Konvensiyanin 5-Cİ azadliq və toxunulmazliq hüququ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix17.11.2017
ölçüsü1 Mb.
#10715
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 

27

 



bir  halda,  təfsir  nöqteyi-nəzərindən,  zaminlik  yoxlamasının  ilk  avtomatik  yoxlamaya 

münasibətdə  tələb  olunandan  (Məhkəmə  bu  müddəti  maksimum  dörd  gün  olaraq  müəyyən 

edib) daha sürətli olması tələb edilə bilməz (eyni mənbə, § 47). 

 

C.  



Ağlabatan  müddət  ərzində  mühakimə  və  ya  məhkəməyə    qədər 

azad 

edilmə  hüququ (Maddə 5 § 3) 

Maddə 5 § 3 

“3.  


Bu maddənin 1 bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs... 

ağlabatan  müddət  ərzində  məhkəmə  araşdırması  və  ya  məhkəməyə  qədər  azad  edilmək  hüququna 

malikdir

.  Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.” 

 

1) 

Nəzərə alınmalı olan müddət 

153. 5-


ci  maddənin  3-cü  bəndi  çərçivəsində  Məhkəməyə  qədər  həbs  müddəti  müəyyən 

edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır 

v

ə hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən 



verilmiş olsa belə (misal üçün bax: 

Solmaz Türkiyəyə qarşı

, §§ 23-24; 



Kalaşnikov Rusiyaya 

qarşı

, § 110; 



Vemhoff Almaniyaya qarşı

, § 9). 


154. K

onvensiyanın 5-ci maddənin 3-cü bəndi ilə 1  (c)  yarımbəndi arasında əhəmiyyətli 

bağlılığı  nəzərə  alsaq,  birinci  instansiyada  məhkum  olunmuş  şəxs  sonuncu  müddəada 

göstərildiyi  kimi  "hüquq  pozuntusunun  törədilməsində  əsaslı  şübhə  ilə  bağlı  səlahiyyətli  

hüquq orqanının yanına gətirilmək məqsədi ilə" həbs edilmiş hesab oluna bilməz, lakin onun 

vəziyyəti  "səlahiyyətli  məhkəmə  tərəfindən  məhkum  edildikdən  sonra"  azadlıqdan  məhrum 

edilməyə  icazə  verən  5-ci  maddənin  §  1  (a)  yarımbəndinə  uyğundur  (

Belevitskiy Rusiyaya 

qarşı

, § 99; 


Pyotr Baranovski 

Polşaya qarşı

, § 45; 


Qorski Polşaya qarşı

, § 41). 

 

2) 

Ümumi prinsiplər 

155. 5-


ci  maddənin  3-cü  maddəsinin  ikinci  hissəsi  məhkəmə  orqanlarına  təqsirləndirilən 

şəxsin ağlabatan müddət ərzində məhkəməyə  gətirilməsi ilə onun məhkəmədən əvvəl şərti 

azad 

edilməsi  arasında  seçim  imkanı  vermir.  O,  ittiham  hökmünə  qədər  təqsirsiz  hesab 



edilməlidir  və  sözügedən  müddəanın  məqsədi  hər  şeydən  əvvəl  həbsin  davam  etməsi  üçün 

əsas olmadığı təqdirdə şərti azad edilməni tələb etməkdir. 

156. 

Buna  görə  də  konkret  halda  həbsin  davam  etməsinə  yalnız  təqsirsizlik 



prezumpsiyasına baxmayaraq, Konvensiyanın 5-ci maddəsində müəyyən edilən şəxsi azadlıq 

hüququna  hörmətlə  yanaşılması  qaydasından  üstün  tutulan  əsl  ictimai  marağın  qorunması 

tələbinə işarə edən konkret əlamətlər olduqda haqq qazandırıla bilər. 

157. Konkret 

halda hər hansı ittiham edilən şəxsin məhkəməyə  qədər həbsinin ağlabatan 

müddətdən çox olmamasının təmin edilməsinə görə məsuliyyət birinci növbədə səlahiyyətli 

məhkəmə orqanlarının üzərinə düşür. Bu məqsədlə onlar təqsirsizlik prezumpsiyası prinsipinə 

lazımınca  diqqət  yetirməklə,  yuxarıda  qeyd  edildiyi  kimi,  5-ci  maddədə  müəyyən  edilmiş 

qaydadan  kənara  çıxmağa  əsas  verən  ictimai  marağın  qorunması  tələbinin  mövcud  olub-

olmadığı ilə bağlı bütün faktları yoxlamalı və azadlığa buraxılmaq haqqında vəsatətlərlə bağlı 

qərarlarında  bu  faktları  göstərməlidirlər.  Əsas  etibarilə  bu  qərarlarda  göstərilən  əsaslara  və 

ərizəçinun apellyasiya şikayətlərində qeyd etdiyi müəyyən edilmiş faktlara əsasən Məhkəmə 

5-

ci maddənin 3-cü bəndi çərçivəsində pozuntuya yol verilib-verilmədiyi barədə qərar qəbul 



etməlidir. 


5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



28 

© Avropa Şurası / İnsan Hüquqları Məhkəməsi, 2014 

158. 

Həbs edilmiş şəxsin hüquq pozuntusunu törətdiyinə dair əsaslı şübhənin saxlanması 



həbsin davam etməsinin qanuniliyinə münasibətdə sine qua non (məcburi) şərtdir, lakin vaxt 

ötdükcə bu əsas yetərli olmur və bu zaman Məhkəmə səlahiyyətli məhkəmə orqanlarının irəli 

sür

düyü  digər  əsasların  azadlıqdan  məhrum  etməyə  haqq  qazandırıb-qazandırmadığını 



müəyyən  etməlidir.  Bu  əsaslar  "müvafiq"  və  "yetərli"  olduqda,  Məhkəmə  həmçinin 

səlahiyyətli  dövlət  orqanlarının  icraatın  aparılmasında  "xüsusi  ciddi-cəhd"  göstərdikləri 

barədə nəticəyə gələ bilməlidir.  

159. 


Beləliklə,  azadlıqdan  məhrum  etmənin  davam  etməsi  üçün  artıq  əsas  olmadıqda, 

azadlığa buraxılmanın təmin edilməsi məqsədi ilə yerli məhkəmələr məhkəməyə qədər həbsin 

davam  etməsinin  qanuniliyini  nəzərdən  keçirmək  öhdəliyi  daşıyırlar.  İlkin  dövrdə  əsaslı 

şübhənin  mövcudluğu  həbsə  haqq  qazandıra  bilər,  lakin  elə  bir  məqam  gəlir  ki,  bu  artıq 

kifayət  etmir.  Həbs  müddətinin  ağlabatan  olması  məsələsi  abstrakt  şəkildə  qiymətləndirilə 

bilmədiyi  üçün  və  bu,  hər  bir  işdə  konkret  xüsusiyyətlərə  əsasən  dəyərləndirilməli 

o

lduğundan,  hər  bir  məhkəmə  işinə  tətbiq  edilə  bilən  konkret  vaxt  çərçivəsi  müəyyən 



edilməyib  (

Makkey  Birləşmiş  Krallığa  qarşı 

  [GC], §§ 41-45; 



Bıkov  Rusiyaya  qarşı

  [GC], 


§§ 61-64; 

İdalov Rusiyaya qarşı

 [GC], §§ 139-

41; həmçinin bax: 

Labita İtaliyaya qarşı

 [GC], 


§§ 152-53; 

Kudla Polşaya qarşı

 [GC], §§ 110-11). 

160. 

Azadlığa  buraxılmanın  lehinə  və  əleyhinə  olan  arqumentlər  "ümumi  və  mücərrəd" 



(

Boyçenko  Moldovaya  qarşı

, § 142; 



Xudoyorov  Rusiyaya  qarşı

, § 


173)  olmamalı,  konkret 

faktlara  istinad  etməli  və  ərizəçinin  həbsinə  haqq  qazandıran  şəxsi  halları  göstərməlidir 

(

Aleksanyan Rusiyaya qarşı

, § 179). 

161. 

Həbs  müddətinin  kvaziavtomatik  uzanması  5-ci  maddənin  3-cü  bəndinin  müəyyən 



etdiyi təminatlara ziddir (

Tase Rumıniyaya qarşı

, § 40). 

162. 

Bu  məsələlərdə  sübutetmə  yükü  elə  müəyyən  edilməməlidir  ki,  həbs  olunmuş  şəxs  



azad 

edilməsi  üçün  əsasların  mövcudluğunu  özü  sübut  etməli  olsun  (



Bıkov  Rusiyaya  qarşı

 

[GC], § 64).  



163. 

Şəxsin  həbsinə  əsas  verə  bilən  hallar mövcud  olubsa, lakin yerli məhkəmə 

orqanlarının qərarlarında göstərilməyibsə, onları müəyyən etmək və ərizəçinin həbsinə qərar 

verən səlahiyyətli orqanları əvəz etmək Məhkəmənin vəzifəsi deyil (



eyni məndə

,

 



§ 66; 

Giorgi 

Nikolaişvili Gürcüstana qarşı

, § 


77). Ədalət mühakiməsinin yerinə yetirilməsinə  dair ictimai 

nəzarət  yalnız  əsaslandırılmış  qərarlar  əsasında  təmin  edilə  bilər  (



Tase  Rumıniyaya  qarşı

§ 41).   



 

3) 

Davam edən həbsin səbəbləri  

164. Ko


nvensiyanın  presedent  hüququ  zaminliyə  buraxılmanın  rədd  edilməsi  üçün  dörd 

başlıca  məqbul  səbəb  formalaşdırmışdır:  (a)  müttəhimin  məhkəməyə  gəlməmə  riski;  (b) 

müttəhimin azadlığa buraxılacağı təqdirdə, ədalət mühakiməsinin həyata keçirilməsinə maneə 

olaca


q  tədbir  görməsi  riski;  (c)  yeni  hüquq  pozuntularına  yol  verməsi;  (d)  ictimai  iğtişaşa 

səbəb  olması  (



Tiron  Rumıniyaya  qarşı

, § 37; 


Smirnova  Rusiyaya  qarşı

, § 59; 


Piruzyan 

Ermənistana qarşı

, § 94).  

 

 

(a) 



Qaçıb gizlənmə təhlükəsi   

165. 


Qaçıb gizlənmə təhlükəsi yalnız sözügedən cəzanın ağırlığı əsasında qiymətləndirilə 

bilməz.  O,  qaçıb  gizlənmə  təhlükəsinin  mövcudluğunu  təsdiq  edən  və  ya  bu  riskin 

məhkəməyə  qədər həbsə haqq qazandırmayacaq qədər cüzi olduğunu göstərən başqa bir sıra 

müvafiq amillərə istinad edilərək qiymətləndirilməlidir. (



Pançenko Rusiyaya qarşı

, § 106). 




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə