Kommunist küçəsi 6-da (İstiqlal, 6) yerləşirdi



Yüklə 453,18 Kb.
Pdf görüntüsü
səhifə18/21
tarix21.02.2018
ölçüsü453,18 Kb.
#27406
1   ...   13   14   15   16   17   18   19   20   21

Ankara  hissəsi  parlament  binasında,  birinci  mərtəbədə  olan  zalda  ayaq  üstü  yeməklə  başa 

çatmalı idi. Yəni bizim nümayəndə heyətinin məlumatı belə idi, lakin bunun ardınca da tədbir 

var imiş və bu barədə bir qədər sonra yazılacaq. 

Ayaqüstü  yemək  zamanı  nümayəndə  heyətləri  bir-birilə  təmas  qurur,  yüngül 

məsləhətləşmələr  aparır  və  lazım  gələrsə  bir  az  sonraya  yüksək  səviyyəli  görüşlər  təyin 

edirdilər. 

Burada da diqqət Elçibəydə idi. O demək olar ki, fasiləsiz olaraq ayaqüstü görüşlər keçirirdi. 

Bu  görüşlər  əsnasında  ayrı-ayrılıqda  həm  Şevardnadze,  həm  Nazarbayev,  həm  də  Ukrayna 

Prezidenti Leonid Kravçuk Elçibəyə Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşməsini 

təklif etdilər. 

Əbülfəz bəy "yaxşı, görüşərik" deyə cavab verdi. 

Bu  sözdən  sonra  Süleyman  Dəmirəlin  yanında  dayanmış  Türkiyə  Xarici  İşlər  naziri  Hikmət 

Çətin  az  qala  yüyürə-yüyürə  Ermənistan  nümayəndə  heyətinin  durduğu  səmtə  getdi.  Az 

keçmiş oradan o zamankı Ermənistan Xarici İşlər naziri Papazyanla birlikdə bizə tərəf qayıtdı. 

Bizə bir qədər qalmış Papazyan dayandı. Hikmət Çətin tək Elçibəyə yaxınlaşıb dedi ki, cənab 

Prezident, Ter-Petrosyan indi bu dəqiqə sizə yaxınlaşmaq istəyir. Əbülfəz bəy dedi ki, madam 

istəyir gəlsin. Hikmət Çətin Papazyanla birlikdə Levon Ter-Petrosyanın yanına getdilər və üçü 

birlikdə geriyə qayıtdılar. 

Onlar bizim dayandığımız  yerə  çatanda Elçibəy də L.Ter-Petrosyana  tərəf bir addım atdı və 

onlar görüşdülər. Salamlaşandan sonra Levon Ter-Petrosyan dedi ki, mən görüşün yerini və 

vaxtını müəyyənləşdirmək istəyirəm. 

Elçibəy qısa şəkildə cavab verdi ki, saat altının yarısında mənim iqamətgahımda. 

Bununla da onların görüşü bitdi və Ter-Petrosyan öz adamlarının yanına döndü. 

Saat  üçdə  ayaqüstü  yemək  başa  çatdı  və  bütün  nümayəndə  heyətləri  öz  iqamətgahlarına 

getdilər. 

Bizim  nümayəndə  heyəti  də  Azərbaycan  Prezidentinin  iqamətgahının  yerləşdiyi  "Böyük 

Ankara" otelinə döndü. 

Otelə  çatan  kimi  tamamilə  rahatlandıq.  Çünkü  saat  16.30-dan  24.00-a  qədər  olacaq  bütün 

yüksək  səviyyəli  görüşlər  .  otelin  altıncı  mərtəbəsində,  Elçibəyin  iqamətgahında  olacaqdı. 

Hətta Prezident üçün ayrılmış maşını da buraxdıq, çünki daha bir tədbirin də olduğundan heç 

kimin  xəbəri  yox  idi.  Bütün  günü  bizdən  ayrılmayan  Azərbaycanın  Türkiyə  səfiri  Məmməd 

Əliyev  rəsmi  başsağlığı  verilməsi  üçün  saat  16-da  dövlət  başçısı  səlahiyyətlərini  icra  edən 

Türkiyə Böyük Millət Məclisinin sədri Hüsaməddin Cindorukla Azərbaycan Prezidenti Elçibəyin 

görüşü  təyin  olduğunu  heç  kimə  deməmişdi.  Saat  dördə  on  dəqiqə  qalmış  Cindorukun 




köməkçisi  zəng  edib  xəbərdarlıq  etməsəydi,  bizim  bu  görüşdən  qətiyyən  xəbərimiz 

olmayacaqdı. Nəticənin nə olacağını mənə elə gəlir ki, yazmağa ehtiyac yoxdur. 

Biz təcili aşağı düşdük. Təsadüfən orada olan və Elçibəyə pərəstiş edən Azərbaycan əsilli bir 

Türkiyə  vətəndaşı  var  idi.  Onun  "Kadillak"  markalı  maşını  ilə  yaxınlıqda  yerləşən  parlament 

binasına, demək olar ki, vaxtında çata bildik. 

Görüşdən  sonra  səfirdən  bu barədə izahat  tələb  olunanda, cavabı  çox  qəribə  oldu, dedi ki, 

yadımdan çıxıb. 

Saat on birin yarısında Elçibəy general Dostumu qəbul etməli idi. Özbək əsilli general Dostum 

Əfqanıstanın üçdə bir hissəsinə nəzarət edir. Paytaxtı Məzari-Şərif şəhəridir. 

Qəbul məsələlərinə nəzarət edən Nəcəf Nəcəfov mənə dedi ki, saat on birin yarısında general 

Dostum yanında dörd adamla gələcək. Çalışın o çox da nəzərə çarpmasın. Bu məqsədlə otelin 

liftlərindən birini daima boş saxladıq və mən özüm otelin qabağında dayanaraq gözlədim ki, 

general gələn kimi cəld yuxarı qaldıra bilim. 

General  Dostum  yanında  da  Nəcəf  bəyin  dediyi  kimi  beş  adam  gəldi  və  bu  zaman  səfir 

Məmməd  Əliyev  də  hardansa  peyda  olaraq  onlara  qoşuldu.  Biz  iki  liftlə,  mən,  general  və 

adamlarından  biri  ilə  bərabər,  qalanları  isə  o  biri  liftlə  yuxarı  qalxdıq.  Cəld  Elçibəyin 

iqamətgahına  daxil  olduq.  Bu  zaman  Məmməd  Əliyev  gələn  adamlardan  birinin  qoluna 

girmişdi.  Onlar  hamısı  birlikdə  otağa  daxil  oldular  və  az  keçmiş  Nəcəf  bəy  çox  əsəbi 

vəziyyətdə  çölə  çıxıb  bizim  işçilərin  üstünə  qışqırmağa  başladı.  Mən  nəsə  baş  verdiyini 

anlayaraq  Nəcəf  bəyə  yaxınlaşıb,  nə  olduğunu  soruşdum.  Onu  heç  vaxt  belə  vəziyyətdə 

görməmişdim. O çox əsəbi şəkildə dedi ki, kənar şəxsi niyə içəri buraxmısınız? Mən dedim ki, 

axı nə bilək ki,  onların içində kənar adam var, hamısı bir yerdə gəlib içəri girdilər. 

Bu zaman həmin kənar şəxs səfirlə birlikdə çölə çıxdı və Nəcəf bəy mənə dedi ki, bu adam 

Ana Vətən partiyasının başqanı Məsud Yılmazın müavinidir, içəri girməkdə məqsədi Elçibəylə 

şəkil çəkdirib, qarşıdan gələn seçkilərdə təbliğat vasitəsi kimi istifadə etməkdir. 

Bu  məsələdə  heç  bir  günahı  olmadığına  görə  həmin  şəxsin  adını  çəkməyi  lazım  bilmirəm. 

Dedim  ki,  Nəcəf  bəy,  səfir  Məmməd  Əliyev  gələndə  bu  adamın  qoluna  girmişdi.  Burada 

yanlışlığı səfir edib, bizim heç bir günahımız yoxdur. Sonra mən öz işçilərimi yığıb, tapşırdım 

ki, mənim icazəm olmadan heç səfirin özünü də Prezidentin iqamətgahına tərəf buraxmayın. 

Səhər tezdən İstanbula uçmaq üçün Ankara hava limanına getməyə hazırlaşırdıq. Bu zaman 

Vaqif  Axundov  mənə  dedi  ki,  gəl  burada  və  İstanbulda  maşınların  hərəkətini  bu  şəkildə 

quraq:  qabaqda  mühafizə,  sonra  Prezidentin,  sonra  H.Əliyevin  oturduğu  və  sonda  yenə 

mühafizə maşını getsin. 

Mən dedim ki, Vaqif, protokol necədirsə o cür də hərəkət edəcəyik. 

Vaqif  bir  dəfə  də  cəhd  etdi  ki,  mənə  nəyisə  izah  etsin  lakin  mənim  fikrimin  qəti  olduğunu 

görüb dayandı və biz protokol qaydalarına görə hərəkət etdik. 




Yüklə 453,18 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə