KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə36/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   32   33   34   35   36   37   38   39   ...   56

Salatın Əhmədli                    
 
 
207 
adlandırdığı  velosipedinə  oturub  kəndin  kənarında 
yerləşən iş yerinə gedirdi.  
Yolu  kəndin  ortasından  keçirdi.  Bir  dəfə  gözü 
qonşu  həyətdə,  tut  ağacının  altında  salınmış  palazın 
üstündə  oturub  kitab  oxuyan  qıza  sataşdı.  Bu  hal  bir 
neçə  dəfə  təkrar  olundu.  Qonşu  qızın  adını  da  öyrən-
mişdi-Sona. Sona orta məktəbdə oxuyurdu. Yunus ona 
vurulmuşdu,  gecəsi-gündüzü  yox  idi.  Oxumaq,  qəbul 
imtahanlarına  hazırlaşmaq  da  yaddan  çıxmışdı.  Onun 
yerinə Sona ilə danışmaq, kəlmə kəsmək istəyindən əl 
çəkə  bilmirdi.  Sevgisini  ona  bildirəndə  Sona  oxumaq 
istəyini  dedi.  Yunusun  sevgisi  o  qədər  çılğın  idi  ki, 
sevdiyi  qızın  istəyi  ilə  hesablaşmadı.  Vaxtsız  gəlmiş 
sevgi onu da, Sonanı da ali təhsil almağa qoymadı.  
…Toylarının 
onuncu 
ildönümündə 
beşinci 
uşaqları  doğuldu.  Böyük  arzularla,  ümidlərlə  yaşayan 
gənc oğlan  və  gənc qız  həyat burulğanında çabalama-
ğa başladılar; beş uşağı saxlamaq üçün hər işə getdilər. 
Çalışdılar,  durmadan  işlədilər,  uşaqları  böyütdülər. 
Oxuyub  müəllim  olmaq  arzuları  həmişəlik  olaraq 
ürəklərinin dərinliklərinə gömüldü.  
1988-ci  il  hadisələri  başladı.  Mənfur  qonşu-
larımız  olan  ermənilərin  xəstə  təxəyyüllərindəki 
Salatın Əhmədli                    
 
 
208 
dənizdən-dənizə olan torpaqları Ermənistana qatmaqla 
«Böyük  Ermə-nistan»  yaratmaq  arzuları  yenidən  baş 
qaldırdı.  Keçmiş  sovet  məkanını  nümayiş,  tətil  dalğa-
ları  bürüdü.  SSRİ  təməlindən  laxladı.  SSRİ-nin 
tərkibindəki respublikalar azadlıq, müstəqillik uğrunda 
mübarizəyə  başladı.  Sovet  imperiyasına  son  qoyuldu. 
Hər  yerdə  nizamsızlıq,  anar-xiya  hökm  sürürdü.  Ölkə 
xaos içində idi. 70 il davam edən Sovet imperiyasının 
Zaqafqaziyada yerləşən ən bö-yük hərbi bazası yüksək 
hərbi rütbəli zabitlər tərəfindən satılmağa başlandı. Ən 
çox  silah-sursat  ermənilərə  satıldı-özü  də  yüksək 
məbləğlərə. Öz işlərini ört-basdır etmək istəyən hərbi-
çi  generallar  talan  edilib  satılmış  silah  bazasını  part-
latmaq qərarına gəldilər. Qəddar hərbiçilərin bu əməli 
sayəsində  bir  çox  kəndlər  zərər  çəkdi.  İnsanlar  maddi 
zərərdən  çox,  mənəvi  zərbəyə  sinə  gərməli  oldular. 
Neçə  ailə  gözüyaşlı  qaldı.  Çoxlu  sayda  insan  məhv 
oldu.  Evlər  uçdu,  həyətlər  dağıldı.  Adamlar  arasına 
qorxu,  vahimə  düşdü.  Hamı  qaçıb  canını  qurtarmağa 
çalışırdı.  Bazadan  «uçan»  raket  başlıqları  yerə  dü-
şərək partlayırdı. Bunun nəticəsində nə qədər insan şi-
kəst oldu.  


Salatın Əhmədli                    
 
 
209 
…Ölənlərdən  biri  də  Yunusun  böyük  oğlu,  ilk 
nübarı,  39  yaşlı  İsa  idi.  İsa  nənə-babasının  sevimli 
nəvəsi  idi.  Məktəb  illəri  müəllimlərinin,  böyüyəndən 
sonra kəndin sevimlisi oldu. İsa kəndin hər işinə yara-
yırdı.  Hamının  qardaşı,  oğlu  idi.  İsanın  ölümü  kəndin 
faciəsi idi. Hamı ona yas saxladı.  
Yunusun  ürəyinin  telləri  qırıldı,  yandı,  külə 
döndü,  beli  ikiqat  əyildi,  üz-gözünü  saqqal  basdı. 
Oğlunun  faciəli    ölümü  onun  ömrünü,  həyatını  on  il 
geri atdı. O gündən ağır xəstəliyə düçar oldu. Oğlunun 
ətrini  nəvələrindən  almaqla  kədərini  ovutmaq  istədi. 
Bu,  o  istək,  o  murad  olmadı.  Dərdini  içinə  saldı,  tək-
başına çəkdi, heç kimə demədən, heç kimə şikayətlən-
mədən.  Dərd  onun  içini  ac  yalquzaq  kimi  gəmirdi, 
diddi, dağıtdı, sonra yatağa saldı.  
…Ahıl  yaşlı  oğlu  qapıdan  çıxıb  harasa  getmək 
istəyəndə  ana  arxadan  onu  çağırır,  geri  dönməsi  üçün 
ona  yalvarırdı.  Oğul  məcbur  olub  geri  qayıdırdı.  Ana 
onu danlayırdı:  
- Ay bala, əynini qalın elə, görmürsən, şaxta ada-
mı kəsir, soyuqlayarsan axı?!  
- Ana, əynim qalındır, üşümürəm.  
- Yox, üstən də paltonu gey, canın isti olsun.  
Salatın Əhmədli                    
 
 
210 
Oğul  istəməsə  də,  ananın  sözünü  yerə  salmır, 
kostyumunun üstündən bir şey geyinib çıxır.  
Nəvələri ana-balanın söhbətini eşidib gülüşürlər: 
-  Ata,  sən  bizə  deyirsən  əyninizi  geyinin,  ana  da 
sə-nə. Nə qəribədir?!  
- Qəribə heç nə yoxdur, a qızım. Siz mənim uşa-
ğımsınız, mən də onun.  
Bəzən elə olurdu ki, yemək zamanı ana qabağın-
dakı  yeməyin  yararlı  tikələrini oğlunun  boşqabına qo-
yurdu.  Oğlu  etiraz  eləsə  də  ananın  qəlbini  sındırmır, 
onun  verdiyi  tikələri  yeyirdi.  Ana  cibində  gizlətdiyi 
konfeti də saxlayıb ona verirdi.  
Ana elə zənn edirdi ki, oğlu hələ də balaca, dəcəl 
Yunusdur.  
Ana Yunusunun üstündə əsirdi...  
…Ana  iki  il  idi  ki,  yatağa  düşmüşdü.  Özü  yataq 
xəstəsi ola-ola özündən beş yüz kilometr uzaqda yaşa-
yan  oğluna  xəyalən  yalvarıb-yaxarır,  ondan  sağalıb 
aya-ğa  durmağını  xahiş  edir.  Ana  xəstə  oğluna  gah 
bayatı deyir, gah tırınqı çalır, onu ovundurmaq istəyir-
di. Oğlu isə onu eşitmirdi. Ancaq fikri-xəyalı yetmiş il 
bir yerdə, bir damın altında  yaşadığı anasının  yanında 
idi.  Ananın  bu  il  yüz  yaşı  tamam  olurdu.  Bu 


Salatın Əhmədli                    
 
 
211 
münasibətlə Azərbaycan Televiziyasının birinci kanalı 
uzunömürlülər  silsiləsindən  televiziya  filmi  çəkmişdi. 
İki  ilin  hicranını  yaşayan  oğul  anasını  televiziya  ek-
ranında  görmüş,  özünü  saxlaya  bilməyib  ağlamışdı. 
Veriliş bitəndən sonra  üzünü  yanında oturmuş arvadı-
na  tutub  demişdi:  «Anama  bir  şey  olsa,  özümü  öldü-
rərəm».  
...Ana yataqda oğluna dua edir, Allahdan ona can 
sağlığı  diləyir:  «Ay  Allah,  sən  ona  rəhm  et,  ona  qıy-
ma, mənim cənazəm onun çiynində getsin. Oğluma bir 
şey olsa məni də öldür. Ancaq elə et ki, mən ondan qa-
baq ölüm, üçüncü dəfə oğul dağını görməyim».  
Ağzı  dualı  ananın  öz  dərdi  yadından  çıxıb,  oğul 
dərdi çəkirdi. Yuxuda olanda belə, oğlu  Yunusla dan-
ışır-dı.  Yuxudan  duranda  evini-eşiyini,  oğlunu 
istəyirdi. Hərdən bir bayatı da çağırırdı: 
Arım var, arxanam var, 
Gorum var, gorxanam var. 
Öləydim öz evimdə, 
Barım var, barxanam var. 
Ana  baladan  xəbərsiz,  bala  anadan  xəbərsiz  ikisi 
də  göz  görə-görə  əriyirdi.  Onların  yetmiş  illik  birgə 
keçən həyat telləri iki il idi ki, qırılmışdı. Onların ana-
Salatın Əhmədli                    
 
 
212 
bala  məhəbbəti  dönüb  dost-musaib,  bacı-qardaş, 
həmyaşıd,  həmfikir  məhəbbətinə  çevrilmişdi.  Onların 
məhəbbəti  ilahi  eşq  kimi  göylərə  yüksəlmişdi.  Hər 
ikisi bu məhəbbətin oduna yanır, şam kimi əriyirdi.  
Oğul can üstədir, onun oğul-uşaqları, bacısı onun 
başının  üstünü  kəsdirub  durmuşdular.  Xısın-xısın, 
kirimişcə ağlayırdılar. Ananın isə oğlundan xəbəri yox 
idi.  Bilmirdi  ki,  həyatının  bəzəyi,  mənası  olan  oğlu 
ağır, gedər-gəlməz yoldadır. Qohumların hamısı bura-
dadır,  bircə  sevimli  anasından  başqa.  Ananı  aldadıb 
kəndə  getmişdilər,  guya  qohum  toyuna  gedirlər.  Ana-
nın heç ağlına da gəlməz ki, sevimli oğlu gözlərini bu 
dünyaya əbədi yummaq üzrədir.  
…  Ana  gecədən  xeyli  keçmiş  yuxuya  getdi.  Yu-
xusunu qarışdırdı, qəribə yuxu gördü. Yuxunu o qədər 
aydın  görmüşdü  ki,  onun  təsirindən  hövlanak  ayıldı, 
gözlərini  dolandırıb  pəncərədən  çölə  baxdı.  Hələ 
qaranlıq idi, səhərin açılmasına xeyli vardı. Yanındakı 
çarpayıda yatan Nərgizə tərəf boylandı. Onun qalxma-
sını gözləyə bilməyib onu səslədi. Səsə Nərgiz oyandı 
və ayağa qalxıb ananın yanına gəldi, soruşdu:  
- Hə, ana, nə istəyirsən, nə olub?  
Ana qırıq-qırıq cavab verdi:  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə