onların hissələrinə və derivatlarına, nümunələrin Konvensiya üzvü olan və olmayan
ölkələrlə beynəlxalq ticarətinə şamil edilir.
15. Konvensiya ilə müəyyən edilmiş şərtlər bu Qaydalardan fərqli olduqda,
Konvensiyanın müddəaları tətbiq edilir.
16. Bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə müxtəlif heyvan və bitki növlərinin
daxil edilməsi və ya çıxarılması elmi orqanın rəyi və inzibati orqanın təklifinə əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
1.7. Bu Qaydalar Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş
fauna və flora növlərinə şamil edilmir.
II. İnzibati və elmi orqanların səlahiyyətləri
2.1. İnzibati orqan:
2.1.1. Azərbaycan Respublikasının ərazisində Konvensiyada nəzərdə tutulan
səlahiyyətləri icra edir və Konvensiyanın məqsədlərinin həyata keçirilməsini təmin
edir;
2.1.2. Konvensiya ilə müəyyən edilmiş qaydada elmi orqanın rəyinə əsasən
icazə/sertifikatını verir və ya verməkdən imtina edir, onlara zəruri hesab etdiyi
şərtləri qoyur, verdiyi hər hansı icazə/sertifikatını etibarsız elan edir, geri alır və
dəyişdirir;
2.1.3. nümunələrin ixracı, təkrar ixracı və idxalı üçün digər dövlətlərin inzibati
orqanları tərəfindən verilmiş və istifadə edilmiş müvafiq icazə/sertifikatı toplayır,
xətm edir və saxlayır;
2.1.4. bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş növlərin
qorunması ilə əlaqədar qanunvericiliyin icrasının təmin edilməsi sahəsində digər
müvafiq orqanlarla əməkdaşlıq edir;
2.1.5. Konvensiyanın həyata keçirilməsi ilə əlaqədar qəbul edilməli tədbirlər
barədə dövlət orqanlarına zəruri tövsiyələr verir;
2.1.6. Konvensiyanın, Konvensiya tərəflərinin konfranslarının qətnamələri və
Konvensiya Katibliyinin qərar və tövsiyələrini icra edir;
2.1.7. nümunələrin beynəlxalq ticarəti barədə illik hesabatlar hazırlayır və
Konvensiya Katibliyinə təqdim edir.
2.2. Elmi orqan:
2.2.1. nümunələrin ixracının həmin növün həyatı üçün təhlükəli olub-olmaması
barədə rəy verir;
2.2.2. hər hansı növün populyasiya şəraiti tələb etdiyi hallarda, həmin növün
ixracı üçün icazə/sertifikatının verilməsinin məhdudlaşdırılması barədə inzibati
orqana tövsiyələr verir;
2.2.3. bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş hər hansı növün
eyniləşdirilməsinə dair əyani vəsait hazırlayır;
2.2.4. götürülmüş nümunələrdən istifadə haqqında qərar çıxarılması ilə
əlaqədar rəy verir;
2.2.5. növlərin mühafizəsinə dair istənilən məsələlərlə əlaqədar inzibati orqana
məsləhətlər verir;
2.2.6. Konvensiya tərəflərinin konfransının qətnamələrində nəzərdə tutulan
vəzifələri yerinə yetirir.
2.3. İnzibati orqan bu Qaydaların müddəalarının həyata keçirilməsinin təmin
edilməsi üçün digər müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq edir.
2.4. İnzibati orqanın, habelə Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd
Xidmətinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri
qarşılıqlı əməkdaşlıq etməklə, bu Qaydaların pozulduğu hallarda, qanunvericiliyə
uyğun olaraq aşağıdakıları həyata keçirə bilərlər:
2.4.1. bu Qaydaların pozulması ilə məsuliyyət yaradan əməllərin törədilməsi
şübhə doğuran sənədləri, obyektləri, predmetləri və s. qanunvericilikdə nəzərdə
tutulmuş qaydada götürmək;
2.4.2. bu Qaydaların müddəalarının pozulması ilə saxlanılan hər hansı
nümunənin yerləşdiyi güman edilən binalara və nəqliyyat vasitələrinə
qanunvericiliyə uyğun olaraq baxış keçirmək və nümunələrə aid istənilən sənədlərlə
tanış olmaq;
2.4.3. bu Qaydaların müddəalarının pozulması ilə daşınması, əldə edilməsi və
ya alğı-satqı predmeti olması güman edilən nümunələrlə tanış olmaq;
2.4.4. qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər tədbirlər görmək.
III. İcazə/sertifikatın verilməsi qaydaları və şərtləri
3.1. Nümunələrin beynəlxalq ticarəti üçün icazə/sertifikatı almaq istəyən fiziki
və ya hüquqi şəxslər ərizə ilə inzibati orqana müraciət edirlər.
3.2. Müraciətdə fiziki şəxslərin adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq
edən sənədin surəti, hüquqi şəxslərin isə tam adı, hüquqi və faktiki ünvanı, telefon
nömrələri, habelə beynəlxalq ticarəti nəzərdə tutulan nümunələr barədə ətraflı
məlumatlar göstərilməlidir.
3.3. Konvensiyanın I, II və III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə
daxil edilmiş nümunələrin ixracı üçün icazə almaq barədə ərizəyə aşağıdakı sənədlər
əlavə edilməlidir:
3.3.1. nümunələrin Azərbaycanın hüdudları daxilində əldə edilməsi (tutulması,
vurulması, yığılması) barədə təsdiqedici sənədin surəti və dəyişmə, alğı-satqı,
bağışlama, vərəsəlik yolu ilə əldə edilən nümunələrin təbii mühitdən götürülməsinin
qanuniliyini təsdiq edən sənədlər;
3.3.2. Konvensiyanın I, habelə bu Qaydaların 1 nömrəli əlavəsinə daxil edilmiş
nümunələrin ixrac olunacaq ölkənin inzibati orqanı tərəfindən həmin nümunənin
idxalına verilmiş icazə/sertifikatın surəti;
3.3.3. elmi orqanın rəyi;
3.3.4. baytarlıq və fitosanitar normalara cavab verdiyini təsdiq edən sənədlər;