görürmüşsə, dərhal ekran qarşısında sehrlənib 
qalarmış və özündən asılı olmadan simasında təbəssüm yaranarmış.  
 
 
Yaşar Nurinin Buratinodan  başlayan “macəraları”  
 
Bir  gün, iki  gün…  Bu  oğlan efir  ulduzuna  çevrilməyə başla-
yır.  Tamaşaçının gözü ekranda həmişə onu axtarır. Bu kim olar? – 
deyə  dillərdə  suallar  dolanır.  Kimin  oğludur,  görəsən?    Bəziləri 
deyir Fazil Salayevə çox oxşayır, yəqin onun oğludur, digərləri ta-
mam  başqa  bir  sənətkarın  oğludur,  yaxud  filan  yazıçının  qohu-
mudur – deyir. Məktəblərdə həmyaşıdları özlərini ona bənzətməyə 
çalışırdılar,  tellərini  onun  kimi  darayır,  onun  mimikalarını  yam-
sılayırdılar.  
İllər  keçir,  televiziyaya  ilk  dəfə  Buratino  obrazı  ilə  çıxan  və 
elə Buratino kimi  simasından gülüş və səmimiyyət əksilməyən, ta-
maşaçısını da öz müsbət aurasına alıb aparan bu oğlan uşağı böyü-
dükcə  daha  çox  efirlərə  yaraşır,  daha  çox  arzu  edilirdi.        Böyü-
dükcə    efirdəki  rolu  da  böyüyürdü,  uşaq  verilişlərindən  böyük 
verilişlərinə  keçirdi.  İndi  daha  çox  əyləncəli  proqramlardakı  səh-
nəciklərdə oynayırdı. O, tərəf müqabilləri olan böyük aktyorlardan 
zərrə  qədər  geri  qalmırdı,  hətta  onların  arasında  belə  fərqlənir, 
seçilməyə başlayırdı.  
 
 
 
 
 


 
38 
Məsələ sosiskada deyil e...  
 
Artıq  indiki  İncəsənət  və  Mədəniyyət  Universitetinin  tələbə-
lik  illəri  arxada  qalmışdı.    Həmin  cəlbedici,  balaca  oğlan  kinolara 
çəkilirdi,  teatr  tamaşalarında  oynayırdı,  kifayət  qədər  tanınan  və 
sevilən bir aktyor  idi.   
1982-ci ilin dekabr axşamında,  o vaxtkı “Kommunist” nəşriy-
yatında  işləyən  dostu  İlham  Rəhimli  ona  zəng  edir  ki,  sənə 
“əməkdar artist” fəxri adı verilib: “Qəzetdə siyahıda adını öz göz-
lərimlə oxudum, qəzet çapa gedir, sabah özün də görəcəksən”.  
Aktyor sevincindən sabahı gözləyə bilməyib, nəşriyyata gəlir. 
Çap prosesində olan qəzetin hazır səhifəsini götürüb baxır və sənə 
muştuluğa bir fransız köynəyi məndə -  deyir. Sonra birdən  gözləri 
dolur, rəngi tutulur: “Yazıq atam neçə il səhnədə külüng vurdu, bir 
quru ada da həsrət qaldı”.  
Səhər  çalışdığı  teatrda  da  onu  hamı  təbrik  edirdi,  amma 
axşamdan  tutulan  siması  açılmırdı  ki,  açılmırdı.  “Atam  Vücudun 
halal payı mənə düşdü”-deyir.  
Teatr aləmində    Vücud ləqəbi   ilə  tanınan  aktyor  onun  atası 
Məmmədsadıq  Nuriyev,  onun  oğlu  isə  hamının  sevimlisi  aktyor 
Yaşar  Nuru  idi.  Bu  həmin  Məmmədsadıq  Nuriyevdir  ki,  Musiqili 
Komediya, indiki Milli Dram Teatrlarında çalışmaqla bahəm, həm 
də  çox  sayda  Azərbaycan  filmlərində  qısa,  epizodik  obrazlar 
canlandırıb. Məsələn, “Uşaqlığın son gecəsi”ndə dostundan iki kilo 
sosiska təvəqqəsində olan Davud obrazını xatırlayın.  
“Nə vaxt demisən ki, Davud,  köpəyoğlu, al, bu iki kilo sosis-
kanı sənin üçün gətirmişəm. Özümün pulum var, alaram da, amma 
sən  gətirsən,  deyərəm  dostum  gətirib.  Məsələ  sosiskada  deyil  e, 
məsələ  “vnimatelni” olmaqdadır”.   
Sənətkarlar üç cür  olur – birincilər xalqın da yaddaşında qa-
lır, xalq artisti fəxri adını da qazanır. İkincilər nə xalqın yaddaşında 
qalır,  nə  də  fəxri  ad  üzü  görürlər,  üçüncülər  fəxri  ad  üzü  görmə-
sələr  də  xalqın  yaddaşında  həmişəlik  həkk  olunurlar.  Onların  adı 
gələndə  kimsə  hər  hansı  bir  obrazından  sitat  gətirməklə  onu  xa-


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə