KöRFƏZ ƏMƏkdaşliq şurasi öLKƏLƏRİNDƏ daxiLİ VƏZİYYƏt və perspektiV İNKİŞafin ssenariLƏRİ



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə10/10
tarix22.07.2018
ölçüsü3,67 Mb.
#58336
1   2   3   4   5   6   7   8   9   10

Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

24

qalmaqda  davam  edəcəyini  bildirməsi  bu 



ssenarini az ehtimallı edir.

40

Bəhreyndə  rejimin  devrilməsi  digər 



qonşu  dövlətlər  üçün  də  presedent  rolu-

nu  oynama  ehtimalı  vardır.  Bu  xüsusilə 

Küveyt və Səudiyyə Ərəbistanında özünü 

göstərə bilər. 



Küveytdə  islamçılardan  və  islahat-

çılardan  ibarət  müxalifət  bloku  regional 

gərginlikdən faydalanaraq Əl-Sabah ailəsini 

devirmək tələblərini gündəliyə gətirə bilər. 

Küveytdə  son  günlərdə  hökumətin  təşkil 

olunması zamanı keçmiş Baş nazirin yenə 

də  təyin  edilməsi  ilə  siyasi  böhran  art-

mış  və  bir  neçə  ay  ərzində  parlamentin 

buraxılaraq,  erkən  seçkilərin  keçirilməsi 

gözlənilir.  Beləliklə,  KƏŞ  ölkələrindəki  

gərginlik  fonunda  Küveytdə  seçkiqabağı 

40   Gulf troops to stay in Bahrain until Iran threat eases - minister

http://gulfnews.com/gulf-troops-to-stay-in-bahrain-until-

iran-threat-eases-minister-1.795497,( 18.04. 2011)

və sonrası gərginlik artarsa, hakim ailənin 

devrilməsinə təşəbbüslər ssenarilərdən biri 

ola bilər.

Lakin Küveytdə müxalifəti təmsil edən 

sünni islamçıların və islahatçıların ictimai 

sektorda  fəal  olması,  habelə  kabinetdə 

və  parlamentdə  oturması  faktını  nəzərə 

alsaq,  onların  Küveytin  hakim  ailəsinə 

qarşı  səfərbər  olacaqları  ehtimalı  azdır. 

Bu  baxımdan  islamçıların  mühüm  icti-

mai  və  siyasi  mövqelərindən,  həmçinin 

Əl-Sabahın bəzi üzvləri  tərəfindən aldıq-

ları  maliyyədən  imtina  edərək  özlərini 

təhlükəyə atacaqları gözlənilmir. Küveytdə 

iğtişaşlar  baş  verərsə  belə,  onun  miqyası 

böyük olmaya bilər. Belə ki, Küveytdə si-

yasi  gərginlik  mövcud  olsa  da,  Səudiyyə 

Ərəbistanı  və  Bəhreyndən  fərqli  olaraq,  

yerli  əhalinin  rifahının  yüksək  səviyyəsi 

onları    kütləvi  iğtişaşlara  qoşulmaqdan 

çəkindirəcəkdir.  

Körfəz Əməkdaşlıq Şurası  Yarımada Müdafiə Qüvvələrinin Bəhreynə daxil olması 




Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

25

Bəhreyndə  Əl-Xəlifə  ailəsinin  dev-



rilməsi 

Səudiyyə  Ərəbistanının  Şərq 

vilayətində  şiələrin  Əl-Səud  ailəsini 

devrilməsi  tələblərinə  gətirib  çıxara  bilər.  

Lakin  şiələrin  Krallığın    ümumi  əhalisinin 

az hissəsini təşkil etməsini və hakim ailənin 

devrilməsi faktının əhalinin digər təbəqələri 

tərəfindən  dəstəklənməyəcəyini  nəzərə  al-

saq, bu ssenari də az ehtimal olunandır.  

Digər  ölkələrdə  - 

Omanda,  BƏƏ-də, 

Qətərdə  hakim  ailələrə  qarşı  münasibət 

daha yaxşıdır.



Güzəştlərlə status-kvo 

saxlana bilərmi? 

Səudiyyə  Ərəbistanında    martın  11-

də  ölkə  səviyyəsində  çağırılan  “Qəzəb 

Günü”  baş  tutmadı.  Bu  ölkənin    demok-

ratiya  dalğasına  məruz  qalmayacağını  və 

hələ  uzun  müddət  burada  status-kvonun 

saxlanılacağını  gözləmək  olar.  Bu  bir  sıra 

amillərlə  bağlıdır.  İlk  növbədə,  burada, 

Kral  əhaliyə  iqtisadi  və  siyasi  güzəştlərə 

getmişdir.  O,  sosial  rifah  məsələlərinə  37 

milyard dollar pul ayırdığını demişdir. Eyni 

zamanda, hökumət  ölkənin tarixində ikin-

ci dəfə bələdiyyə seçkilərinin keçirilməsini 

(ilk dəfə 2005-ci ildə) elan etmişdir. Lakin 

bu bələdiyyə seçkilərində də qadınların iş-

tirakına  qoyulan  qadağa  yerli  hakimiyyət 

orqanları  tərəfindən    hələ  də  aradan 

qaldırılmamışdır.

41

  İkincisi, hökumət dini 

arqumentlərdən istifadə edərək etirazların 

41  Osama Bin Laden killed in CIA raid in Pakistan, http://gulf-

news.com/news/world/usa/osama-bin-laden-killed-in-cia-

raid-in-pakistan-1.802077,( 02.05. 2011)

qarşısını  almaq  və  pisləmək  üçün  rəsmi 

ruhani qurumu səfərbər edibdir. Bu yanaş-

malardan  Səudiyyə  Ərəbistanında    sosial 

nəzarət üçün səmərəli metod kimi tez-tez 

istifadə  olunur.  Üçüncüsü,  bu  ölkədə  so-

sial mühafizəkarlığın həddən artıq yüksək 

olması  ərəb  dünyasında  baş  verən  və  si-

yasi  dəyişikliklərə  gətirib  çıxaran  ictimai 

üsyanlara  qarşı  bufer  rolunu  oynaya-

caqdır.  Səudiyyə  gəncləri  Misir  və  Tunis 

gənclərindən fərqli olaraq, qatı mühafizəkar 

olaraq qalır və çox ehtimal ki, sosial və siya-

si dəyişiklikləri dəstəkləməyəcəklər. 

Səudiyyə 

Ərəbistanının 

Şərq 


vilayətində  şiələrin  vəziyyətinə  gəlincə 

burada  gərginliyi  azaltmaq  məqsədi  ilə 

Kral  şiələrə  daha  artıq  ibadət  azadlıqları-

nın  verilməsini  və  əvvəlki  illərdə  olduğu 

kimi məzhəblərarası dialoq təşəbbüsü irəli 

sürməyi nəzərdən keçirə bilər.   



BƏƏ-də  və  Qətərdə  demokrati-

ya  olmasa  da,  yerli  əhalinin  digər  KƏŞ 

ölkələrinə  nisbətən  (Küveyti  çıxmaq 

şərti  ilə)  ümumi  əhalinin  kiçik  hissəsini 

təşkil  etməsi  və  nəticədə    adambaşına 

düşən  gəlirlərin  və  dövlət  subsidiyaları-

nın    yüksək  olması  onların  dövlətə  qarşı 

çıxma meylliliyini azaldır. Bu cür iqtisadi 

imkanlardan irəli gələrək əhali arasındakı 

siyasi  laqeydliyin  mövcudluğu  və  eləcə 

də  məzhəb  qarşıdurmasının  olmaması 

narahatlıq  üçün  səbəbləri  azaldır.  Yaxın 

gələcəkdə  neftin  qiymətləri  sabit  qaldığı 

təqdirdə,  dövlət  xərclərinin  artırılmasın-

da bu iki ölkə heç bir çətinlik çəkməyəcək 

və dövlət xərclərini artıraraq öz monarxi-

yalarını  ən  azı  qısa  və  ya  orta  müddətdə 



Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

26

qoruya  biləcəklər.  Eyni  zamanda,  Qətər 



və BƏƏ-də hökumətlərin xalqa müəyyən 

siyasi güzəştlər edərək seçkili parlamentə 

keçəcəklərini də gözləmək olar. 

Omanda Sultan Qabus əhaliyə bir sıra 

iqtisadi  və  siyasi  güzəştlər  edibdir.  Sul-

tan  Qabus  Kral  kabinetini  buraxıb  yeni 

nazirlər  təyin  edib,  Oman  Şurasına  qa-

nunverici  və  nəzarətedici  hüquqlar  verib,  

konstitusiyaya  dəyişiklik  etmək  haqqında 

qərar  verib  və  nümayişçilər  tərəfindən  is-

tefaya göndərilməsi tələb olunan nazirləri 

istefaya göndərib. O, həmçinin  bır sıra iq-

tisadi güzəştlər edib. Eyni zamanda,  KƏŞ 

sosial məsələlərə Bəhreynlə yanaşı, Omana 

10 milyard dollar yardım ayırıb ki, bu yar-

dım düzgün yönəldiləcəyi təqdirdə edilmiş 

siyasi güzəştlərlə bir yerdə ölkənin sabitli-

yini təmin edə bilər.

Bəhreyn və Küveyt  üçün digər ssenari 

birincidə  şiələr  və  Əl-Xəlifə  ailəsi  arasın-

da,  ikincidə  isə  Əl-Sabah  ailəsi  və  parla-

ment  arasında    dialoqun  baş  tutması  ola 

bilər.  Bəhreynin  və  Küveytin    digər  KƏŞ 

ölkələrindən fərqli olaraq daha artıq plüra-

list və dinamik vətəndaş cəmiyyəti ənənəsi 

dialoqun  və  güzəştlərin  mümkünlüyünə 

olan  ümidləri  artırır.  Hər  iki  ölkədə  hələ 

də situasiyanı sakitləşdirmək və dinc yolla 

daha legitim və təmsilçi hökumətə keçmək 

şansları vardır. 

Bəhreyndə,  xüsusilə  tərəflər  arasında 

siyasi  dialoq  nəticəsində  şiələrə  qarşı  iq-

tisadi  ayrı-seçkililiyin  aradan  qaldırılaca-

ğı  təqdirdə  status-kvonun  saxlanılması 

ehtimalı  artacaqdır.  Bəhreyndə  dialoqun 

mümkünlüyü  və  uğuru  Kral  və  vəliəhd 

bir  tərəfdən,  Baş  nazir  başda  olmaq-

la  mühafizəkarlar    digər  tərəfdən  hakim 

ailədaxili  üstünlük  mübarizəsindən  asılı 

olaraq dəyişə bilər. Eyni zamanda, ediləcək 

güzəştlərin  şiələrin  müxtəlif  qruplarını  

qane  etməsi  məsələsi  qeyri-müəyyən  ola-

raq  qalır.  Belə  ki,  leqal  fəaliyyət  göstərən 

qruplar  dialoqa  getməyə  hazır  olsalar  da, 

(məsələn,  Əl-Vifaq)  qeyri-leqal  qruplar 

(məsələn,  Haqq  hərəkatı  və  bəzi  gənclər 

qrupları) xəlifənin devrilməsi tələbində is-

rar etməkdə davam edirlər.



Ərəb üsyanları zor gücünə 

yatırılarsa... 

Bəhreynə  Körfəz  Əməkdaşlıq  Şurası-

nın Birgə Yarımada Müdafiə Qüvvələrinin 

yeridilməsi  Səudiyyə  Krallığının  şiə  üs-

yanını  yatırmaqda  qətiyyətini  və  hərbi 

vasitələrə  əl  atmaqdan  çəkinməyəcəyini 

göstərir.  Şiələrə  güzəştlərin  edilməsinə 

qarşı  çıxan  və  etiraz  aksiyalarının  güclə 

yatırılmasına  tərəfdar  olan  Səudiyyə  Kra-

lı  Abdullanın  və  Əl-Xəlifə  ailəsi  daxilində 

isə  mühafizəkar  qanadı  təmsil  edən    Baş 

nazir  Xəlifənin  kral  Həmədə  təzyiqləri 

nəticəsində bu ssenari ehtimal oluna bilər. 

Eyni  zamanda,  son  günlərdə  müxalifətə 

qarşı davam edən təzyiqlər - Əl Vifaqı və İs-

lam fəaliyyət Cəmiyyətinin buraxılmasına 

cəhd, nümayişçilərə qarşı təqiblərin davam 

etməsi, dörd fəal iştirakçıya isə ölüm hök-

münün verilməsi və saxlanılanlara polisin 

zorakılığı bu ssenarini reallaşdırar. 

Səudiyyə Ərəbistanının neftlə zəngin 

Şərq  vilayətində  şiə  oyanışına  gəlincə,  




Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

27

Bəhreyn  üsyanı  buradakı  şiələri  də  aya-



ğa qaldıra bilər. Artıq Qatiflə bərabər, bir 

neçə  şəhərdə  etiraz  aksiyaları  baş  vermiş-

dir.  Lakin  bu  üsyanların  qarşısını  almaq 

üçün  Krallıq  geniş  imkanlara  malikdir  və 

Bəhreyndə  də  göründüyü  kimi  zorakılıq-

dan çəkinməyə bilər.

Lakin digər tərəfdən, hətta nümayişlər 

yatırılsa belə, bu problemlər şiələrlə dialoqa 

gəlməyincə  potensial təhlükə olaraq qala-

caqdır. Problem həll edilməsə, Bəhreyndə 

və  Səudiyyə  Ərəbistanında    əzilmiş  şiələr 

İranın təsirinə daha tez düşəcəklər. 



Küveytin  KƏŞ-in  ən  demokratik 

ölkəsi  kimi  tanınmasına  baxmayaraq,  son 

dövrlərdə  keçirilən  etiraz  aksiyalarını  po-

lisin  güc  tətbiq  edərək  dağıtması    onun 

demokratik  dövlət  reputasiyasına  zərbə 

vurub.  Buna  görə  növbəti  etiraz  aksiya-

larına  Əl-Sabah  ailəsinin  dözümsüzlük 

göstərməsi  mümkündür.  Eyni  zaman-

da,  hazırda  Küveytdə  siyasi  gərginlik  o 

dərəcəyə  çatıb  ki,  hətta  küveytlilər  hakim 

ailənin seçkilərdən imtina edib, əvvəllərdə 

olduğu kimi, (1970 və 1980-ci illərdə bir 

neçə illiyə parlament buraxılıb) parlamen-

ti  bir  neçə  il  ərzində  buraxacağı  haqqın-

da  fərziyyələr  irəli  sürməyə  başlayıblar. 

Beləliklə, parlamentlə hakim ailə arasında 

gərginlik nümayişlərin güc tətbiq edilərək 

yatırılması,  daha  artıq  güzəştlərdən  isə 

imtina edilməsi ilə nəticələnə bilər.  Lakin 

ərəb dünyasını  xalq üsyanlarının bürüdü-

yü bir vaxtda Küveyt əmirinin belə bir ad-

dım atacağı ehtimalı azdır.  



BƏƏ-də,  Qətərdə  sosial  şəbəkələr 

vasitəsilə inqilaba çağırışlar edilsə də, heç 

bir etiraz aksiyası baş tutmamışdır.  Buna 

görə  dövlət  tərəfindən  heç  bir  zəmin  ol-

mayan  iğtişaşı  yatırmaq  üçün  tədbirlər 

görməyə ehtiyac yoxdur. 

Səudiyyə Ərəbistanı Kralı Abdulla bin Əbdül-Əziz Əl-Səud və Bəhreyn Kralı Həməd bin İsa Əl-Xəlifə



Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

28

Oman  Sultanı  digər  KƏŞ  ölkələrinə 

nisbətən əhaliyə  daha artıq siyasi və iqti-

sadi güzəştlər edib, lakin ölkədə müəyyən 

dərəcədə  xırda  təxribat  hərəkətləri  baş 

verməkdə  davam  edir.  Belə  ki,  ölkənin 

sənaye  şəhəri  olan  Soharda  etiraz  aksi-

yaları  aprelin  əvvəllərində  təhlükəsizlik 

qüvvələrinin  yeridilməsi  ilə  bitsə  də,  Sa-

lalah və  Sur şəhərlərində dinc etiraz ak-

siyaları davam etməkdədir.

42

 Bu aksiyalar 

yenidən kütləvi  xarakter alacağı təqdirdə  

Sultanın  güc  tətbiq  edərək  onları  yatır-

masını  və  bu  dəfə  artıq  heç  bir  güzəştə 

getməyəcəyini  də  irəlicədən  söyləmək 

olar.

NƏTİCƏ


KƏŞ  Yarımada  Müdafiə  Qüvvələrinin 

etirazları  yatırmaq  üçün  Bəhreynə 

yeridilməsi yerli iğtişaşı regional böhrana 

yaxınlaşdıra bilər. Belə ki, son həftələrdə, 

İranın  ərəb  üsyanlarını  dəstəkləməkdə 

israr  etməsi  onun  qonşuları  ilə 

münasibətlərini  gərginləşdirmişdir.  KƏŞ 

ölkələrində    şiələrlə  hakim  ailələr  ara-

sında  münasibətlər  İranın  yerli  şiələrə 

təsir  imkanlarından  asılı  olaraq  dəyişə 

bilər.    Küveytdə  casus  dəstəsinin  aşkar-

lanması  və  Əl-Küveyt  şəhərindəki  Teh-

ran səfirliyinin bu işə cəlb olunması haq-

qında  ittihamlar,  daha  sonra  İrana  qarşı 

eyni  ittihamların  Manama  tərəfindən 

səsləndirilməsi    belə  imkanların  möv-

cudluğundan  xəbər  verir.

43

  Eyni  zaman-



42   Hundreds stage protests in Omani towns, http://gulfnews.

com/news/gulf/oman/hundreds-stage-protests-in-omani-

towns-1.801109, (30.04. 2011)

43    IRG  behind  Kuwait  spy  cell:  minister,  http://www.ku-

da,  Livanda,  İraqda  və  digər  ölkələrdə 

sünni-şiə  siyasi  və  ya  din  xadimlərinin 

təxribatları  KƏŞ  ölkələrindən  Bəhreyn, 

Səudiyyə  Ərəbistanı  və  Küveytdə  sünni-

şiə münasibətlərinə öz təsiri göstərə bilər.  

KƏŞ 


ölkələrinin 

daxilindəki 

müxalifətin imkanları və əhalinin islahat-

lara münasibəti nəticələrə təsir edəcəkdir. 

Məsələn, 

Səudiyyə 

Ərəbistanının 

mühafizəkar  cəmiyyəti,  Qətər  və  BƏƏ-

də    əhali  arasında  siyasi  laqeydlik  və 

müxalifətin  olmaması  bu  ölkələrin  “de-

mokratiya meylli” dalğadan hələ bir neçə 

il  də  kənarda  qalacağı  ehtimalını  artırır. 

Küveyt və Bəhreynin dinamik siyasi elita-

sı isə  öz rəhbərlərinə islahatların həyata 

keçirilməsi üçün təzyiqlər edə bilər.  

KƏŞ  ölkələrində  gedən  proseslərin 

nəticələrinə  hakim  ailədaxili  gərginliklər 

də mühüm təsir göstərir. Xüsusilə, Bəhreyn 

və  Səudiyyə  Ərəbistanında  hadisələrin 

gedişi  hakim  ailə  daxilində  islahatçılar-

la  mühafizəkarlar  arasındakı  parçalanma 

nəticəsində  hakimiyyətdə  kimin  üstünlük 

qazanmasından asılı olaraq dəyişə bilər. 

Eyni  zamanda,  bu  dövlətlərdə    dotasi-

yaların  verilməsinin  davamlılığı  və  böyük 

dövlət  sektorunun  saxlanılması  karbohid-

rogen  ixracından  gələn  gəlirlərdən  asılıdır. 

Neft qiymətlərinin davamlı düşməsi hazırkı 

dotasiya sistemini və dövlət sektorunu qıra, 

nəticədə ictimai iğtişaşlara  səbəb ola bilər.

KƏŞ  ölkələri  ilə  hərbi  və  müdafiə 

sahəsində  əməkdaşlıq  edən  ABŞ-ın  möv-

qeyi  buradakı  hadisələrin  nəticəsini  ərəb 

waittimes.net/read_news.php?newsid=OTE3NDg1Mjcz,( 

02.04.2011)



Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

29

dünyasının  digər  nöqtələrində  baş  verən 



hadisələrdən  fərqli  edəcək.  Belə  ki,  bu 

regiondakı  hakim  ailələrin  təmsil  etdiyi 

rejimlərin  təminatı  kimi  çıxış  edən  ABŞ 

onların əvəz edilməsində maraqlı deyildir. 

Səudiyyə Ərəbistanının Kralı və Oman 

Sultanı  dövlət  xərclərini  artıraraq  iğtişaş-

ların  müvəqqəti qarşısını alsalar da, onlar 

gələcəkdə iğtişaşlarla yenidən üzləşəcəklər. 

Çünki  dövlət  xərclərinin  artırılması  yal-

nız  müvəqqəti  səmərə  verir.  Eyni  zaman-

da,  qeyd  etmək  lazımdır  ki,  Bəhreyn  və 

Oman  gələcəkdə  dövlət  xərclərini  artır-

maqda  çətinlik  çəkəcəklər.  Bu  ölkələrdə 

neft hasilatı ildən-ilə aşağı düşür və bu da o 

deməkdir ki, dövlət gəlirləri azalır. Bu dəfə, 

Bəhreynin  və  Omanın  dövlət  xərclərini 

ödəmək  üçün  KƏŞ  onlara  20  milyard 

dollar  həcmində  yardım  ayırmışdır.  La-

kin  gələcək  siyasi  böhranlarda  yenidən 

KƏŞ-dən  maliyyə  yardımı  gözləmək  düz-

gün  olmazdı.  Buna  görə  də,  Bəhreyndə 

və  Omanda  ciddi  siyasi  islahatların  apa-

rılması  məqsədəuyğundur.  Digər  ölkələr 

isə yaxın gələcəkdə neftin qiymətləri sabit 

qaldığı təqdirdə, dövlət xərclərinin artırıl-

masında  heç  bir  çətinlik  çəkməyəcək  və 

dövlət  xərclərini  artıraraq  öz  monarxiya-

larını ən azı qısa və ya orta müddətdə qo-

ruya biləcəklər.  Beləliklə, rejim dəyişikliyi 

KƏŞ-ə  Tunisdə  və  Misirdə  olduğu  kimi 

dərhal gəlməyə bilər, lakin  daha artıq hü-

quqlar  üçün  hökumətlərə  olan  təzyiqlər 

öz-özlüyündə uzun illər iqtisadi firavanlıq 

yardımları və repressiya qorxusu ilə susdu-

rulan  xalq üçün bir inqilabdır.



Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

30



Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

31

Yaxın Şərq




Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

32

QEYD ÜÇÜN




Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

33

QEYD ÜÇÜN




Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

34

QEYD ÜÇÜN




Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

35

QEYD ÜÇÜN




Körfəz Əməkdaşlıq Şurası ölkələrində  daxili vəziyyət və perspektiv inkişafın ssenariləri

36

Redaktor: Bətul Eyvazlı



Dizayner: İntiqam Məhəmmədli

Tiraj: 500

Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə