Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix28.06.2018
ölçüsü0,88 Mb.
#52212
1   2   3   4   5   6   7   8   9   10

27 

 

Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən Mikayıl 



Əbdülqədir oğlu İsmayılzadə bəraət qazandı.   

     Əlbəttə, repressiya tufanının apardığı yazıçı və şairlərdən heç 

kəs silahlı üsyan hazırlamamışdı. Lakin böyük həqiqət ondadır 

ki,  onlar  Azərbaycan  Xalq  Cümhuriyyətinin  qısa  dövründə 

azadlığın  sevincini  dadmışdılar  və  vətənin  müstəqilliyini 

arzulayırdılar.  Onların  bu  arzuları  yarım  əsrdən  sonra  həyata 

keçdi. 

     Kitab  müzakirəsi  –  Kitabxanada  keçiriləcək  ənənəvi  tədbir 



forması  kimi  kitab  müzakirəsi  də  keçirilə  bilər.  Oxucuların 

istəyini  nəzərə  alan  kitabxanaçı  oxucularla  birgə  M.Müşfiqə 

həsr  olunmuş,  onun  ömür-gün  yoldaşı  Dilbər  Axundzadə 

tərəfindən  qələmə  alınmış  “Müşfiqli  günlərim”  adlı  kitabını 



müzakirə edə bilərlər. Kitabxanaçı əvvəlcə adı çəkilən bu kitab 

haqqında məlumat verir. 



Kitabxanaçı:    Qəlbdə ilk eşqin odu,  

                         Sağa-sola boylandım. 

                         Harda bülbül oxudu,  

                         Mən onu Müşfiq sandım.  

                         Ürək yandı həsrətlə,  

                         Yandırdı dağı-daşı. 

                         Qaynadı bulaq kimi 

                         Axdı gözümün yaşı. 

                         Baharım harda qaldı, 

                         Ay mənim bahar baxtım. 

                         Yadıma Müşfiq düşdü,  

                         Bağda bülbülə baxdım.  

                         Elə bildim o sənsən,  

                         Döyünən ürəyimsən. 

                         Ana Vətən qoynunda 

                         Mehimsən, küləyimsən...  




28 

 

     Dilbər  Axundzadənin  “Müşfiqli  günlərim”  adlı  xatirələr 



kitabı  1968-ci  ildə  Bakıda  nəşr  olunmuşdur.  Kitabın  son 

genişləndirilmiş nəşri 2005-ci ildə “Gənclik” nəşriyyatında işıq 

üzü görmüşdür. Bu kitabda toplanmış xatirələr ölməz şairimiz 

Mikayıl Müşfiqin ömür-gün sirdaşı, şəxsiyyətə pərəstiş illərində 

başı  müsibətlər  çəkmiş  Dilbər  Axundzadənin  könül 

çırpıntılarıdır.  “Müşfiqli  günlərim”  Dilbər  Axundzadənin 

sağlığında bir  neçə dəfə işıq üzü görmüşdür. Dilbər xanım bu 

kitabdan sonra müxtəlif dövrlərdə, məqalələr, xatirələr, şeirlər 

yazmışdır.  Bu  yazılar  da  bir  növ  “Müşfiqli  günlərim”in 

davamıdır. Kitaba filologiya elmləri namizədi Cəlal Qasımovun 

“Dilbər  Axundzadə  nə  üçün  həbs  edilmişdir?”  məqaləsi  və 

publisist Rafiq Rəhimlinin Dilbər xanımın vəfatının ildönümünə 

həsr  etdiyi  “Sən  neyçün  ağlarsan”  essesi  də  daxil  edilmişdir. 

Kitabın  ön  sözünü  yazan  Dilbər  Axundzadənin  qızı  Leyla 

Axundzadənin bu sözləri  diqqəti cəlb edir: “ Mən onun Müşfiqli 

günlərini  görməmişəm,  ancaq Müşfiqsiz günlərinin  çox şahidi 

olmuşam. Bunları yazmaq mənə nə qədər çətindirsə, deməmək, 

yazmamaq  daha  çətindir,  bağışlanmazdır.  Axı  kim  onun 

Müşfiqsiz günlərini mənim qədər yaxından seyr edib, yuxusuz 

gecələrinin,  narahat  gündüzlərinin,  Müşfiqsiz  həyatının  şahidi 

olub?  Müşfiqsizmi  dedim?  Bağışla,  ana,  bağışla!  Sən  heç 

Müşfiqsiz oldunmu, ana!?” 



Dibər xanımın xatirələrindən:  

     Müşfiq elə nadir istedad idi ki, yeddi il müddətində mən onu 

dərk edə bilməzdim. Onun coşqun qəlbinin döyüntülərini, parlaq 

zəkasını  bütünlüklə  qavramaq  üçün  uzun  illər  lazım  idi.  Mən 

Müşfiqlə keçirdiyim qısa həyatımı həmişə ömrümün bahar fəsli 

kimi  xatırlayıram.  Hər  il  bahar  fəsli  gələndə,  quşlar  səs-səsə 

verib oxuyandan mən onu baharın qoynunda axtarıram.  

                      Sanıram bülbülün cəh-cəhi səsindi

                      Güllərin  ətri də xoş nəfəsindi. 

                      O coşqun ürəyin, de, Xəzərimmi,  

                      Yoxsa şeirə olan ilk həvəsindi?! 



29 

 

     ... Bir gün Dağüstü parka gəzməyə çıxdıq.  İşıqlar qoynunda 



üzən Bakı güzgü önündə dayanıb camalına tamaşa edən gözələ 

bənzəyirdi.  

–  Dilbər,  görürsən  Bakı  axşamları  nə  füsunkar  olur?!  Bu 

gözəlliyi,  onun  hüsnünü  vəsf  etmək  şairdən  hünər  istəyir.  O, 

insan  qəlbini  eşqlə,  hərarətlə  doldurur,  ürəyini  vəcdə  gətirir.  

İstər-istəməz  sən bu gözəlliyə şeir deməli olursan. Qulaq as! 

              Sevgilim, həyata məhəbbətlə bax! 

              Bu sulu, torpaqlı dünya gözəldir. 

              Yer gözəl, göy gözəl, təbiət gözəl,  

              Asiman gözəldir, dərya gözəldir. 

              Fəqət sənin eşqin, mənim xəyalım 

              Bunların hamsından daha gözəldir.  

–  Ay  Müşfiq,  elə  bil  şeiri  qabaqcadan  yazıbsanmış,  nə  rəvan 

şeirdir.  



     Ədəbi-bədii gecə – Kitabxanada  şairdən bəhs edən  müxtəlif 

tədbirlər və eləcə də  ədəbi-bədii gecə keçirilir. Unudulmaz şair 

Mikayıl  Müşfiqin  xatirəsinə  həsr  olunmuş  “Ey  şeir  yazmaqla 

keçən  günlərim,  Siz  ki,  ən  vəfalı  günlərimsiniz!...”  adlı          

ədəbi-bədii  gecəyə  Azərbaycanın  görkəmli  ədibləri,  sənət-söz 

adamları,  oxucular,  ədəbiyyat  müəllimləri,  araşdırmaçılar,  ali 

məktəb  tələbələri,  məktəblilər  dəvət  olunur.  Qonaqlar  şairin 

şəkilləri, müxtəlif adda əsər başlıqları və şeir misraları yazılmış 

çərçivərələrlə  bəzədilmiş  zalda  öz  yerlərini  alırlar.  Şairin 

kitablarından  ibarət  kitab  sərgisi  qonaqlar  tərəfindən  rəğbətlə 

qarşılanır.  Gecənin  qonaqları  öncə  “Mikayıl  Müşfiq  haqqında 

hazırlanmış  veriliş”  in  slaydına  baxmağa  dəvət  edilir.  Gecəni 

açıq elan etmək üçün aparıcılar səhnədə öz yerini alır. Hər iki 

aparıcı  qonaqları  salamlayaraq,  onlara  gecədə  iştirak  etdikləri 

üçün təşəkkürünü bildirirlər.   

I  aparıcı:  Dəyərli  qonaqlar,  bu  il  böyük  maarifçi,  bənzərsiz 

pedaqoq,  ədəbiyyat  fədaisi,  tərcüməçi,  şair  Mikayıl  Müşfiqin 

anadan olmasının 110 illiyi tamam olur. Bu münasibətilə buraya 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə