Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix28.06.2018
ölçüsü0,88 Mb.
#52212
1   2   3   4   5   6   7   8   9   10

24 

 

I iştirakçı: Hamımızın sevə-sevə oxuduğu və dinlədiyi sətirlər 

müəllifi şair Mikayıl Müşfiq qısa ömrünə baxmayaraq, maraqlı 

və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin iz qoyub.  Mikayıl 

Əbdülqadir  oğlu  İsmayılzadə  1908-ci  il  iyunun  5-də  Bakıda 

ziyalı  ailəsində  dünyaya  göz  açıb.  Atası  “Səadət”  məktəbində 

müəllimlik edib, şeirlər yazıb.  

     1931-ci  ilin  mayında  Müşfiq  Azərbaycan  Dövlət  Pedaqoji 

İnstitutun buraxılış gecəsində Dilbər adlı  qızla tanış olur. Ona 

olan  sevgisi  şairi  yeni  lirik  şeirlər  yazmağa  ruhlandırır. 

Gənclərin toyu 1933-cü ilin yayında olur. Müşfiqin çox sevdiyi 

Rəsul  Rza  və  Nigar  Rəfibəyli  bir  neçə  gün  sonra  onları  təbrik 

etməyə  gəlir. O vaxt R.Rzanın xəyalına belə  gəlməzdi ki, illər 

ötdükdən sonra bu gənc oğlanın xatirəsinə “Qızılgül olmayaydı” 

poemasını yazacaq. Hüseyn Cavid, Mirzə İbrahimov, Süleyman 

Rüstəm,  Sabit  Rəhman,  İsrafil  Nəzərov  bu  evin  çox  sevilən 

qonaqlarından olublar...  

II iştirakçı:  Boş vaxtlarında tar çalmağı sevən M.Müşfiq tarzən 

Qurban Pirimovla da dostluq edib. Bir dəfə Q.Pirimov onlarda 

olanda şair tara həsr etdiyi “Nə deməkdir” adlı şeirini oxuyub. 

Bundan  təsirlənən  tarzən  “Yetim  segahı”  səsləndirib. 

Hamımızın sevdiyimiz “Oxu tar!” şeirini də Müşfiq həmin gün 

o  melodiyanın  sədaları  altında  yazıb.  Bu  o  günlər  idi  ki, 

Azərbaycanda  tarın  qadağan  edilməsi  ilə  bağlı  fikirlər 

səsləndirilirdi...  

    M.Müşfiqin  heyrətamiz  hafizəsi  var  idi.  Rus  tərcüməçisi, 

məşhur  şair  Yaroslav  Smelyakov  onun  haqqında  yazıb: 

“...Müşfiq  –  poetik  temperamenti  sönməyən  insandır,  o,  yeni 

poetik və təsvir vasitələri və formalarını  yorulmadan axtarırdı. 

Yekunda  “Sındırılan  saz”  poeması  kimi  incini  yaradıb...  O 

tələsirdi,  taleyin  ona  az  ömür  payı  verdiyi  sanki  ürəyinə 

dammışdı”.  

     30-cu  illərin  sonunda  sanki  ədəbi  tənqid  birbaşa  Müşfiqə 

qarşı  yönəlmişdi.  Bu  elə  belə  deyildi,  çünki,  dövrün  böyük 



25 

 

ədibləri Müşfiqə böyük dəyər verirdilər. Böyük Hüseyn Cavid 



əfəndi Müşfiqi “Gələcək şeirimizin tacidarı”, müasirləri isə onu 

dövrün  Füzulisi  adlandırırdılar.  S.Vurğun  isə  deyirdi  ki,  məni 

yalnız  Müşfiq  keçəcək  və  s.  Təbii  ki,  bədxahların  bu  fikirləri 

qısqanclıq  yaratdığından  şair  yerli-yersiz  tənqid  atəşinə 

tutulurdu.  Bu  zaman  onları  dəf  etmək  üçün  Müşfiq  Stalin 

haqqında  şeir  yazır.  Məzmununa  poetik    ruhuna,  sənətkarlıq 

meyarlarına görə bu şeir o dövrdə Stalinə həsr olunmuş bütün 

əsərlərdən üstün hesab olunur. 

Cahan dairəsi bir üzük kimi    

Üstünün ən böyük gövhəri sənsən 

Tarixin darısqal keçidlərində  

Bəşərin xilaskar rəhbəri sənsən!.. 

     Bir  müddət  bu  şeirdən  sonra  Müşfiqə  qarşı  olan  hücumlar, 

ədəbi tənqid səngidi. Lakin zaman şairin əleyhinə işləyirdi.  

     Saf  qəlbli  şair  mətbuatda  haqqında  çıxan  təhqir,  böhtan       

dolu  kəskin  tənqidi  məqalələrdən  çox  mütəəssir  olurdu.  Məhz     

bu  qəbil  məqalə  və  yazılar,  çıxışlar  Müşfiqin  ölümünə                  

hökm  oxunmasına,  onun  qətlə  yetirilməsinə  rəvac  vermişdir. 

Yazıçıların  növbəti  plenumunda  M.Müşfiqə  əksinqilabçı 

damğası  vuruldu.  O,  əksinqilabi  milli  təşkilatın  üzvü,  sovet 

hakimiyyətinə qarşı silahlı üsyana hazırlıqdan xəbərdar olmaqda 

ittiham  edildi.  M.Müşfiqi  1937-ci  il  iyunun  4-də  evində  həbs 

etdilər.  Həbsdən  qabaqkı  axşam  oxucuları  ilə  görüşdən  gec 

qayıdan  şair  evdə  onu  gözləyən  Dilbərin  yanına  tələsdiyindən 

yaxınlıqda  dayanan  qara  maşına  fikir  verməmişdi.  Müşfiq 

mənzilinə  daxil  olduqdan  sonra  qapının  zəngi  çalındı...  Gələn 

adamlar  M.Müşfiqi  heç  yaxınları  ilə  də  vidalaşmağa 

qoymadılar.  

     1938-ci il yanvarın 5-də SSRİ Ali Məhkəməsinin hərbi səhra 

kollegiyasının  20  dəqiqəlik  məhkəmə  iclası  M.Müşfiqin 

barəsində güllələnmə qərarı verdi. Hökm bir neçə saatdan sonra 

– yanvarın 6-na keçən gecə icra olundu.  ...Bədxahlar elə bildilər 




26 

 

ki,  Mikayıl  Müşfiqi  fiziki  məhv  etməklə  onu  xalqın 



yaddaşından,  bütövlükdə  Azərbaycan  ədəbiyyatı  tarixindən 

siləcəklər.  Lakin...  yanıldılar.  Əksinə  Müşfiq  yaşadı,  xalqın 

yaddaşında  əbədilik  qazandı.  29  yaşlı  Müşfiq  sanki  80-100  il 

ömür  sürmüş  bir  ədib  qədər  ədəbi  irsini  bizə  miras  qoydu...  

Əslinə  qalanda  Müşfiq  bu  günü  gözləyirdi,  o  dövrün                     

ab-havasından bunu duymuşdu. Hətta şeirində bu haqda deyirdi: 

            Mən gəncəm, bilirəm istiqbalım var, 

            Hələ bədr olmamış bir hilalım var. 

            Yelkənim açılır, qara yel əsmə, 

            Mənim bu dünyada bir sandalım var. 



III iştirakçı: Təkcə Müşfiq özü yox bütün ailəsi repressiyanın 

qurbanına çevrildi. Həyat yoldaşı Dilbər Axundzadə tək adamlıq 

kamerada ağır işgəncələrdən sonra əsəb sarsıntısı keçirdi, ruhi 

xəstəxanaya  yerləşdirildi.  Bacısı  Böyükxanım  onu  aparmağa 

gələn NKVD işçilərindən bəhanə ilə aralanaraq mətbəxə keçib, 

üstünə ağ neft tökərək odlamış və həlak olmuşdur. Kiçik bacısı 

Balacaxanım  isə  istintaq  zamanı  müstəntiqin  həqarətlərinə 

dözməyərək,  masadaki  su  qrafinini  onun  başına  çırpmış,  həbs 

edilərək  sürgün  həyatı  yaşamağa  məhkum  olunmuşdur. 

Bəraətdən sonra psixoloji durumda tək ömrünü başa vurmuşdur. 

Bu,  bir  ailənin  faciəsi,  repressiyanın  günahsız  qurbanları 

deyilmi?... 



IV  iştirakçı:  Deyirlər  ki,  həyatının  ən  son  saatlarına  qədər  o, 

ölümünə inanmayıb.  Həyat  yoldaşı Dilbər xanım xatırlayır ki, 

onların  həbsxanada  son  görüşündə  Müşfiq  kədərli  halda 

ölümqabağı hisslərini gizlətməyə çalışaraq deyib: “Sən narahat 

olma.  Əvvəl-axır, tez ya gec hər şey aydınlaşacaq. Biləcəksiniz 

ki, bizim heç nədə təqsirimiz olmayıb...”  

     Lakin  bu  təxminən  20  il  keçəndən  sonra  baş  verdi.  Beləki, 

ölkə  şəxsiyyətə  pərəstişin  dəhşətindən  özünə  gəldi  və 

Azərbaycanın  məşhur  yazıçıları  M.Müşfiqin  işinə  yenidən 

baxılması barədə müraciət etdilər. 1956-cı il mayın 23-də SSRİ 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə