Konvensiyanin 5-Cİ azadliq və toxunulmazliq hüququ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix17.11.2017
ölçüsü1 Mb.
#10715
1   2   3   4   5   6   7   8   9   ...   23

5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 

5

 



I. 

TƏTBIQ DAIRƏSI 

Maddə 5 § 1 

“1. 


Hər  kəsin  azadlıq  və  şəxsi  toxunulmazlıq  hüququ  var.  Heç  kəs  qanunla  müəyyən  olunmuş 

aşağıdakı hallardan və qaydadan başqa azadlıqdan məhrum edilə bilməz:…” 

 

1) 

Azadlıqdan məhrum  etmə  

1. “A


zadlıq  hüququnu”  bəyan  edərkən  5-ci  maddə  şəxsin  fiziki  azadlığını  nəzərdə  tutur; 

onun  məqsədi  heç  kimin  özbaşına  azadlıqdan  məhrum  edilməməsini  təmin  etməkdir.  Onun 

müddəaları  4  saylı  Protokolun  2-ci  maddəsi  ilə  tənzimlənən  hərəkət  etmə  azadlığına 

məhdudiyyətlərə  aid deyil (



Kryange 

Rumıniyaya  qarşı

  [GC]


*

,  § 92; 



Engel  və  başqaları 

Niderlanda qarşı

, § 58). 

2. 5-

ci maddənin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum edilməyə aid ediləcək qədər 



ciddi  hərəkət  məhdudiyyətləri  ilə  4  saylı  Protokolun  2-ci  maddəsinin  tətbiq  edildiyi  adi 

azadlıq məhdudlaşdırmaları arasındakı fərq mahiyyətlə deyil, dərəcə və intensivliklə bağlıdır 

(

Quzzardi İtaliyaya qarşı

, § 93; 


Rantsev Ki

pr və Rusiyaya qarşı

, § 314; 



Stanev Bolqarıstana 

qarşı

 [GC], § 115).  

3. 

Azadlıqdan  məhrum  etmə  tutulma  və  ya  ittiham  hökmündən  sonra  həbslə  nəticələnən 



klassik hallarla məhdudlaşmır və digər formalara malik ola bilər (

Quzzardi İtaliyaya qarşı

§ 95). 



 

2) 

Tətbiq edilməli olan meyarlar 

4. 


Məhkəmə  yerli  hakimiyyət  orqanlarının  azadlıqdan  məhrum  etmə  halının  baş  tutub-

tutmadığı barədə gəldiyi hüquqi nəticəni özü üçün məcburi hesab etmir və vəziyyəti müstəqil 

şəkildə qiymətləndirir (

H.L. Birləşmiş Krallığa qarşı

, § 90; 


H.M. İsveçrəyə qarşı

, §§ 


30 və 48; 

Kryange Rumıniyaya qarşı

 [GC], § 92). 

5.  5-

ci  maddəyə  əsasən  şəxsin  azadlıqdan  məhrum  edilib-edilmədiyini  müəyyən  etmək 



üçün 

başlanğıc nöqtə onun konkret vəziyyəti olmalıdır, o cümlədən sözügedən tədbirin növü, 

müddəti, təsiri və icra qaydası kimi müxtəlif meyarlar nəzərə alınmalıdır (

Quzzardi İtaliyaya 

qarşı

, § 92; 


Medvedev  və  başqaları Fransaya  qarşı

  [GC], § 73; 



Kryange  Rumıniyaya 

qarşı

[GC],§ 91). 

6. 

Sözügedən  tədbirin  "icra  edilmə  qaydası"nın  və  "növü"nün  nəzərə  alınması  tələbi 



Məhkəməyə  həbsxana  kamerasında  saxlanılmadan  fərqli  məhdudlaşdırılma  növü  ilə  bağlı 

halları və xüsusi konteksti nəzərə almaq imkanı verir. Doğrudan da tədbirin hansı kontekstdə 

görüldüyü v

acib amildir, çünki müasir cəmiyyətdə tez-tez elə hallar yaranır ki, ictimaiyyətdən 

ümumi m

ənafə naminə hərəkət azadlığının və ya şəxsi azadlığın məhdudiyyətlərinə dözmək  



tələb  edilə  bilər  (

Nada  İsveçrəyə  qarşı

  [GC], § 226; 



Ostin  və  başqaları  Birləşmiş  Krallığa 

qarşı

 [GC], § 59).  

7. 5-

ci maddənin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum etmə anlayışına həm obyektiv 



hər hansı şəxsin əhəmiyyətli müddət ərzində müəyyən qapalı sahədə həbs altında saxlanması 

və  əlavə  subyektiv  element  -  həmin  şəxsin  sözügedən  azadlıqdan  məhrum  edilməyə  qanuni 

                                                 

*  

Təlimatın  elektron  variantında  istinad  edilən  məhkəmə  işlərinə  hiperlinklər  Məhkəmə  tərəfindən  çıxarılmış  



qərar və ya qərardadın və Avropa İnsan Hüquqları Komissiyasının qərar və  ya hesabatlarının ingilis və  ya 

fransız dilindəki (məhkəmənin iki rəsmi dili) orijinal mətnlərinə aiddir. Əksi göstərilmədiyi təqdirdə bütün 

istinadlar  Məhkəmənin  Palatasının  işin  mahiyyəti  üzrə  qəbul  etdiyi  qərara  aid  hesab  edilməlidir.  “(dec.)” 

abreviaturası  istinadın  Məhkəmənin  qərarı  olduğunu,  “[GC]”  abreviaturası  isə  işə  Böyük  Palata  tərəfindən 

baxıldığını bildirir. 



5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



© Avropa Şurası / İnsan Hüquqları Məhkəməsi, 2014 

razılıq  verməməsi  daxildir  (

Ştork  Almaniyaya  qarşı

, § 74; 


Stanev  Bolqarıstana  qarşı

 

[GC],§ 117). 



8. 

Nəzərə  alınmalı  olan  müvafiq  obyektiv  amillərə  qapalı  sahəni  tərk  etmək  imkanı, 

nəzarətdə  saxlanma,  təcrid  edilmə  dərəcəsi,  cəmiyyətlə  əlaqə  qurmaq  imkanı  daxildir 

(məsələn  bax: 



Quzzardi  İtaliyaya  qarşı

, § 95; 


H.M.  İsveçrəyə  qarşı

, § 45; 


H.L.  Birləşmiş 

Krallığa qarşı

, § 


91; və 

Ştork Almaniyaya qarşı

, § 73). 

9.  Faktlar 5-

ci  maddənin  1-ci  bəndi  çərçivəsində  azadlıqdan  məhrum  edilməyə  dəlalət 

edirsə, həbsin nisbətən qısa müddətli olması bu qənaətə təsir etmir (

Rantsev Kipr və Rusiyaya 

qarşı

, § 317; 



İskəndərov Rusiyaya qarşı

, § 140). 

10. Polisin 

saxlama  və  axtarış  səlahiyyətinin  icrası  zamanı  məcburetmə  elementi,  hətta 

sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (

Krupko 

və başqaları Rusiyaya qarşı, § 36; 

Foka Türkiyəyə qarşı

, § 78; 


Gillan və Kuinton Birləşmiş 

Krallığa qarşı

, § 57; 


Şimovolos Rusiyaya qarşı

, § 50; 


Breqa və başqaları Moldovaya qarşı

§ 43). 



11. 

Hər hansı şəxsin əlinin qandallanmaması, həbsxana hücrəsinə salınmaması və ya başqa 

üsulla fiziki baxımdan məhdudlaşdırılmaması faktı azadlıqdan məhrum edilmə halının olub-

olmadığının müəyyən edilməsi üçün həlledici amil deyil

 

(

M.A. Kiprə qarşı, § 193).



 

12. 


Azadlıq hüququ demokratik cəmiyyətdə çox əhəmiyyətlidir, buna görə də xüsusilə şəxs 

ona təklif olunan hərəkətlə razılaşmağa və ya ona etiraz etməyə hüquq qabiliyyəti olmadığı 

təqdirdə  belə  özünün  həbsə  alınmasına  razılıq  verdiyi  halda  Konvensiyanın  təmin  etdiyi 

müdafiədən  faydalanmaq  imkanından  məhrum  olmur  (



H.L.  Birləşmiş  Krallığa  qarşı

, § 90; 


Stanev Bolqarıstana qarşı

 [GC],§ 119). 

13. 

Hər  hansı  şəxsin  hüquq    qabiliyyətinin  olmaması  heç  də  hər  zaman  onun  vəziyyəti 



anlamaq  və  razılıq  vermək  iqtidarında  olmadığını  göstərmir  (

eyni  mənbə., § 130; 

Ştukaturov Rusiyaya qarşı

, §§ 107-09; 



D.D. Litvaya qarşı

, § 150). 

 

3) 

Həbsxana daxilində görülən tədbirlər 

14. 


Həbsxana daxilində tətbiq edilən həbs şəraitinə təsir edən intizam tədbirləri azadlıqdan 

məhrum  edilmə  hesab  edilə  bilməz.  Normal  hallarda  belə  tədbirlərə  qanuni  həbs  şəraitinin 

dəyişdirilməsi  kimi  baxılmalıdır  və  bu,  Konvensiyanın  5  § 1-ci  maddəsinin  tətbiq  dairəsinə 

aid deyil (



Bollan Birləşmiş Krallığa qarşı 

 (dec.)). 

 

4) 

Hava nəqliyyatı sərnişinlərinin təhlükəsizlik yoxlamaları 

15. 


Hər  hansı  sərnişin  hava  limanında  vəziyyətinin  aydınlaşdırılması  məqsədi  ilə  sərhəd 

rəsmiləri  tərəfindən  saxlanırsa  və  saxlanma  müddəti  müvafiq  formal  prosedurların  yerinə 

yetirilməsi üçün zəruri vaxtı ötmürsə, Konvensiyanın 5-ci maddəsi çərçivəsində heç bir hal 

meydana gəlmir (Qəhrəmanov Azərbaycana qarşı (dec.), § 41). 

 

5) 

Tutulma və ya həbs edilmə xaricində azadlıqdan məhrum etmə 

16. 5-


ci maddənin tətbiqinin müvafiqliyi məsələsi müxtəlif hallarda meydana gəlmişdir, o 

cümlədən: 

– 

fərdlərin  psixoloji  və  ya  sosial  yardım  müəssisəsinə  yerləşdirilməsi  (bax:  başqa 



qərarlarla yanaşı 

De Vilde, Ooms və Versip Belçikaya qarşı



Nilsen Danimarkaya qarşı



H.M.  İsveçrəyə  qarşı



H.L.  Birləşmiş  Krallığa  qarşı



Ştork  Almaniyaya  qarşı



A  və 



başqaları Bolqarıstana qarşı



Stanev Bolqarıstana qarşı

 [GC]); 



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə