Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə5/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   2   3   4   5   6   7   8   9   ...   66

 
15 
Şöhrət  bəzən  insanın  gözünü  elə  tutur  ki,  bu  şirin  “pərdə”-
dən  başqa  heç  nəyi  görə  bilmirsən.  Görə  bilmirsən  ki,  sənin  hə-
yatında  başqa  dəyərlər  var.  Onları  gözdən  qoysan  sadəcə  itirə 
bilərsən, övlad kimi, həyat yoldaşı kimi, ailə kimi dəyərləri. Onlar 
qayğısızlıqdan, sevgisizlikdən yanlış istiqamətlərə düşə bilərlər.  
Səyavuş  Aslan  Ofeliyası  ilə  bir  evdə  iki  yad  adamlar  kimi 
yaşayırdılar.  Gecələdiyi  doğma  teatr  da,  vəzifə  də  beləcə  əldən 
getdi.  İndi  onu  nə  gözləyir?  Üstəlik  insanların  etibarsızlığı.  Ən 
yaxın dost onun kreslosunda və bir vaxtlar ciblərinə pul qoyduğu, 
problemlərini həll etdiyi həmkarları həmin dostun ətrafında. 
Bundan ağır stress ola bilərdimi?  
Bir vaxtlar üzündən gülüş əksik olmayan insan beləcə aqres-
siya  ilə  yüklənir.  Milli  Dram  Teatrına  onu  uşaqlıq  dostu,  həmin 
vaxtlar  teatrın  rəhbəri  olan  Həsənağa  Turabov  gətirir.  Bu  teatrın 
səhnəsində  də  maraqlı  obrazlar  imza  atırdı  Səyavuş  Aslan,  amma 
insan  hamıya  qarşı  aqressiya  ilə  yüklənmişdi.  Teatrda  onu  sevən 
çox  az  adam  olardı,  çünki  heç  kimə  xoş  münasibət  göstərmirdi, 
onda  xoş  əhval  qalmamışdı.  Yalnız  çox  az-bir  neçə  adam  bunları 
bilirdi və Səyavuş Aslanın əslində çox kövrək qəlb sahibi olduğunu 
dəyərləndirib ona münasibətini dəyişmirdi. 
Əgər  həmin  vaxtlar  bu böyük  sənətkarın  içinə  aqressiya,  in-
sanlara inamsızlıq, qəzəb hakim kəsilmişdisə, illər ötdükcə qəlb öz 
sözünü  deyirdi,  kövrəkləşir,  həzinləşir,  günahları  üçün  özü  öz 
qarşısında  hesabat  verirdi.  Hesabat  zamanı  isə  heç  kim,  hətta 
insanın  öz  məni  belə  onu  bu  günahları  eləməsinə  gətirib  çıxaran 
səbəbləri araşdırmır, haqq qazandırmır, sadəcə mühakimə edir. 
Belə çıxır ki, nə həyatda bir işin sahibi olmadın – ata, ər, oğul 
kimi.  Nə  də  səhnədə  olmaq  istədiyin  kimi  ola  bilmədin.  Niyə  ya-
şadın, nə dedin, kim oldun? - bu sualları hər gün özünə verir, göz 
yaşlarını  qəlbinin  çatlarına  axıdırdı.  Bəzənsə  o  göz  yaşları  elə 
efirdəcə özünü büruzə verirdi. Xüsusən də ailəsinə-həyat yoldaşına 
münasibətinə görə özünü günahkar bilirdi, qınayırdı. Ofeliya üçün 
hər  şey  edirdi,  bəlkə  günahını  yuyar  deyə  bazarlığına  qədər  da-


 
16 
şıyıb  yaşadıqları  eyni  mənzildəki  otağına  gətirərdi,  amma  qadın 
qəlbi bağışlamırdı ki, bağışlamırdı. 
Ömrünün  axırına qədər də  belə  oldu,  o, bunu,  bu  da  özünü 
bağışlamadı. 
Beləcə  xanımından  sonra  yaşadığını  da  saya  almayan,  öm-
ründən  hesab  etməyən  bir  kişi,  sənətkar  sakitcə,  səssiz-səmirsiz, 
təəssüfsüz,  göz  yaşısız  köçdü  həyatdan.  Soyuq,  boş  divarlar  ara-
sından əbədi soyuq torpağa köç etdi. 
Yayın əvvəlində, iyunun 27-də həyatdan bir müharibə uşağı, 
talesiz ata, ər, etibarsızlıqdan sarsılan dost, potensialını tam göstərə 
bilməyən, dəyərini özü ilə aparan sənətkar getdi. Kiminsə qəlbində 
sadəcə  həzin,  xoş  xatirəsi  qaldı,  sadəcə  qoyub  getdiyi  obrazlarla... 
Kimsə  ondan  bir  də  olmayacaq  dedi.  Əksəriyyət  isə  ...  Heç  “təəs-
süf” belə demədi. 
 


 
17 


 
18 
B
B
B
a
a
a
k
k
k
ı
ı
ı
d
d
d
a
a
a
n
n
n
 
 
 
n
n
n
a
a
a
m
m
m
u
u
u
s
s
s
u
u
u
 
 
 
ü
ü
ü
s
s
s
t
t
t
ə
ə
ə
 
 
 
g
g
g
e
e
e
d
d
d
ə
ə
ə
n
n
n
 
 
 
s
s
s
ə
ə
ə
n
n
n
ə
ə
ə
t
t
t
k
k
k
a
a
a
r
r
r
 
 
 
 


 
19 
 
 
 
 
"Bakı  həyatımı,  kino  yaradıcılığımı  məhəbbətimə  qurban 
verməli oldum" 
  
"Sərt  Mixaylo  siması  heç  vaxt  dönüb  lirik  Məcnun  ola  bilməz",  - 
dedilər.  Rejissor  inadından  dönmədi,  çünki  seçdiyi aktyorun  potensialını 
duyurdu.  Söhbətin  mövzusu  nə  Sovet  İttifaqı  Qəhrəmanıdır,  nə   lirik 
qəhrəman. Bu dəfə özüdür - Nodar Şaşıqoğlu.   
  
 
Əslən türk olan ata Şaşıqoğlu 
 
Batuminin Türkiyə ilə sərhəd olan kəndində İzzət Rəcəb oğlu 
Şaşıqoğlu adlı bir keçmiş çar zabiti olub. Onun anası azərbaycanlı, 
atası  acar,  bir  babası  türk,  nənəsinin  biri  rus  imiş.  Bu  keçmiş  rus 
zabitinin  xanımı  gürcü  idi,  onun  anası  rusdu,  ata  nənəsi  tərəfdən 
isə turklərlə qarışığı vardı. 
Nodar bu ailədə dünyaya gəlib.  Repressiyaya uğramış məş-
hur Azərbaycan aktyoru Ülvi Rəcəb Nodarın əmisi idi. 
Nodarın  atası  1914-cü  ildə  rus-türk  müharibəsində  vuruşan 
zaman  Ülvi  balaca  imiş.  Onun  üstündə  əsirmişlər  ki,  evin  sonbe-
şiyi, həm də son ümididir. Sən saydığını say, gör fələk nə sayır. Bu 
qədər  qorunan  qardaş  gənc  yaşlarında  repressiyaya  uğraycaqmış. 
Tale... 
Türk  ola-ola  rus  ordusu  tərəfdə  vuruşmalı  olan  İzzət  Şaşıq-
oğlu  birinci  və  ikinci  dərəcəli  "Georgi"  ordenli  ştabs-kapitan  idi. 
Kapitanın  parlaq  hərbi  karyerası  olub.  Rusiyada  vətəndaş  müha-
ribəsi gedən zaman isə istefaya çıxmışdı, nə "qırmızılar", nə də ağ 
qvardiyaçılar  tərəfdə  vuruşub.  Sovet  dövründə  Stalin  repressiya-
larından onu xilas edən də elə bu fakt olub.  
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə