Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix28.06.2018
ölçüsü0,88 Mb.
#52212
1   2   3   4   5   6   7   8   9   10

18 

 

                 Sevgi vardır oxudur qəlbidə bülbüllərini, 



                 Böylə bir sevgi mənim ruhumu oxşar kimidir. 

                 Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür

                 Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu. 

                 Sevgi vardır ki, düşər yerlərə daim sürünür, 

                 Öylə bir sevgi də min dürlü xəyanətlə dolu. 

                 Sevgi vardır ki, bahardan bizə güllər gətirir 

                 İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar. 

                 Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar. 

     Həqiqətən də hər bir ölkənin inkişafında ən böyük rollardan 

birini  onun  mənəviyyatı  oynayır.  Tanrıya  şükürlər  olsun  ki,  o 

mənəvi irsi bizə M.Müşfiq kimi şairlərimiz qoyublar. Gənclərin 

üzərinə  düşən  vəzifə  isə  bizə  əmanət  olunmuş  mənəvi  irsi 

öyrənməkdən,  ruhumuzu  o  mənəvi  irslə  tərbiyələndirməkdən 

ibarətdir.  Hazırda  dünya  alimləri  eksperimentlər  aparıblar  və 

sübut olunub ki, uşaqlıqdan mənəvi aclığı doydura bilən vətən, 

ana  haqqında,  ümumiyyətlə,  sevgi  ilə  bağlı  şeirləri  oxuyaraq 

böyüyən uşaqlarla, adi uşaqlar arasında kəskin şəkildə fərq olur. 

Belə  ki,  birincilər  həyata  daha  yumşaq  baxır,  cinayət 

əməllərindən,  dələduzluqdan,  ədalətsizlikdən  uzaq  həyat 

yaşayırlar.  Bu  səbəbdən  də  M.Müşfiq  kimi  şairlərimizin 

şeirlərini nə qədər tez-tez oxusaq və uşaqlarımızı da körpəlikdən 

bu  ruhda  tərbiyə  etsək,  onların  da,  özümüzün  də  sağlam 

gələcəyini təmin etmiş olarıq. 

     Kitabxanada  yubileylə  bağlı  müxtəlif  tədbirlər  keçirilməsi 

məqsədəuyğundur.  Oxucuları,  məktəbliləri  maarifləndirmək 

adına kitabxanaçı məktəblərlə birgə mütəmadi tədbirlər keçirir. 

Belə tədbirlərdən biri də “Mikayıl Müşfiq və dünya ədəbiyyatı” 

adlı  məktəblilərlə  söhbət  adlanır.  Kitabxanaçı  məktəbin  oxu 

zalına  toplaşan  oxuculara  nakam  şair  M.Müşfiq  haqqında 

məlumata keçid verir.  



Kitabxanaçı: Mikayıl Müşfiq Nizami, Nəsimi, Natəvan, Vaqif, 

Hadi, Cavid kimi görkəmli söz ustadlarından söz öyrənsə də, ən 

çox  sevdiyi  şair  Füzuli  və  Sabir  idi.  Füzulidən  sənətkarlıq 



19 

 

sirlərini öyrənən şair onun adını şeirlərində tez-tez çəkmiş, dahi 



sənətkardan böyük məhəbbətlə bəhs  etmişdir. “Teyflər keçidi” 

adlı poemasında Sabirin obrazını yaratmış, bundan başqa böyük 

Azərbaycan satirik şairinə ayrıca şeir də həsr etmişdir.  

     Mikayıl Müşfiq doğma klassiklərlə yanaşı türk və fars klassik 

şeirlərindən də faydalanmışdır. Dahi türk şairi Əbdülhəq Həmid 

başda olmaqla Tevfik Fikrət, Rza Tevfik, Yəhya Kamal, Orxan 

Seyfi, Faruq Hafiz, Nəcib  Fazil kimi mütərəqqi  ruhlu şairlərin 

yaradıcılığına  hörmətlə  yanaşırdı.  Professor  Əkrəm  Cəfərə  

1929-cu  ildə  yazdığı  məktubunda  XX  əsr  türk  şairlərindən 

məhəbbətlə  bəhs edir. Dahi  fars şairi Firdovsinin “Şahnamə” 

dastanını və dünya şöhrətli  Ömər Xəyyamın  rübailərini yüksək 

sənətkarlıqla  tərcümə  etməsi  Müşfiqin  İran  şairlərinə  olan 

ehtiramını təsdiq edir. Xatirələrdən öyrənirik ki, Mikayıl Müşfiq 

fars dilini yaxşı bilirdi. Məhz buna görə də onun tərcümələri bu 

gün  də  öz  bədii  təravətini  saxlamaqdadır.  Ömər  Xəyyamın  

rübailəri onun tərcüməsində daha gözəl, daha dəqiq, daha poetik 

səslənməlidir. Müşfiqin klassik Şərq poeziyası incilərinin böyük 

bir  qismini  hafizəsində  yaşatması  barədə  də  az  yazılmamışdır. 

Şairin  müasirlərinin  yazdığı  xatirələrdən  öyrənirik  ki,  o, 

Füzulinin, Vaqifin, Hamidin, Fikrətin, Hadinin, Cavidin onlarla 

şeirini  əzbər  söyləməklə  zövq  alırdı.  Otuzuncu  illərin  vulqar 

sosiologizm  nəzəriyyəsinə  uyan  gənc  qələm  sahibləri  ilə 

barışmayan  Müşfiq klassik irsə arxa çevirənlərə qarşı çıxırdı. 

1932-ci  ildə  qələmə  aldığı  “Yeni  il”  başlıqlı  silsilə  şeirlərində  

Füzuliyə xor baxanlara üzünü tutub deyirdi:  

                 Utanmazmı Füzulinin  adını çəkən 

                                    özü bir heçkən.. 

                ... “Qızaran ulduzların şairi” 

                Hanı sənin dörd yüz sənə 

                                  dönə-dönə  

                Yaşayacaq dastanın? 

                Gəl çəkmə özünü yuxarı, 

                O düha qartalının qanadları 



20 

 

                Bu gün belə çırpınır   



                Qaralan qaşlarda, 

                Dağlarda, daşlarda. 

                ... Yazalım, özümüzü əyməyəlim 

               Füzuliyə “dəyməyəlim!” 

     Klassik şərq poeziyasına dərin məhəbbət bəsləyən şair Qərbi  

Avropa  ədəbiyyatına  da  maraq  göstərirdi.  Onun  şeirlərində 

dünyanın  bütün  xalqlarına  böyük  rəğbət,  ədəbiyyatına  da 

məhəbbət vardı. Dahi rus şairi A.S.Puşkinə bəslədiyi sevgi onu 

Bayronla maraqlandırmışdı. “Şair və vətəndaş” poemasındakı: 

               Bayron da sevmişdi bu təbiəti,  

               İldırım hiddəti, bulud riqqəti. 

               Onun da şeirində çaxdı, ağladı,  

               O da, bu şeylərə baxdı, ağladı. 

     Kimi  misralar  şairin  Bayron  sənətindən  xəbərdar  olduğuna 

sübutdur. Bunu da nəzərə almalıyıq ki, şairin  yaşadığı  dövrdə  

dahi  ingilis  şairinin  əsərləri  ana  dilimizə  hələ  çevrilməmişdi. 

Deməli,  Müşfiq  Bayronun  şeirlərini  yalnız  rus  dilində  oxuya 

bilərdi.  Onun  şeir  şəkilləri  Şərq  və  Qərb  poeziyasının 

sintezindən  doğmuşdur.  Məhz  belə  bir  geniş  diapazona  malik 

olmaq Müşfiqi novator şair səviyyəsinə gətirib çıxarmışdır.         

     Mikayıl  Müşfiqi  və  onun  əsərlərini  oxuculara  tanıtmaq 

məqsədilə  kitabxanada  bir  çox  tədbirlər  keçirmək  olar.  Bu 

məqsədlə kitabxanaçı bir neçə məktəblə sıx əməkdaşlıq edir. O 

şagirdləri, xüsusən də, yuxarı sinif şagirdlərini kitabxanaya cəlb 

etməklə  şairin  əsərləri  ilə  tanış  edir.  Kitabxanaya  abunə  olan 

şagirdlər Mikayıl Müşfiqin əsərlərini  oxuyur, onun yaradıcılığı 

ilə  yaxından tanış olurlar. Bu vaxt  ərzində kitabxanaçı məktəb 

şagirdləri ilə

 

Mikayıl Müşfiqin bir sıra hekayələrini səhnələşdirə 



bilər.  Tədbiri  ilk  olaraq  kitabxanaçı  açıq  elan  edir  və  şair 

haqqında  məlumat  verir.  Tədbir  “Müşfiqin  uşaqlara 



məhəbbəti” başlığı altında keçirilir. 


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə